ALİ MƏKTƏBLƏRDƏ QIŞ SESSİYASINDA ŞIDIRĞI ALVER
Tarix: 4-02-2013, 08:48 | Çap et
HƏR BİR UNVERSİTETİN RÜŞVƏT BAZARINDA ÖZ QİYMƏTİ, ÖZ “TASKASI” VAR
DİA.AZ: - Universitetdə oxuduğum vaxtdan imtahan deyiləndə yadıma Fransa sərkərdəsi və imperatoru Napoleon Bonapartın bir sözü düşür. Napoleonu yuxudan oyadıb düşmənin hücuma keçdiyini xəbər verəndə deyib: “Mən də elə bildim, imtahana çağırırlar...” Zaman ötüb, imtahan qorxusu isə keçib getməyib. Amma bu qorxu, deyəsən o qorxudan deyil...
Xüsusən, ali təhsil müəssəsələrində oxuyan tələbələr üçün imtahanların aşılması çətin bir maneəyə çevrilib. Bütövlükdə imtahan bəzi tələbələrdən ötrü “qara gün”, bəziləri üçünsə real biliklərin nümayiş etdirilməsi vasitəsidir. Artıq universitetlərdə qış sessiyası sona yetmək üzrədir. Bəs görəsən tələbə biliyinin qiymətləndirilməsi prosesi necə aparılır?
“Bizdə neqativ hal yoxdur”
İlk öncə Bakı Dövlət Universiteti (BDU) ilə maraqlandıq. Universitetin Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova dedi ki, BDU-da imtahanlar yanvar ayının 31-də başa çatıb: “İmtahanlar tam yekunlaşandan və bütün nəticələrin hesablanması başa çatdırılandan sonra statistik məlumatlar verə biləcəyik. Hələlik prorektorluq yəqin ki, hesablamalar aparıb, amma universitet üzrə nəticələr aşkarlanmayıb”.
İmtanların keçirilmə qaydasından danışan BDU sözçüsü dedi ki, qiyabi şöbələrdə test üsulu tətbiq olunur, əyanilərdə isə imtahanlar yazılı monitorinq qaydasında keçirilir: “Monitorinq odur ki, mühazirə müəllimi 1 semestr ərzində mühazirə oxuyur, seminar müəllimi seminar keçir. Yoxlama vaxtı isə nə mühazirə, nə də seminar müəlliminin nəticələri yoxlamaq səlahiyyəti var. İmtahanın nəticələrini kafedranın başqa müəllimlər yoxlayırlar. Onlar isə hansı tələbənin işini yoxladıqlarını bilmirlər. İşlər şifrələnir, müvafiq komissiya tərəfindən yoxlanılır və bir gün sonra nəticələr fakültələrdə elan olunur”.
“Bəs tələbənin vərəqdə müəllimə özünü tanıdan işarələr qoyması halları olurmu?” Suala BDU təmsilçisinin cavabı belə oldu: “Görün, universitetdə nə qədər tələbə təhsil alır. Hamının işarə qoyması ağlabatan deyil. Elə bir işarə olsa belə, kodlaşdırma komissiya həmin işi yoxlamamış ləğv edir”.
“Artıq imtahanlar sona yetib, nəticələri necə hesab etmək olar” sualına cavabda Pərvanə İbrahimova dedi ki, nəticələr hər halda qənaətbəxş hesab edilə bilər: “Universitetdə imtahanların aparılma qaydasında obyektivlik və şəffaflıq əhəmiyyətli vasitə hesab olunduğundan tələbələr bilirlər ki, yalnız oxumaq yolu ilə nəsə əldə edə bilərlər. İnkar etmirəm, əvvəllər köçürtmə və başqa neqativ hallar olurdu. Amma hazırda bütün otaqlar kamera sistemi ilə təhciz olunur. İmtahanlar mərkəzdən də izlənilir. Otağın böyüklüyündən aslı olaraq nəzarətçilər də təyin edilir. Tədris elektron mərkəzi hər bir şeyi diqqətlə izləyir və tələbələr neqativ hallara yol verərlərsə imtahandan kənarlaşdırılırlar”.
Bəs tələbə imtahan zamanı ona aid edilən neqativ halla razılaşmazsa, hansı tədbir görülür, araşdırma aparılırmı? Pərvanə İbrahimovanın sözlərinə görə, tələbə video-yazı ilə razılaşmayanda sübutlar dəqiqləşdirilir və tələbəyə təqdim olunur: “Belə neqativ hallara 1-ci və 2-ci kurslarda daha çox rast gəlinir. O da təcrübəsizlikdən yaranır. Sizi
inandırım ki, universitetimizdə imtahan prosesində köçürtmə və bu kimi neqativ hallar yox dərəcəsindədir”.
BDU təmsilçisindən: “Apardığımız araşdırma zamanı tələbələr bəzən kamera olmayan otaqlarda imtahan verdiklərini dedilər. Buna münasibətiniz necədir?” deyə soruşduq. Pərvanə İbrahimova bildirdi ki, kamerasız otaqlarda imtahan götürülməsi həmin gün imtahanların hədsiz çox olmasından irəli gəlir: “Amma həmin otaqlarda nəzarətçilərin sayı artırılır”.
Həmsöhbətimiz BDU-da imtahanın nəticələrinin baloniya sistemi ilə qiymətləndirildiyini söylədi: “Tələbə 50 bal semestr ərzində, daha sonrakı balları isə imtahan zamanı əldə edir. İmtahandan bir gün sonra isə cavablar elan edilir”.
“Humanitar sahədə testin ləğvinə tərəfdaram”
İmtahanlarla bağlı tələbələrin də fikirlərini öyrəndik.
BDU-nun jurnalistika fakültəsinin 4-cü qiyabi kurs tələbəsi Zərifə Feyzullayeva dedi ki, universitetdə imtahanlar son iki ildir test üsulu ilə aparılır: “İlk üç ildə jurnalistika fakültəsinin tələbələri olaraq bizə yazılı imtahan vermək daha rahat olurdu. Şəxsən mən humanitar fakültələrin test üsulu ilə imtahan verməsinə qarşıyam, bu üsulu düzgün hesab etmirəm. Düzdür, bu semestrdə çətinliyim çox olmadı, bəzi kitabları tapmaq çətin idi, onu da həll edə bildim”.
Ədalət Şahbazov Təfəkkür Universitetinin jurnalistika fakültəsində təhsil alıb, bu il isə İstanbul Universitetinin magistr pilləsində təhsilini davam etdirir: “Türkiyədəki imtahanlar və təhsil sistemi haqqında danışacam. İstər dərsə davamiyyət, istər balların yazılması, istərsə də imtahan zamanı qeyri-leqal yollardan istifadənin əngəllənməsi təhsilin keyfiyyətinin yüksəkliyindən xəbər verir. İstanbul Universitetində təhsil sistemi belədir: Bir ildə 2 dönəm olur, hər dönəmdə dərsə davam edə-edə öncə viza ımtahanları verilir. Bu imtahanlardan sonra isə final imtahanları olur. Viza ımtahanları final ımtahanlarına “100-ün 40-a” nisbətində təsir etdiyi üçün ona yaxşı hazırlaşmaq lazımdır. Yaxşı bal toplamasan bütlərə qalırsan. Büt nədir? Tələbənin öz topladığı baldan razı olmayıb yüksək bal yığmaq üçün həmin fənnin imtahanına təkrar girmək və ya imtahanda kafi bal toplayan tələbənin bütlərə girərək kəsildiyi fəndən keçmək şansıdır. Bu, çox gözəl şansdır. Qış sessiyası burda da var. Mən artıq imtahanları vermişəm. Bir problemlə qarşılaşmadım. İmtahanlar şifahi və yazılı keçirilir. Mövzu verilir, yazırsan, sonra isə stul (təqdimat) olur. İmtahanlarda pul, tapşırıq-filan kimi məsələlər qeyri-mümkündür. Bəlkə də var, amma mən nə eşitmişəm, nə də şahidi olmuşam”.
Azərbaycan Dillər Universiteti, 1 nömrəli ingilis dili fakültəsinin 2-ci kurs tələbəsi Eynulla Feyzullazadə qış sessiyasının istər gedişindən, istərsə də nəticələrindən razıdır: “Otaqlarımızda kamera sistemi olmasa da, nəzarət yüksək səviyyədə idi. Əslində imtahanlar gərəklidir, çünki bir semester ərzində əldə etdiyimiz bilikləri yoxlamaq imkanı əldə edirik. 3 smester imtahan verməyimə baxmayaraq heç bir problemlə qarşılaşmamışam. Bu vaxta qədər qarşılaşdığım bütün müəllimlər tələlbələrin savadını düzgün qiymətləndirməyi bacarıblar. Çəkdiyimiz zəhmətə uyğun bal qazanırıq. Giriş ballarım məni qane edirdi. İmtahanların hamısına 49 və 50 balla girmişəm. Buna uyğun nəticələrim yaxşı olub. Bu semestr 6 imtahan verdik. Hamısı yazılı oldu, heç bir neqativ halla qarşılaşmadım”.
“İmtahanlara 170 man xərcim çıxdı”
İqtisadiyyat Universiteti, ümumi iqtisadiyyat fakültəsinin 4-cü (əyani) kurs tələbəsi İlqar Şakiroğlunun sözlərinə görə, rüşvət müəllimdən müəllimə fərqli olur, fakültədən fakültəyə yox: “Amma bəzi fakültələrdə hər şeyi dekanatlar həll edir. Bizdə baloniya sistemidir deyə müəllim müdaxilə edə bilmir, imtahanlar kompüterlə keçirilir. İmtahana giriş üçün balı isə pulla alırıq. Çox vaxt 40 balı 50 manata verirlər. İmtahana girmək üçün kollokumlara, referatlara müəllim bal yazır, nə yolla yazır, aydın məsələdir. Dekanımız Kamil Qafarov açıq hərəkət etməkdən çəkinir. Bu semestr bir müəllim var idi, məcburən hamımıza kitabını 20 manata satdı, 40 manat da bal yazmağa görə aldı. Bu semestr ümumilikdə 170 manat xərcim çıxdı. Şükür, az xərclədim...”
Təfəkkür Universitetinin adının gizli qalmasını istəyən tələbəsi də qış sessiyasının olaylarından söz açdı: “Hər imtahana 60 manat verib keçdik. Hər sessiyada rektorun qabağına siyahi qoyulur və siyahıda adı olanlar 100 faiz imtahandan keçmiş sayılır. Bizim universitetimizdə xeyli qanun pozuntusu var. Rüşvət, dekanların özbaşınalığı və sair... Pulu dekana versən, özü çox rahatlıqla hər şeyi həll edir. Bu semestr 250 manat xərcim çıxdı. Qayiblərmi də sildirdim, imtahnlarmı da həll etdirdim. Elə uşaq var 600 manat verəsi oldu. Özləri bilə-bilə kəsirlər ki, tələbələr kreditə düşsünlər”.
Səslənən tənqidlər, göstərilən nöqsanlarla bağlı əks-tərəfin də fikrini işıqlandırmağa hazırıq.
Əfruzə Ağayeva – DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10 |
|
|
|
• ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08 |
|
|
|
• İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06 |
|
|
|
• Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04 |
|
|
|
• “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59 |
|
|
|
• “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53 |
|
|
|
• İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47 |
|
|
|
• ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44 |
|
|
|
• XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39 |
|
|
|
• Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• "Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31 |
|
|
|
• Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33 |
|
|
|
• Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28 |
|
|
|
• Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
• Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21 |
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
|