"MƏNƏ XƏYANƏT ETMƏDİYİNİ DEYİRDİ"...
Tarix: 2-04-2013, 11:15 | Çap et
QISQANDIĞI ARVADINI ÖLDÜRDÜBakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan İbadov Şərafət Hidayət oğlunun məhkəmə istintaqı yekunlaşıb. Təqsirləndirilən şəxs qəsdən adam öldürməkdə ittiham olunurdu. Məhkəmə yolu ilə müəyyən edilib ki, Şərafət İbadov şəxsi münasibətlər zəminində arvadı İbadova Cəmalə Nəcməddin qızını qətlə yetirib. Belə ki, o, arvadı Cəmalə İbadovanın ona xəyanət etməsindən şübhələnərək qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə də 5 noyabr 2009-cu ildə arvadının evdə tək olduğunu bilən Şərafət ona yaxınlaşıb "Sən mənə xəyanət edirsən" deyib sifətinə yumruqla bir-neçə zərbə vurub. Zərbənin təsirindən qadın yerə yıxılıb. Şərafət əvvəlcədən gətirib evdə saxladığı dəmir armatur parçasını götürərək arvadının baş nahiyəsinə var-gücü ilə zərbələr endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:
İbadov Şərafət Hidayət oğlu - 1976-cı ildə İsmayıllı rayonunun Vaşa kəndində anadan olub. Əvvəllər məhkum edilməyib. Ailəlidir. Orta təhsillidir. Himayəsində üç yetkinlik yaşına çatmayan uşağı var. İsmayıllı rayonunun Talıstan kəndində yaşayır. AR CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinir.
MƏHKƏMƏ PROSESİNDƏN:
"Toy gecəsindən arvadımdan şübhələnmişdim"
Təqsirləndirilən şəxs qismində dindirilən Şərafət İbadov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində 2000-ci ildə İsmayıllı rayonunun Vaşa kənd sakini İbadova Cəmalə Nəcməddin qızı ilə evləndiyini göstərib: "Toy gecəsi arvadımın bakirə olmadığından şübhələnmişdim. Bu şübhə heç vaxt məni rahat buraxmırdı. Ailə qurduğumuz ilk günlərdən Cəmalə ilə xasiyyətimiz düz gəlmirdi. Ona görə də ər-arvad kimi münasibətlərimiz o qədər də yaxşı deyildi.
Xırda məişət məsələlərində belə razılığa gəlməyib tez-tez mübahisə edirdik.
"Mənə xəyanət etmədiyini deyirdi"
Son beş-altı ayda tez-tez ailədaxili münaqişələrimiz düşürdü. Aramızda soyuqluq yaranmışdı. Buna səbəb isə arvadımın başqa kişilərlə intim münasibətlərdə olub mənə xəyanət etməsindən şübhələnməyim idi. Bu barədə Cəmalənin özündən soruşsam da, o, hər dəfə cavabında mənə xəyanət etmədiyini deyirdi. Qısqanclıq zəminində aramızda yaranan narazılıqlar, mübahisələr zamanı Cəmalə bir-neçə dəfə acıq edib uşaqları da özü ilə götürərək atası evinə getmişdi.
"Onu öldürmək qərarına gəldim"
Sonuncu dəfə Cəmalə 2009-cu ilin sentyabrın əvvəllərində yenə də acıq edərək atası evinə getmişdi. Oktyabr ayının 10-da mən gedib Cəmaləni və uşaqları evə gətirdim. Lakin bundan sonra da Cəmalə ilə aramızdakı mübahisə və söz-söhbətlər yenə səngimədi. Arvadımın mənə xəyanət etməsinə tam əmin oldum və onu öldürmək qərarına gəldim.
"Sən mənə xəyanət edirsən"
5 noyabr 2009-cu ildə saat 7 radələrində yuxudan oyandım. Böyük qızım Səbinə məktəbə, atam Hidayət isə qoyunları otarmağa getdi. Səhər yeməyimi yeyib uşaqlarım Nurcan və Qamətlə birlikdə həyətə düşdüm. Həmin vaxt Cəmalənin evdə tək olduğuna əmin olub onu öldürmək məqsədilə həyətdən armatur parçası götürüb giriş qapısının küncünə qoyub evə keçdim. Evdə Cəmalədən başqa heç kim yox idi. Ona yaxınlaşıb "sən mənə xəyanət edirsən", - deyib yumruqla sifətinə zərbələr vurdum. Cəmalə müqavimət göstərsə də, vurduğum yumruq zərbələrindən yerə yıxıldı.
"Armatur parçası ilə başına zərbə endirdim"
Armatur parçasını əlimə götürüb Cəmaləyə yaxınlaşaraq onun başına bir-neçə dəfə zərbə endirdim. Cəmalənin tərpənmədiyini görüb öldüyünə əmin oldum. Ona görə daha zərbə endirməyib armatur parçasını döşəməyə sərilmiş kovralitin altına qoydum. Hadisə baş verən otağın qapısını örtdüm və evin qapısını açarla bağlayıb həyətə düşdüm. Həyətdə oynayan uşaqları özümlə götürüb yaxınlıqda yaşayan xalam oğlu Rəfailgilə apardım. Rəfailin arvadı Ramilədən uşaqları bacım Simuzərgilə aparmağı xahiş etdim. Oradan birbaşa rayon polis şöbəsinə yollandım. Yolda qardaşım Səmədin arvadı Fərruxla rastlaşdım. Ona Cəmaləni evdə döydüyümü, qardaşımı da götürüb bizə getmələrini tapşırdım. Evin açarlarını Fərruxa verib ondan aralandım. Rayon mərkəzi bazarına gəldim. Qardaşımın qayınatasından da bizə getməsini xahiş etdim. Bu sözü deyib oradan rayon polis şöbəsinə yollandım. Növbətçi hissəyə yaxınlaşıb baş vermiş hadisə barədə məlumat verdim".
"Hiss edirdim ki, qızım məndən nəsə gizlədir"
Zərərçəkmiş şəxs qismində dindirilən Sonaxanım Abdulova ifadəsində qızı Cəmalənin heç vaxt ona ərindən şikayət etmədiyini göstərib: "Qızımla kürəkənim arasında narazılıq və münaqişə olması barədə Cəmalə mənə heç bir şikayət etməyib. Amma mən özüm hiss etmişdim ki, Cəmalə sözlü, dərdli adama oxşayır, məndən nəyisə gizlədir. 2009-cu ilin avqust ayının 21-də Şərafət Cəmaləni və uşaqları gətirib bizdə qoydu. Evdən çıxıb gedəndə mənə "Axşam qayıdaram, söhbət edərik", - dedi. Qızımdan əri ilə aralarında nə baş verdiyini soruşdum. Cəmalə mənə dedi ki, Şərafət onu hər şeyə görə qısqandığından evdə mübahisə yaranır, onu küçəyə-bayıra çıxmağa qoymur, hətta həyətə yad adamlar gəlməsindən şübhələnir.
"Hər şeydən bezdiyini, bir daha evə qayıtmayacağını dedi"
Axşamtərəfi Şərafət qardaşı Səmədlə bizə gələrək Cəmaləni və uşaqları da götürüb evə apardı. 2009-cu ilin sentyabr ayında Cəmalə uşaqları ilə birlikdə bizə gəldi. Ondan əri ilə yenə aralarında nə baş verməsini soruşanda qızım "Şərafət qısqanclıq üstündə mübahisə, söz-söhbət yaradır, mənim ona xəyanət etməyimdən şübhələnir", - dedi. Söhbət əsnasında Cəmalə bu söz-söhbətlərdən bezdiyini, bir daha o evə qayıtmayacağını bildirdi.
"Tövbə edib yoluna qayıtsın"
Bir neçə gündən sonra Cəmalənin qayınatası Hidayət evimizə gəlib uşaqlarsız qala bilmədiyini, gəlinindən nəvələrini də götürüb evə qayıtmağı xahiş etdi. Cəmalə evə getməyəcəyini bildirdiyindən Hidayət kişi çıxıb getdi. Oktyabr ayının əvvəllərində Hidayət qızı Sənubərlə birgə yenə bizə gəldi və Cəmalədən evə qayıtmağı xahiş etdi. Qızım qayınatasına, "Şərafət tövbə edib yoluna qayıtmasa, mən o evə gedəsi deyiləm", - deyə cavab verdi.
10 oktyabr 2009-cu ildə Şərafət bizə gəlib Cəmalə ilə bir qədər söhbət etdikdən sonra mənə zənbilləri hazırlamağı tapşırdı, Şərafəti özü ilə aparacağını dedi.
"Başını aşağı sal, ərinlə dolan"
Bir ana kimi qızıma nəsihət verdim ki, heç olmasa üç uşağının xətrinə başını aşağı salıb birtəhər onunla dolansın. Mənim bu sözlərimdən sonra Cəmalə uşaqları ilə birgə ər evinə qayıtdı. 5 noyabr 2009-cu ildə qızım Şahnabat mənə Şərafətin Cəmaləyə nə isə etdiyini dedi. Dərhal Cəmaləgilə getdim. Ora gəldikdə Cəmaləni əri tərəfindən qətlə yetirildiyini öyrəndim".
"Arvadından şübhələnməyə heç bir əsas yoxdur"
Şahid qismində dindirilən Hidayət İbadov ifadəsində oğlu ilə gəlini arasında xırda məsələlər üstündə tez-tez söz-söhbətlər olduğunu göstərib: "Aralarında arabir söz-söhbət olsa da, Şərafətin Cəmaləyə əl qaldırmasının şahidi olmamışam. Çalışmışam ki, onların arasında olan mübahisə böyüməsin. Ailədaxili münaqişələr zamanı gəlinim acıq edərək bir-neçə dəfə atası evinə getmişdi. Oğlum gəlinimin ona xəyanət etməsindən şübhələnirdi. Hər dəfə onu başa salmağa çalışırdım ki, bizim həyətimizə yad adam gələ bilməz, arvadından şübhələnməyinə heç bir əsas yoxdur.
"Oğluma boşanmağı məsləhət gördüm"
Oğluma məsləhət görmüşdüm ki, əgər Cəmalə ilə münasibətləri bu şəkildə davam edəcəksə, ərizə verib məhkəmə qaydasında ondan ayrılsın. Hadisədən təxminən 10 gün əvvəl Şərafət mənə "Bu həyətə gecə vaxtı kənar adam gəlir, Cəmalənin mənə xəyanət etməsindən şübhələnirəm", - dedi. Ona yenə də "Sənin şübhələnməyin əbəsdir, Cəmalə heç vaxt sənə xəyanət etməz, bu həyətə kənar adam gələ bilməz", - deyə cavab verdim. Hadisə baş verən gün səhər tezdən heyvanları tövlədən çıxarıb otarmağa apardım. Həmin vaxt oğlum Şərafət evdə idi. Onun hərəkətlərində şübhəli bir şey hiss etmədim. Saat 11 radələrində evdə nə isə baş verdiyini eşidib dərhal gəldim. Evin ətrafında polis işçilərinin, eləcə də kənd camaatının toplaşdığını gördüm. Mənə Şərafətin arvadı Cəmaləni öldürdüyünü söylədilər".
QEYD: Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Orucovun sədrliyi ilə keçirilib. Məhkəmənin hökmü ilə Şərafət İbadov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Son söz əvəzi:
Qısqanclıq sevginin yox, şübhənin əlamətidir, yəni şeytanın...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Bu gün, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28 |
|
|
|
• “Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23 |
|
|
|
• AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17 |
|
|
|
• Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06 |
|
|
|
• Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05 |
|
|
|
• Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55 |
|
|
|
• Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30 |
|
|
|
• Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24 |
|
|
|
• Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13 |
|
|
|
• Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09 |
|
|
|
• Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02 |
|
|
|
• Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00 |
|
|
|
• İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58 |
|
|
|
• "Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58 |
|
|
|
• Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43 |
|
|
|
• Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17 |
|
|
|
• Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11 |
|
|
|
• 11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10 |
|
|
|
• Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08 |
|
|
|
• Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05 |
|
|
|
• Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04 |
|
|
|
• Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01 |
|
|
|
• Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00 |
|
|
|
• Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58 |
|
|
|
• “Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55 |
|
|
|
• Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51 |
|
|
|
• Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48 |
|
|
|
• Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43 |
|
|
|
• ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40 |
|
|
|
• "Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37 |
|
|
|
• Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34 |
|
|
|
• "Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33 |
|
|
|
• AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” - BU NƏDİ BELƏ?..
Bu gün, 12:31 |
|
|
|
• “Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24 |
|
|
|
• Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... - NARAZILIQ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? - “Tehran Times”
Bu gün, 12:14 |
|
|
|
• Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib - BUNDAN SONRA...
Bu gün, 12:11 |
|
|
|
• “Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” - Bloomberg
Bu gün, 12:08 |
|
|
|
• Tramp-Putin görüşü HARDA OLACAQ? - BAKIDA?
Bu gün, 12:04 |
|
|
|
• Paşinyan yaxın zamanda istefa verəcək – Ağazaryan
Bu gün, 12:00 |
|
|
|
• Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi - ODUR Kİ...
Bu gün, 11:59 |
|
|
|
• Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: - "Səhhətim normaldır..."
Bu gün, 11:57 |
|
|
|
• Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib
Bu gün, 11:56 |
|
|
|
• Ermənistanın hərbi büdcəsi təsdiqləndi: 1,7 milyard - KİV
Bu gün, 11:55 |
|
|
|
|