Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                 

ƏLİ HƏSƏNOV İFŞA OLUNDU
Tarix: 1-12-2011, 11:10 | Çap et
ƏLİ HƏSƏNOV İFŞA OLUNDU

PA RƏSMİSİ HAQQINDA BİLDƏYİMİZ FAKTLAR MƏRHUM YAP-ÇININ YAZILARINDA

DİA.AZ: - Nə qədər qəribə görünsə də, bu gün bəzi dövlət qəzetləri də böhran keçirir. Bu baxımdan xüsusən də Prezident Adminstrasiyasına məxsus "Respublika" qəzetinin fəaliyyəti diqqəti çəkir. Əldə etdiyimiz məlumatlara görə, Prezident Adminstrasiyasının qəzeti olsa da, bu mətbu orqan ciddi maliyyə sıxıntıları ilə üzləşib. Mənbənin verdiyi məlumata görə, bu məsələ sırf subyektiv amillərlə bağlıdır. Belə ki, Prezident Adminstrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənov hər vəchlə bu qəzeti ələ keçirməyə çalışmış, buna nail olmadıqda isə qəzetin rəhbərliyinə müxtəlif üsullarla təzyiq göstərməyə başlamışdır. Mənbə "Respublika" qəzetinin dövlət yardımından, digər dövlət və iqtidaryönlü qəzetlərə edilən güzəştlərdən kənarda saxlanıldığını, icra hakimiyyətləri, idarə və müəssisələrin bu qəzetə abunə yazılmalarına maneəçiliklər törədildiyini bildirdi. Mənbənin məlumatına görə, bütün bu təzyiqlərin arxasında PA ictimai-siyasi şöbənin müdiri Əli Həsənov dayanır. Özü də rəsmi qəzetlərə qarşı bu cür təzyiqlər Əli Həsənovun praktikasında ilk dəfə deyil. Eyni ayrı-seçkiliklə vaxtilə "Şəkinin səsi-İpəkçi" qəzetlərinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Salis Məmmədov da qarşılaşıbmış. Hətta o zaman məsələ o qədər kəskin xarakter alıb ki, Salis Məmmədov ölkə başçısı İlham Əliyevə açıq məktub ünvanlamaq mcburiyyətində qalıb.

Apardığımız araşdırmalardan sonra bu qalmaqalın detalları ilə bağlı bir sıra maraqlı məlumalar əldə etdik. Eyni zamanda "Şəkinin səsi-İpəkçi" qəzetərində sözügedən məsələ ilə bağlı dərc olunan yazılarla da tanış olduq. Aşağıda da elə bütün bunlar barədə bəhs edəcəyək.

Qeyd edək ki, ilk dəfə Salis Məmmədov hələ 2004-cü ildə Əli Həsənovla bağlı prezident İlham Əliyevə açıq məktub ünvanlayıb. "Şəkinin səsi-İpəkçi" qəzetinin 20 oktyabr 2004-cü il tarixli 15-16(306) sayında dərc olunan həmin məktubda deyilir: "Çox hörmətli prezident! Bu məktubu yazmaqla vaxtınızı aldığım üçün üzr istəyirəm. Çünki Sizin hər şey haqqında müəyyən məlumatınız olmalıdır.

Burada söhbət ictimai-siyasi şöbənin müdiri Əli Həsənovdan və onun bəzi xoşagəlməz hərəkətlərindən gedir. Əvvəla, qeyd edək ki, Əli Həsənov uşaq deyil. 10 ildən çoxdur böyük bir şöbənin rəhbəridir. Lakin bu illər ərzində bir addım da olsun irəli getməmiş, həmişə yerində saymışdır. Əli müəllimin şöbəsində könülaçan bir şey yoxdur, mətbuata, qəzetlərə qayğı göstərilmir. Jurnalistlərlə aparılan iş başlı-başına buraxılmışdır. Şöbənin müdiri Əli Həsənov rayonlarda təsadüfi hallarda olur. Onun yerli jurnalistlərlə görüşləri formal xarakter daşıyır.

Deyilənlərə inansaq, Əli Həsənov kabinet "xəstəsi"dir. İnsanlardan uzaq qaçır və s. Üz-gözündən zəhrimar yağır, xəstədir, beynəlxalq tədbirlər onun yeri deyil, Azərbaycanı biabır edə bilər".

Əməkdar jurnalist prezidentə açıq məktubunda ictimai-siyasi şöbə və onun gələcək fəaliyyəti barədə düşünməyin vaxtının çatdığını da bildirir: "Diqqət ilk növbədə ona yetirilməlidir ki, Əli Həsənov öz işinin öhdəsindən gələ bilmədiyini başa düşsün, dərk etsin. Bunu təkcə mən demirəm, hamı deyir. Və hamı yaxşı başa düşür ki, bu adamla bir yerdə işləmək, uzağa getmək mümkün deyil. Onun bəzi yersiz hərəkətləri də bunu təsdiq edir".

Salis Məmmədov buna misal kimi 2004-cü ildə Mətbuat günü münasibətilə jurnalistlərdən bir qrupunun orden və medallarla təltif edilməsi zamanı yol verilən çatışmamazlıqları göstərir və dolayısı ilə burada başqa məqsədlərin olduğuna işarə edir: "Tədbirə yaxşı hazırlıq görülməmişdi. Necə ola bilərdi ki, təltif olunan jurnalistlərin adları tədbir başlanana qədər açıqlanmasın, mətbuatda elan edilməsin? Bunu bir-iki gün əvvəl də etmək olardı. Görünür, Əli Həsənov özünə sərf edən variantı əsas götürübmüş. Həmin adların axıra qədər "sirli" saxlanılmasını vacib bilibmiş(?) Əli Həsənovdan soruşmaq istərdik: Həmin jurnalistlərin həqiqətən özləri bu həyatda var, yaxud "qondarmadırlar"? Bu sözləri tərədüd etmədən deyirik ki, məclisdə təkcə "adlar" sadalansa da, ən vacibi yaddan çıxarıldı. Əli Həsənov həmin jurnalistlərin yaşadıqları rayonların, işlədikləri redaksiyaların adlarını çəkmədi. Çünki Əli Həsənov fürsətdən istifadə edərək öz əzizlərini də təltif olunanların dəstəsinə salıbdır".

Daha sonra Salis Məmmədov 2004-cü ilə qədərki 10-12 ildə

Əli Həsənovun ölkənin, xalqın həyatında heç bir diqqətəlayiq fəaliyyət göstərmədiyini vurğulayıb: "Bəzi "xırda-para" işləri yadda qalmışdır. 1996-cı ilin sentyabrında əsas meylini YAP sədrinin birinci müavini Əli Nağıyevə yönəltmiş, onunla "curluq" etməyə başlamışdır. Məqsəd Əli Nağıyevin Ali Sovetə sədr gətirilməsinə kömək göstərmək idi. Əli Nağıyev də "Səs" qəzeti vasitəsilə yerli YAP-çıları Rəsul Quliyevin üstünə qaldırmağa başlamışdı. "İpəkçi" qəzeti isə haqqın tərəfinə durdu və "Səs"i bir balaca sancdı. Buna dözməyən hər iki Əli "İpəkçi"yə qarşı həmləyə keçdi. Əli Həsənov Bakıdan Şəki Şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Nəzir Əhmədova "ultimatium" göndərərək "İpəkçi" qəzetinin oxucu üzünə həsrət qoyulmasını tapşırdı. İcra başçısı Əli Həsənovu nə qədər başa salmaq istədi ki, axı "İpəkçi" Heydər Əliyevin ən çox sevdiyi qəzetlərdən biridir. Əli müəllim isə öz dediyindən dönmədi. Hətta öz əməkdaşı Nuşirəvan bəyi də bu işə qatdı. Bunu görən redaktor dərhal prezidentlə əlaqə yaratdı. Hər şey ona çatdırıldı və Əlilər geri çəkildilər. Bundan sonra Əli Həsənov "İpəkçi"dən üzr istədi(Bax: "Şəkinin səsi" 12 sentyabr 1996-cı il).

Mən özümü lovğalatmaq fikrində deyiləm. Hər cür yüksək mükafatlara layiqəm. "İstiqlal" ordeni, "Prezident təqaüdü" alanlar heç də məndən artıq adamlar deyil. Azərbaycan mətbuatına bir nəzər salın. Respublikada Heydər Əliyev ordeninin təsis edilməsinin ilk təşəbbüsçüsü də mən olmuşam. Əli Həsənov isə məndən daim "qisas" alır. O, 73 yaşlı əməkdar jurnalistə özünün necə deyərlər, ən dəyərli "hədiyyəsi" - "Tərəqqi" medalını təqdim etmək istəmişdir. Mən də öz növbəmdə Əli Həsənovun evinin yanında bu medalın bir "stendi"ni düzəldib ona hədiyyə etmək fikrindəyəm.

...Bu adamın öz vəzifəsindən başqa hər şeylə məşğul olduğu məlumdur. Əlində çoxlu səlahiyyət var. Kefi istədiyi adamlara "Prezident təqaüdü", orden və medallar verə bilər. Siz özünüz deyin, hansı ölkədə görünübdür ki, ölkənin başçısını hörmətdən salan bir məmur onun adını daşıyan "Prezident təqaüdü" ilə təltif edilsin?"...

Qeyd edək ki, "Şəkinin səsi-İpəkçi" qəzeti 4-5 il ardıcıl təzyiqlərlə üzləşib və bu, Salis Məmmədov dünyasını dəyişənədək davam edib. Hakimiyyətyönlü və rəsmi mətbuata nəzarəti tam ələ alan Əli Həsənov hazırda eyni üsullarla "Respublika" qəzetini ram etməyə çalışır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru