Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi .....                     Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi .....                     Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib .....                     Aktrisa Çimnaz Sultanova vəfat edib .....                     ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: .....                     Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? .....                     “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” .....                     Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına .....                     İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb .....                     Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri .....                     İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb .....                     ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? .....                     ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... .....                     Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... .....                     "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." .....                     Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib .....                     “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” .....                     Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar .....                     Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı .....                     Bu, erməni xalqına baha başa gələcək .....                     Rusiya-Ukrayna müharibəsi başa çatır? .....                     Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm .....                     Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib .....                     "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." .....                     "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" .....                     ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ .....                     AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir .....                     Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb .....                     Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? .....                     “Tərtər işi”nə görə həbs edilən generalın işi .....                     Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır .....                     Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı .....                     “Ermənistanın qonşularla ticarəti məhv olacaq” .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib .....                     Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? .....                     Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib .....                     Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? .....                     ADSU-nun rektor əvəzi özü də tələbədir? .....                     Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir .....                     Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik! .....                 

"BİZ İNDİ HOLLİVUDLA YARIŞA BİLMƏRİK"
Tarix: 25-02-2013, 09:05 | Çap et
"BİZ İNDİ HOLLİVUDLA YARIŞA BİLMƏRİK"
"BUNUN ÜÇÜN VAXT LAZIMDIR"

Son illər Azərbaycanda müxtəlif seriallar çəkilsə də, nədənsə, vətənpərvərlik mövzusuna çox az yer ayrılır. Deyəsən, çəkilişlərinə yeni başlanmış "Bir ovuc torpaq" serialının yaradıcı kollektivi bu boşluğu doldurmaqda israrlıdır. Serialda ölüm ayağında olan köçkün atanın keşməkeşli həyatını Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru Şahmar Qəribli canlandırır. Aktyorla söhbətimizin əsas mövzu da serialın süjet xətti və qarşıda dayanan vəzifələrlə bağlı oldu:
- "Bir ovuc torpaq" serialı 12 seriyadan ibarət olacaq. Serial Qarabağdan, məcburi köçkünlərin həyatından bəhs edir. Filmdə həmçinin namus, türmə məsələsi də önə çəkilib. Uzun müddət həbsxanada yatan bir adam məhbəsdən çıxdıqdan sonra öz həmkəndlilərinin təəssübünü çəkməyə başlayır. O, bir növ kənddə düzən yaratmaq istəyir. İstəmir ki, kimsə bir-birini təhqir etsin, bir-birinin başının üstündən hansısa iş tutsun. Mənim bu serailda oynadığım rol isə çox ağır obrazdır. Hər dəfə çəkiliş aparılanda çox üzülürəm. Çünki oynadığım obraz psixoloji cəhətdən adamı əzir. Atanın nişanlı qızını oğurlayıb ləkələyir, sonra geri qaytarırlar. Bu hadisə atanı sarsıdır. O, uzun müddət şokda olur. Serialda çox ağır səhnələr var.
- Əsərin ssenari müəllifi kimdir?
- Ssenari müəllifi Sirac Mustafayevdir. "Bir ovuc torpaq" kino estetikası baxımından fərqli bir filmdir. Bu filmdə ataya münasibət tamam başqadır. Bu saat mən elə bir yaşdayam ki, sanballı obraz oynamaq istəyirəm. İstəyirəm ki, oynadığım obraz tamaşaçıların yadında qalsın. Mənim sanballı rollar oynayan vaxtımdır. Amma aktyor var ki, bunun fərqinə varmır. Təki səhnə, rol və pul olsun. Mən rol xatirinə səhnəyə çıxmaram. Bu filmdə çox gözəl kollektiv bir araya gəlib. Rasim Balayevdən tutmuş ən xırda aktyora kimi hamı öz işinin öhdəsindən gəlməyi bacarır.
- Yəqin ki, "Bir ovuc torpaq" adı təsadüfən seçilməyib...
- Serialın adı əsərin ideya xəttinə uyğundur. Torpağından didərgin düşmüş insan ölüm ayağındadır. Bunu bilən həkim onun ailə üzvlərinə deyir ki hazırlığınızı görün, bu adam bir neçə saat sonra öləcək. Amma xəstə nə qədər edirsə, ölə bilmir. Bunu görənlər onun özünü necə hiss etdiyini soruşurlar. Deyir ki, bir ovuc torpaq olsaydı gözümün üstünə qoyub ölərdim. Bunu onun 6-cı sinifdə oxuyan nəvəsi eşidir və Qarabağa gedir. Uşaq Qarabağın torpağından bir ovuc gətirib babasına verir. Burda çox böyük məna baxın. Müəllif demək istəyir ki, bu millətin balaca bir uşağı da qeyrətlidir. O, babasının sonuncu arzusunu yerinə yetirmək üçün ölümün gözünə dik baxaraq Qarabağa gedir...
- Bu serail tamaşaçıya nə verəcək?
- Bu barədə ancaq rejissor danışa bilər. Mən öz roluma cavabdehəm. O ki qaldı roluma, övladının başına gələn faciə atanın infarkt keçirməsinə səbəb olur. Amma hələ bilinmir ki, ata sağ qalacaq, yoxsa öləcək.
Ata olmaq, bu adı daşımaq çətindir. Bəzi övladlar var ki, onlar bu gün valideynin üzünə qayıdır. Yaxud övlad atanı öldürür, qatil olur. Qurani-Kərimdə deyilir ki, sevin ki, sizi sevsinlər. Sən övladını sevməsən, o, səni sevməyəcək. Yer kürəsində nə varsa, məhəbbətin üstündə qurulub. Amma məhəbbət qarşılıqlı olmalıdır.
- Müxtəlif mövzularda teleseriallar çəkilir. Filmlərin çəkiliş mexanizmini həyata keçirən cihazlar, texnika Sizi qane edirmi?
- Moskva birdən tikilməyib. Biz müəyyən mərhələlərdən keçdikdən sonra böyük miqyaslı layihələrə imza ata bilərik. Əlbəttə, bu mərhələdə səhvlərimiz də olacaq. Amma yavaş-yavaş serial çəkməyi öyrənəcəyik.
Bizdən əvvəl bu mərhələni Türkiyə keçib. Türklər artıq normal seriallar çəkə bilirlər. Türkiyə bu yolu 80 ilə qət edib. Azərbaycana da müəyyən vaxt lazımdır. Burada vacib bir məqam da odur ki, serial çəkmək üçün yaxşı mütəxəssislər, kameranın qarşısına keçən istedadlı kadrlar olmalıdır.
Kino kollektiv bir sənətdir. Kino 30 nəfərin zəhməti nəticəsində ortaya çıxır. Hindistan bir ildə 1200 film çəkir. Hollivudda da bu qədər film çəkilmir. Amma Hollivud filmləri daha baxımlı olur. Onların filmlərinin keyfiyyəti tamam başqadır. Onlar bu uğuru müasir texnikanın hesabına əldə edirlər. Biz indi Hallivudla yarışa bilmərik. Hollivuda çatmaq mümkün deyil, bunun üçün vaxt lazımdır.
Bizim bu sənətdə öyrənəcəyimiz çox şey var. Hələ mən texnikadan danışmıram. Elə texnika var ki, o hələ Azərbaycana gətirilməyib, adını eşitsək də, özünü görməmişik. Söhbət kino sənətinə aid texnikadan gedir.
- Azərbaycanda yaxşı aktyorların olmaması ilə bağlı ittihamlar son vaxtlar tez-tez səsləndirilir. Aktyorları hətta qəssaba bənzədənlər də oldu. Siz bu ittihamlarla razısınız?
- Bunu deyənlər böyük səhvə yol verirlər. Oynadığım bütün roları bir-bir sadalasaq, "yola verdiyim" rol tapılmayacaq. Deyin görək, mən hansı rolu yola vermişəm? Oynadığım bütün rolların hamısına cavabdehəm. Həmişə çalışmışam ki, öz vəzifəmi normal yerinə yetirim, hansısa rola görə kiminsə qarşısında üzüqara qalmayım. Deməsinlər ki, filan aktyor filan rolu başdansovdu oynayıb. Mən istəsəm də, bunu edə bilmərəm. Brincisi, mən Ədil İsgəndərovun tələbəsi olmuşam. İkincisi, Moskvada Feysevdən dərs almışam. Ədil İsgəndərov da, Feysev də heç bir rolu yola verməyib. Tələbə müəllimdən çox şey öyrənməlidir.
36 ildir ki, bu sənətdəyəm. İstər kinoda, istər teatrda, istərsə də çəkildiyim filmlərdə, tamaşalarda heç bir aktyora deməmişəm ki, gəl bunu başdansovdu edək. "Yola vermək"- pis sözdür. Bu söz istedadlı adama yaraşmır. Bunu ancaq istedadsız adam deyə bilir. Sənətinə vicdanla yanaşan adam heç vaxt deməz ki, gəl filan rolu yola verək.
- Etiraf edək ki, belə insanlar da az deyil...
- Bütün sahələrdə olduğu kimi teatrda, kinoda da istedadsızlar var. Hər bir sənətə yaradıcı yanaşmaq lazımdır. Bizə quru ssenari verirlər. Biz ona yaradıcı yanaşmasaq, obrazımı oyunumla yaşamasam, ağlamasam, iztirab çəkməsəm, artıq ona baxılmayacaq. Tamaşaçı nə gözləyir? Deyir ki, bu ata ağlayacaq, əxlaqına toxunublar. Ata özündə güc tapmır ki, qisasını alsın. Onun bir yolu qalıb, ağlasın, heç olmasa, ürəyini boşaltsın. Yox, bu olmayacaqsa, deməli, mən bu rolu doğrudan da yola verirəm.
- Ağır zəhmət bahasına istehsal olunan filmlərin nümayişinə maneçilik törədilir. Ssenaristlər isə bu məsələdə Mədəniyyət və Turizm Ќazirliyini ittiham edirlər...
- Dünyada kinoya biznes sahəsi kimi yanaşırlar. Biznesdə isə tələb və təklif amili əsas rol oynayır. Mən təklif edirəm ki, kinoteatrlar yenidən qurulsun. Bizim çəkib təhvil verdiyimiz filmlər maya dəyərini çıxarmalıdır. Əldə olunan pul isə yeni filmlərin istehsalına sərf olunmalıdır. Pul olmalıdır ki, başqa film çəkə biləsən. Əgər bir film üçün 5 manat xərcləmişiksə, ən azı 15 manat qazanc əldə etməliyik. Bunun yolu budur.
Bəs Amerika niyə öndədir? Bu ölkədə kinodan külli miqdarda pul gəlir. Pul həm də ilk növbədə bahalı aktyor və rejissor deməkdir. Bunun da nəticəsində film daha yaxşı alınır. Amma təkcə filmlə iş bitmir, kinoteatrlar işləməli və istehsal olunan kinolar nümayiş etdirilməlidir. Filmlərin yayımına mane olurlar. Rayonlarda kino nümayişi üçün klublar yoxdur. Bu problemi həll etmək nə mənim, nə də bir başqasının ixtiyarında deyil. Bunun üçün dövlət proqramı olmalıdır. Yəqin ki, bu məsələ nə vaxtsa dövlət proqramında öz əksisni tapacaq. Hər bir ölkənin mədəniyyəti onun vətəndaşı ilə bərabər inkişaf etməlidir. Bu gün istehsal olunan filmlər 20 ildən sonra çəkilməyəcək. 20 ildən sonra daha mükəmməl filmlər istehsal edəcəyik. Aktyorlar daha sürətli işləməyə alışacaqlar.
