İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                 

“MƏNİM SƏNƏTİM NAXƏLƏFDİR”
Tarix: 5-11-2012, 09:14 | Çap et
“MƏNİM SƏNƏTİM NAXƏLƏFDİR”
KƏMALƏ HÜSEYNOVA: “GET... ÜZÜNÜ ÇEVİR GET...”

Əməkdar artist Kəmalə Hüseynovanın Milli.Az-a müsahibəsi.

- Kəmalə xanım, gününüz necə keçir?

- Günüm yaxşı keçir, şükür Allaha şikayətim yoxdur. Şikayətlənməyə heç haqqım da yoxdur. Düzdür, axır vaxtlar yalnız işim olanda teatra gəlirəm. Yeni tamaşa, hələ ki, yoxdur. Demirəm ki, boş vaxtlarımda gəlib otururam teatrda. Heç boş vaxtım da yoxdur. Dublyaj, məşq, çəkiliş, olanda tamaşa, olanda məşq, bax belə günüm keçir. Hərdən yatmaq üzünə həsrət qalıram, yuxusuzluqdan, vaxtın olmamasından şikayət edirəm. Çoxdandır bədənimin diktə etdiyi qədər yatmamışam, böyük yuxusuzluq var məndə.

- Geriyə qayıdıb nostalji anlar yaşamağı sevirsiniz?

- Yox, qətiyyən keçmişə qayıtmaqı sevmirəm. Heç vaxt... Heç bir santimertrdə geri qayıtmağı istəmirəm. Ömrümün sonuna kimi bu gün ilə qalaram, gələcəyə ümidsizliyin içində yaşasam belə, geri qayıtmaram. Geridə nələr qoymuş olsam belə... Nostalji anlara o insanlar qapanır ki, ondan yaxşısını yaşamayıblar. Mənim hər günüm daha gözəldir. Sabahım günü-gündən daha gözəl açılır. Hərdən mahnıya qulaq asanda fikirlərim harasa uçur, o nostalji anlar deyil, sadəcə, xəyallarımın sərbəstləşməsidir.

- Sənətinizdə istədiyiniz pilləyə, yüksəkliyə çatdığınızı düşünürsünüz?

- Mən doğulandan yüksəklikdəyəm, heç aşağı endiyim dövr olmadı ki. Çox istəyərdim hərdən aşağılara enim. Heç vaxt qanadlarımı sındırmadım, qanadımın sınan vaxtı da olmadı. Düzdü, hərdən olur ki, yuvamda pəjmürdə halda qalıram, amma ki, bir insan kimi həmişə yüksəklikdəyəm. Çünki nə bir insan, nə də aktrisa kimi özümü yerdə dən axtaran quş hesab etmirəm. Buna baxmayaraq bir aktrisa kimi hər zaman özümə inamsızlığım olur. Brüssol deyib ki, aktyorun inamsızlığı onun ləyaqətinin sübutudur. Ancaq ortabablar özlərindən razı ola bilərlər. Mən demirəm ki, bu saat Hollivudda olmalıyam. Yox... Çoxlarının dişi-dırnağı ilə qazanmaq istədiklərini mən oturduğum yerdə almışam.

- Qadın güclü qüvvədir... Qadın ilə kişi arasında fərq qoyursunuz?

- Ümumiyyətlə, insan güclü qüvvədir. Mən heç bir mövzunu qadın və kişiyə ayırmıram. Mənim üçün hamısı bütöv bir insandır. Necə deyə bilərik ki, kişi gücsüzdür? Qol gücündən söhbət gedirsə, əlbəttə ki, kişi güclüdür. Bilirsiniz, zaman-zaman qadınlar haqqında gözəl sözlər deyiblər ki, onlar sınmasınlar, özlərini zəif hiss etməsinlər (gülür). Günah qadınların özlərindədir, niyə özlərini zəif aparırlar ki, onlar haqqında belə sözlər deyilsin. Qadın haqqında zərif sözü deyiləndə mən əsəbiləşirəm. Lazım olanda kişi zərif, qadın isə kobud ola bilər. Hər şeyin öz məqamı var.

- Kəmalə xanım, bildiyimə görə paralel olaraq bir neçə serialda çəkilirsiniz...

- Yalnız “Məhkumlar” serialı haqqında danışa bilərəm, çünki o, artıq efirdə gedir. Serialın mövzusu qadınlara zorakılıq, erkən nikah, qohumluq əlaqələri, övlad sevgisidir. Hələ ki, cəmiyyətimizin həll edə bilmədiyi mövzulardır. Serialın rejissoru Yaşar Əhmədovdur. Serial belədir ki, 5-ci seriyadan artıq öz relsləri üzərində işə düşür. Hələ ki, nəsə demək çox tezdir. Paralel olaraq Nadir Diridağlının “Cənnətə səyahət” serialına da çəkilirəm. Bəhram Osmanovun çəkdiyi “Qarabağnamə” filminə də təsdiqlənmişəm. Dəvətlər çox gəlib, amma bu 3 serialdan sonra mənə ürəyim istədiyim rolu təklif etməyiblər.

- Efirdə gedən serialları izləyirsinizmi?

- O ki, ev işlərim olmayanda, görürəm ki, vaxtım var, oturub izləyirəm. Çünki bu mənim sənət dostlarımın işidir. Pis oldu, yaxsı oldu, evdəyəmsə mütləq baxmalıyam. Mən özüm bu işin içindəyəm, necə baxmaya bilərəm?

- Ev işlərinizə vaxt ayıra bilirsiniz?

- Bəli, bütün ev işlərini özüm görürəm. Arvadların bir sözü var : “Ev işi heç vaxt qurtarmır”(gülür).

- 3 övlad sahibi Kəmalə xanım...

- Bəli 3 övladım var, amma 2-si yanımda deyil, xaricdə təhsil alırlar. Yalnız kiçik oğlum Ayxan mənimlə qalır. Artıq onun da 14 yaşı var.

- Boş vaxtınızı ailənizlə necə keçirirsiniz?

- Boş vaxtım heç vaxt olmur. Bu yay həyat yoldaşım deyirdi ki, səni gəzməyə aparacağam, amma heç cürə vaxt edə bilmədim. Boş vaxtım olanda da yataqdan qalxmaq istəmirəm.

- Yoldaşınız qısqancdır?

- Qısqancdır. Qısqanc olduğu qədər də anlamlıdır. O da rejissordur. Universitetdə bir yerdə oxumuşuq, dram kino rejissorluğunu o bitirib, dram kino aktyorluğu fakültəsini mən. O, öz tamaşalarında mənə rol verdiyinə görə aktrisa olmuşam. Yoxsa heç aktrisa olmaq fikrində deyildim. Yoldaşımın bütün diplom tamaşalarında baş rollarda mən oynamışam.

- Fikirləşirsinizmi ki, etibarsız sənətlə məşğulsunuz?

- Axı o, məni atmayıb, mən necə ona etibarsız deyə bilərəm? Mən küçədə göyərti də sata bilərdim. O zaman kimi qamçılayacaqdım? Məni heç kim məcbur etmir. Sənətinə etibarsız o adam deyə bilər ki, o, sənətdən çox şey gözləyir. Mən bunun üçün sənətə gəlməmişəm. Çox insan bacara bilmir, sənətini qamçılayır ki, mənim sənətim naxələfdir. Get... Üzünü çevir get... Hansı sənət əziyyətsizdir ki? Mən xanım kimi gəlirəm, xanım kimi gedirəm (gülür). Çalış sən nəsə et, qarşındakından heç nə gözləmə. Mən övladlarımla da beləyəm. Onlar nə vaxtsa mənə baxacaqlar deyə, bu gün onlara baxmıram. Sadəcə olaraq, dünyaya gətirmişəm, sevirəm və borcumu yerinə yetirirəm. Özümü bir fərd kimi bu sənətlə ifadə edə bilirəm.

- Kəmalə xanım, çox vaxt problemli qadın rollarını teatrda oynayırsınız... Bunun şahidi özüm olmuşam...

- Gəl indi mən səndən müsahibə alım. Problemsiz kişini necə oynayardın? Ekran, insanlar o hadisələri sevir ki, onlar azdırlar. Yoxsa ki, səhər yuxudan dur, yeməyi ye, çantanı götür, get işə və axşam da o qayda ilə.. Bütün həyatı sınmış, taleyi üzünə gülməmiş və bütün bu hadisələrdən psixoloji sarsıntılar keçirən insanlar çoxdur məgər? Olsa da, bir dənə ya olar, olmaz. Mən inanmıram ki, sağıcı qadını oynaya bilərəm. Hər gün səhər tezdən duranda sən Dezdemona həyatı yaşayan qadın görürsən? Yoxdur, amma Şekspir onu yazıb. Səhnədə intihar mənə bir aktrisa kimi həmişə şirin gəlir. Bilmirəm nəyə görə. Psixoloji rolu oxuyan kimi anlayıram.

- Cülyettanı bu yaşınızda oynamaq istərdinizmi?

- Cülyettanı heç 19 yaşımda da oynamaq istəməmişəm.

- Niyə?

- Bilmirəm. Həmişə özümdən yaşca böyük, kamil qadın rollarını oynamaq arzusunda olmuşam. Mən artıq yaşlı insanın necə düşündüyünü, necə yeridiyini, nə istədiyini, hər şeyi bilirəm. Mehriban Ələkbərzadə mənə “Qatarın altına atılan qadın” tamaşasında rolu verəndə öz-özümə dedim ki, bu qadın artıq mənim içimdə var. Çox az bir məşqə mən bu rolu oynadım.

- Hiss edirsinizmi ki, sizi daha çox gənclər sevir?

- Bəli, hiss edirəm bunu. Bilmirəm nədəndir. Təbii ki, bu, mənə böyük zövq verir. Bir də görürsən ki, tamaşama gül gətirənlər olur, qapıda gözləyirlər. Mən buna görə çox sevinirəm.

- Qadın sənətçilərimiz filmlərimizdə qadın rollarının azlığından şikayətlənirlər. Siz necə?

- Həyatda heç nədən şikayətlənmirəm. Bəxtimə nə düşübsə, ona da şükür edirəm. Kim şikayətlənir bu, onların haqqıdır. Mən onların haqqını tapdalaya bilmərəm. O ki, qaldı kişi rollarına, bu dünyada da belədir. Say etibarı ilə kişilər baş rolda çox olurlar. Elə dublyajda oturursan, 3 nəfər kişi aktyor olur, 1 xanım.

Beləliklə məşq prosesindəki yarım saat fasilə zamanı bu cür söhbətimiz alındı. Kəmalə xanım nostalji anlara qayıtmasa da, səmimi söhbəti ilə məni yalnız ona sakitcə dayanıb qulaq asmağa vadar edirdi. Danışanda da hiss edirdim ki, elə bil səhnədədir, çünki dediyi hər bir sözün mənasını izah edir, məğzini aydınlaşdırmağa çalışırdı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru