"Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                 

“Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”
Tarix: 8-01-2025, 11:21 | Çap et
“Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib,
Əməkdar mədəniyyət işçisi Nadir Azməmmədov təpədən-dırnağacan kino adamıdır. Ömrünün çox hissəsi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının pavilyonlarında, çəkiliş meydançalarında, dəhlizlərində, montaj otaqlarında keçib. Rejissor assistenti, ikinci rejissor, rejissor kimi filmlərimizin istehsalında yaxından iştirak edib, aktyor olaraq irili-xırdalı rollara çəkilib. Görkəmli sənətkarlarla çiyin-çiyinə çalışıb, həyatda dostluq edib.

Reyting.az xatırladır ki, N. Azməmmədovun rejissor assistenti olduğu “Qanlı zəmi” və “Yaramaz” filmləri Dövlət mükafatlarına layiq görülüb. Lakin təəssüf ki, quruluşçu rejissor kimi bədii ekran əsəri yaratmaq müxtəlif səbəblərdən Nadir müəllimə nəsib olmayıb. Ona görə də hesab edir ki, həm özü, həm də bu sənətdəki bir çox nəsildaşları yaradıcılıq potensiallarını tam realizə edə bilməyiblər.

- Nadir müəllim, “Azərbaycanfilm” kinostudiyası sizin təkcə iş yeriniz yox, həm də təhsil aldığınız bir məkan olub. Azsaylı sənət adamlarındansınız ki, ali məktəbdən əvvəl kinostudiyadakı aktyor kurslarında oxumusunuz. Yəqin ki, “Azərbaycanfilm”ə gəldiyiniz ilk günlər yaxşı yadınızdadır...

- Əlbəttə yaxşı xatırlayıram, axı bu məsələ təsadüfən alınan bir iş deyildi ki, yaddan çıxsın. Əksər yaşıdlarım kimi kinonun sehrinə düşmüşdüm, bu sahə ilə maraqlanırdım. Bu maraq da məni 1971-ci ildə “Azərbaycanfilm” kinostudiyasına gətirdi. Görkəmli rejissor və aktyor, SSRİ Xalq artisti Ədil İsgəndərov kinostudiyanın nəzdində aktyorluq kursu açmışdı, özümü sınamaq üçün müraciət etdim və nəticədə kursa qəbul olundum. Ədil müəllim özü, rejissor və aktyor Əbdül Mahmudbəyov kursun tələbələrinə bu sənətin sirlərini öyrətməyə başladı. Hələ onda heç ali təhsilim də yox idi, yalnız bir il sonra o vaxt İncəsənət İnstitutu adlanan indiki Mədəniyyət və İncəsənət Universitetində rejissor Əşrəf Quliyevin kursuna daxil oldum.

1976-cı ildə ali məktəbi bitirəndə bizim kursun tələbələrinin əksəriyyətini Şəki Dövlət Dram Teatrına göndərdilər, çünki orda dövlət teatrı yenidən bərpa edilirdi, gənc və ali təhsilli aktyorlara ehtiyac var idi. Mənim təyinatımı isə kinostudiyaya verdilər. Amma həmin il kinostudiyada işə düzələ bilmədim.

- Niyə?

- Çünki hərbi xidmətə getdim, 1978-ci ildə əsgərlikdən qayıdandan sonra ştata götürdülər. Həmin vaxt tanınmış rejissorumuz Şamil Mahmudbəyov Əhmədağa Muğanlının ssenarisi ilə “Od içində” filminin çəkilişlərinə başlayırdı. Məni filmin rejissor assistenti təyin etdilər, həm də filmdə epizodik rola çəkildim.

- Filmin bəzi kadrları Lənkəranda lentə alınıb. Həmin vaxt mən orta məktəbdə oxuyurdum, bizim məktəbin yaxınlığında uşaq bağçası var idi, yerli bəylərdən birinin evi olmuşdu. Yadımdadır ki, həmin bağçada bir neçə gün “Od içində” filminin çəkilişləri aparılırdı...

- Bu mənim kinoda debütüm oldu. Film Azərbaycanda sovet hakimiyyətinin qurulması barədə idi, Səməndər Rzayev, Hamlet Xanızadə, Yaşar Nuri, Muxtar Maniyev çəkilirdi. Müğənni kimi tanınmağa başlayan Yalçın Rzazadə də rol almışdı.

Şamil Mahmudbəyov savadlı, geniş dünya görüşünə malik bir insan idi. Onun kimi rejissorla çalışmaq böyük məsuliyyət tələb edirdi, görünür, işim onu qane eləmişdi, sonra məni Həsən Turabovla birgə çəkdikləri “Tənha narın nağılı” filminə də dəvət elədi. Əkrəm Əylislinin povesti əsasında ekranlaşdırılan bu filmdə mən Sadığın atası roluna çəkildim.

- Sosial şəbəkələrdə bir fotonuzu gördüm, əfsanəvi sərkərdə, general Həzi Aslanov rolu üçün qrim olunmuşdunuz deyəsən...

- Mən rejissor assistenti, ikinci rejissor olduğum filmlərin əksəriyyətində həm də müxtəlif rollara çəkilmişəm. 1985-ci ildə kinostudiyada Həzi Aslanovun ömür yolundan, İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığından bəhs edən film istehsala buraxılırdı. “Sizi dünyalar qədər sevirdim” adlanan həmin filmi Rasim İsmayılov çəkirdi, mən rejissor assistenti təyin olunmuşdum. Baş rol üçün aktyor axtarılanda Rasim müəllimin təklifi ilə Həzi Aslanov obrazı üçün fotoprob deyilən mərhələdə məni də yoxladılar. Amma axtarışlar davam edirdi.

Bir gün Ramiz Novruzla qarşılaşdıq. Həmin vaxtlar Ramiz Novruz Akademik Milli Dram Teatrının truppasına yeni qəbul olunmuşdu, təzə-təzə tanınmağa başlayırdı. Gördüm ki, Ramiz Novruzun həm sifətdən Həzi Aslanova bənzəri var, həm də yerişindən-duruşundan hərbçiyə oxşayır. Rasim İsmayılova bu barədə deyəndə ona çox qəribə gəldi, inanmadı ki, mən aktyor yoldaşıma görə rolumdan imtina edə bilərəm. Ramiz Novruzu sınaq çəkilişlərinə dəvət etdilər və bəyəndilər. O, kinodakı bu obrazı ilə məşhurlaşmağa başladı. Ramiz rəhmətlik dünyasını dəyişənə kimi hər dəfə bu barədə söhbət düşəndə deyirdi ki, məni Həzi Aslanov rolunda birinci dəfə Nadir gördü.

- “Azərbaycanfilm” kinostudiyasının belə deyək də, ən qaynar dövrünün şahidisiniz, yaradıcılıq prosesinin içində olmusunuz. Həmin dövrü necə xatırlayırsınız?

- Həqiqətən də kinostudiyada əsl yaradıcılıq mühiti var idi, bədii və sənədləri filmlər, müasir dillə desək, animasiya filmləri, “Mozalan” üçün süjetlər çəkilirdi. Görkəmli rejissorlar, aktyorlar, operatorlar, rəssamlar, ssenaristlər və redaktorlar, kadr arxasında qalan, tamaşaçıların görmədiyi kino mütəxəssisləri burda çalışırdı. Hər gün belə insanlarla təmasda olmaq, yaradıcılıq prosesində iştirak etmək, sənət barədə müzakirə aparmaq şübhəsiz ki, insana zövq verirdi. Həmişə deyirəm, kinostudiyada təkcə sənət dərsi yox, həm də həyat dərsi almışam. Nəhəng sənətkarlarla dostluq etmişəm, onlardan çox şey öyrənməyə çalışmışam. Bir-bir onların adlarını çəksəm, çox uzun bir siyahı alınar, çox təəssüf ki, onların çoxu indi həyatda yoxdur...

Sizinlə söhbət edə-edə Əjdər İbrahimovla bir yerdə çalışdığım günlər yadıma düşdü. SSRİ xalq artisti Əjdər İbrahimov çox sanballı, nüfuzlu rejissor idi, Vyetnamın milli kinosunu yaratmışdı. Uzun müddət “Mosfilm” kimi böyük bir kinostudiyanın ilk partiya təşkilatının sədri olmuşdu. 1979-cu ildə Əjdər müəllim “Azərbaycanfilm”də Nazim Hikmətin ssenarisi əsasında “Qəribə adam” bədii filmini çəkirdi, mən də həmin filmdə rejissor assistenti kimi işləyirdim. Əsər Türkiyə həyatından bəhs etdiyindən filmə çəkmək üçün bizə xarici avtomobillər lazım idi. O dövrdə də Bakıda belə maşınları barmaqla saymaq olardı. Həmin maşınları da lazım olan günlərdə çəkiliş meydançasına gətirmək üçün Dövlət Avtomobil Müfəttişliyi bizə kömək etməli idi. Lakin bu proses nədənsə uzanırdı, hər gün bir bəhanə gətirirdilər. Bir gün məcbur qalıb məsələni Əjdər müəllimə dedim. Möhkəm əsəbiləşdi, getdik kinostudiyanın direktoru Cəmil Əlibəyovun kabinetinə, problemi ona danışdı. Mənə dedilər ki, sən get, özümüz həll edərik. Növbəti çəkiliş günündə xarici maşınlar bizim sərəncamımızda oldu. Sonra öyrəndim ki, Əjdər İbrahimovla Cəmil Əlibəyov dövlət telefonu ilə Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevlə danışıb filmin çəkilişində yaranan problem barədə məlumat veriblər. Heydər Əliyev də məsələnin həlli üçün dərhal göstəriş verib.

İllər öncə istehsal olunmasına baxmayaraq “Azərbaycanfilm”in çəkdiyi filmlərin əksəriyyətinə bu gün də tamaşaçılar maraqla baxır, filmlərdən sitatlar gətirirlər. Çünki həmin ekran əsərlərini istedadlı və peşəkar insanlar ərsəyə gətirirdi. Hər zaman fəxr edirəm ki, bu işlərdə mənim də zəhmətim olub. Mən Dövlət mükafatına layiq görülən iki filmimizin - Qaçaq Nəbi haqqında Həsən Turabovla Əbdül Mahmudbəyovun birgə çəkdikləri “Qanlı zəmi” və Vaqif Mustafayevin “Yaramaz” filmlərinin ikinci rejissoru olmuşam.

- Amma özünüz quruluşçu rejissor kimi film çəkə bilmədiniz...

- Sovet dövründə kinostudiyanın yazılmamış qaydaları var idi, Moskvada ali təhsil alıb gəlsəydin belə sənə birdən birə heç vaxt çəkməyə film verməzdilər. Gərək rejissor köməkçisi, assistenti, ikinci rejissor kimi mərhələləri keçəydin, sonra qısametrajlı bir film çəkə biləydin. Yalnız bu etapları keçəndən sonra sənə tammetrajlı film çəkməyə icazə verirdilər. Mən də bu mərhələlərin hamısını keçmişdim, sonuncu mərhələ yaxınlaşanda sovet dövləti dağıldı, siyasi-iqtisadi əlaqələr qırıldı, kinoprokat məhv oldu, “Azərbaycanfilm” ağır günlərini yaşadı. Quruluşçu rejissor kimi film çəkmək mənə qismət olmadı. Dediyim kimi, bir siyasi quruluşdan digərinə keçidi yaşadığımızdan tək mən yox, həmyaşıdlarımın çoxu öz istedadlarını, yaradıcılıq potensiallarını tam realizə edə bilmədi. Bu məsələdə özümü də “günahkar” görürəm, çünki həmişə zəmanə adamı yox, həqiqətin adamı olmağa çalışmışam. Elə o vaxt da, indi də belə hesab edirəm ki, zəmanə dəyişə bilir, amma həqiqət heç zaman dəyişmir.

- Deyəsən çəkiliş meydançaları üçün darıxırsınız. Bəzən teleseriallarda rol almağınız bununla bağlıdır?

- Uzun müddət qaynar kino mühiti görən adam üçün indiki dövrü yaşamaq çətindir. Təbii ki, çəkiliş prosesi üçün darıxıram, amma bu demək deyil ki, teleseriallardan gələn hər təklifə dərhal razılaşmalıyam. İndi kino adamı kimi bir çox şeylər məni qane etmir. Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər.

“Ata ocağı”, “Sonuncu fəsil” və “Vicdan haqqı” teleseriallarında çəkilmişəm. Adını çəkdiyim sonuncu iki teleserialın rejissoru Rövşən İsaxdır. Rövşənin işləri niyə maraqla baxılır? Çünki Rövşən İsax kinodan gəlib, bu işi bilir. Bayaq dediyim kimi, rejissor olmaq, kino çəkmək üçün gərək kinoda bir neçə mərhələni keçəsən. Təəssüf ki, bəziləri yazılmamış bu qanuna qeyri-ciddi yanaşır və ona görə də ortaya uğurlu bir iş qoya bilmir.

Etibar CƏBRAYILOĞLU
Reyting.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34
Putin İrana gedəcək
Dünən, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Dünən, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Dünən, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Dünən, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Dünən, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Dünən, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Dünən, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Dünən, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Dünən, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Dünən, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Dünən, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Dünən, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Dünən, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Dünən, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru