"GÖRDÜM ƏLİMDƏN HEÇ BİR ŞEY GƏLMİR"...
Tarix: 9-03-2013, 09:00 | Çap et
..."BU SƏNƏTİ SEÇDİM"Ondan çoxdan bəri müsahibə almaq istəyirdim. Amma nədənsə baş tutmurdu. Bu günlərdə onun qrip olduğunu öyrəndim. “Yastığınız yüngül olsun” demək üçün zəng vurdum. Beləcə, müsahibə alındı. Etiraf edim ki, həyatımda ilk dəfə olaraq kiminsə xəstələndiyinə bu qədər sevinmişdim. Çünki sizə təqdim etdiyim müsahibəni büsbütün onun müalicəsinə ayırdığı boş vaxta borcluyam.
- Alim müəllim, məncə, sizin təqdimata ehtiyacınız yoxdur.
- 1957-ci ildə Şamaxının Navur kəndində anadan olmuşam. Ailədə iki qardaş olmuşuq. Otuz beş ildir ailəliyəm. İki qızım, bir oğlum var, qızlarımdan altı nəvəm var. Oğlum da altı ildir ailəlidir. İnşAllah, dua edirik, ona da övlad qismət olar. Xalq artistiyəm. İyirmi yaşından sənətdəyəm, artıq əlli beş yaşım var.
- Elə isə, necə oldu ki, bu sənəti seçdiniz?
- Allahın verdiyi səsdir. 1978-1982-cı illərdə Asəf Zeynallı adına Musiqi məktəbində, 1982-1989-cu illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil almışam. Ondan artıq diskim Avropada işıq üzü görüb. Hazırda “Böyük İpək yolu» layihəsinin iştirakçısı və dünya musiqiçilərindən təşkil olunmuş «İpək yolu» ansamblının üzvüyəm. 1989-cu ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistiyəm. Opera səhnəsində Məcnun, Aşıq Qərib kimi rollar ifa etmişəm. Heydər Əliyev adına sarayda, Azərbaycan Dövlət Filarmoniyasında onlarla konsert vermişəm. Hamı bilir ki, Azərbaycanın muğam sənətini dünyada tanıtmaqda böyük rolum olub. Sənətimi çox sevirəm.
- Ustadınız kim olub?
- Ağaxan Abdullayev olub, sonralar başqa ustadlardan da bəhrələnmişəm.
- İlk ifa etdiyiniz muğam hansı olub?
- «Simayi Şəms» və «Cahargah» olub.
- Yaxşı xanəndə olmaq üçün muğam ifaçısına nə lazımdır?
- Əlbəttə, istedad olmalıdır. Səsi olan hər kəs öz üzərində çalışmalıdır. Müəllim də şagirdi düzgün yönəltməlidir.
- Qarşıdan 8 mart gəlir. Xanımlara arzunuz nədir?
- Bütün anaları, bacıları, hətta sizin kollektivdə olan xanımları təbrik edirəm. Xanım böyük qüvvədir.
- Bəs siz kimlərə hədiyyə alacaqsınız?
- Mən heç vaxt evdəkiləri öyrətməmişəm ki, hədiyyə alım. Heç vaxt da almıram. Pul olanda bizdə hər gün bayramdı. Pul olmayanda isə xoş gülümsəmələr olur (Gülür).
- Uşaqlıq xatirələrindən danışardınız.
- Nadinc olmuşam. Qeyd etdiyim kimi, ailədə iki qardaş olmuşuq. Kənddəki uşaqlarla həmişə «daş-daş» oynayardıq. Çox sevirdim tum çırtdamağı. Həmişə də həyətdə qonşuların uşaqları yığılırdı, onlara konsert verirdim. Ailəm çox dəstək oldu bu sənətdə mənə. Böyüyəndə gördüm ki, bir işin qulpundan tuta bilmirəm, heç bir şey də əlimdən gəlmir, bu sənəti seçdim. Yalnız öz-özümə oxuyurdum. Allah vermişdi bu səsi mənə ki, çörəkpulu qazanım.
- Gənclik illəriniz necə keçib?
- İyirmi yaşından bu sənətdəyəm. Heç yaş üstə yaş necə gəldi bilmirəm. Sənətə qurban verdim gəncliyimi. Gəncliyim necə keçdi bilmədim.
- Qalmaqala münasibətiniz necədir bir sənətkar kimi?
- Sənət baxımından yaxşıdır ki, qalmaqal edəsən, gündəmə gələsən. Şəxsi qərəzlik olanda pisdir.
- Olubmu sizi də qalmaqala salmaq istəsinlər?
- Dəfələrlə olub, mən uzaq getmişəm. Mən çox əsəbi insanam. Bax sizin də səsiniz, sualınız mənə xoş gəlməsəydi, müsahibə verməyəcəkdim. Elə olacaqdı ki, hansısa sualı verəndə mən əsəbiləşəcəkdim və müsahibəni yarımçıq dayandıracaqdım.
- İlk məhəbbətinizi necə xatırlayırsınız?
- İlk məhəbbətim sinif yoldaşım olub. I sinifdən VIII sinfə kimi onu sevirdim. Amma o məni sevmirdi. Sonra elə oldu, qismət oldu ki, ailə qurdum.
- Sevginizi ilk dəfə siz bildirmisiniz həyat yoldaşınıza?
- Sözün düzü, məktəb dövründə heç vaxt məni bəyənmirdi. X sinfi bitirəndə özümü sevdirdim ona. Hətta onu necə məktəb dövründə əsəbiləşdirmişəm, səhvim olub, mənə şillə də vurub. İlk dəfə sənə dedim bu sözü. Otuz beş ildir ailəliyik artıq. Çox xoşbəxtəm ki, Allah mənə gözəl nəvələr qismət eləyib.
- Məhəbbət nə deməkdir sizin üçün?
- Məhəbbət həyatdır, yaşam tərzidir. İnsan doymur hər gün məhəbbətdən.
- Bəzi gənclər var ki, ailəni bu sənətə qurban verir. Buna münasibətiniz necədir?
- Ailə müqəddəsdir, ailə özəldir, ailə bir dəfə qurulmalıdır. Ailədə iplər bir-birinə bağlanmalıdır. Onu heç vaxt nəyəsə qurban vermək olmaz.
- Necə düşünürsünüz, xanımınız üçün Alim Qasımovun həyat yoldaşı olmaq asandır, yoxsa çətin?
- İndi öyrəşib artıq. Əvvəllər çətin olurdu. İstər-istəməz söz-söhbət hər bir ailədə olur. Şükür ki, məni çox gözəl başa düşür və sənətimi sevir. Hamı bilir ki, mənim qızım Fərqanə də bu sənətdədir.
- Qısqanc insansınız?
- Hə, qısqanclıq var məndə.
- Bəs həyat yoldaşınız necə?
- O da qısqancdır. Əvvəllər çox qaşqabaq tökürdü mənə. Sonralar gördü ki, mən necə ailəmi istəyirəm və yavaş-yavaş məni qısqanmamağa öyrəşdi.
- Ən yaddaqalan gününüz nə vaxt olub?
- Allahıma qurban olum, bu sənəti verdi mənə. Hər günüm xoş keçib. Allaha ibadət edirəm, namaz qılıram. Hər günüm mənim üçün əziz gündür.
- Ötən illər sizə nəyi öyrətdi?
- Səbir etməyi öyrətdi. Əlimdən heç bir iş gəlmirdi. Səbir etdim, bu sənəti Allah verdi mənə.
Ürəkdən haçan ağlamısınız?
- Rəhmətlik anam dünyasını dəyişəndə ağlamışam.
- Sizcə qırx yaşdan sonra həyat yenidən başlayır?
- İnanın, yaşımın üstünə yaş haçan gəlib, bilməmişəm. Həmişə konsert proqramlarında iştirak etmişəm. Həyat necə başlayıb, necə gedib, xəbərim olmayıb. Yenə deyirəm, bu sənətə hər şeyimi qurban verdim.
- Xanəndəlikdən başqa bir qazanc yeriniz varmı?
- Yoxdur. Yalan deyə bilmərəm. Bir də ki, ara-sıra dost toylarına gedirəm.
- Bugünkü cavanların ifaları sizi qane edirmi?
- İndiki gənclər zəmanə ilə, yaşam tərzi ilə uyğunlaşırlar. Mənim kimi sənətkarları məcbur edirlər ki, efirdə onlara baxaq.
- Müasir estradadan kimi dinləyirsiniz?
- Maşınımda gedəndə görürəm oxuyur, hər kim olur olsun, əgər ruhuma, könlümə həmin ifa yaxın olmursa, kanalı başqa yerə çevirirəm. Çox vaxt elə mahnılar var ki, mənə çatmır.
- Tələbələrinizin sizi dandığı hallar olubmu?
- Çox olub. İndi də var. Günaha batırlar bu hərəkətləri ilə. Ustadına kəm baxanın gözünə qan damar. Elələrini görəndə də özümü ələ alıram. Allah bilən məsləhətdir, nə edirlər, özləri bilərlər.
- Tələbələrinizin qarşısına müəllim kimi çıxırsınız, yoxsa xanəndə kimi?
- Tələbələrimin qarşısına nə müəllim, nə də xanəndə kimi çıxıram. Heç vaxt özümü böyük aparmamışam. Hamı ilə balaca kimi rəftar eləmişəm.
- Bu sənətdə kimi müəllim, kimi şagird kimi görürsünüz?
- Ağaxan Abdullayevi müəllim, qızım Fərqanə Qasımovanı şagird kimi görürəm.
- Sənətdə tanınmaq üçün şans lazımdır, yoxsa pul?
- Efirlərə çıxmaq üçün birinci pul, sonra da şans lazımdır?
Alim müəllim, muğam müsabiqələrinə münasibətiniz necədir?
- Dövlətimizin dəstəyi ilə, əsasən də Mehriban xanımın köməkliyi ilə muğam müsabiqəsi artıq ənənə halını alıb. Tarixə nəzər salsaq, xalqın elə sənətkarları olub ki, onlar heç bir müsabiqədən keçməyiblər. Çünki xalqın süzgəcindən keçiblər. İndi müsabiqədən keçənlərdən elələri də qalacaq ki, xalqın süzgəcindən keçənlər olacaq.
- Etiraf etmisinz ki, bu sənətdə yorulmusunuz?
- Mən sənətdə çox yüksək zirvələrə can atmışam. Amma etiraf etməliyəm ki, insanda nə vaxtsa naşükürlük yaranır. Lakin bu, bir o qədər də mənim üçün doğma hiss deyil. Mənim yerdə oturmağım, Alimsayağı oxumağım tənqid hədəfinə çevriləndə içimdəki Tanrı sevgisi ilə baş-başa qalmışam. İlahi qüvvə məni sınmağa qoymadı. Yoxsa mən bu gün lent yazılarında dinlənərdim.
- İrəli getmək üçün günaha batmaq şərtdirmi?
- Mənə elə gəlir ki, irəli getmək çox çətindir. Elə bil ki, dəryada üzmək kimi bir şeydir.
- Qorxmursunuz ki, birdən səsinizdə problem olar?
- Olub ki, oxuyanda həddən artıq zillər etmişəm. Sonra özümü danlamışam ki, axı sənin orada nə işin var? Bilərək zilə qalxmıram. Bunu bilə-bilə etsəm, bəlkə də elə yanıqlı alınmaz. Amma oxuyanda özümü unuduram.
- Ailənizdə musiqiçi olubmu?
- Atamın da, anamın da çox gözəl səsi olub.
- Sənət sizi seçdi, siz sənəti?
- Sənət məni seçdi, mən yox.
- Çox vaxt mətbuatdan uzaq qaçırsınız, nədən?
- İnanın, nə qədər eyni sualı verərlər. Nə danışım? Həm də ki, nə danışım ey? Səmimi deyim ki, sizin suallarınız çox xoşuma gəldi. Özüm qripəm, hazırda boğazım ağrıyır. Ona görə evdəyəm. Yoxsa müsahibə verməyəcəkdim. Çox maraqlı oldu. Səsinizin şirinliyi, danışmağınız adamı valeh edir. Necə danışdınızsa, xəstə ola-ola müsahibə verməyə razı oldum. Ömrümdə heç vaxt xəstə olam, başım ağrıya, müsahibə vermərəm.
- Həyatda necə insansınız?
- Müharibədə necə olurlar, elə. Bu həyatın dəyişməz qanunları var. Əsl yaradıcı sənətkar hər gün dünyaya gəlmir axı. Amma həyatda yeni Alimlərin doğulacağına inanıram.
- Ürəyinizdə hansı sual qaldı?
- Bütün xanımları 8 mart bayramı münasibətilə təbrik edirəm. Ürəklərində nə arzuları varsa, çatsınlar. Sizi də təbrik edirəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Bu gün, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Bu gün, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Bu gün, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Bu gün, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Bu gün, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Bu gün, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Bu gün, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Bu gün, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Bu gün, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14 |
|
|
|
• Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12 |
|
|
|
• ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01 |
|
|
|
• Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59 |
|
|
|
• Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57 |
|
|
|
• Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56 |
|
|
|
• Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53 |
|
|
|
• Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39 |
|
|
|
• “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35 |
|
|
|
• “PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32 |
|
|
|
• Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30 |
|
|
|
• Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24 |
|
|
|
• Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20 |
|
|
|
• Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17 |
|
|
|
• Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10 |
|
|
|
• ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... - AKTUAL
Bu gün, 15:08 |
|
|
|
• Paşinyan KTMT-dən çıxdığını ELAN EDƏCƏK
Bu gün, 15:02 |
|
|
|
|