AĞCABƏDİNİN İCRA BAŞÇISININ “QARA DOSYASI”
Tarix: 29-01-2013, 12:30 | Çap et
ŞAHİN MƏMMƏDOV ƏHALİNİ TAM OLARAQ ÜSYAN ÜZƏRİNDƏ KÖKLƏYƏ BİLİB
DİA.AZ: - Ağcabədi rayonu zamanında respublikamızın ən qabaqcıl rayonlarından biri hesab olunurdu. Hələ Sovet illərində həm istehsal gücünə, həm potensialına, həm də digər göstəricilərinə görə Ağcabədi Azərbaycanın qabaqcılları sırasında sayılırdı. Sonrakı illəri isə təəssüf ki, Ağcabədi rayonunun tənəzzül illəri kimi xarakterizə etmək olar. Bu isə hər şeydən öncə rayona rəhbərlik edən şəxslərin səriştəzliyindən qaynaqlanır. Hər halda, fərdlər də mühüm rol oynayır.
DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun yarıtmaz idarəçiliyi nəticəində rayonda əsl xaos hökm sürməkdədir. Bütün bunlar haqda bir qədər sonra, hələlikə gəlin Şahin Məmmədovla daha yaxından tanış olaq.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov əslən buralı deyil. Şahin Kərim oğlu Məmmədov 1959-cü ildə Bərdə şəhərində anadan olub. 1965-1975-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbdə oxuyub. Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1975-1983-cü illərdə «Azelektromontaj» idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.
Şahin Məmmədov 1983-1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib, 1992-1993-cü illərdə Maliyyə Nazirliyinin «Azəraudit» mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995- ci illərdə Bərdə rayon İcra Hakimiyyəti başcısının sosial - iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində çalışıb. Ölkə Prezidentinin 26 dekabr 2005-ci il tarixli sərəncamı ilə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Ancaq onun icra başçısı kimi fəaliyyətini heç də uğurlu saymaq mümkün deyil. Hər halda onunla bağlı indiyə qədər səsləndirilən ittihamlar və ortada olan faktlar belə düşünməyə əsas verir. Həmin faktlardan biriylə tanış olmaq üçün bir qədər keçmişə ekskurs etmək lazım gəlir.
Belə ki, bir müddət öncə Ağcabədi rayonunda rüsvayçı olayın baş verməsini buna misal götürmək olar. Məlumata görə, Maliyyə Nazirliyi rayondakı səhiyyə müəssisələrində ciddi yoxlamalar keçirib və dərman preparatlarının alınması üçün ayrılan 200 min manat vəsaitin mənimsənildiyi ortaya çıxıb. Fakt aşkarlandıqdan sonra rayonun icra hakimi Şahin Məmmədovun əmri ilə Səhiyyə İdarəsinin müdiri Arif Quliyev vəzifəsindən azad edilib. Qeyd edək ki, A.Quliyev həm də YAP-ın rayon təşkilatının sədri olub. Hadisədən sonra iə səhər vəzifəsindən azad edilən A.Quliyev ictimaiyyətin gözü qarşısında icra başçısının yaxasından yapışaraq «Mən 200 min manatı hesabdan çıxarıb, sənə vermişəm. Pulumu qaytar» deyib. Orada olan şəxslərin müdaxiləsindən sonra A.Quliyevi sakitləşdirmək mümkün olub. Yalnız bundan sonra Şahin Məmmədov rayon icra hakimiyyətinin binasına gedib.
İcra başçısını ifşa edən daha bir rüsvayçı faktla tanış olaq. Belə ki, Ağcabədi rayon Yol İstismar İdarəsinin müdürü Vidadi Hüseynovun rayonun İcra başçısı Şahin Məmmədovun arasında qalmaqal və qarışıdurma yaşanmaqdadır. Belə ki, İcra Hakimiyyətində keçirilən toplantılardan birində İcra başçısı ilə idarə müdürü arasında açıq qarışıdurma baş verib. Qarşıdurma nəticəsində Şahin Məmmədovla Vidadi Hüseynov arasında baş verən söz atışmasından sonra, icra başçısı idarə müdürünü toplantıdan qovub. Sonra isə Şahin Məmmədov nə düşünübsə, Vidadi Hüseynovun geri çağırılmasını əmr edib. Həmin ərəfədə mətbuatın yazdığına görə, İcra başçsı ilə Yol İstismar İdarəsinin müdürü arasında soyuq küləklər çoxdan əsir. Hələ bimr müddət əvvəl İcra başçısı Yol İstismar İdarəsinin müdürünü işdən azad edib və onun əvəzinə bir başqasını təyin etməyə cəhd edib. Lakin «Azəryolservis» ASC-də dayaqları olan Vidadi Hüseynov öz vəzifəsinin icrasını davam etdirib. Məlumatda iddia olunur ki, icra başçısı isə Vidadi Hüseynovu yenidən öz vəzifəsinə bərpa etmək üçün ondan külli-miqdarda pul istəyib.
İikili arasında son qarşıdurmadan əvvəl isə Şahin Məmmədov Vidadi Hüseynovu kabinetinə dəvət edərək, ondan Ağcabədidəki yolları kosmetik təmir etməyi və «yuyulan» pulların böyük hissəsini ona gətirməsini tapşırmasından sonra olub. Bu barədə daxil olan məlumatda bildirilir ki, Yol İstismar İdarəsinin müdürü başçının bu tələbinə etiraz edib. İstədiyini əldə edə bilməyən icra başçısı bundan sonra ümumrayon toplantısında Vidadi Hüseynova qarşı hücuma keçib və sonuncu bu hücumun qarşılığını verdikdə isə çarəni idarə müdürünü toplantıdan qovmaqda görüb. Yuxarıda da bildirildiyi kimi bir qədər sonra başçı öz fikrini dəyişdirərək idarə müdürünün geri çağırılmasını əmr edib.
Məlumatda göstərilir ki, İcra başçısını qəzəbləndirən əsas məsələ Vidadi Hüseynovun ona qarşı saymamazlıq nümayiş etdirməsi və əldə etdiyi gəlirləri icra başçısınıdan gizlətməsidir. Belə ki, təkcə son bir ildə guya Ağcabədi yollarına sərf olunan 500 000 mant vəsait itə-bata düşüb. Təbii ki, bu yağlı tikədən icra hakimiyyətinin başçısı Şahin Məmmədovda öz payını almaq istəyir. Amma hələlik başçının buna nail ola bilmədiyi bildirilir.
Şahin Məmmədovun adı eyni zamanda qalmaqallı «boru əməliyyatı» ilə bağlı da hallanıb. Bildirək ki, mətbuatda Ağcabədinin icra başçısı Şahin Məmmədov Qarqar çayından rayon mərkəzinə axan suyun borularını çıxararaq satması barədə məlumat verilib. Bu faktı qəzetlərə ötürən mənbənin sözlərinə görə, uzunluğu 18 km olan borunun böyük bir hissəsi satılıb. Yalnız kiçik hissəsi qalıb ki, icra başçısı onları sata bilmir. Bunun səbəbi isə rayon sakinlərinin Şahin Məmmədova təpki göstərməsidir.
Əməkdaşımızın araşdırmaları nəticəsində bəlli olub ki, Qarqardan Ağcabədinin mərkəzinə kimi uzanan 18 km-ə qədəri çuqundan ibarətdir. 1 çuqun borunun uzunluğu 4,20 metr, çəkisi 534 kq-dır. Bu isə o deməkdir ki, bu rəqəmi də 15-dəfə yüksəldəndə 3750 ədəd çuqun boru edir. 15 km-lik çuqun borunun ümumi çəkisini tapmaq üçün isə sonuncu rəqəmi bir borunun çəkisinə, yəni 534 kq-a vuranda 2 002 500 kq - 2002.5 ton edir. 1 ton çuqunun qiyməti ən aşağı hesabla götürsək, 165 dollardır. Bunun cəmi isə 330330 dollara gəlib çıxır. Beləliklə də Şahin Məmmədov «boru əməliyyatı» nəticəsində külli miqdarda gəlir əldə edib.
Təəssüflər olsun ki, bütün bu sadalananlar Ağcabədidə baş verən maxinasiyaların yalnız kiçicik bir hissəsidir. Hələ bizə bəlli olmayan neçə-neçə qanunsuzluqlar mövcudur ki, onlar haqda da sizlərə gələcəkdə daha ətraflı məlumat verməyə çalışacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10 |
|
|
|
• ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08 |
|
|
|
• İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06 |
|
|
|
• Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04 |
|
|
|
• “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59 |
|
|
|
• “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53 |
|
|
|
• İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47 |
|
|
|
• ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44 |
|
|
|
• XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39 |
|
|
|
• Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• "Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31 |
|
|
|
• Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33 |
|
|
|
• Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28 |
|
|
|
• Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
• Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21 |
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
|