Azərbaycanlı müğənni: "Ərim mənə cadu etdiribmiş ki..." - FOTOLAR
Tarix: 19-09-2014, 09:05 | Çap et
Müğənni Afaq Aslanın Milli.Az-müsahibəsi.
- Afaq xanım, artıq üç ilə yaxındır ki, peşəkar səhnədə fəaliyyətdəsiniz. Bura qədər gəlib çıxmaq sizə baha “oturdu”?
- Əslində, müğənniliyə olan həvəs məndə uşaqlıq illərimdən yaranıb. Amma valideynlərim, xüsusən də atam mənim oxumağıma heç bir vəchlə razı deyildi. Ziyalı ailədə böyümüşəm. Orta məktəbi bitirib ali məktəbə daxil oldum. Oranı bitirdikdən sonra bir müddət memar işlədim. Ancaq oxumaq eşqi içimdə “aşıb-daşırdı”. Ona görə də müğənni olacağıma qəti qərar verdim. Beləliklə də, səhnə fəaliyyətimə start verdim.
- Valideynlərinizi bu qərarla birdəfəlik barışdı, yoxsa tədricən?
- Elə, ya da belə... Artıq barışmağa məcbur idilər (gülür).
- Neçə yaşında ailə qurdunuz?
- 19 yaşımda artıq ailəli idim. Lakin bu evlilik cəmi bir il yarım davam etdi. Boşandım?
- Belə tez ayrılmağınıza səbəb nə idi ki? Həyat yoldaşınızı sevmədən ona ərə getmişidiniz, yoxsa?..
- Düzünü desəm, o, mənə elçi gələndə onu sevmirdim. Onunla qətiyyən ailə qurmaq fikrim yox idi. Lakin biixtiyar olaraq birdən-birə sevməyə başladım. Hətta o dərəcədə sevirdim ki, deyirdim, ya onunla ailə quracağam, ya da heç vaxt heç kimə ərə getməyəcəyəm.
- Eşqin birdən-birə “başınıza vurma”sının səbəbi nə idi? Sonralar da bu işin sirrini tapa bilmədiniz?
- Sonradan-sonraya mənə məlum oldu. Ərim mənə cadu etdiribmiş ki, onu sevim. Bunu özü etiraf etdi.
- Yaxşı, bəs ayrılmağınıza səbəb nə oldu? Olmaya, cadunun təsiri getmişdi?
- Xeyr (gülür). Bunun özəl səbəbləri var. Bircə onu deyə bilərəm ki, bu işin kökündə xəyanət dayanır.
- İl yarım çox az zaman olsa da, bu zaman kəsiyində övladınız olmadı?
- Var idi, mən onun dünyaya gəlməsinə imkan vermədim. Çünki istəmirdim.
- Ayrıldıqdan sonrakı həyatınız maraqlıdır. Nə baş verdi? Yenə sevdinizmi?
- Bəli, sevdim. Özü də dəlicəsinə. İndi həyatımda olan insanla ailə qurmaq fikrindəyik.
- Bəs bu vaxta qədər nəyi gözləyirsiniz?
- İnşallah, görək də, qismət...
- Afaq xanım, üç il çox olmasa da, az müddət də deyil. Sizcə, indi hansı pillədəsiniz?
- Mən, hələ ki, qalxa-qalxa gedirəm. Düşünürəm ki, üç il ərzində kifayət qədər iş görə bilmişəm. Özümü tanıtdırmağı bacarmışam.
- Amma bir çox şou-biznes nümayəndələri dedi ki, Afaq Aslan soyunmaqla gündəmə gəldi...
- O insanlar paxıl və qısqanc insanlardır. Məni gözü götürməyənlər çoxdur. Bilmirəm səbəbi nədir. Yəqin ki, məni özlərinə güclü rəqib hesab edirlər. Həm istedadımla, həm də fakturamla çoxlarını geridə qoya bilərəm. O ki qaldı soyunmağıma, bu addım fotosessiya xatirinə olan cəsarətli bir addım idi. Bədən quluşum buna imkan verir. Məndə olan vizual görünüş onlarda olsa, onlar da mənim kimi açıq-saçıq fotosessiya etdirərlər. Amma yoxdur axı, necə etsinlər ki? (gülür).
- Deməli, sənət var olduqca, paxıllıq, qısqanclıq və konflikt da olacaq... Elə götürək Günel Məhərrəmovanı. Sizdən nə istəyirdi? Son açıqlamasında sizi məhkəməyə verəcəyini demişdi. Axırı nə oldu?
- Nə olacaq, mənə gücü çatmayacağını bilib geri çəkildi. Məni məhkəməyə vermək onluq deyil. Yaxşısı budur ki, başını aşağı salıb öz işi ilə məşğul olsun (gülür).
- Qısqanclıqdan söz düşmüşkən, siz də qısqancsınız?
- Dəhşətli dərəcədə qısqancam, yalnız sevdiyim insana qarşı. Yoxsa ki, kiməsə qısqanclıqla yanaşıb, paxıllıq çəkən adamlardan deyiləm.
- Məşhur türk müğənnisi Ebru Poladla nə “alış veriş”iniz var? Tanışlığınız necə yaranıb?
- Biz artıq bir neçə ildir ki, yaxın rəfiqəyik. Mən Türkiyədə olanda bizim bir-birimizə oxşadığımızı deyənlər çox oldu. Bu məsələ həm onda, həm də məndə maraq doğurdu. Bizi görüşdürdülər. Ünsiyyətimiz alındı, o zamandan bəri tez-tez əlaqə saxlayırıq, görüşürük. O, hətta mənim albom təqdimatımda da iştirak edib mənə dəstək olmaq üçün Bakıya gəlmişdi.
- Maqarlıdır, Aslan təxəllüsü haradan gəlir?
- Aslan babamın adıdır. Mənim soyadım Aslanovadır. Babam tanınmış, ziyalı və illər boyu vəzifədə olan biri olub. Mən də onun adını özümə ləqəb götürmüşəm.
- Bundan sonra Afaq üçün nələr olacaq? Pərstişkarları ondan nə gözləsinlər?
- Bu yaxınlarda yeni bir mahnı oxumuşam. Həmin mahnı üçün qeyri-adi fotosessiya çəkdirmişəm. Bu yaxınlarda ictimaiyyətə təqdim edəcəyəm. Bir də yeni klipimin çəkilişi üçün hazırlıq işləri gedir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54 |
|
|
|
• "Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48 |
|
|
|
• Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43 |
|
|
|
• Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41 |
|
|
|
• AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39 |
|
|
|
• Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34 |
|
|
|
• Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
• Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26 |
|
|
|
• Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17 |
|
|
|
• Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01 |
|
|
|
• Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42 |
|
|
|
• ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41 |
|
|
|
• Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35 |
|
|
|
• Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19 |
|
|
|
• İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44 |
|
|
|
• Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28 |
|
|
|
• "Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24 |
|
|
|
• Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21 |
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
|