Yevlaxda həkimlər sağaltmır, öldürür... .....                     İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb .....                     Zirəddin ən qorxunc proqnozlarını açıqladı .....                     UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ .....                     Sağlamlıq haqqında arayış BİZNESİ... .....                     Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi .....                     ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? .....                     Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? .....                     Ermənistan: Qərbin “Troya atı” .....                     Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib .....                     Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi .....                     Moskva paradına kimlər dəvət olunub? .....                     Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia .....                     ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? .....                     İran və Rusiya gizli danışıqlar aparır .....                     Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası .....                     İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? .....                     Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? .....                     Ermənistan dörd qonşunun hədəfinə çevrildi .....                     Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər .....                     Bu holdinqin maliyyə problemləri bitmir .....                     Xəstəxanada səs-küy salan həkim .....                     Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi .....                     Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi .....                     Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib .....                     Aktrisa Çimnaz Sultanova vəfat edib .....                     ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: .....                     Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? .....                     “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” .....                     Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına .....                     İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb .....                     Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri .....                     İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb .....                     ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? .....                     ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... .....                     Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... .....                     "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." .....                     Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib .....                     “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” .....                     Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar .....                 

"Niyə qardaş Türkiyədə olduğu kimi, bizdə də dəyərli sənətkarlar haqq etdikləri yaxşı şəraitlə təmin oluna bilmirlər?" - ETİRAZ
Tarix: 4-08-2023, 08:57 | Çap et
"Niyə qardaş Türkiyədə olduğu kimi, bizdə də dəyərli sənətkarlar haqq etdikləri yaxşı şəraitlə təmin oluna bilmirlər?"
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimli 2 Avqust Milli Kino Günündə Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədovanı nazirliyin fəxri diplomları ilə təltif edib. “Yeni Müsavat” bu və digər mövzular ilə bağlı Rasim Balayevin təəssüratlarını öyrənməyə çalışıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Rasim müəllim, təltif olunduğunuz üçün sizi təbrik edirik. Daha bir kino gününü geridə qoyduq. Bir aktyor kimi özünüzə, kinematoqrafçılara, ümumilikdə milli kinomuza nə arzulayırsınız?

- Bu, reallıqdır ki, bu gün kinomuz günün tələblərinə, tamaşaçıların zövqünə uyğun deyil. Amma belə başa düşürəm ki, o demək deyil ki, artıq Azərbaycan kinosu artıq bitib. Olur ki, hər bir sənətin müəyyən səbəblər üzündən tənəzzül dövrü olur. Fikrimcə, kinomuz indi həmin dövrü yaşayır. Lakin inanıram ki, istedadlı gənclərimiz var, yaxşı filmlər çəkiləcək və Azərbaycan kinosu öz yolunu davam etdirib tamaşaçıları sevindirəcək.

- Bu gün televiziyalarda yayımlanan filmləri izləyəndə, bir tamaşaçı və aktyor kimi, sizdə hansı təəssüratlar yaranır?

- Mən, ümumiyyətlə, o filmlərə baxmıram, izləmirəm...

- Bir ağrılı məqamımız da var. Ermənilər bu günlərdə daha bir film çəkib, dünyaya öz uydurmalarını sırımağa çalışırlar. Filmdə guya xəstə erməni uşağı müalicə almaq üçün Qarabağdan çıxa bilmir, səbəb isə, guya ki, Azərbaycanın onları blokadada saxlamaqlarıdır. Kadrlardan da anlaşılır ki, bu dəfə də keyfiyyətli film ortaya qoyacaqlar. Bəs niyə qalib Azərbaycan öz həqiqətləri, qalibiyyəti, Qarabağ müharibəsi haqqında hələ də ortaya bir film qoya bilmir? Səbəb nədir?

- Səbəb çoxdur. Əsas səbəblərdən biri budur ki, yaxşı ssenari yoxdur, kifayət qədər vəsait lazımdır və sairə. Ümumiyyətlə isə, adətən müharibə filmləri müharibədən bir neçə il sonra yaranır. Məsələn, İkinci Dünya müharibəsindən illər sonra ortaya sanballı müharibə filmləri çıxmağa başladı. Əslində biz ön cəbhəyə operatorlar göndərməli idik ki, xronikalar çəksinlər. Çəkdilərmi? Bizim igid oğlanlarımızın müharibədəki şücaətlərini həmin xronikalardan götürmək olardı.

Qeyd etdiyim kimi, müharibə ilə bağlı bədii filmlər illər sonra yaranır, yəqin ki, bir neçə ildən sonra, bəlkə də bu ildən və yaxud gələn ildən filmlər çəkilər. Gördüyünüz kimi, bizim Qarabağ məsələmiz hələ də həll olunmamış qalır, həlli daima uzanır. Sülh müqaviləsi ətrafında siyasi oyunlar, təxribatlar gedir. Ona görə də hələ vaxt lazımdır ki, ssenaristlər bir qədər fikirləşsinlər, yazsınlar. Yəni müharibə filmi o dəqiqə yaranmır.

- Rasim müəllim, siz “Dədə Qorqud”, “Babək” filmlərində döyüş səhnələrində iştirak etmiş aktyorsunuz. Ona görə bu sualı vermək istərdim ki, indi ona bənzər döyüş səhnələrini Şuşada çəkmək, vətən oğullarımızın orada göstərdikləri şücaəti kinolaşdırmaq məgər bu qədər çətindir?

- Əlbəttə ki, döyüş səhnələrinin çəkmək öncə fiziki cəhətdən çətindir... Şuşada olanda mənə göstərdilər ki, igidlərimiz ağır yüklərlə keçilməz sıldırım qayaları keçib, düşmənə qalib gəliblər. Təsəvvür edin, adam adi halda, yüksüz o sıldırım qayaları çıxa bilməz, amma əsgərlərimiz silah-sursatla qayaları fəth edib, düşmənə qalib gəlib. Bu, ağlasığmaz, böyük qəhrəmanlıqdır! Bizim indi borcumuzdur ki, bunu çəkək, ekranlara daşıyaq.

- Arzulayırsınızmı ki, yenidən qəhrəmanlıq filmi çəkilsin, siz də dəvət alasınız, aktyor kimi öz obrazınızı yaradasınız?..

- Əlbəttə ki, indi mənim elə bir yaşımdır ki, əsgər obrazını yarada bilmərəm. Amma hansısa rəhbər, komandir rolunu oynaya bilərəm. O ki qaldı arzuya, bəli, çox arzulayıram ki, nə qədər ki, sağam, Qarabağ mövzusunda film çəkilsin, mən də o filmdə oynayım.

- Artıq kino ittifaqları da birləşdi. Bununla da ümidlər var ki, bəlkə bundan sonra milli kinomuz yenidən dirçələ bilsin.

- Mən də buna güman edirəm. Ümumiyyətlə, kino ittifaqlarının birləşməsi, bir olması yaxşı əlamətdir. Lap əvvəldən deyirdim ki, ölkədə bir dənə kino ittifaqı olmalıdır. Kiçik bir ölkədə iki kino ittifaqının olması absurd idi. O ki qaldı filmlərə, qeyd edim ki, film çəkilişləri ilə birbaşa Mədəniyyət Nazirliyi məşğul olacaq. Və təbii ki, kino ittifaqımız çəkiləcək filmlərə öz töhfələrini verəcək.

- Sizin də qeyd etdiyiniz kimi, hər kəs bildirirdi ki, ölkədə iki kino ittifaqının olması absurddur və nəhayət ki, hər kəs bir ittifaq ətrafında birləşdi. İndi isə hər kəsi bir sual düşündürür - bəs ittifaqa rəhbər kim olacaq? Rasim Balayev bu vəzifəni sona qədər daşıyacaq, ya yeni seçim olacaq?