Biz Tahir İmanovla "Bir kəndin sevinci" filmini çəkirik. 13 gündə 18 seriya çəkdik. Yəni, reysə düşmək, onu bacarmaq lazımdır. Başqa yol yoxdur. Serial tez çəkilməli, aktyor isə ona hazır olmalıdır. İlk dəfə olaraq, biz Azərbaycanda sürətli serial çəkdik.
- Texnikanın olmadığı bir şəraitdə Azərbaycan kinosu necə inkişaf edəcək?
- Əsas odur ki, münasibətlər düzgün qurulub. Dövlət hesabına da olsa, ildə 3-5 film çəkilir. Amma kino dövlət hesabına çəkilməməlidir. Ayrı-ayrı iş adamları bu sahəyə pul qoyub, pul götürməlidir. Azərbaycan cəmiyyətini maraqlandıran mövzular ekranlaşdırılmalıdır.
- Amma nə iş adamları, nə də məmurlar bu sahəyə sərmayə qoymaq istəyir...
- Elə etmək lazımdır ki, onlarda həvəs yaransın. Dünyada bunun öz mexanizmləri var. Yəni, biz sahibkarları həvəsləndirməliyik ki, onlar bu işə həvəslə pul buraxsınlar. Pul verən şəxsin marağı olmalıdır. Xarici ölkələrdə bir filmə 170 milyon dollar pul xərcləyən iş adamları var. Deməli, qazanırlar ki, pul da xərcləyirlər. Dövlət kinoya nə vaxta kimi bul buraxacaq? Bəyəm dövlətin başqa problemi yoxdur? Dövlət kino üçün çox pul xərcləyə bilməz. Düzdür, indi təzə-təzə başladığı üçün bunu edəcək. Amma bir neçə il keçəcək, görəcək ki, xərclədiyini çıxara bilmir, daha pul verməyəcək. Ayrı-ayrı adamlar kinoya pul, sərmayə qoyub, sahibkarlarda maraq oyatmalıdır. Kino biznes sahəsi kimi fəaliyyət göstərməlidir. Əks təqdirdə, kino inkişaf etməyəcək.
Aktyor, ssenarist güclü qonorar almalıdır. Rejissorun bütün fikri bir filmdə olmalıdır ki, ürəklə işləsin. Amma etiraf edək ki, dövlət bu pulu ödəyə bilməyəcək. Bizi əhatə edən hər bir problem dövlətə aiddir. Bu gün dövlət 3 filmin çəkilişi üçün pul ayırır. Nədir ki, əlində olan mütəxəssisləri çıxıb getməsin. Müasir kinomuzun ən böyük problemi pirotexnikanın olmamasıdır. Pirotexnika almaq çətindir. Bunun özü bir başqa sənətdir. İşıqçı tapmaq çətindir. Burda söhbət ay işığını qurandan, kinonu biləndən gedir. Bizim kameraların qarşısına isə bacarıqsız kadrlar çıxırlar.
\ reytinqinfo.az \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Bu gün, 20:07
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Bu gün, 20:01
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Bu gün, 19:59
Aktrisa Çimnaz Sultanova vəfat edib
Bu gün, 19:56
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Bu gün, 19:02
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Bu gün, 19:00
“Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Bu gün, 18:58
Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Bu gün, 18:17
İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Bu gün, 18:15
Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Bu gün, 18:13
İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Bu gün, 18:09
ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Bu gün, 17:59
ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Bu gün, 17:53
Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51
"Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40
Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37
“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27
Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25
Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20
Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19
Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17
Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16
"4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14
"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09
ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14
Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12
ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01
Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59
Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57
Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56
Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53
Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39
“Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35
“PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34
Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32
Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30
Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20
Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru