CEYHUN OCMANLI HARDAN PUL QAZANIR?
Tarix: 10-04-2013, 10:28 | Çap et
"İRƏLİ" HAQQINDA SENSASSİON ARAŞDIRMABir aydan çoxdur ki, İrəli İctimai Birliyi haqda apardığım araşdırmaların bir qismini Elitar.Az saytının oxucuları ilə bölüşmək qərarına gəldim. Qeyd edim ki, adıçəkilən təşkilat haqqında araşdırmam təsadüfi olub. Başqa bir mövzu ilə bağlı araşdırma apararkən “İrəli xaricdə təhsil mərkəzi” MMC adı ilə rastlaşdım. Elə araşdırma da buradan başladı… Araşdırma zamanı adıçəkilən qurum haqqında bir neçə rəsmi sənədləri də əldə edə bildim. Məlum oldu ki, tam adı ”İrəli xaricdə təhsil mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti olan qurum 8 iyul 2011-ci ildə qeydiyyata alınıb. Qurumun qeydiyyat nömrəsi (VÖEN): 1801421271-dir. Qurumun qanuni təmsilçisi və təsisçisi Əliyev Əliaslan Mair oğlu adlı şəxsin adınadır. Adıçəkilən şəxsin isə qeydiyyatda olduğu yer naməlumdur.
 Araşdırma zamanı maraqlı məqamlar da ortaya çıxdı. Məlum oldu ki, “İrəli xaricdə təhsil mərkəzi” MMC 2011-ci ildə qeydiyyata alınıb, elə 2011-ci ildə də tender udub. Bu isə tamamilə qanunsuzdur. Belə ki, Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanununda bu qadağan olunur. Qanunvericiliyə əsasən qurum yarandığı vaxtdan ən azı 3 il sonra tender uda bilər. Çünki tender elan olunarkən qurumun yaranma tarixi də nəzərə alınır.
 Araşdırma zamanı məlum oldu ki, adları eyni olan qurumlar bir-biri ilə bağlıdır. “İrəli” xaricdə təhsil mərkəzi MMC və “İrəli” İctimai Birliyi. Məlum olduğu kimi deputat Ceyhun Osmanlı “İrəli” İctimai Biriliyinin həmtəsisçisidir. Təşkilat adına gələn pullara da deputat özü nəzarət edir. Təşkilata ayrılan pullarla yetinməyən deputat əlavə sahəyə də əl atıb. Belə ki, o “İrəli” Xaricdə Təhsil Mərkəzini yaradır. Qurumu yaxın adamının adına keçirdir. Deputat Osmanlı “İrəli” XTM-ni öz adına keçirtmir ki, bu insanlar arasında şübhə doğurmasın və məsuliyyət birbaşa onun üzərinə düşməsin. Rəsmi sənədlərdə də göstərilir ki, bu qurum “İrəli” İB-nin nəzdində fəaliyyət göstərir. Belə ki, “İrəli” İB-nə üz tutan gənclər “İrəli” XTM vasitəsiylə xaricdə təhsil almağa göndərilir. Maraqlı məqam ondadır ki, xaricdə təhsil almaq istəyənlər quruma külli miqdarda pul ödəməlidirlər. Eyni zamanda təhsil almaq istəyən gənc universitetə imtahan vermir. Adıçəkilən qurum həmin universitetlərlə bağlantı yaradır və işi yoluna qoyur. Beləliklə minlərlə insanın qanunsuz təhsil alması bu qurum tərəfindən həyata keçirilir. Məlumata görə, qurumdan yığılan pullar isə deputat Osmanlı və onun ətrafındakı şəxslərlə bölüşdürülür. “İrəli” XTM-in qeydiyyat və hüquqi ünvanı da çox müəmmalıdır. Araşdırma zamanı bu ünvanda başqa bir neçə şirkətin də qeydiyyatdan keçdiyi aşkar olundu. Həmçinin həmin ünvandan saytımıza bildiriblər ki, burada “İrəli” XTM adlı qurum fəaliyyət göstərmir. Görünür ki, qurum formal olaraq bu ünvanda qeydiyyata alınıb.
 Araşdırma bununla bitmir. “İrəli” İctimai Birliyi də tender udub. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinin elan etdiyi tenderdə “İrəli” İctimai Birliyinə 45722,48 manat pul vəsaiti ayrılıb. Vəsait “Gənclər arasında sığorta ilə bağlı maarifləndirmə və sığorta mədəniyyətinin yüksəldilməsi istiqamətində işlərin aparılması, sığorta işinin gənclərə daha fərqli və kreativ üsullarla çatdırılması xidmətlərinin satın alınması” üçün ayrılıb. Lakin “İrəli” İctimai Birliyi 45 min manatdan çox pul vəsaiti alsa da göstərilən işlə bağlı gözəçarpacaq addımlar atmayıb. Pul vəsaitinin isə hara xərcləndiyi haqda məlumat verilmir. Ardı var… Elmin Bədəlov Elitar.Az


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Bu gün, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Bu gün, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Bu gün, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46 |
|
|
|
• "Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02 |
|
|
|
• PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58 |
|
|
|
• Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02 |
|
|
|
• "Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52 |
|
|
|
• Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49 |
|
|
|
• “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42 |
|
|
|
• Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40 |
|
|
|
|