“Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İcra başçıları bu sektordan kənarlaşdırılır... .....                     ADAU-da KİMLƏR BAZAR AÇIB? .....                     XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA .....                     Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL .....                     "Vasif Talıbov gedəndə sevinmişdik..." .....                     Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir .....                     Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi .....                     Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq .....                     "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" .....                     Cənubi Koreya Prezidenti həbs olunub .....                     İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz .....                     ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” .....                     Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar .....                     "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..." .....                     Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... .....                     Dövlət qurumu 493 minlik geyimləri .....                     Azərbaycanda 24 illik nəqliyyat şirkəti .....                     ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb .....                     Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik .....                     Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb .....                     "3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                     Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub .....                     Ermənistanın Qərb və Rusiya arasında yeni planı: .....                     "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır" .....                     İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... .....                     "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" .....                     “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” .....                     Göygöldə məktəblilər arasında mübahisə .....                     “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir .....                     İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? .....                     Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir .....                     Bacısını bıçaqlayan qardaş hakim qarşısında .....                     Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır .....                     Moskvadakı erməni biznesmenlər narahatdır .....                     Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir .....                 

"Vaxtilə onlar Zeynəb Xanlarovadan zövq alıblar..." - ETİRAZ
Tarix: 5-01-2024, 10:03 | Çap et
"Vaxtilə onlar Zeynəb Xanlarovadan zövq alıblar..."
"Xalqımız pisliyi unudan xalqdır. 1905-ci ildə ermənilər Bakıda, Azərbaycanın rayonlarında qırğınlar törədiblər. Urmiyada da qırğınlar olub. 1918-ci ildə də bizə qarşı qırğınlar davam edib. Sonradan inqilab dövrü, ələlxüsus, 1936-1938-ci illərdə KQB-nin rəhbərləri, əməkdaşları azərbaycanlılara haqsız hücumlar edir, kütləvi həbslər həyata keçirirdilər. Hər üç-beş ildən bir azərbaycanlıların başına oyunlar açır, zülmlər edir, güllələyirdilər. Son 35 ildə 40-50 min körpəmizi, qadınlarımızı, nənələrimizi faşistcəsinə məhv etdilər. Bunu biz unuduruq. İndi də deyirlər ki, Ermənistana gedib yaşamaq istəyirik, onlar da Azərbaycana gəlsinlər. Belə başa düşürük ki, bizim xalq nəinki pisliyi, hətta yaxşılığı da unudur. Görün, Zeynəb Xanlarova ömrünün neçə ilini incəsənətə həsr edib. Neçə-neçə Yeni il axşamlarında ekran qarşısında xalqı sevindirib, dünya azərbaycanlıları qarşısında konsertlər verib, dünyada nələr görüb. Bu xanım qocalmayıb, əli-ayağı əsmir, beli bükülməyib, sifəti qırışmayıb. Səsini eşidəndə biz onunla fəxr etməliyik ki, Zeynəb Xanlarovanın hələ də səsi var. Oxuduğu mahnılar yeni səs yazmalarıdır, köhnə deyil. Məşqlərə də gəlir. Zeynəb Xanlarova məşqlərdə oxuyur, səsi işləyir, yeni mahnılar yazır...”

Bu sözləri Pravda.az-a müsahibəsində Azərbaycanın ilk şoumeni, Əməkdar artist Qorxmaz Əlilicanzadə deyib.

“Rəşid Behbudovun 75 yaşı var idi, hələ də səsi üstündə idi. Mirzə Babayevin, İlhamə Quliyevanın, Flora Kərimovanın da həmiçinin... Zeynəb Xanlarovanın efirdə oxuması kimə nə ziyan verir? Zeynəb Xanlarova bu gənclərin harada qabağını kəsir? Günün 24 saatı səviyyəli-səviyyəsiz hamısı efirdədir, daha kimlər oxumur ki? Zeynəb xanım nə vaxt onların qabağını kəsib deyib ki, çəkilin kənara, mən oxuyacağam, çıxın bayıra, mən gəlirəm. Bu xanım bir dəfə Yeni ildə görünür. Bəyəm ildə bir dəfə Zeynəb xanımın sənətinin dəyəri olmadı ki, biz onu görək? Görmək istəmirlər, özləri bilərlər. Heç bəlkə, məni də görmək istəmirlər? Deyirlər ki, qoca kişidir, getsin, evində otursun. Allah canlarını sağ eləsin. Amma o demək deyil ki, mən, yaxud digər sənətkarlar, Zeynəb Xanlarova bəyənməyənlərin sözü ilə oturub-durmalıyıq, onlar bizi bəyənmirlərsə, daha səhnəyə çıxmayaq. Konsert veririk, kimlər gəlir? Bizi bəyənənlər. Bizi bəyənməyənlər gəlmirlər ki... Efirə də bizi bəyənənlər qulaq asmaq istəyir, bəyənməyənlər yox. Zeynəb Xanlarovaya tənqid yazanlar evlərindəki qoca ana-atalarına hörmət etmirlər ki, vaxtilə onlar Zeynəb Xanlarovadan zövq alıblar. Zeynəb Xanlarova, Rübabə Muradova, Şövkət Məmmədova... Vaxtilə Şövkət Məmmədova, Mirzə Babayev üçün də deyirdilər ki, eh, bunlar niyə oxuyurlar, daha efirə çıxmasınlar, biri kökdür, biri qocadır... Nələr demirdilər? İndi də illər keçir, həmin o bəyənməyənlərin balaları, nəvələri deyirlər ki, Şövkət Ələkbərova klassikadır, böyük sənətkardır, Mirzə Babayev, Oqtay Ağayev, Gülağa Məmmədov təkrarolunmazdır. Halbuki vaxtilə qəzetdə yazıb pisləyirdilər ki, niyə oxuyurlar? Öləndən sonra isə “klassika” deyirik. Hamımız öləcəyik, amma 10-20 ildən sonra Zeynəb Xanlarovanın sənətindən danışacaqlar. Bilmirəm, şikayət edənlər sənətdə nə iz qoyublar, bəlkə, xalq üçün böyük işlər görüblər? Yenə də ixtiyarları yoxdur ki, Zeynəb Xanlarovaya “oxuma” desinlər”, - Q.Əlilicanzadə bildirib.

O deyib ki, bu yazılar insan ömrünü qısaldır: “Deyirlər ki, Milli Məclisə Zeynəb Xanlarova dedi ki, “uşaqpulunu” kəsin. Biri ortaya çıxarıb sübut etsin ki, Zeynəb Xanlarova deputat olanda nə vaxt xalqına qarşı belə söz deyib? Bir dəfə müharibədən əvvəl demişdi ki, hər iki gündən bir üç-dörd nəfər şəhid olur, bir dəfə yığışıb müharibə edək, qalib gələk, bunların kökünü kəsək. O vaxt Zeynəb Xanlarovanı bu sözünə görə söydülər, daha nələr demədilər. Sonda məqamı çatdı, möhtərəm Prezidentimiz hamını yığdı, bir dəfə güclü müharibə etdi, 3 min hərbçimiz şəhid oldu. Müharibədə şəhid olmalıdır, müharibəyə oynaya-oynaya getmirlər. Bu, müharibədir, Vətəni qorumaq üçün olmalıdır. Haqsız yerə ermənilər alçaqlıqla bizi snayperlə vururdular. Zeynəb Xanlarovanın ürəyi qanayırdı ki, əsgərlərimiz niyə həlak olur... Amma biz toylar keçirirdik, heç birimiz qəzetdə yazmırdıq ki, balalarımız nahaq yerə qırılır... Haqsız danışmayaq! Möhtərəm Prezidentimiz incəsənət adamları ilə görüşəndə Zeynəb Xanlarova dedi ki, bəsdir şikayət etdiniz, bir az yaxşı şeylərdən danışaq. Dedi də, yaşlı xanımdır. Bir kəlimə sözə görə bu boyda yaradıcılığı, sənəti vururlar yerə. Biz nə millətiyik, başa düşmürəm. Hər kəsi nəzərdə tutmuram. Belə tənqid edənləri deyirəm. Pisliyi unuduruq, bu, bir dərdimiz. Niyə bəs yaxşıları da tez unduruq? Efirdə dedim ki, dövlət adamlarını nəzərdə tutmuram, onlar vəzifə daşıyırlar, amma erməni ilə dostluq edən xalq mənim düşmənimdir. Əsrlər boyu ona edilən zülmləri unudan insan azərbaycanlı deyil. Deməli, onun mənfi xüsusiyyətləri çoxdur, alver, milyon xatirinə xalqı tapdalayıb keçər. Zeynəb xanımın yaxşılıqlarını, sənətdə gördüyü işləri unutmaq olmaz! Buna görə də bütün sosial şəbəkələrdən uzağam. Hesablarımı bağlamışam. Hər dəfə toy başlayanda qazilərimiz üçün ayağa qalxırlar, şəhidlərimizi bir dəqiqəlik sükutla yad edirlər. Kaş bu, həmişə olardı. Bir müddət sonra qazilərimiz də yaddan çıxacaq. Amma biz o vaxt böyük xalq olarıq ki, hər dəfə məclislərdə şəhidlərimiz, qazilərimiz üçün ayağa qalxaq. Bütün dünya xalqları qonaq gəldiklərində bunu görəndə deyəcəklər ki, görün, nə böyük xalqdır, öz övladlarına dəyər verir. Kaş o günü görəydim. 20 ildən sonra, görəsən, bu xalq yenə belə edəcək? Arzu edirəm ki, xalqımız bir daha zülm görməsin. Rifahı yüksəlsin, yaşayışı düzəlsin. Bolluq, ucuzluq olsun. Pis oluram ki, meyvələrin yaxşısını Rusiyaya göndərirlər, cır meyvələri bizə verirlər, gözəl ərzaq görə bilmirik. Yağı da marqarinqarışıq gətirilər. Əvvəllər belə şey yox idi. Sahibkarları, alverçiləri düzəldin də. Gömrükdən buraxılan mallara qiymət qoyurlar. İmkan verin, bu xalq yaşasın də. Hamı bundan danışsın. Yoxsa danışırlar ki, Zeynəb Xanlarova efirə niyə çıxdı? Nə bilim... Allah salamatlıq etsin. Allah bu xalqın canını sağ, şəhidlərimizin ruhunu şad eləsin. Şəhidlərimizə, möhtərəm Prezidentimizə, qazilərimizə, hərbçilərimizə, zabitlərimizə minnətdaram ki, bu qələbəni bizə yaşatdılar. Heç olmasa bunu unutmayaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53
İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47
ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44
XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39
Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31
Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33
Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28
Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08
"Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24
Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21
İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58
““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52
Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48
"Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38
Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34
Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05
Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32
Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25
Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23
Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18
Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14
Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13
Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04
Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01
Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59
Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48
Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44
Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42
26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36
Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29
Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru