DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Tarix: 9-01-2025, 17:21 | Çap et
 "Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov qaynına gömrükdə tanıdığı imtiyazlar səbəbindən qalmaqal yaranıb..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir. Qeyd edək ki, yerli KİV-də yetərincə işıqlandırılan bu olayla bağlı müxtəlif iddialar səslənsə də redaksiyamıza göndərilən məlumatda fərqli mətləblərdən xəbər verilir. Beləliklə, məqalədə daha sonra deyilir:
"Bir müddətdir ölkə gündəmini zəbt edən idmançıların məlum qalmaqalının bəzi təfərüatları aydın olub. Xatırladaq ki, ilk əvvəl Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov Xətai Rayon Polis Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmasına dair məlumatlar yayıldı. Yanvar ayının 5-də DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edən şəxslərin sifarişçisi olduğu deyilən kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov sərbəst buraxıldı. Ardından məlum oldu ki, bu işdə şübhəli bilinən, məşqçilər Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədova 3 aylıq həbs verilib. Qeyd edək ki, “Lord” ləqəbli Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücumda iştirak edən Elnur Həmidov, Elçin Hüseynov və Elvin Məmmədova sifarişi verən şəxs kimi şübhəli bilinir. Xatırladaq ki, Ramal Aslanov ötən gün Kikboksinq Federasiyasının I vitse-prezidenti vəzifəsindən azad edilib. İndi isə gələk son yeniliklərə... Məsələ ilə bağlı əslində R.Aslanovla və F.Zeynalovla bağlı yeni detallar meydana çıxıb. Əslində DSX rəhbəri ilə Ramal Aslanov arasında yaranan anlaşılmazlıq deyilənə görə uzun illərə dayanmır. “Hadisənin sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovdur. Bu adamla aramızda uzun müddət soyuq münasibətlər olub. Onunla aramızda gərginlik noyabrda Yunanıstanda keçirilən Avropa çempionatında olmuşdu. Bakıya qayıtdıqdan sonra həmin ay 2 dəfə Ramal Aslanov öz dəstəsi ilə mənim evimə hücum çəkib”.
Xatırladaq ki, bu sözləri yerli mətbuata açıqlamasında DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalov deyib.
Qeyd edək ki, Ramal Aslanov əslində federasiyada işləməsinə baxmayaraq gününün çox hissəsini Bakı Baş gömrük idarəsinin anbarlarında keçirdiyi məlumatları mətbuata daxil olub. DSX əməkdaşı ilə aralarında yaranan insidentin səbəbi isə DGK əməkdaşı Aqil İbadovun yaxın ətrafına bildirdiyinə görə, gömrükdə yüklərlə bağlı yaranan problemdən qaynaqlanıb. Əslində Ramal Aslanov kimdir deyə sual yaranır və bu şəxsin Gömrük kömitəsinə məxsus anbarlarda hansı məqsədli işləri olub? Elə bu sual ətrafında araşdırma apardığımız zaman məlum olur ki, sən demə Ramal Aslanov Elmir Ramazanovun qaynıdır.
Məhz elə bu səbəbdən də Gömrükdə Ramal Aslanova "yandırılan YAŞIL İŞIĞA" kimlərinsə çıraq tutması ilə gündəlik gəlir əldə edə bilməsinə qanundan kənar imkanlar yaradılıb. Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qaynına gömrük orqanında karqolarla sövdələşmələrin və qeyri qanuni monopoliya əməliyyatları kimi bildiyimiz qara işlərin icrası həvalə edilib.
Bu qədər məlumatların Aqil İbadovda olması amma hələdə bu şəxsin qurumlar tərəfindən çağrılaraq sorğu-sual edilməməsidə müəmmadır. Elmir Ramazanovun himayədarları nə qədər güc sərf edir ki, həm Elmiri, həm də qaynını mühafizə edə bilir. Qaynının şübhəli şəxs qismində saxlanması və tutduğu vəzifəsindən azad edilməsi heç də təsadüf deyil.
Belə ki, yaxın günlərdə bu şəxsi Gömrük orqanları sırasında görsəniz... heç də təəccüblənməyin. Axı Elmir Ramazanovun hazırda nüfuzu kifayət qədər cddi imtiyazlara şərait yaratmaqdadır...
Və aydın olur ki, məlum insident də təsvir olunduğu kimi baş verməyib və səbəblər tamam başqadır... DSX mayoru Fuad Zeynalov Ramal Aslanova məxsus olduğu bilinən yüklərin yoxlanışdan maneəsiz keçməsinə şərait yaratmadığından vəzifəli şəxs idamançılar tərəfindən bu cür təzyiqlərlə üzləşib. Yəni səbəb budur və ənənəvi anlaşma, himayədarlıq pozulduğundan bu olay baş verib. Təbii ki, bu iş göründüyü və və hətta bizim qeyd etdiyimiz kimi də sadə deyil... İşin arxasında - hər bir iştirakçının arxasında dayanan yüksək ranqlı məmurlar da var ki, dava da məhz onların arasında gedir...
Bu barədə növbəti yazılarılmızı izləyin..."


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Bu gün, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Bu gün, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Bu gün, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Bu gün, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Bu gün, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Bu gün, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Bu gün, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Bu gün, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Bu gün, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Bu gün, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
|