"Axşam yeməyini tamamilə kəsmək lazımdır..." .....                     Ararat Mirzoyan Vaşinqtonda "köhnələrlə" nə müzakirə edir? .....                     Xanım jurnalistə qarşı dələduzluq edənlər HAKİM QARŞISINDA .....                     "Əqrəb mövsümü 2" bu tarixdə yayımlanacaq .....                     Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır .....                     Rejissoru aldadıb 25 minini aldı: müğənninin əridir .....                     Şəmsəddin Xanbabayev VƏFAT EDİB .....                     “Təyyarənin vurulması Rusiyanın Azərbaycana xəbərdarlığı idi” .....                     Azərbaycanda bu lizinq şirkəti .....                     Vuçiçi kim qaza gətirmişdi? .....                     Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı .....                     Dünyanın ən güclü orduları: .....                     “Amin Mərdəkanski”nin qətlinə görə .....                     Qadın onu baltalayan ərini bağışladı... .....                     "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında .....                     Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI .....                     MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu .....                     Samir Şərifov daha bir vəzifəsini .....                     Bakı ABŞ üçün niyə önəmlidir? .....                     AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb .....                     Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı .....                     Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu .....                     Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib .....                     Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib .....                     Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi .....                     Bakıda xanım müğənni vəfat edib .....                     Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür .....                     “Nə qədər cəsarətli rollar oynasam da, .....                     Putin və Pezeşkian Rusiya ilə İran arasında .....                     Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq .....                     Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib .....                     Monqolustanda nə baş verir? .....                     Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub .....                     Azərbaycanda 20 min manatlıq şirkət .....                     “Ömrüm boyu sayğılı nazirimə borcluyam” .....                     Həkimlər Lalə Şövkətə qadağa qoydu .....                     Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir .....                     Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır .....                     4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi .....                     Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? .....                 

"MƏMURLAR NARAZILIQ YARADIR"
Tarix: 4-03-2013, 11:19 | Çap et
"MƏMURLAR NARAZILIQ YARADIR"
SƏYYAD ARANDAN İLGİNC AÇIQLAMALAR

2006-2010-cu illərdə Azərbaycanı Türkiyədə Baş Konsul postunda təmsil edən, hazırda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin birinci müavini işləyən Səyyad Aran AzNews.az-ın suallarını cavablandırıb.

- Uzun illər YAP-ın öndə gedən funksionerlərindən biri olmaqla yanaşı, həm də müxtəlif hadisələrə dərhal reaksiya verməyinizlə də seçilmisiniz. Bu gün də hakim partiyadasınız?

- Bəli.

- Təyinatdan sonra mətbuata heç bir açıqlama verməyəcəyinizlə bağlı özünüzə “yüz gün qadağası” qoymusunuz. Bu nə ilə bağlı idi?

- “Yüz gün qadağası” onunla bağlı idi ki, mən bu işin müəyyən tərəfləri və istiqamətləri ilə tanış olmalıydım. Düzdür, bu sahə mənə yad deyil, humanitar sahədir və mən də bu sahənin adamıyam, bu məsələlərdən də heç də kənarda olmamışam. Amma yenə də müəyyən dəqiqləşmələrə ehtiyac duydum.

- Çoxları Səyyad Aranı müxtəlif postlarda görə bilər, bəs siz özünüz harada daha yararlı ola biləcəyinizi düşünürsünüz?

- Hər halda hesab edirəm ki, yanlış yerə təsadüf etməmişəm. Məsləhət belə oldu, mən də qəbul elədim.

- Təyinatınız çoxları üçün gözlənilməz oldu...

- Vaxtı ilə - hələ deputat olarkən Qafqaz Müsəlmanları Dini İdarəsində “Füzuli irfan məclisi”nin qısa müddət sədri də olmuşam. Eyni zamanda da doğulduğum rayon tarixən dindar olub. Şeyxülislam Əliağa Yasirzadənin də müavini məhz İmişlidən olan Məşədi Bülbül olub. Bu insan olduqca savadlı, intellektual və xalq arasında çox nüfuzlu idi. Apardığı yas mərasimlərində xurafata deyil, daha çox elmiliyə üstünlük verən bir şəxs kimi tanınırdı. Onun məclisləri də həmişə sanbal və səviyyəsi ilə seçilirdi. Mən də həmin məclislərdə o insanın dini biliyini əyani görmüşdüm. Dinin insan həyatında nə demək olduğu, dini adət-ənənələrə riayət olunması qaydalarına həm öz ailəmdə, həm də yaşadığım rayonda ciddi şəkildə əməl olunduğunu görməyim də öz təsirini göstərib. Təsadüfi deyil ki, İmişlidə yetişən din adamları, Gəncə, Tərtər, Ağcabədi, Gürcüstanda ali dini vəzifələrə təyinat aldılar.

- Mənfi dini təsirlərin önlənməsi baxımından komitə hansı nəticələrə nail olub?

- Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi vətəndaş-din arasındakı münasibətləri tənzimləyir və eyni zamanda bəyan edir ki, hər bir vətəndaş bir fərd, yaxud da qrup halında hansısa dini əqidəyə etiqad edə, fəaliyyət göstərə bilər. Komitənin missiyası həm də ən müxtəlif dini inanclara, dini təriqətlərə qulluq edənlərin bərabərliyini gözləməkdir. Bizim üçün milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri bu ölkənin vətəndaşlarıdırlar. Onların hər birinin mənsub olduğu dinə etiqad etmək ixtiyarı var və biz də bunu qanunun aliliyi, eyni zamanda da “Dini etiqad azadlığı haqqında” qanunla tənzimləyirik.

- Bəs qarşı tərəf dini tolerantlığa nə dərəcədə riayət edir?

- Qeyd etdiyim qanun həmin dini qurumların, dini icmaların qanun qarşısında üzərlərinə düşən vəzifələri olduğu kimi yerinə yetirməsini tələb edir. Eyni zamanda qanunla hər bir fərdin dini etiqadına riayət etməsi ilə yanaşı, başqasını zorla məcburi şəkildə mənsub olduğu dinə cəlb etməsi də qadağan olunur. Heç kimi zorla başqa dinə cəlb etmək olmaz.

- Amma yenə də fəaliyyəti qadağa olunan dini sektaların nümayəndələri insanları cəlb etmənin müxtəlif təbliğatı yollarından istifadə etməkdədirlər…

- Əgər bu vətəndaşın istəmədiyi şəraitdə həyata keçirilirsə, həmin adamlar məsuliyyət daşıyırlar. Ola bilər belələri var və bir sıra ictimai yerlərdə insanları zorla buna təhrik edirlər. Qanun nümayəndələri belə halları müşahidə etdikdə həmin insanlar sorğu-sual olunur və etdikləri hərəkətin səhv olduğu izah edilir.

- Bu tipli halların arxasında hansısa qüvvələrin, dövlətlərin məkrli planları dayanır, yoxsa bu, sadəcə dini təmayüllü qurumların şəxsi missiyasından irəli gəlir?

- Missionerlərin qarşısına qoyduğu məqsəd SSRİ-nin süqutundan sonra müttəfiq dövlətlərə nüfuz edərək, orda iradəcə zəif, müəyyən mənada narazı, taledən yarımayan insanları cəlb etməklə öz missiyalarını yerinə yetirmək idi. İlk növbədə bu missionerlik fəaliyyətinin təzahürləri olaraq diqqəti cəlb edirdi. Ancaq bir sıra halları təhlil edərkən onların arxasında uzaqmənzilli niyyətlərin də dayandığı diqqətdən yayınmır.

- Parlament tribunasından “saqqallılar”, “qısa şalvarlılar” məsələsi qaldırılır. Konkret olaraq vəhabiliklə bağlı Azərbaycanda naratahlıq yaradacaq ciddi nəsə varmı?

- Azərbaycanın kifayət qədər möhkəm əsaslara malik əlaqədar qurumları var və onlar öz işlərini peşəkarcasına yerinə yetirməklə bərabər dövlətin mənafeyini də ləyaqətlə qoruyurlar. Biz hələlik ciddi təhlükə hiss etmirik. Onlar da dini təriqətin nümayəndələridir və özlərinə xas olan ideyaları var. Cəmiyyətə zərər verməmək, insanlara zorla nəyisə təlqin etməmək, hansısa təsiredici vasitələrdən istifadə etməməklə fəaliyyətlərinə məlum qanunla qadağa qoyulmur. Ancaq məlum çərçivədən kənar çıxma hallarına yol verilərsə, onlar da digərləri kimi qanun qarşısında cavab verməli olacaqlar.

- Çoxları deyir ki, “İslam” deyəndə niyə gözlər önünə bir qaralıq gəlir? Bu dinimizi olduğu kimi təqdim etməməyin nəticəsidir, yoxsa, burda da ikili yanaşma var?

- İkili yanaşma Şərqə qarşı həmişə olub. “Səlib yürüşləri”, İslamın sürətlə yayılması, İslamın yeni bir din olması dönəmlərini və həmçinin əvvəlki iki müqəddəs kitabda sonuncu Peyğəmbər olaraq Məhəmmədin gəlişinin təsdiqi, onu bütün peyğəmbərlərdən Allahın üstün tutmasını xatırlayanda bir çox mətləblər aydın olur. İslam dini olduqca humanistdir və onun mahiyyətində insana hörmət, diqqət, rəğbət, insanın insana dost, qardaş olduğu dayanır. İslam bir çox hegemonluq iddiasında olan ölkələri bu barədə ciddi düşünməyə sövq edir. Dünyanın ən məşhur insanları, istər dövlət, istər mədəniyyət, incəsənət xadimləri olsun-dinlərini dəyişərək İslamı qəbul etmişlər. Məsələn, məşhur ingilis ilahiyyatçısı, 98 il ömür sürmüş Martin Links həm də İslam tarixinin görkəmli nümayəndələrindən biridir. Onun ilk qaynaqlar əsasında “Məhəmmədin həyatı” kitabı var. Bu adam digər dinlərdə özünü axtarsa da nəhayət İslamda özünü tapıb və özünə Siracəddin Əbubəkir təxəllüsünü götürərək bütün həyatını İslamı tədqiqə həsr edib. Bu mənada İslamın təsir qüvvəsi çox güclü və cəlbedicidir. Ona görə də bütün dönəmlərdə qüdrətli dövlətlər İslama qarşı çıxıblar və bütün dünyanı əhatə etməsinin qarşısını almağa səy göstəriblər.

- Bəs Konstitusiyanın tələbləri nə qədər insanların fəaliyyətində təsdiqini tapır? Əgər belədirsə, onda niyə narazılıqlar var?

- Azərbaycanın Konstitusiyası dünyanın ən mütərəqqi, ən müasir konstitusiyalardan biridir və burada hər bir məqam öz əksini tapır. Bunu Amerikanın, Avropanın insan hüquqları ilə məşğul olan institutları da təsdiqləyir. Müxalifət qüvvələri Konstitusiyanın məlum 49-cu bəndini daha çox öz xeyirlərinə yozurlar. Məşhurlardan biri demişkən, kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz. Kiminsə istirahət hüququnun pozulduğu yerdə bir başqasının siyasi hüququ, siyasi istəklərinin zorla təbliği doğru deyil. Bu elə olmadır ki, cəmiyyətin digər hissəsinin hüquqları tapdanmasın. Adətən mitinq, yürüş məsələsi ortalığa gələndə, nədənsə mərkəzi parklar, istirahət yerləri, insanların daha çox gediş-gəliş yerləri seçilir, müxalifət tərəfindən həmin məkanlar ortaya qoyulur. Amma dövlət onlara adamların nisbətən daha az gediş-gəlişi olan yerləri məsləhət görür və aksiyanın təhlükəsizliyinin təmini məsuliyyətini öz üzərinə götürür. Təəssüf ki, həmin qüvvələr dərhal etiraz edir, özlərinin lazım bildikləri yerlərdə aksiyanı keçirmək istəyirlər. Bu həm də təkcə onların arzusu deyil, eyni zamanda, görünür onlara təsir edən qüvvələrin istəyidir.

- Bu təşkilatların arxasında duran qüvvələr varsa, o zaman bu qədər zaman ərzində niyə konkret nəticə əldə edə bilməyiblər? Bunu həmin qüvvələrin zəifliyinin, yoxsa onların dəstək verdikləri qurumların fərasətsizliyi hesab etmək olar?

- Azərbaycan dövlətinin əsasları ümummilli lider tərəfindən möhkəm əsaslar üzərində qurulub. İdarəçilikdə, kadrların seçilməsində, qonşularla münasibətlərin tənzimlənməsində və s. məsələlərdə Heydər Əliyev elə bir məktəb yaradıb ki, ondan sonra həmin məktəbi finişə doğru aparmaq məsələsi də təmin olunub. Bu məktəbin ən görkəmli davamçısı prezident İlham Əliyev qoyulan xətti davam etdirməkdə çox mahir rəhbər oldu. Xalqın dəstəyindən mərhum olan, fəaliyyətləri ilə boşboğazlıqdan, şüarçılıqdan uzağa getməyən müxalifət təbii ki, belə bir gücün qarşısında qalib gələ bilməz. Təsəvvür edin ki, müxalifətin daxilindəki rəqabət, mənəm-mənəmlik, “yalnız mən, məndən sonra başqaları” prinsipi o qədər güclüdür ki, 20 ildir prezident seçkilərində vahid namizəd ortaya qoya bilmirlər. Əgər Azərbaycan müxalifətində birlik ideyası yoxdursa, heç vaxt vahid namizəd məsələsi konkret həyata keçirilə bilmirsə, onların Azərbaycan xalqını xoşbəxt etməkdə vahid məqsədləri, vahid istiqamətləri, vahid ideyaları necə formalaşa bilər?

- Bəs bu gün baş verən sosial narazılıqların səbəblərini nədə axtarmaq lazım gəlir?

- Bir sıra dövlət məmurları var ki, onların yarıtmaz fəaliyyəti, işbilməzliyi, fəaliyyətlərinə, övladlarının hərəkətlərinə nəzarəti itirməkləri ayrı-ayrı rayonlarda xırda sosial partlayışlara, narazılıqlara gətirib çıxarır. Belə halların qarşısını da dövlət başçısı anındaca alır. Bir kimsəyə nə tutduğu vəzifəyə, nə xidmətlərinə görə güzəşt olunur. Əgər dövlət məmurları səhv ediblərsə, tapşırılan işin öhdəsindən gələ bilmirlərsə, bu işdə onların qohumları, övladları və yaxınları iştirak edərək dövlətimizə xələl gətirirlərsə, onlar dərhal vəzifədən uzaqlaşdırılır, səlahiyyətləri əllərindən alınır, bir sıra hallarda isə qanun qarşısında cavab verməli olurlar. Kadrlar səhv də edə bilər, imam övladı deyillər ki... Hər bir kəsdə çatışmayan cəhətlər, nöqsanlar ola bilər. Amma hansısa səlahiyyət həvalə olunan rəhbər ciddi səhvlərə və məsuliyyətsizliyə yol verməməlidir.

- Etirazlar zamanı maşınlar, villalar, hansısa istirahət mərkəzi yandırılır ki, bu da elə həmin məmurlara, onlara yaxın yüksək post tutan şəxslərə məxsusdur. Belə olan halda yalnız vəzifədən kənarlaşdırılmağı yetərli hesab etmək olarmı?

- Hesab edirəm ki, bunu həmin şəxslərə qarşı çox ciddi, kifayət qədər adekvat addım saymaq olar. Çünki onlar tutduqları ali vəzifədən məhrum edilirlər, onlara cəmiyyətin nifrəti oyanır, bir rəhbər kimi yarıtmazlıqları ortaya çıxır. Belə olan halda, yəqin ki, onlara bir daha belə etimad göstərilməyəcək. Balığı ya sudan çıxar, ya da öldür, ikisi də eyni şeydir.

- Hansısa məmurun fəaliyyəti sosial partlayış həddinə gətirib çıxarırsa və sonda həmin məmur vəzifədən kənarlaşdırılırsa, bəs həbs olunanlar niyə azad olunmur? Məsələn Quba, İsmayıllı, Binə ticarət mərkəzindəki hadisələrlə əlaqədar həbslər timsalında…

- Qubadakı hadisələr psixoloji zəmində, İsmayıllıdakı proseslər isə məişət zəmində baş verdi və müəyyən qruplar bundan istifadə etdilər. Bir sıra adamlar o proseslərdə dağıdıcı, qanunları tapdayaraq hərəkət etdilər və çox ciddi qanun pozuntularına görə də həbs olundular. Etirazın müxtəlif formaları var və ən yaxşı forması da dinc vasitələrdən istifadədir. Məsələn, bir qrup rayon ağsaqqalının icra başçısının görüşünə gedərək baş verənlərlə bağlı müzakirələr aparmaları və bir sıra hallarda ağsaqqallıqdan irəli gələrək böyük xəta törədə biləcəyi barədə xəbərdarlıq etmələri ən optimal variantlardan biridir. Ona görə ki, onlar xalqın seçilmiş nümayəndələri olmaqla, həm də dinimizə, adətlərimizə, böyük-kiçik münasibətlərinə uyğun gələn, min illərdən bəri formalaşan ən təsirli etiraz əlamətlərindən biri sayılır. Bu daha təsirli nəticəsi olan etiraz formasıdır və məncə biz belə metodlardan daha çox istifadə etməliyik, nəinki hansısa icra başçısının evini yandırmaq, yaxud da həyətindəki maşınlara od vurmaqla etiraz etmək. Görünür bu cür şəxsi əmlaka zərər vermə, mülkiyyətə qəsd etmə eyni zamanda xuliqanlıq hərəkətləri ilə bağlı olub.

- Azərbaycanda vəziyyətin gərginləşməsində kənar qüvvələr, yoxsa daha yaxın dövlətlər maraqlı ola bilər?

- Qonşu dövlətlərdən də, kənardan da gələn təhlükələr var. Azərbaycanın yerləşdiyi coğrafi şərait, yeraltı və yerüstü sərvətlər həmişə dünyanın böyük dövlətlərinin maraq obyektinə çevirib. Hər bir dövlətin də Azərbaycandan öz payını qoparmaq istəyi gizlin də deyil və nəyin bahasına olursa-olsun birinci söz sahibi olmaq iddiası var. Xoşbəxtlikdən Azərbaycan balanslı siyasət yürüdür və çalışır ki, böyük dövlətlərin hansınınsa ruporu olmasın. Azərbaycan məhz müstəqil siyasət yürütdüyünə görə bir çox dövlətlər tərəfindən təzyiqlərə məruz qalır. Dövlətin müvafiq qurumları da təsdiqləyir ki, Azərbaycandakı qarşıdurmalarda, ayrı-ayrı bölgələrdəki iğtişaşlarda bir sıra dövlətlərin müəyyən izləri var. Biz heç bir dövlətin əlində alətə çevrilə bilmərik. Biz müstəqil dövlət kimi BMT-nin tam hüquqlu üzvüyük, bir çox regional və beynəlxalq layihələrin müəllifiyik, regionun ən qüdrətli dövlətiyik, yaşadığımız coğrafiyada heç bir dünya əhəmiyyətli layihə bizsiz həyata keçmir. Azərbaycan eyni zamanda bir çox nüfuzlu beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edir.

Biz bütün dövlətlərlə iqtisadi, siyasi, mədəni əlaqələr qurmaqda maraqlıyıq. Heç bir dövlətə qarşı torpaq iddiamız yoxdur, heç bir dövlətin də bizə qarşı belə bir iddiaya düşməsini qəbul etmirik. Bütün bunlar Azərbaycanı daxildən sarsıtmağa yönəlmiş addımlardır və hələlik kəşfiyyat xarakterlidir, həm də bir növ dövlətin və xalqın əsəblərini imtahana çəkmək məqsədlidir. Amma Azərbaycan xalqının birliyi çox güclüdür, belə təxribatlara keçməz.

- Dünyada cərəyan edən siyasi proseslər fonunda prezident seçkisi ilində Azərbaycanda nələr baş verə bilər, hazırlıqlar hansı səviyyədədir?

- Prezident seçkiləri kifayət qədər uğurlu, qanunun tələb etdiyi çərçivədə bütün namizədlərin bərabər imkanları şəraitində keçəcək. Amma baş verən hadisələr, mətbuatdan oxuduqlarım, ölkə daxilində keçirilən tədbirlər hakim partiyanın mövqelərinin olduqca möhkəm olduğunu göstərir. Bütün rayonlarda YAP-ın mükəmməl, sistemli, əhalinin geniş təbəqəsini əhatə edən qurumları mövcuddur, dəqiq fəaliyyət proqramları var və namizədləri də xalq tərəfindən sevilən, güvənilən şəxsdir. Ona görə də YAP-ın namizədinin seçkidə qalib gələcəyini güman edirəm. Hakim partiya funksionerlərinin bəyan etdiyi kimi bu şəxs prezident İlham Əliyevdir, o yenidən YAP-ın namizədi kimi seçkilərə qatılacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Axşam yeməyini tamamilə kəsmək lazımdır..."
Bu gün, 23:02
Ararat Mirzoyan Vaşinqtonda "köhnələrlə" nə müzakirə edir?
Bu gün, 22:55
Xanım jurnalistə qarşı dələduzluq edənlər HAKİM QARŞISINDA - TƏFƏRRÜAT
Bu gün, 22:51
"Əqrəb mövsümü 2" bu tarixdə yayımlanacaq
Bu gün, 22:47
Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır - İDDİA
Bu gün, 22:45
Rejissoru aldadıb 25 minini aldı: müğənninin əridir - FOTO
Bu gün, 22:40
Şəmsəddin Xanbabayev VƏFAT EDİB
Bu gün, 22:38
“Təyyarənin vurulması Rusiyanın Azərbaycana xəbərdarlığı idi” - deputat
Bu gün, 19:00
Azərbaycanda bu lizinq şirkəti - LƏĞV OLUNUR
Bu gün, 18:58
Vuçiçi kim qaza gətirmişdi? – Səbəblər aydın olur
Bu gün, 18:11
Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı - Klinika isə susur...
Bu gün, 18:09
Dünyanın ən güclü orduları: - Neçənci yerdəyik?
Bu gün, 18:05
“Amin Mərdəkanski”nin qətlinə görə daha bir nəfər TUTULUB
Bu gün, 17:57
Qadın onu baltalayan ərini bağışladı...
Bu gün, 17:52
"AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 17:46
Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI - Qusarda DƏHŞƏT
Bu gün, 17:41
MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu - İTTİHAM VAR...
Bu gün, 17:33
Samir Şərifov daha bir vəzifəsini İTİRƏCƏK
Bu gün, 17:26
Bakı ABŞ üçün niyə önəmlidir? – “Həmin il hərbi əməliyyatlar zamanı Azərbaycan…”
Bu gün, 17:14
AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb - FOTO
Bu gün, 17:12
Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib
Bu gün, 17:07
Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu – 516 milyonluq depozit hara gedib?
Bu gün, 17:02
Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib - TASS
Bu gün, 16:59
Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib
Bu gün, 16:48
Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 16:48
Bakıda xanım müğənni vəfat edib - FOTO
Bu gün, 16:32
Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür - Sergey Markov
Bu gün, 16:23
“Nə qədər cəsarətli rollar oynasam da, həyat yoldaşım ilk gündən tapşırıb kı...”
Bu gün, 16:22
Putin və Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq
Bu gün, 16:14
Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq - SİYAHI
Bu gün, 16:12
Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib -Kamal Məmişovla KİMSƏ BACARMIR?
Bu gün, 16:09
Monqolustanda nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 16:01
Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub - SİYAHI
Bu gün, 15:57
Azərbaycanda 20 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 15:46
“Ömrüm boyu sayğılı nazirimə borcluyam” - Qazi Məğrur Bədəlsoy Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ
Bu gün, 15:43
Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Bu gün, 15:39
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Bu gün, 15:37
Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Bu gün, 15:30
4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Bu gün, 15:26
Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Bu gün, 15:24
"İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Bu gün, 15:22
Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Bu gün, 15:16
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Bu gün, 15:14
Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Bu gün, 15:06
"Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Bu gün, 15:05
Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Bu gün, 15:03
"Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Bu gün, 15:02
Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Bu gün, 15:00
Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Bu gün, 14:00
Ermənistan Minsk qrupundan imtina edir, ya yox? – Baş nazir aparatından ziddiyətli açıqlamalar
Bu gün, 13:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru