Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                     Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək .....                     Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                     Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? .....                     Ağlar günə qalan Naxçıvan səhiyyəsi... .....                     Niyam Salaminin yarım milyon borcu üzə çıxdı .....                     Gəncə Tibb Kollecində rüşvət tələb olunur? .....                     "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" .....                     Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? .....                     Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur .....                     Kamilənin adından dələduzluq .....                     Abdolbari Gozal vəfat etdi .....                     Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib .....                     Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib .....                     İmişlinin deputatı yerli sakinlərə səsləndi .....                     “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” .....                     Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi .....                     “Yüz illik saziş” və əbədi tərəfdaşlıq .....                 

"Oynaya bilirdimsə, 16 il ərzində oynayardım da"
Tarix: 30-06-2015, 09:29 | Çap et
"Oynaya bilirdimsə, 16 il ərzində oynayardım da"
diaaz.space axar.az-a istinadən aktyor, şoumen Azər Axşamla müsahibəni təqdim edir.

Əgər bir insan kiminləsə sevgisiz birlikdədirsə...

– Daha çox komediya aktyoru, şoumen kimi tanınan adamın Hamleti canlandırmağı çətin olmadı ki?

– Təbii ki, hər bir işdə çətinlik var. “Ən gözəl eşq zor olandır” deyirlər. Bir işə ki əmək sərf olunmur, o işin bəhrəsi də olmur. Çətinlik oldu, amma bu, eləyə bilməmək çətinliyi yox, eləmək çətinliyi idi. Şükürlər olsun ki, indi Hamleti rollarımın sırasına qırmızı hərflərlə yaza bilərəm. Bəxtiyar Xanızadəyə təşəkkürlər...

– Çoxdankı arzunuz idi Hamleti oynamaq...

– Elə də böyük bir arzu deyildi. Amma istək var idi. Bu istəyi yaradan da Bəxtiyar Xanızadə idi – 96-cı ildə. Sonra teatrdan uzaqlaşdım. 16 il teatrdan kənarda fəaliyyət göstərdim. Ayrı-ayrı rejissorlar tərəfindən Hamlet tamaşasını qurmaq təklifləri gəldi. Sadəcə, o vaxt Bəxtiyar müəllim demişdi ki, Hamleti necə qurmaq istəyir, mən o quruluşda qalmışdım, başqa quruluşda Hamleti görə bilmirdim. Şükürlər olsun ki, bu, 16 il sonra olsa da, həyata keçdi.

– “Hamlet” kimi bir klassik dram qəhrəmanını canlandırmaq, bir də “Qız atası” serialında Çingiz rolunu... Mənə elə gəlmir ki, bunun ikisinə də sevgi eynidir. Yəqin, birini qonorar üçün qəbul etmisiniz, elədi?

– Xeyr, hər ikisinə sevgi var. Mən sevgisiz iş görmürəm. Əgər bir insan kimləsə sevgisiz bir yerdədirsə, ondan doğulan uşaq eybəcər olacaq. Bir işi ya sevgi ilə etmək, ya da etməmək lazımdır. Mən sənətimdə “xaltura” kəlməsi tanımıram. Bəzi zəif oynayan aktyorlar deyir ki, “mən pula görə çəkilirəm, ona görə belə oynamışam”. Ona demək lazımdır ki, “oynaya biləcəyin odur, bundan artığını bacarmırsan”. Əgər pula görə belə oynayırsa belə, bu, alçaqlıqdır, oynadığı rola naxələflikdir. Bu cür hərəkət təsadüfi, içində sənət yanğısı olmayan adamlara məxsusdur. Aktyor rolunu yana-yana oynamalıdır. Ola bilər, “Qız atası”ndakı Çingiz Hamlet deyil, amma Hamletə gedən yoldur.

Afaq xanımın məqsədi təkcə güldürmək deyil...

– Amma özünüz demişdiniz ki, mən dram aktyoruyam, dram rollarını oynamağı daha çox sevirəm.

– Bəli, dramatik rolları çox sevirəm. Mənə elə gəlir ki, əgər bir aktyor dramatik janrda rollar oynamırsa, o, aktyor deyil. Bizim Səyavuş Aslan, Hacıbaba Bağırov, Yaşar Nuri, Afaq Bəşirqızı kimi komediya aktyorlarımız həm də dramatik səhnələr oynayıblar. “Bəxt üzüyü”ndə Afaq xanım Söylünün dramatizmini verir. Burda anlaşılır ki, Afaq xanımın məqsədi təkcə güldürmək deyil, həm də Söylünün dramını verməkdir. Səyavuş Aslanın axır vaxtlar dramatik rolları var idi, çox xoş gəlirdi mənə. Əslində, mənim üçün komediya aktyoru, dram aktyoru bölgüsü yoxdur, yalnız bir kəlmə var: aktyor! Mənim üçün yaxşı aktyor o kəsdir ki, o, komediyanı da, faciəni də, tragikomediyanı da, qroteski də özündə birləşdirməyi bacarsın. Birtərəfli inkişaf mənə çatmır.

– Bir dəfə qəza keçirmişdiniz. Ölümün bir addımlığından qayıtdınız. “Hamlet”də də “olum-ölüm” fəlsəfəsindən danışılır. Sizcə, olumla ölümün arasındakı məsafə nə qədərdir?

– Çox qısadır. Olumla ölüm arasındakı zaman bir göz qırpımıdır. Allahın iznində olan bir şeydir. Mən daha çox realistəm, fantaziyalarla, xülyalarla yaşamağı sevmirəm.

– Hər şeyin Allahın əlində olduğunu deyirsiniz axı, bu necə realizmdir?

– Nəticə etibarilə Allahın əlindədir. Amma bir çox şeydə Allah insanlara seçim verib.

– Alın yazısı, tale və s. məfhumlara inanırsınız?

– Yox, yox, elə şeylərə inanmıram. Məsələn, narkoman bir insan ölür, yasında deyirlər, onun da qisməti belə imiş. Allah kimə belə qismət yazar?

Danmaq kafirlik olar

– Belə çıxır ki, yaxşı olan nə varsa, Allah edib, pis olanları özümüz?

– Bəli. Quranda da belə bir ayə var: “Bütün yaxşılıqlar Allahdan, bütün pisliklər sizdəndir”. Yəni əgər mən pis düşünmürəmsə, deməli, mən pis yaşamayacağam, pis addım atmayacağam. Allah neyləsin, o, mənim qarşıma seçim qoyub. Mən rolumu oynayanda “xaltura” da eləyə bilərəm, yaddaşlarda da qala bilərəm. Mənim atamın yaxşı bir sözü var: “Yaxşı şagird bilir ki, imlanı neçəyə, hansı qiymətə layiq yazıb”. Özünü öldürmək lazım deyil, “4” alıbsa, demək, buna layiq yazıb. Yaxşı aktyor da bilir ki, necə oynadı rolunu. Əgər bacarmırsansa, əyləci çək, rejissora de ki, mən hiss edirəm bu, mənlik deyil. Bəlkə, rejissor da sənə minnətdar oldu ki, “halal olsun sənə, deməli, sən peşəkar aktyor kimi yetişmisən ki, belə etiraf edirsən”. Bunun özü də peşəkarlıqdır. Bu gün Hamlet tamaşasını Azər tək oynamayıb. Bəxtiyar Xanızadənin əməyini danmaq kafirlik olar. Oynaya bilirdimsə, 16 il ərzində oynayardım da. Bəxtiyar Xanızadənin quruluşunda oynamışam, məhz o, Azərə yaraşan Hamlet rolunu verib. Bəlkə, başqa rejissor olsa, bəyənməyəcəkdi mənim oynamağımı. Bəxtiyar Xanızadə məni yaxşı tanıyır, tələbəsi olmuşam. Bilir ki, Azərin müsbət və mənfi tərəfləri hansılardır və onu nə qədər yükləyə bilər.

– Pantomimada başladınız teatr fəaliyyətinizə?

– Bəli, sonra 16 il ayrı düşdüm, maddi duruma görə televiziyaya getməli oldum, təzədən yenə qayıtdım teatra, sabah yenə gedə bilərəm. Həyatda mütləq bir şey yoxdur. Sabah başqa bir təklif gələ bilər, mən deyərəm ki, “Bəxtiyar müəllim, haqqınızı halal edin, icazə verin, mən filan yerə işləməyə gedirəm”. Nə deyəcək ki Bəxtiyar müəllim? Zorla saxlamayacaq ki.

– Təqdimetmənin fərqi var sizinçün? Aktyor, yoxsa aparıcı, şoumen?

– Mən həmişə deyirəm ki, məni bu cür təqdim etsinlər: “Aktyor, şoumen Azər Axşam”. Birinci növbədə mən aktyoram, ikinci növbədə isə şoumen. Bəzən sadəcə, aktyor deyirlər, bu da mənə qəbuldur. Çünki mənə görə aktyorluq şoumenlikdən daha yüksəkdədir. Mən həmişə deyirdim ki, qoy mən Hamleti oynayım, mənim haqqımda aktyor kimi danışsınlar, nəinki şoumen kimi.

Qüsursuz olan yalnız Allahdır

– “Teletaym” (Teletime) və “Milyonçu”nun aparıcısı kimi daha çox tanınırdınız.

– Mən orada da peşəkar kimi çalışdım, televiziyada da özümü sübut elədim ki, mən bunu bacarıram. Bacarmasam, çəkilərdim kənara, 17 il efirdə olmazdım. Bacarmasan, mənə “Milyonçu”nu verməzdilər, ingilis bəyənməzdi, məktub yazmazdı ki, birinci dəfə milyonçu veriləndə niyə bu aparıcı deyildi? Televiziyadakı uğurlarım da Bəxtiyar Xanızadənin sayəsində idi. Mən ondan öyrənmişdim ağı qaradan seçməyi.

– Hamletlə bağlı tənqidlərlə də qarşılaşdınız.

– Şükürlər olsun ki, mən özümə qarşı tənqid eşitmədim. Bu haqda məqalələri oxudum. Aydın Talıbzadənin tənqidi məqaləsini də oxudum. Şəxsi fikirləridir. Aydın müəllim peşəkar bir insandır. Məqaləsində mənim haqqımda tənqid yox, tərif yer alıb, bu da mənə çox xoş təsir etdi, sağ olsun.

– Obyektiv yazı idi. Çox doğru olaraq qeyd eləyir ki, Pantomimanın aktyorlarının qəflətən dram aktyorları kimi dil açıb danışması qəribə görünür, yəni yad təsir bağışlayır. Axı onlar jestlər, mimikalarla dostdurlar.

– Bəli, elədi. Amma mənim ifamda olan Hamlet haqqında hələ ki, tənqidi fikrə rast gəlməmişəm. Bunu uzağı Bəxtiyar müəllim deyə bilər. Yeri gəlmişkən, bu gün siz Hamleti başqa variantda gördünüz.

– Bəli, tamaşa başqa cür başladı, bəzi yerlərdə ixtisarlar gözə dəydi və s.

– Hamleti ixtisar etmək özü böyük bir qəhrəmanlıq tələb edir. Keçmişdə olsa, belə deyərdilər: “Buna bax e, Şekspirə düzəliş edir”. Fikri itirmədən düzəliş etmək asan məsələ deyil. Bəxtiyar müəllim hələ də bu tamaşanın üzərində çalışır. Bəlkə də, sentyabrda gəlib tamam başqa bir tamaşa ilə qarşılaşdınız. “Real Madrid” gözəl klubdu, amma hərdən elə oyun nümayiş etdirir ki, fikirləşirsən, budur “Real Madrid”? Qüsursuz iş yoxdur. Qüsursuz olan yalnız Allahdır.

Ofeliyanın heç bir günahı yoxdur axı...

– Hamlet sanki acizdir. Bəlkə, buna görə mənə elə gəlir ki, o, tamaşanın gedişatında çox ağladı. Hətta bu haqda bir məqalədə də oxumuşdum ki, məhz iradəsizliyinə, çıxış yolu tapa bilməməsinə görə fəlsəfi monoloqlarına sığınır.

– O monoloqlar çarəsizlik monoloqlardır. Əmini öldürmək asan deyil axı, əmi artıq kraldır, sonra nə cavab verər? Kölgənin dediklərinə inanmaq çətindir axı. Hamı ona dəli kimi baxır. Cəsarətsizliyi var, bəli. Hamlet daha ağıllı hərəkət edə bilərdi. Məsələn, Ofeliyanı qoltuğuna vurub “haqqınızı halal edin, biz getdik” deyə bilərdi. Yəni hərdən meydandan çəkilməyi bacarmaq lazımdır. Meydandan çəkilən həmişə məğlub sayılmır. Elə bir vaxtda çəkilə bilərsən ki, o çəkilmə böyük bir inqilaba səbəb olar. Hamlet hamını məhv elədi. Ruhun, kölgənin deməyi ilə inqilab eləmək çətin işdir.

– Bu sizin başınıza gəlsəydi, başqa cür hərəkət edərdiniz?

– Bəli, əgər mənim anam bu rüsvayçılığı qəbul etsə, mən ondan üz döndərib tərk edərdim evi, sevdiyim qızı götürüb gedərdim. Taxta sahib çıxmadım, heç olmasa, sevgimə sahib çıxardım. Ofeliyanın heç bir günahı yoxdur axı, onu kukla kimi oynadırlar.

– Siz də əksər həmkarlarınız kimi ancaq oynadığınız rolları oxuyursunuz, yoxsa klassiklərdən, eləcə, müasirlərdən nələrisə oxuyursunuz?

– Yox, oxumuram.

– Əksəriyyəti deyir ki, vaxt yoxdur.

– Yox, vaxt var, o, boş söhbətdir. Amma mən 10 ildir ki, heç nə oxumuram. Oxuyanda ağıllanırsan, sonra da yaşamaq çətin olur. Özün etdiklərin öz gözündə alçala bilər. Bundan artığını etməyə gücüm çatmırsa, niyə özümü incidim axı. Mən çox bədii əsər oxumamışam. Daha çox detektiv və insanların taleyi, tanınmış, görkəmli insanların yaşayışı ilə bağlı kitablar oxumuşam. Bədii əsəri oxuyanda başlayır için qaynamağa – aktyorsan axı. Fikirləşirsən ki, bunu kim quracaq və sən oynayacaqsan? Sonra düşünürsən ki, elə oxumasan yaxşıdır.

Heç kimi bəyənməsən, inkişaf edə bilməzsən

– Sizin qrup yoldaşlarınızdan çoxunu tanıyıram – bəziləri Azərbaycan mədəniyyətinin tanınmış simalarıdır, amma onlarla yanaşı tanınmayanlar da var. Nədir bunun səbəbi? Tanınanları istedad çəkib qabağa?

– Şans. Tanınmaq üçün istedadlı olmaq lazım deyil.

– Sizin üçün intellektual gülüş nədir? Məsələn, Cem Yılmazın gülüşü intellektual gülüşdür mənə görə. Onun alternativi var Azərbaycanda?

– Mən deməzdim, Cem Yılmazın gülüşü intellektual gülüşdür. İntellektual gülüşdə söyüş olmur. Demirəm, pisdi, müsbət tərəfləri də var, amma öz tamaşaçısı üçündür. Elə zarafatları var ki, onlar tərbiyəsizdir. Mən komediyada tərbiyəsizliyi sevmirəm. Komediyada sən sözü atmalı, amma açıqlamasını verməməlisən. Cem Yılmazın zarafatını körpə də başa düşər, mən bu yumorun tərəfdarı deyiləm.

– Bizdə kimlərdir intellektual gülüşü olan?

– Bizdə hərdən olur intellektual gülüş, hərdən də olmur.

– Deyəsən, heç birini bəyənmirsiniz.

– Yox, hamını bəyənirəm. Çünki heç kimi bəyənməsən, inkişaf edə bilməzsən. Rəqabət apara biləcəyin adam olmalıdır ki, inkişaf da olsun. Mən heç vaxt demərəm ki, Azərbaycanda özümə rəqabət görmürəm. Bunu demək yekəbaşlıqdır. Onu deyən adam gəlsin bu gün Hamleti oynasın. Dünyada rəqabət görməməyə çalışmalısan, Azərbaycan çox kiçikdir. “Azərbaycanda ulduzam” demək kənddə “kəndxudayam” deməyə bənzəyir. Ulduz göydən hər kəsin görə biləcəyi bir zirvədir. Azərbaycanın sərhədlərindən kənarda da tanına bilən adama ulduz deyərlər.

Ağlaşma qurur ki, qurban olum...

– Kompleksiniz var? Məsələn, cinsi azlıq və ya erməni rolunda çəkilərdiniz?

– Yox, kompleksim yoxdur. Obrazı doğru-düzgün yaratmaq lazımdır. Bəxtiyar müəllim mənə dedi ki, sənin ən böyük komplimentin o olacaq ki, tamaşadan sonra sənə “elə həminki Azərsən, mırtsan yox, mən səhnədə başqa bir insanı gördüm, Azər sanki Hamletləşmişdi” – desinlər. Həyat yoldaşım da dedi ki, mən bu səkkiz ildə bilirdim ki, sənin bu qabiliyyətin var, bacararsan, amma mən tamam başqa bir adam gördüm səhnədə.

– Hamletdən sonra planda hansı tamaşa var?

– Hələ ki heç biri. Elə güman edirəm ki, gələn mövsüm üçün Hamlet kifayət edir. Hamletdən dərhal sonra nəsə oynasam, Hamletə bənzəyə bilər. Əslində, mən elə aktyor deyiləm ki, tamaşa bitəndən sonra da o rolun təsirində qalım. Kim elə hiss edirsə, o, aktyor deyil.

– Gənc rejissorlardan filmlərində çəkilməyiniz üçün təklif gəlib?

– Təklif olanda mən mütləq ssenarini oxuyuram. Dəfələrlə olub ki, gələn təklifi rədd etmişəm. Çünki bilmişəm ki, məqsəd heç də ortaya yaxşı iş çıxarmaq deyil. Sadəcə, pul qazanmaq istəyir, Azər də onlara ayrılan pulları silmək üçün seçilmiş qurbanlardan biridir. Məsələn, 5000 yazıb, min vermək istəyir, özü də ağlaşma qurur ki, qurban olum, mənim birinci işimdi. Belə adamlar çoxdur. Amma elə təklif də var ki, qəbul etmişəm. Şahin Zəkizadə “100 kağız” filminə dəvət eləmişdi, çəkildim.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30
İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28
“İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26
Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22
“Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10
Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09
Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56
Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55
Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22
İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13
Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29
Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24
Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20
Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru