"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                     Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək .....                     Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                 

“Dramatik rolları elə oynayaram ki, hamı məəttəl qalar” - Arif Quliyev
Tarix: 4-11-2015, 09:05 | Çap et
“Dramatik rolları elə oynayaram ki, hamı məəttəl qalar”
Son dönəmlər sənət aləmində sanki “yarpaq dökümü” baş verir. Belə ki, respublikamızın tanınmış, canlı əfsanələri bir-bir həyata əlvida deyirlər. Tez-tez yaşlı sənətkarlarımızın xəstələndiyi, əməliyyat olunduğu və ölüm xəbərlərini eşidirik.

Ötən gün xalq artisti, tanınmış aktyor Arif Quliyevin səhhətində problemlər yarandığını eşitdik. Xalq artistinin mətbuatda yarıciddi, yarızarafat narazılığı yer almışdı: “Heç yerə çıxa bilmirəm, çünki səhhətimdə problemlər yaranıb. Keçən il Türkiyədə keçirdiyim sinir əməliyyatından sonra bir müddət İranda müalicə olundum. Səhhətim düzəlmişdi, amma yenidən xəstələndim. Qan dövranımda problemlər yaranıb. Həkimlər evdə məni nəzarət altında saxlayır, dava-dərman qəbul edirəm. Həkimlər deyir ki, qorxma, ölənə qədər yaşayacaqsan. Deyirlər, özünə yaxşı bax, mən də tez-tez güzgüyə baxıram. Yeməyinə fikir ver deyirlər, mən də beş boşqab yeyirəm, amma yenə də ac qalıram”.

Biz də gülüş ustasının səhhətini xəbər almaq, hal-əhval tutmaq üçün onunla əlaqə saxladıq. Amma çox sevindiricidir ki, eşitdiklərimizin tam əksini öyrəndik. Belə ki, A.Quliyev bizimlə söhbətində tam sağlam olduğunu, mətbuatda yayılan xəbərlərin şişirdildiyini qeyd etdi. Xalq artisti hazırda istirahət etdiyini, yaxın gələcəkdə yeni layihələrlə tamaşaçıların görüşünə gələcəyini də bildirdi.

- Arif müəllim, səhhətinizdə problemlərin olduğunu eşitdik. Hazırda vəziyyətiniz necədir?

- Hazırda vəziyyətim yaxşıdır. Təzyiqim qalxdığı üçün xəstəxanaya getmişdim. Məni görən jurnalist elə hesab edib ki, halım yaxşı deyil. Mən orada beyin təzyiqim üçün sistem qoydururdum. Əgər həkimə gedirəmsə, bu o demək deyil ki, ölümcül vəziyyətdəyəm. Bunu yazan jurnalist çox kobud yazıb. Bu halımla durub həmin jurnalistlə dalaşan və yaxud məhkəməyə verən deyiləm. Məni o vəziyyətdə görən jurnalist ürəyi istədiyi kimi xəbər hazırlayıb. Xəbərlərdə oxudum ki, guya mənim halım gedib gəlməyib. Bu halım axı hara gedə bilər? Burada şişirdiləsi heç nə yoxdur. İndi çox yaxşıyam. Cəmi bir xəstəliyim qalıb. O da ki yatanda yuxuya gedirəm (gülür). Düzdür, bir il bundan qabaq vəziyyətim heç də yaxşı deyildi. Belə ki, beyin damarlarından əməliyyat olundum. Bu əməliyyatı cənab Prezidentimiz öz üzərinə götürmüşdü və onun qayğısı nəticəsində sağaldım. Biz sənətkarlar üçün ən önəmli şey diqqət və qayğıdır. Biz onlardan stimul alırıq. Misal üçün, bir neçə il öncə mənə xalq artisti adı veriblər. Bundan başqa, Prezident təqaüdünə layiq görülmüşəm. Bunlar elə-belə şey deyil. Bu, xalqın sevgisinin, məhəbbətinin nəticəsidir. Fəxri ad mənim məsuliyyətimi daha da artırır. Mən hər zaman xalqıma minnətdar olmuşam. Çünki insanların məhəbbəti bu adın mənə qismət olmasını təmin edib.

- Səhhətiniz yaxşıdırsa, deməli işləməyə gücünüz də var.

- Əlbəttə. Son illər davamlı olaraq filmlərə çəkilirəm. Belə ki, Səməndər Rzayevin ssenarisi əsasında çəkilən “İki türkçü” filmində rol almışam. Sözügedən filmdə qarovulçu İmamqulu rolunu canlandırıram. Film tamamlandıqdan sonra premyerası keçiriləcək. Ramiz Abdullayevin əsəri əsasında çəkilən “Biznesmen” filmində baş rolların birində çəkildim. “Yumurta” filmində də maraqlı bir obrazım var idi. Hazırda bir neçə film təklifi almışam. Onların adlarını açıqlamaq istəmirəm. Həyata keçdikdən sonra bu barədə mətbuata açıqlama verərəm. Heç nəyi öncədən deməyi xoşlamıram. İndi istirahət edirəm. Bir qədər dincəldikdən sonra yenidən fəaliyyətə başlayacağam.

- Sizi hər zaman komediya janrında görmüşük. Çox istərdik ki, Arif Quliyevi dram obrazında da görək.

- Kino sahəsi elədir ki, burada hər şey rejissorlardan asılıdır. Mən aktyoram, mənə nə deyirlərsə, onu da edirəm. Çünki bu mənim işimdir. Durub rejissorlara deyə bilmərəm ki, mənə belə bir obraz ver. Gözəl rejissor, yaxşı əsər olsa, əlbəttə, mən də dramatik rol canlandırmaq istəyərəm. Elə oynayaram ki, hər kəs məəttəl qalar.

- Bəs, teatrda?

- Uzun müddətdir ki, teatrdan ayrılmışam. Teatrlardan mənə çox təkliflər gəlir, ancaq getmirəm. İndi mənim istirahət edən vaxtımdır. Ömrümün 42 ilini teatra həsr etmişəm. Hesab edirəm ki, bir sənətkar üçün 42 il böyük rəqəmdir. Hərdən ara-sıra filmlərə çəkilirəm. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ekranlaşdırılan “Axırıncı dayanacaq” filmi çəkildi. İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. “Axırıncı dayanacaq” filminin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyev, quruluşçu operatoru Kənan Məmmədov idi. Orada Qorxmaz Əlili ilə mən baş rolda çəkilmişəm. Həmin film efirdə nümayiş də olunub. Bu film mənə çox təsir etdi.

- Siz Azərbaycanın ilk gülüş ustalarındansınız. Bu günkü komediya ustalarını necə dəyərləndirirsiniz?

- İnsanları güldürmək sizə elə də asan gəlməsin. İnsanları boş-boş, mənasız yerə güldürməyə nə var ki? Əsas odur ki, onları düşündürərək güldürəsən. Bu gün Azərbaycan incəsənətində kifayət qədər gözəl gülüş ustaları yetişib. Misal üçün, son bir neçə ildə özlərinə kifayət qədər tamaşaçı kütləsi toplayan Rafael ilə Coşqunun gözəl improvizələri var.

- Siz belə deyirsiniz, ancaq bir çox mütəxəssislər onları bayağılıqda ittiham edirlər.

- Əksinə, bir mütəxəssis olaraq onları çox bəyənirəm. Cütlüyü tənqid edənlər aktyorların yaradıcılığını qavraya bilmirlər. Bir aktyoru, tamaşanı hamı sevə bilməz. Onlar da elə. Mən onları qəbul edirəm. Onlardan başqa Tahir və Cabir İmanovları da çox bəyənirəm. Fərda Xudaverdiyevin aktyorluğunu, səhnə davranışını izləyirəm. Elməddin Cəfərov, Müşfiq Şahverdiyevin də komediya sahəsində öz yerləri var. Nəinki efir məkanında, hətta teatrımızda da istedadlı gənclərimiz yetişir.

- Bu sadaladıqlarınızdan kimi özünüzə davamçı hesab edirsiniz?

- Heç kəs mənim davamçım ola bilməz. Misal üçün, Lütfəli Abdullayevdən yoxdur və onun davamçısı da yoxdur. Hər kəsdən bir dənədir. Çox istərdim, davamçım olsun. Teatrda əvəzedilməz adam yoxdur. Əgər Arif Quliyev teatrdan çıxıbsa, bu o demək deyil ki, onun getməsi ilə teatr daha fəaliyyət göstərməyəcək. Hər kəsi əvəz edən tapılar. Yeni istedadlar köhnələri, yaşlı nəsli əvəz edirlər. Ancaq söhbət bundadır ki, həmin sənətkarların sənətini davam etdirə bilirlərmi. Mən görürəm ki, teatrda artıq peşəkar gənclər yetişir. Onlar gələcəkdə bizi əvəz etməyə qadirdirlər. Bu gün gənclərə böyük yol verilir. Gənclər yaşlı nəsli əvəz edirlər. Onlar öz istedadları ilə teatra yeni nəfəs gətirirlər.

- Onda da deyirlər ki, yaşlı nəsil gənclərə qibtə edir, bir növ onlara qısqanclıqla yanaşır...

- Bu yanlışdır. Gənclərə qarşı qısqanclıq olmamalıdır. Əksinə, yaşlı nəslin nümayəndələri onlara daim dəstək olmalıdır. Hər zaman Arif Quliyev səhnədə ola bilməz. Misalı özümdən gətirirəm. Başqasının adını çəkməyə qorxuram. Sonra istəmirəm ki, başqaları ilə problemlərim yaransın. Bir səhnədə sənətkar uzun müddət davam edə bilməz. Hər şey inkişaf edir və bu inkişaf məqamında daima yenilik olmalıdır. Düzdür, mən demirəm ki, biz köhnəlib getmişik, yararsızıq. Gənclər bizim çıxışlarımızdan örnək götürürlər. Ata öz övladını böyüdür ki, onun davamçısı olsun. Övladlar da atalarının yolunu davam etdirirlər. Ata-ana köhnəlmir, onlar daim öz nüfuzlarını qoruyub saxlayırlar.

- Uzun müddət teatrda çalışmısınız. Film sahəsində kifayət qədər təcrübəlisiniz. Sizin üçün teatrda, yoxsa filmdə oynamaq daha asan olub?

- Teatr canlı sənət növüdür. Bu sənət canlı olduğuna görə, teatrda işləmək daha çətindir. Teatrda sən tamaşaçı qarşısında çıxış edirsən, filmdə isə obyektivə oynayırsan. Obyektivə oynayanda isə bir hərəkəti dəfələrlə təkrar edə bilərsən. Teatr səhvi sevmir. Teatrda bir obrazı yaratmaq üçün 6 ay məşq edirsən. Tamaşaçı qarşısında obrazını canlandırarkən başqa şansın olmur. O qədər gözəl sənət nümunəsi göstərməlisən ki, tamaşaçı sənə inanmalıdır. Səni sevib canlandırdığın obrazı qəbul etməlidir. Bu da var ki, teatrda buraxdığın səhvi növbəti dəfə düzəldə bilirsən. Ancaq kinoda etdiyin səhvi heç cür düzəldə bilmirsən. Kino insandan diqqətlilik tələb edir.

- Ürəyinizdə qalan hansısa bir rol varmı?

- Aktyor istədiyi obrazı yox, ona verilən, həvalə olunan obrazı yüksək səviyyədə canlandırmalıdır. Mən bu yaşımda Hamleti canlandırmaq istəsəm də, bilirəm ki, yaşım Hamletlik deyil. Buna görə rejissorun mənə verdiyi obrazı elə səviyyədə çatdırmağa çalışıram ki, tamaşaçı o obraza inansın. Əgər sən öz obrazına tamaşaçıları inandırmasan, sonra sənə kim rol verər? Ona görə də mən hər zaman işimdən də, rejissorlardan da razı qalmışam.

- Noyabrın 1-də seçkilər keçirildi. İştirak etdinizmi?

- Əlbəttə, mən də bu ölkənin bir vətəndaşı olaraq seçkilərdə iştirak etdim. Biz hamımız bu günümüzə səs verməliyik. Vətəndaş öz millət vəkilini özü seçir. Bundan gözəl nə ola bilər? Bu prezidentimizin gözəl siyasətinin göstəricisidir. Biz hamımız prezidentimizin apardığı siyasətə dəstək olmalıyıq. Məhz onun siyasətinin nəticəsidir ki, ölkəmizdə sabitlik və əmin amanlıq hökm sürür.

- Səsinizi kimə verdiniz?

- Mən Yasamal dairəsində yaşayıram. Səsimi o dairə üzrə namizədliyini irəli sürən Ülvi Quliyevə verdim. Səsimi ona görə Ü.Quliyevə verdim ki, onun səmərəli fəaliyyətini görmüşəm. Həm ictimai xadim, həm də idmançı kimi ondan çox razıyam.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru