AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb .....                     Bakının son tələbi masaya qoyuldu: .....                     Tramp niyə Qrelandiyanı almağa can atır? .....                     Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı .....                     “Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub .....                     AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib .....                     Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu .....                     Bakı bu dəfə tramvaya görə söküləcək: .....                     Lənkəranda YAŞIL TERROR .....                     Daha yüksək zirvələrə .....                     Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər .....                     Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün .....                     Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi .....                     Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? .....                     Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu .....                     Burun əməliyyatlarında ölüm riski .....                     İrəvan hökuməti hələ də eyni yanlış addımları atır .....                     "Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" .....                     Belarus Azərbaycana yeni səfir təyin edib .....                     Bayden Paşinyanı yeni tələyə salır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub .....                     Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir .....                     11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı .....                     Gəncə Ekoloji Park Kompleksində .....                     Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var .....                     Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb .....                     Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib .....                     Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... .....                     Paşinyan Rusiyadan .....                     “Azəriqaz” Qarabağ Qazisinə qarşı... .....                     Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı .....                     Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... .....                     Polisə rüşvət verən azərbaycanlı .....                     ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir .....                     "Aygünlə Röya yox, Hiss?" .....                     Afiəddin Məmmədova hökm oxunub .....                     "Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... .....                     AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” .....                     “Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” .....                     Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... .....                 

OĞUZ MEŞƏLƏRİNƏ KİMLƏR VƏ NECƏ QƏNİM KƏSİLİB?
Tarix: 29-11-2012, 11:43 | Çap et
OĞUZ MEŞƏLƏRİNƏ KİMLƏR VƏ NECƏ QƏNİM KƏSİLİB?
YERLİ MƏMURLARIN ÖZBAŞINALIĞI AZƏRBAYCAN TƏBİƏTİNİ MƏHV EDİR

DİA.AZ: - Oğuz şəhər sakini F.İbrahimovun adından redaksiyamıza Oğuz meşələrinin qırılması ilə bağlı ilginc ittiham və faktlarla dolu şikayət məktubu daxil olub. Bildirək ki, DİA.AZ-a daxil olan məktub eyni zamanda müxtəlif KİV-lərə və prezident İlham Əliyev başda olmaqla bir sıra dövlət rəhbərlərinə də ünvanlanıb. Məktubda deyilir:

“Çox hörmətli cənab Prezident!

Sizin bir siyasi rəhbər kimi həyata keçirdiyiniz siyasi kursu bəyənirik və yüksək qiymətləndiririk. Ölkə prezidenti kimi fəaliyyətinizdən razıyıq. Lakin qəbul etdiyiniz qərarlar, verdiyiniz tapşırıqlar yerli məmurlar tərəfindən icra olunmur. Əsəsən də Oğuz rayonuna son 10 ildə təyin etdiyiniz icra başçıları, onların müavinləri korrupsiyadan çəkinməmişlər və xüsusi olaraq yeganə sərvəti meşəçilik olan rayonda meşə dağıntılarının kütləvi hal alması çoxları kimi bizləri-bir qrup Oğuz ziyalılarını da ciddi narahat edir.

Cənab Prezident!

And içirik ən müqəddəs saydığımız varlıqlara ki, 1990-cı ildən üzü bu yana rayona təyin edilən birinci şəxslər-icra başçıları, prokurorlar, polis rəislərinin əsas gəlir mənbəyi Oğuz meşələri olmuşdur. Son 15 ildə Oğuzda 5 icra başçısı dəyişdirilib. Onların rəhbərliyi ilə meşələrimiz, bağ-bağçamız dağıdılıb, 100 illərə boya-başa çatmış bərk cinsdən olan palıd, fıstıq, görüş, çökə, vələs ağacları qanunsuz kəsilmiş və bu işbazlar tərəfindən satılaraq milyonlarla manat pul qazanılmışdır.

Sonuncu dəfə- 1 il əvvəl rayona təyin edilən bizim həmyerlimiz (Özünü hər kəsə sizin yaxın dostunuz olduğunu bildirir) Eyvaz Qurbanov isə rayona rəhbər təyin edilən kimi «meşə mafiyası» yaratdı. O, hamını yaxşı tanıyırdı… Eyvaz Qurbanov (əvvəlki RİH başçısı Aydın Əlihüseynovun vaxtında da meşə korrupsiyasına başçılıq edən) indiki müavini və yaxın dostu sayılan Azad Əliyevə Oguz meşələrinin qanunsuz qırılaraq içlik material, yeşik taxtası və oduncaq kimi rayondan kənara satılması və külli miqdarda pul qazanılması işini həvalə etdi. Bu həmin Azad Əliyevdir ki, əvvəllər rayonda qaz idarəsinin rəisi işləyirdi və nə işlər görürdü, hansı əməllər törədirdi, bunu bütün rayon bilir. Onun əvvəlki RİH başçısı Aydın Əlihüseynovu necə bezdirib rayondan qaçırtdığını da hamımız bilirik (Bu hissədə bəzi korrupsiya və rüşvət faktları sadalanır və bu faktları araşdırmadan yaza bilməzdik, məhkəmə perspektivindən uzaq olmaq üçün). A.Əliyev bununla da rayonda meşələrə qənim kəsilən korrupsiya şəbəkəsi yaratdı və çox fəal fəaliyyətə başlayıbdır. Hətta ola bilsin onun bəzi işlərindən öz dostu Eyvaz Qurbanov da xəbərsizdir. Amma rayonda kənardan hamı hər şeyi görür. Görür ki, Oğuz meşələri Azad Əliyevin əlindən necə qan ağlayır…

Rayon polis şöbəsinin rəisi də bu korrupsiya şəbəkəsinin üzvüdür. Bu yolla əldə edilən qanunsuz gəlirlərdən hər ay Azad Əliyevin komanda üzvlərinin bildirdiyinə görə polisə haqq ayrılır. Cənab Prezident!

Məlumunuz olsun ki, meşə materiallarının Oğuzda qanunsuz qırılıb, dağıdılıb satılması yolu ilə hər ay bu komanda 350-400 min manat qanunsuz gəlir əldə edir. Belə ki, 1 «KaMAZ» ( 62 sm-lik) oduncaq yeşik taxtasına yarayan odun meşə işçiləri tərəfindən işbazlara 800 manata satılır. Hər bir maşının (materialla dolu ) rayondan polis işçiləri tərəfindən keçirilməsinə 400 manat pul alınır. Bu hər gün belədir və bir müşahidəçi olsa, yetər ( «Təzadlar» artıq bir əməkdaşını rayona ezam edib.Red.). Material satışı ilə məşğul olan işbazlar rayondan satılan hər bir «KaMAZ» maşınları üçün Azad Əliyevə 600 manat verirlər. Göyçay, Ağdaş, Şəmkir, Yevlax kimi rayonlarda fəaliyyət göstərən yeşik istehsalı sexlərinə həmin bir maşın ağac materialı 2500 manata satılır. Azad Əliyev rayonda 8 yerdə meşə materialından yeşik reykası hazırlayan sex işlədir ki, həmin sexlərdə Oğuz meşələrindən qanunsuz qırılmış meşə materialı hesabına işləyir. Bu sexlərdə hər bir maşın (62-sm-lik) materialdan 100-120 min ədəd yeşik taxtası istehsal edilir. Bu qanunsuz sexlər Oğuz şəhərində, həmçinin Oğuzun keçmiş quşçuluq fermasında ( «raypo»ya məxsus) Rüfət Həsrətov adlı şəxsin evində, Kərimli kəndində Qüdrət müəllimin evində, Xaçmaz kəndində meşə dolayının rəhbəri Xalid Seyidovun bağında, Xal-Xal kəndində, Muxas, Calud kəndlərində və sair yerlərdə fəaliyyət göstərir. Azad Əliyevin razılığı olmadan Oğuzda hec bir kəs meşə materialının emalı və satışı ilə məşğul ola bilməz. Azad Əliyevin bu koorrupsiya fəaliyyətini nizamlayan, yerlərdən pulları toplayan, material satışını təşkil edən sirdaşı- padarlı Nail və oğuzlu Hamildir. Bu koorrupsiya üzvlərinin bildirdiyinə görə Azad Əliyevin əldə olunan qazancının 50 %-i başçıya verilir, 30%-i, yəni 100-120 min manatı isə özünə qalır, qalan hissəsi isə meşə işçilərinə və digər üzvlərə paylanır.

Cənab prezident!

Biz oğuzlular meşələrimizin qırılmasının tam əleyhinəyik. Neçə illərdir ki, etiraz səsimizi qaldırırıq. Sizlərə, rəhbər orqanlara narahatlığımızı bildiririk, ölkə mətbuatında bu barədə məlumat verilir. Heç bir müsbət nəticəsi olmur. Meşələrin qırılması ilə bağlı şikayət məktubu Prezident Administrasiyasına çatan kimi, rayona baxan «kurator» tərəfindən başçı ora-bura çağrılır, nə tapşırıq verilirsə, Azad Əliyev meşə dağıdan korrupsiyaçılara 10-15 gün fasilə vermələrini tapşırır, sonra yenə əvvəlki kimi iş davam etdirilir. Görünür ki, bizim meşələrimizin dağıdılması üçün sizə etdiyimiz müraciətimiz hansısa məmurların əlinə keçir, sonra isə məsələ düyünə düşür.

Cənab Prezident!

Siz korrupsiya və rüşvətxorluğa qarşı mübarizə barədə sərəncam vermisiniz. Cənab Ramiz Mehdiyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizə komissiyasının rəhbəridir. Bəs nə əcəb yerli aparatlarda əyləşən icra başçısı, onun müavini və digərləri Sizin bu sahədəki mübarizənizə kölgə salırlar? Biz son 10 ildə Prezident Administrasiyasına, Ekologiya Nazirliyinə yüzlərlə Oğuz ziyalıları adından meşələrimizin qanunsuz dağıdılması, talan edilməsi haqqında onlarla müraciətlər etmişik. Amma yerli məmurlar bunlara məhəl qoymurlar. Qarabağın Topxana meşəsini düşmən dağıtdı. Oğuzun meşələrini isə yerli məmurlar viran qoyur.

Cənab Prezident!

Oğuzun Yaqublu kəndi rayonda sonuncu, sərhəd ərazidir. Bizim dediklərimizə inanmayanlar əgər bu koorrupsiya şəbəkəsinin ifşa olunmasını, biz yazan faktların doğruluğunu bilmək istəyirsə, bir gün ərzində həmin kənddən Şəki rayonunun taxılçılıq sovxozuna keçən yolda müşahidə aparsınlar. Hər şey bəlli olacaqdır. Hər gün axşamlar oradan 15-20 «KaMAZ» dolu meşə materialı ötürülür.

Oğuz Meşə İdarəsində ixtisaslı meşə işçisi qalmayıb. Meşələrin qırılmasına etiraz edən ixtisaslı meşəçilər işdən kənarlaşdırılıbdır. Əvəzində Azad Əliyev öz adamlarını meşə nəzarətçiləri təyin etdirib. Bəs ulu öndər H.Əliyevin siyasi kursunu davam etdirməli olan Oğuz RİH başçısı Eyvaz Qurbanov, onun müavini Azad Əliyev, Oğuz rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov hara baxır???

Ulu öndər H.Əliyev deyirdi: "Bir qanunsuz yaşıl ağac kəsiləndə elə bilirəm ki, mənim sağ qolumu kəsirlər". Dünya azərbaycanlılarının konfransında bütün dünya azərbaycanlılarına "xeyir-dua" etdi. H.Əliyev deyirdi: " Sizin çaylariniz qurumasın, ocağınız sönməsin, bulaqlarınız qurumasın, ağaclarınız kəsilməsin!». Bəs meşəsi olmayan ərazidə, çaylarda, bulaqlarda su olarmı? Milyard manatlarla xərclə Bakıya Oğuzdan su xətti çəkilib Meşə olmasa yerin altında su ehtiyatı necə təmin oluna bilər?

Ölkənin birinci xanımı Mehriban Əliyevə elə bu ili də «Ekologiya ili!» elan ebibdir. Mehriban xanımın bu möhtəşəm təşəbbüsü Oğuzda niyə alt-üst başa düşülüb???

Cənab Prezident! Bəzi məmurlar həqiqətən də odla oynayırlar və təbiətə qənim kəsiliblər. Onların qarşısını inanırıq ki, ən azı bu müraciətimizdən sonra Siz kəsəcəksiniz.
Böyük ümid hissi ilə:

Oğuz ziyalıları və təbiət sevənlər adından: F.İbrahimov»










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38
Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31
Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29
Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28
“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17
Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06
Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05
Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55
Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40
Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30
Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13
Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09
Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02
Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00
İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58
"Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58
Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43
Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17
Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11
11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10
Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08
Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05
Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04
Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01
Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00
Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58
“Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55
Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51
Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48
Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43
ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40
"Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37
Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34
"Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33
AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” - BU NƏDİ BELƏ?..
Bu gün, 12:31
“Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24
Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... - NARAZILIQ VAR...
Bu gün, 12:20
Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? - “Tehran Times”
Bu gün, 12:14
Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib - BUNDAN SONRA...
Bu gün, 12:11
“Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” - Bloomberg
Bu gün, 12:08
Tramp-Putin görüşü HARDA OLACAQ? - BAKIDA?
Bu gün, 12:04
Paşinyan yaxın zamanda istefa verəcək – Ağazaryan
Bu gün, 12:00
Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi - ODUR Kİ...
Bu gün, 11:59
Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: - "Səhhətim normaldır..."
Bu gün, 11:57
Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib
Bu gün, 11:56
Ermənistanın hərbi büdcəsi təsdiqləndi: 1,7 milyard - KİV
Bu gün, 11:55
Ankara əlini masaya çırpdı: “Terrorıstan” yaradılmayacaq! - NƏ BAŞ VERİR?
Bu gün, 11:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru