AZƏRBAYCANIN NATO ALVERİ
Tarix: 13-11-2011, 15:14 | Çap et
NƏDƏN RƏSMİ BAKI TİFLİS QƏDƏR İSRARLI DEYİL?
Cənubi Qafqazda bu həftənin ən önəmli hadisəsi sırasında NATO baş katibi Anders Foq Rasmussenin Gürcüstana rəsmi səfərini qeyd etmək olar. Bu səfər NATO-nun qapılarının Gürcüstanın üzünə qapanmadığını göstərdi. Rasmussen üzvlüklə bağlı konkret tarix söyləməsə də, Tiflisdə «Gürcüstan NATO-ya üzv olacaq» fikrini xüsusi vurğuladı. Bəs Azərbaycan? Rəsmi Bakı nədən NATO yolunda Tiflis qədər fəal deyil? GÜRCÜSTAN İRƏLİDƏDİR... 2008-ci ildəki Rusiya-Gürcüstan savaşı Tiflisin NATO-ya üzvlük istəklərini bir qədər arxa plana keçirmişdi. ABŞ-ın dəstəyinə baxmayaraq, Fransa və Almaniya Gürcüstan və Ukraynanın NATO üzvlüyü üçün tarix verilməsinin erkən olduğunu vurğuladılar. Ancaq NATO yalnız Fransa və Almaniyadan ibarət deyil. Əlbəttə, Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməməsi NATO yolunda ən böyük əngəldir və Kreml də məhz bu kartdan istifadə edərək, Abxaziya və Cənubi Osetiya separatçılarına hər cür dəstək verir. Buna baxmayaraq, Brüssel Rusiyanın bu süni maneəsi ilə sonsuzadək hesablaşmaq fikrində deyil. Elə Rasmussen də Tiflisdəki açıqlamasında, Rusiyaya işarə edərək, «NATO üzvü olmayan ölkə qurumun genişləndirilməsi prosesini əngəlləyə bilməz» ifadəsini işlədib. Rasmussenlə görüşdən məmnun ayrılan Gürcüstan Parlamentinin spikeri David Bakradze də ölkəsinin NATO üzvlüyünə həmişəkindən çox yaxın olduğunu söyləyib. Tiflis 3 il bundan öncə NATO-nun Buxarest sammitindən nəticəsiz ayrılmışdı. Həmin sammitdə Gürcüstana üzvlük tarixi verilmədi. NATO-nun növbəti sammiti Çikaqoda keçiriləcək. Rasmussenin səfərindən sonra Gürcüstan hakimiyyətinin Çikaqo sammitinə ümidi artıb. Həqiqətən Gürcüstan NATO-ya üzv olmaq üçün üzərinə götürdüyü bütün öhədlikləri yerinə yetirməyə çalışır, orduda gərəkli islahatlar aparır, Şimali Atlantika Blokunun standartlarını tətbiq edir, Fərdi Tərəfdaşlıq Proqramını uğurla həyata keçirir və s. Ancaq NATO bununla kifayətlənmək fikrində deyil. Rasmussen Gürcüstanda 2012-ci il parlament və 2013-cü il prezident seçkilərini diqqətlə izləyəcəklərini vurğulayıb. Yəni Gürcüstanın NATO-ya üzvlüyü məsələsində bu ölkədəki siyasi və iqtisadi islahatların sürəti və dərinliyi də nəzərə alınacaq. ...ARDINCA AZƏRBAYCAN GƏLİR Gürcüstan NATO yolunda böyük addımlarla irəliləyərkən, Azərbaycan yerində sayır. Azərbaycan NATO-nun Fərdi Tərəfdaşlıq Proqramını bir neçə dəfə təkrarlayıb. Halbuki, yeni mərhələyə keçmək lazım idi. Bir işi iki dəfə görməyin nə əhəmiyyəti var? Rəsmi Bakı sanki bununla sadəcə vaxtı uzatmağa çalışır. NATO rəhbərliyində əməkdaşlığın hazırki vəziyyəti ilə bağlı narahatlıq var. Təsadüfi deyil ki, NATO rəhbərliyinin dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyev yaxınlarda Brüsselə səfər etməlidir. Bu səfər Azərbaycaycan-NATO əməkdaşlığının növbəti mərhələsinə aydınlıq gətirməlidir. Rəsmi Bakı NATO ilə münasibətlərdə hələ də Rusiya amilini nəzərə alır. Ancaq bu siyasəti qeyri-müəyyən vaxtadək uzatmaq çətin olacaq. Birincisi, Avropa Birliyi NABUCCO və Transxəzər layihələrini hərəkətə gətirmək istəyir. Rəsmi Bakı yaxın günlərdə bu layihələrə konkret münasibət bildirməlidir. Rusiya və İran bu iki layihənin əleyhinə olduğundan Azərbaycana təzyiqlərini artırıblar. Rəsmi Bakının bu təzyiqləri nəzərə alaraq Azərbaycana iqtisadi və siyasi mənfəət gətirəcək layihələrdən imtina etməsi yanlış olardı. Bu layihələrə yaşıl işığın yandırılması isə Azərbaycanın Avropa ilə təhlükəsizlik bağlarının gücləndiriməsini diqtə edir. Demək elə tək bu səbəbdən Azərbaycanın NATO ilə inteqrasiyanı gücləndirməsi vacibdir. İkincisi, Gürcüstanın yaxın gələcəkdə NATO üzvlüyü dəqiqləşərsə, bu Azərbaycan üçün də müəyyən katalizator rolunu oynaya bilər. Azərbaycanın yaxın ətrafda iki strateji müttəfiqi var, biri Türkiyə, digəri Gürcüstandır. Türkiyənin ardından Gürcüstan da NATO-ya üzv olarsa, Azərbaycanın Şimali Atlantika Blokuna üzv olmaqdan başqa alternativi qalmayacaq.
Elxan ŞAHİNOĞLU
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
|