- Hələ ki, bu barədə bilmirəm. Yəqin ki, yeni seçki olacaq. Ümumiyyətlə, bizim nizamnamədə Kino İttifaqının ali orqanı qurultaydır. Yəni rəhbərliyin dəyişməsi və sairə, qaydalar çərçivəsində keçirilir. Bir daha qeyd edirəm, bu məsələnin hansı şəkildə olacağını indidən deyə bilmərəm, amma mənə elə gəlir ki, seçki yolu ilə həll ediləcək. Bunu gələcək göstərəcək.

- Xeyli sayda aktyor və aktyorlarımızın dünyasını dəyişərkən yaşayış şəraitlərinin yaxşı olmadığını gördük. Və yaxud hansısa dəyərli sənətkarımızın nimdaş paltarda, amma heç bir istedadı olmayan şou-biznes nümayəndələrinin bahalı geyimlərdə, maşınlarda gəzdiyinə, villalarda yaşamasına şahidlik edirik. Sizcə, səbəb nədir? Niyə qardaş Türkiyədə olduğu kimi, bizdə də dəyərli sənətkarlar haqq etdikləri yaxşı şəraitlə təmin oluna bilmirlər? Səbəb özlərindədir, yoxsa...

- Mən də bunun səbəbini bilmirəm. Bizim kütlə şou-biznesdə olan adamları məclislərinə çağırıb, başına 4-5 min manat pul səpir, onlar da qudurur, elə bilirlər ki, sənətkardırlar. Halbuki sənətin heç qapısını açmayıblar, bilmirlər nədir sənət, bunu görməyiblər. Doğrudur, son vaxtlar aktyorların maaşları artırıldı. Amma maaşla birgə bazarda qiymətlər, bahalıq da artdı. Əksəriyyət də olmasa, bir sıra teatr aktyorları Prezident təqaüdü və sairə alır, amma bu, yetərli deyil.

Seriallara çəkilən aktyorlara da simvolik pullar verilir. Hər kəs bilir ki, serialı təşkil edən təşkilatçılar, prodüserlər sponsorlardan kifayət qədər yaxşı pul alır, villaları, yaxşı şəraitləri var, amma aktyorlara 50, uzağı 100 manat pul verirlər. Problemin səbəblərindən biri də budur. Sənətə gərək qiymət verilsin.

- Sağlamlığınız necədir? Özünüzü hazırda necə hiss edirsiniz?

- Yaxşıyam, çox sağ olun. Bir az ayağımda problemlər var, həkimlər evə gəlib onun müalicəsi ilə məşğul olurlar. Deyim ki, yavaş-yavaş düzəlməyə doğru gedir. O vaxt atdan yıxılmışam, ona görə də belimdə problemlər yaranıb və sol ayağıma təsir edir.

- Filmdə, ya real həyatda atdan yıxılmışdınız?

- Əlbəttə ki, filmdə. Real həyatda ata minməyi neynirəm ki. Doğrudur, kadrlarda yoxdur, amma “Dədə Qorqud”, “Babək” filmlərində, hətta Türkiyədə filmə çəkilərkən atdan yıxılmışam. Həmin vaxtlar problem özünü büruzə vermirdi, ara-sıra ağrılar olsa da, keçib gedirdi. Lakin 60 yaşdan sonra problemlər özünü ciddi şəkildə göstərməyə başladı. Qeyd etdiyim kimi, müalicələr gedir, fizioterapiya aparılır, görək nə olur...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53
Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41
UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39
Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36
Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32
ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28
Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23
Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05
Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02
Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05
Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19
Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15
İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13
Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09
İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14
Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07
Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42
Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35
Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16
Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59
Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00
“Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58
Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17
İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15
Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13
İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09
ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59
ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53
Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51
"Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40
Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37
“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27
Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25
Bu, erməni xalqına baha başa gələcək - Karasin
Dünən, 17:20
Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Dünən, 17:19
Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Dünən, 17:17
Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Dünən, 17:16
"4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Dünən, 17:14
"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Dünən, 17:09
ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Dünən, 17:02
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Dünən, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Dünən, 16:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru