ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? .....                     Bayramova ingiliscə saxta məktub... .....                     Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik .....                     “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli .....                     İranın Zəngəzur planı üzə çıxdı .....                     Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır .....                     "Başqası ilə eşq yaşayırdı" .....                     NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! .....                     İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib .....                     Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi .....                     Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? .....                     Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək .....                     “1 milyon əsgər Azərbaycana gələcək” .....                     Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub .....                     Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi .....                     Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… .....                     "Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar" .....                     "Oğlu Lalə Şövkətin adından yalan danışır, partiya ləğv edilməyib" .....                     Tehranda 17 yaşlı azərbaycanlı qızın böyük plakatı asıldı .....                     Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi .....                     "Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" .....                     Dövlətə, xalqa xidmət, dövlət başçısına sədaqət belə olurmu?! .....                     Azərbaycanda daha bir gənc qızdırmadan öldü .....                     ABŞ Azərbaycan-Ermənistan sərhədinə QOŞUN YERİDİR .....                     Naxçıvanda sahibkarlara dövlət adından VERGİ TƏLƏSİ... .....                     Dövlət klinikalarında niyə YER TAPILMIR? .....                     Saatlı Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə hökm oxundu .....                     Hüseynbala Mirələmovun səhhəti PİSLƏŞDİ .....                     "Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı" .....                     Türkiyə prokurorluğu Flora Kərimovanın plastik cərrahla bağlı şikayətini icraata götürdü .....                     BNMİ-nin əməkdaşları 33 kiloqram narkotik vasitə aşkarlayıb .....                     Hazırlaşın: Türkləri İrəvanın qapısında qarşılayacağıq .....                     Amerika bununla bizim strateji tərəfdaşımız olmur .....                     “Binokl diplomatiyası” bölgədə gərginlik yaradır .....                     Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini ABŞ da öz qonşularına qarşı tətbiq edəcək? .....                     SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB .....                     Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI .....                     ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq .....                     Zəngəzur uğrunda SAVAŞ... .....                 

"Mənə dedi ki, “ana, Hollivuda getmək istəyirəm, çünki bu işin mərkəzi oradır” "
Tarix: 15-12-2023, 08:48 | Çap et
"Mənə dedi ki, “ana, Hollivuda getmək istəyirəm, çünki bu işin mərkəzi oradır” "
“ “Kanal 7” də 2 il öncə “Yemin” serialında rol aldım. Daha sonra məni “Əsarət” serialına dəvət etdilər. Burada çox önəmli rollardan birini oynayıram. Afifə zabitəli, ziyalı bir nəslin davamçısı olan qadın obrazıdır. Hal-hazırda çəkilişlərimiz davam edir”

Bunu Moderator.az-a Əməkdar incəsənət xadimi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova deyib. O daha sonra əlavə edib.
“Mən sənət yaradıcılığım boyu bu cür rol oynamamışam. Afifə çox ağır xarakterli, bir az qəddar tərəfi olan, amma ailəsini, övladlarını qoruyan, öz fikirləri, qanunları olan mərd, qürurlu bir qadındır. Yeri gələndə çox duyğusal ola bilir. Onun ən başlıca məqsədi də ailəsini qorumaqdır. Hər zaman mülayim, mehriban, saf, məsum qadın rollarını oynamışam. Bəzən bir aktrisa kimi bu rolu oynayanda çətinlik çəkirəm. Çox axtardım ki, necə oynayım?! Onun yerişindən tutmuş səs tonuna qədər axtarıb tapdım. İmicimi dəyişdirdilər. Buna etiraz etmədim. Bilirsiniz ki, Türkiyədəki seriallar xarici ölkələrə satılır. Mənim instaqram səhifəmi izləyənlər də bilir ki, Azərbaycandan, Türkiyədən çox xarici ölkələrdən mesajlar gəlir. Hamısı da yazır ki, “Afifəyə nifrət edirik, sizi isə sevirik”. Bu da o deməkdir ki, mən Afifə rolunun öhdəsindən gəlmişəm. Mehriban bir kollektivimiz var. Deyilənə görə uzunömürlü olacaq, 5 il davam edəcək. Mənim üçün ən önəmli məsələ oynadığım serialların xarici ölkələrdə tanıdılmasıdır. Əlbəttə ki, xarici ölkələrdə tanınmaq mənim üçün böyük qürurdur. Braziliyadan, Amerikadan belə bizim çəkiliş setlərimizə ziyarətə gəlirlər. Mənə dünyanın hər bir nöqtəsindən izləyicilər məktub yazır. Bu mənim üçün qürurverici bir haldır” deyə aktrisa deyib.

Sənətkar bildirib ki, oğlu Amerikada yaşayır.
“Oğlum Türkiyədə operator köməkçisi işləyirdi. Mənim çəkildiyim “Yemin” serialında biz birlikdə çalışdıq. İlk addımını o bu serialla atdı. Ondan sonra bir çox seriallarda operator köməkçisi işlədi. Daha sonra “Netflix” və “Disney plus”da çalışdı. Sonra mənə dedi ki, “ana, Hollivuda getmək istəyirəm, çünki bu işin mərkəzi oradır”. İki il oğluma ora getməyi icazə vermədim. Çünki bir oğlum var, istəmirdim ki, gözümdən kənara getsin. Dedi ki, “ana, bu mənim həyatımdır, mən öz işimdə irəliləmək istəyirəm”. Ətrafımdakı insanlar da ona mane olmamağımı tövsiyyə etdilər. Mən də mane olmadım və icazə verdim. Bir az dil problemi var. Oğlum universiteti inglis dilində oxuyub. Amerikada Amerikan ingliscəsi çox fərqidir. İndi həm dil kurslarına gedir, həm də Hollivudda öz işləri ilə məşğul olur. İnanıram ki, daha da yaxşı olacaq. Hətta oradakı Film Akademiyasında magistr təhsili almaq istəyir. Əlbəttə ki, onun üçün çox darıxıram. Fikrim var ki, yay ayında Amerikaya gedim. İnanıram ki, gələcəkdə oradan çox gözəl səsi gələcək” deyə aktrisa bildirib.

Aktrisa “AZDRAMA-dan bir neçə sənət insanını ixtisara salıb, işdən azad etdilər. Bu haqda nələrsə eşitmisiniz?” sualına belə cavab verib.
“Bilirsiniz ki, 4 il Akademik Milli Dram teatrında çalışmışam. Həyat elə gətirdi ki, Türkiyəyə gəldim və teatr işimə burada davam etməyə başladım. Amma heç bir zaman Azərbaycandakı sənət yoldaşlarımla sənət bağlarım qopmayıb. Hamısı ilə bu gün də yazışıb, danışıram. Baxmayaraq ki, Türkiyədəyəm amma doğma teatrımda baş verən hər bir şeydən xəbərim var. Küsüb gedən aktyor, aktrisalarımızdan xəbərdaram. Bu haqda düzü danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, aktyorun küsüb getməsi yalnız teatra, mədəniyyətimizə zərər vura bilər. Vaxtilə Zərnigar Ağakişiyevanın, Səfurə İbrahimovanın küsüb getdiyini bilirdim. Səfurə xanımla biz bunları danışırdıq. O zaman buna çox üzülmüşdüm. Heç kimi küsdürməsinlər. Sənət insanları duyğusaldırlar, yaradıcıdırlar. Azərbaycan teatrında dəyərli aktyorların sayı o qədər azaldı ki, əlimizdə olan aktyorlarımızı pambıq içərisində saxlamaq lazımdır. Aktyor səhnədə rəhmətə getməlidir. İnanıram ki, belə hallar azalar. Teatr heç kimin şəxsi mülkiyyəti deyil, teatr xalqa xidmət etməlidir” deyə aktrisa bildirib.

Aktrisa bildirib ki, Azərbaycanlı həmkarlarına Türkiyədə hər zaman köməklik edib, dəstək olub.
“Bu gün Azərbaycan teatrını, kino sənətini Türkiyədə təbliğ edən yeganə sənət insanıyam. Onlar məndən kömək istədikləri zaman əlimdən gələni əsirgəməmişəm. Yadınızdadırsa illər öncə Azərbaycan Türkiyə ilə ortaq olaraq “Mahmud və Məryəm” filmini çəkdik. Hər iki ölkənin Mədəniyyət Nazirlikləri arasında bu müqavilənin bağlanmasında, filmin çəkilməsində mənim böyük rolum oldu. Çünki bu layihəni hər iki ölkənin Mədəniyyət Nazirlərinə təqdim edən mən oldum. Ən böyük məqsədim Azərbaycanla Türkiyənin sənət adamlarının birlikdə çəkilməsi, onların ünsiyyəti idi. Biz buna nail olduq. Bu mənim missiyamdır. Mən 2019-cu ildə “İblis” tamaşasını Türkiyədə səhnələşdirəndə də istəyirdim ki, hansısa rolun iştirakçısını Azərbaycandan dəvət edim. Fikrimdə də xalq artisti Fəxrəddin Manafovu tutmuşdum. Hətta bu haqda Fəxrəddin bəylə danışığımız da olmuşdu. Həyat yoldaşının xəstəliyinə görə rol təklifimizi qəbul etmədi. Bununla bağlı o vaxt Mədəniyyət Nazirliyinə müraciət etsək də, müraciətimiz cavabsız qaldı. Məndən azərbaycanlı aktrisa istədiklərində mütləq zəng edib, dəvət etdirirəm. Məsələn, Yağmur Şahbazova “Yemin” serialında çox gözəl bir rola dəvət aldı. Onun şəkilini bəyənib mənə göstərdilər və məndən kömək istədilər. Onlar da bilirlər ki, mən Azərbaycandakı bir çox sənət insanlarını tanıyıram. “Fox” tv də də bir serial üçün Azərbaycanın məşhur aktyorlarını təklif etmişdim. Nədənsə o layihə dayandırıldı. Sözün düzü kastinq ajansı qurub, Azərbaycandan istedadlı, yaraşıqlı bəy və xanımları dəvət etmək istəyirəm. Bir sözlə əlimdən gələn hər şeyi edirəm. Başqalarının mane olmağı haqda heç bir söz deyə bilmərəm” deyə aktrisa bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56
Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53
“Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50
İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47
Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46
"Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43
NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39
İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34
AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32
Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30
Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25
Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22
“1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19
Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 12:14
Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… - Hökm
Bu gün, 12:10
"Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar" - deputat
Bu gün, 12:05
"Oğlu Lalə Şövkətin adından yalan danışır, partiya ləğv edilməyib" - Əvəz Temirxan
Bu gün, 11:54
Tehranda 17 yaşlı azərbaycanlı qızın böyük plakatı asıldı
Bu gün, 11:41
Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi - FOTO
Bu gün, 11:38
"Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" - deputat
Bu gün, 11:35
Dövlətə, xalqa xidmət, dövlət başçısına sədaqət belə olurmu?! - ETİRAZ VAR...
Bu gün, 11:29
Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?
Bu gün, 11:21
ABŞ Azərbaycan-Ermənistan sərhədinə QOŞUN YERİDİR - Bu, binokullu avropalılar deyil...
Bu gün, 11:15
Naxçıvanda sahibkarlara dövlət adından VERGİ TƏLƏSİ... - NARAZILIQ VAR...
Bu gün, 11:11
Dövlət klinikalarında niyə YER TAPILMIR? - “Xəstə qalıb ortada, biz yer axtarırıq”
Bu gün, 11:01
Saatlı Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə hökm oxundu - DETALLAR
Bu gün, 10:56
Hüseynbala Mirələmovun səhhəti PİSLƏŞDİ - AÇIQLAMA
Bu gün, 10:53
"Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı" - Rusiya XİN
Bu gün, 10:51
Türkiyə prokurorluğu Flora Kərimovanın plastik cərrahla bağlı şikayətini icraata götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:48
BNMİ-nin əməkdaşları 33 kiloqram narkotik vasitə aşkarlayıb - FOTO, VİDEO
Bu gün, 10:47
Hazırlaşın: Türkləri İrəvanın qapısında qarşılayacağıq – Şarmazanov
Bu gün, 10:45
Amerika bununla bizim strateji tərəfdaşımız olmur - Badalyan
Bu gün, 10:39
“Binokl diplomatiyası” bölgədə gərginlik yaradır - İndi də sərhədimizə FİLİN DİŞİSİ (ABŞ) gəlir...
Bu gün, 10:37
Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini ABŞ da öz qonşularına qarşı tətbiq edəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 10:29
SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB - Sıravi işçilər isə...
Bu gün, 10:26
Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI - ARAŞDIRMA
Bu gün, 10:19
ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15
Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07
“Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57
ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45
"Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43
Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37
`Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28
“Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22
Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20
Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19
Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17
200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru