Pantomima Teatrında 332 minlik mənimsəmə ittihamı... - “Vergilərə görə teatrın hesabları bloklanırdı…”
Tarix: 20-02-2024, 08:27 | Çap et
Azərbaycan Dövlət Pantomima Teatrının kardlar şöbəsinin keçmiş müdiri Aytən Kərimova 332 min manatlıq mənimsəmədə ittiham olunur. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu cinayət işini araşdırmaq Leyla Əsgərova-Məmmədovanın sədrliyilə, Rasim Sadıxov və Novruz Kərimovdan ibarət hakimlər kollegiyasına həvalə olunub.
Aytən Kərimovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onun haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Fevralın 19-da keçirilən məhkəmə iclasında 31 yaşlı Aytən Kərimova ifadə verib. O deyib ki, özünü qismən təqsirli bilir.
Təqsirləndirilən şəxs ifadə verərkən məlum olub ki, Dövlət Pantomima Teatrının mühasibi həm də Uşaq Filarmoniyasının mühasibi olub. Aytən Kərimova bildirib ki, teatrda mühasib olmayan vaxtlarda işçilərin maaşını o verirdi. Onun sözlərinə görə, bir sıra işçilər maaşı nəğd şəkildə alırdılar:
“3 il ərzində təxminən 15 nəfərə qədər işçiyə əlbəəl maaş vermişəm”.
Təqsirləndirilən şəxs deyib ki, Pantomima Teatrının bank hesabları vergi, sosial sığorta ödənişlərində yaranan problemlərlə əlaqədar bloklanırdı. Bu da işçilərə maaşların ödənilməsində çətinlik yaradırdı. Bu səbəbdən müxtəlif kartlara göndərib, sonradan nağdlaşdırmaq yoluyla işçilərin maaşını nağd şəkildə ödəyirdilər:
“Bəzən işçilərə öz kartımdan maaşları göndərirdim. Bəzən başqalarının kartına öz maaşlarından çox vurulurdu, artıq qalan hissəni geri alıb, başqa işçiyə verilirdi. Nağd şəkildə maaş verilənlər əsasən təzə gəldiyinə, yaxud maaş kartını itirdiyinə, kartı dəyişdiyinə görə bir müddət kartsız qalan işçilər olurdu”.
Bu üsullardan istifadə olunmasını isə belə izah edib ki, teatr rəhbərliyi işçilərin narazı qalmaması üçün nə yolla olursa olsun, onların maaşının ödənilməsinə göstəriş vermişdi.
Teatrın direktoru Elman Rəfiyev də məhkəmədə dindirilib. O, şahid qismində ifadə verib. Elman Rəfiyev deyir ki, Aytən Kərimova 2012-ci ildən onun işçisi olub. Onun sözlərinə görə, təqsirləndirilən şəxs maaşların verilməsinə məsul deyildi, bu barədə barədə rəsmi əmr yox idi:
“Bizim mühasib xəstə olanda, işə gəlməyəndə Aytən xanım ona kömək edirdi”.
Elman Rəfiyev də teatrın bank hesabının bloklandığını, bu üzdən maaşların gecikdiyini təsdiqləyib. Onun sözlərinə görə, hesaba pul köçən kimi vergi və ya sosial sığorta borclarına çıxılırdı. Hazırda da hesab bloklanıb:
“Mühasib bu məsələni həll eləyirdi. Amma problem 4-5 gün çəkirdi. Buna görə mühasibə irad bildirmişəm. Bir müddət əvvəl Mədəniyyət Nazirliyi təmir üçün bizə pul köçürmək istədi, onda da məlum oldu ki, hesabımızın üzərində sərəncam var”.
Direktor əlavə edib ki, teatrda bütün işçilərin kartı var. Maaş kartları vaxtı bitəndə dəyişir. Kartın dəyişməsi isə təxminən 10-15 gün çəkir.
Təqsirləndirilən Aytən Kərimovanın atası Ceyhun İsmayılov da məhkəmədə şahid kimi dindirilib. O da teatrda işləyir, 4 ildir orada yanğından mühafizə təlimatçısıdır. Cinayət işinin materiallarından məlum olur ki, onun maaş kartına öz əməkhaqqısından çox pul köçürülüb.
Ceyhun İsmayılov məhkəmədə ifadəsində bildirib ki, maaş kartına artıq pul köçürülməmişdən öncə qızı ona bu barədə məlumat vermişdi:
“Qızım dedi ki, kartına artıq pul köçürülür, çıxarıb ona verim. Öz maaşım 450 manat idi, onu götürüb, qalanını qızıma verirdim”.
4 ildir orada işlədiyinə baxmayaraq, mühasibi cəmi bir dəfə – yas məclisində gördüyünü deyən Ceyhun İsmayılov da teatrda bəzi işçilərin nağd şəkildə maaş aldığını söyləyib.
Aytən Kərimovanın işi üzrə məhkəmə araşdırmaları davam edir.
Ona verilən ittihamlarda 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Dövlət Pantomima Teatrında mənimsəmə iddiası ilə əlaqədar Mədəniyyət Nazirliyinin açıqlamasında bildirilir ki, Aytən Kərimova teatrda 2019-cu ildən mühasib vəzifəsində çalışıb. O, 2023-cü ilin yanvarında ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib:
“Aytən Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəyib. Bununla da Mədəniyyət Nazirliyinin əmlakının qorunub saxlanılması və maliyyə vəsaitlərindən qənaətlə, fəaliyyətə uyğun istifadəsinə və nazirliyin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub”.
Aytən Kərimovanın məhkəməsində Mədəniyyət Nazirliyinin nümayəndəsi zərərçəkmiş qismində iştirak edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• “TƏBİB saxtakarlıq edib, mənim sənədlərimi sistemə vurmur” - ETİRAZ VAR...
Bu gün, 00:14 |
|
|
|
• Bu şirkət 3 təhsil müəssisəsinə mühafizə xidməti göstərəcək - MƏBLƏĞ
Bu gün, 00:05 |
|
|
|
• Dövlət qurumu proqram təminatına 821 min manat - SƏRF EDƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Axşam yeməyini tamamilə kəsmək lazımdır..."
Dünən, 23:02 |
|
|
|
• Ararat Mirzoyan Vaşinqtonda "köhnələrlə" nə müzakirə edir?
Dünən, 22:55 |
|
|
|
• Xanım jurnalistə qarşı dələduzluq edənlər HAKİM QARŞISINDA - TƏFƏRRÜAT
Dünən, 22:51 |
|
|
|
• "Əqrəb mövsümü 2" bu tarixdə yayımlanacaq
Dünən, 22:47 |
|
|
|
• Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır - İDDİA
Dünən, 22:45 |
|
|
|
• Rejissoru aldadıb 25 minini aldı: müğənninin əridir - FOTO
Dünən, 22:40 |
|
|
|
• Şəmsəddin Xanbabayev VƏFAT EDİB
Dünən, 22:38 |
|
|
|
• “Təyyarənin vurulması Rusiyanın Azərbaycana xəbərdarlığı idi” - deputat
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanda bu lizinq şirkəti - LƏĞV OLUNUR
Dünən, 18:58 |
|
|
|
• Vuçiçi kim qaza gətirmişdi? – Səbəblər aydın olur
Dünən, 18:11 |
|
|
|
• Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı - Klinika isə susur...
Dünən, 18:09 |
|
|
|
• Dünyanın ən güclü orduları: - Neçənci yerdəyik?
Dünən, 18:05 |
|
|
|
• “Amin Mərdəkanski”nin qətlinə görə daha bir nəfər TUTULUB
Dünən, 17:57 |
|
|
|
• Qadın onu baltalayan ərini bağışladı...
Dünən, 17:52 |
|
|
|
• "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında - TƏFƏRRÜAT
Dünən, 17:46 |
|
|
|
• Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI - Qusarda DƏHŞƏT
Dünən, 17:41 |
|
|
|
• MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu - İTTİHAM VAR...
Dünən, 17:33 |
|
|
|
• Samir Şərifov daha bir vəzifəsini İTİRƏCƏK
Dünən, 17:26 |
|
|
|
• Bakı ABŞ üçün niyə önəmlidir? – “Həmin il hərbi əməliyyatlar zamanı Azərbaycan…”
Dünən, 17:14 |
|
|
|
• AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb - FOTO
Dünən, 17:12 |
|
|
|
• Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib
Dünən, 17:07 |
|
|
|
• Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu – 516 milyonluq depozit hara gedib?
Dünən, 17:02 |
|
|
|
• Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib - TASS
Dünən, 16:59 |
|
|
|
• Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib
Dünən, 16:48 |
|
|
|
• Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 16:48 |
|
|
|
• Bakıda xanım müğənni vəfat edib - FOTO
Dünən, 16:32 |
|
|
|
• Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür - Sergey Markov
Dünən, 16:23 |
|
|
|
• “Nə qədər cəsarətli rollar oynasam da, həyat yoldaşım ilk gündən tapşırıb kı...”
Dünən, 16:22 |
|
|
|
• Putin və Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq
Dünən, 16:14 |
|
|
|
• Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq - SİYAHI
Dünən, 16:12 |
|
|
|
• Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib -Kamal Məmişovla KİMSƏ BACARMIR?
Dünən, 16:09 |
|
|
|
• Monqolustanda nə baş verir? - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub - SİYAHI
Dünən, 15:57 |
|
|
|
• Azərbaycanda 20 min manatlıq şirkət - LƏĞV OLUNUR
Dünən, 15:46 |
|
|
|
• “Ömrüm boyu sayğılı nazirimə borcluyam” - Qazi Məğrur Bədəlsoy Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ
Dünən, 15:43 |
|
|
|
• Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Dünən, 15:39 |
|
|
|
• Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Dünən, 15:37 |
|
|
|
• Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Dünən, 15:30 |
|
|
|
• 4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Dünən, 15:26 |
|
|
|
• Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Dünən, 15:24 |
|
|
|
• "İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Dünən, 15:22 |
|
|
|
• Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Dünən, 15:16 |
|
|
|
• Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Dünən, 15:14 |
|
|
|
• Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Dünən, 15:06 |
|
|
|
• "Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Dünən, 15:05 |
|
|
|
• Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Dünən, 15:03 |
|
|
|
|