İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? .....                     Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı .....                     Bu gedişlə... BAĞLANACAQ! .....                     Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu .....                     Paşinyan qorxu içindədir: .....                     "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" .....                     Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib .....                     "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" .....                     Yeni “kütləvi qırğın silahı” .....                     Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib .....                     Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU .....                     “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” .....                     Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? .....                     Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… .....                     "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" .....                     Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ .....                     Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir .....                     Sabirabadda seçki BAZARLIĞI... .....                     QHT sədri qəza törətdi, ölən var .....                     İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... .....                     Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: .....                     "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." .....                     Rubiodan nə gözləyək? .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır .....                     Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb .....                     SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... .....                     “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır .....                     Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir .....                     Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı .....                     Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir .....                     "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub .....                     Bakıda dostların KÜTLƏVİ DAVASI: .....                     Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar .....                     QOCA KÖPƏYİN SON HƏMLƏSİ... .....                     Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı .....                     ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? .....                     Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb .....                     Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir .....                 

Şəhid atası olan xalq artisti “Azdrama”ya niyə buraxılmır - QALMAQAL
Tarix: 29-06-2022, 10:33 | Çap et
Şəhid atası olan xalq artisti “Azdrama”ya niyə buraxılmır
Xalq artisti Əli Nur Moderator.az-a müsahibəsində Azərbaycan Dövlət Dram Teatrının direktoru Azərpaşa Nemətovu sərt tənqid edib.

“50 ildən çoxdur ki, teatrda işləyirəm. Sumqayıt teatrında işləmişəm, Ulu Öndərin göstərişi ilə məni ora direktor təyin ediblər və beş il direktor işləmişəm. Qırx ilə yaxındır ki, Azdramada işləyirəm, xalq artistiyəm, Prezidentin fərdi təqaüdçüsüyəm. Eyni zamanda Şuşa qəhrəmanı Rövşən Nuruzadənin atasıyam" deyən aktyor öncə Bədii Şuradan danışıb: “Teatrda qayda belədir ki, daxili baxış olur, yəni teatrın yaradıcı heyəti oturub tamaşaya baxır. İctimai baxışda isə Bədii Şura oturur, üzvləri isə müxtəlif dövlət qurumlarından ola bilər. Onlar tamaşaya baxıb fikir deyirlər. Bədii Şuranın üzvləri 10-15 nəfər olurdu. Böyük sənət adamları, dövlət adamları iştirak edirdi. Bizdə bu ənənə o vaxt pozuldu ki, İsrafil İsrafilov deyilən bir adam teatra direktor gəldi. O, Bədii Şura yaratdı, teatrda bir aktyor, bir aktrisa və qalan bir neçə adam da ora üzv oldu. Bunu da sabiq mədəniyyət naziri Əbülfəs Qarayev təsdiq edib. İsrafil İsrafilov 6 il bundan qabaq teatrdan qovulub. Əbülfəs Qarayev də işdən çıxarılıb. Teatrda qanun belədir ki, Bədii Şuranın üzvləri ən azı 15 nəfər olmalıdır. Onlar da aktyor, pedaqoq, elmli, savadlı, dünya mədəniyyətini, teatrını bilən mütəxəssislər olmalıdır. Bugünkü gündə birinci dəfədir ki, məni teatra buraxmırlar. İndi o məsələyə Bədii Şura baxmalıdır, amma onun adı var, özü yoxdur. Hər il seçim olmalıdır. Nəyə görə Bədii Şuranın üzvləri mən, Nurəddin Mehdixanlı, Ramiz Məlik, Firəngiz Mütəllimova olmayaq?!”

Xalq artisti deyib ki, “bizim köməyimizlə İsrafil qovulmasaydı, Azərpaşa Nemətov teatra gələ bilməzdi”: “Azərpaşa gözəl rejissordur, sənətkardır, teatrı, öz işini bilən xadimdir. Eyni zamanda Teatr Xadimləri İttifaqının sədridir. Amma Azərpaşa bilməlidir ki, teatrın padşahı aktyordur. Teatrda hər şey şəffaf olmalıdır. Mən bunu dəfələrlə demişəm ki, ictimai baxış zalda olmalıdır. Bu o deməkdir ki, teatrın yaradıcı hissələri bir yerə toplaşır. Amma indi bunlar istəmirlər ki, aktyorlar teatra gəlsinlər, aktyoru didərgin salırlar. Özləri doğurlar, göbəyin kəsirlər, özləri hər şeyi həll edirlər. Bu belə olmaz, əzizim. Teatr dövlət teatrıdır. Teatr dövlətin tribunasıdır. Burada ”dərə xəlvət, tülkü bəy"lik deyil, hər şey kollektivin müzakirəsi ilə olmalıdır. Kim nə istəyir, onu da edir.

Teatrın qanunu var, rol bölgüsü rejissorun estetikasıdır. Bu müzakirədə isə bunlar hamısı teatrın xeyrinə həll olunur. Müzakirədə əgər danışıq gedirsə, teatrın, aktyorun, tamaşanın, rejissorun xeyrinədir. Nəyə görə biz bildiyimiz kəsirlərin, əskiklərin hamısını kənardan gələn adam görsün?! Biz bunların hamısını bilirik axı, niyə siz bunları müzakirə etmirsiniz... Tamaşanın ictimai baxışında kollektivi teatra gəlməyə qoymursunuz. Niyə qapıları kollektivin, yaradıcı heyətin üzünə bağlayırsınız... Teatr aktyorun evidir. Aktyorlar çayxanada, parkda, evdə gün keçirməməlidir. Onların evi teatrdır".

Xalq artisti deyib ki, Nurəddin Mehdixanlı da, o da həmişə Azərpaşa Nemətovu müdafiə ediblər: “Amma bugünkü gündə teatra gəlirəm, məni içəri buraxmırlar. Mən sıradan bir adam deyiləm, institut professoruyam, xalq artistiyəm, Prezidentin fərdi təqaüdçüsüyəm, eyni zamanda şəhid atasıyam. Bu mənim teatrımdır. Truppa rəhbəri orada kimdir ki, nökər, əlində çomaq, Xudayar bəy kimi qapıda durub heç kimi də içəri buraxmır. Qoluma girib məni çəkir ki, içəri olmaz. Bu nə tərbiyəsizlik, nə idarəetmə, əxlaqsızlıqdır, bu hansı estetikaya sığışır? Sən mənim şərəf və ləyaqətimi alçaldırsan. Mən teatrda direktor olanda siz kim idiniz? Nəyə görə siz kollektivi teatrdan uzaqlaşdırırsınız?! Azərpaşa Nemətov, səndən qabaq bu teatrın direktorları olub və hər birinin yanında iki-üç nəfər öz səviyyəsində olmasa da, istedadlı rejissorlar olub. Sən nəyə görə tək işləməlisən? Sən həm direktorsan, həm iyirmi ildir teatrın rəhbərisən, eyni zamanda baş rejissorsan və bədii rəhbərsən. Sən ildə bir dənə tamaşa hazırlayırsan. Bəs altmış nəfər aktyor bekar gəzir axı..."

Məsələ ilə bağlı teatrın mövqeyini öyrənməyə çalışdıq. Qurumdan sorğumuza verilən cavabda qeyd olunub: “Xalq artisti Əli Nurun Akademik Milli Dram Teatrının səhnəsində hazırlanan ”Medeya" tamaşasının daxili baxışına - yekun məşqinə buraxılmaması haqqında narazılığını ifadə etdiyi müsahibələri ilə tanış olmuşuq. Ümumi şəkildə onu deyə bilərik ki, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azərpaşa Nemətov və truppa müdiri Elnur Məmmədov Əli Nura həmişə hörmətə əsaslanan yüksək münasibət göstərib. Bu münasibət hər şeydən əvvəl Azərpaşa Nemətovun rejissoru olduğu tamaşalarda Əli Nura rol verməsi ilə özünü göstərib. Xalq artisti Əli Nur müsahibəsində də bunu təsdiq edib ki, Azərpaşa Nemətovun bütün tamaşalarında oynayıb. Eyni zamanda müsahibəsində Azərpaşa Nemətovu peşəkar rejissor kimi dəyərləndirib. Əli Nurun ittihamlarına gəldikdə isə onu deyə bilərik ki, həmin gün teatrın kiçik səhnəsi olan Abbas Mirzə Şərifzadə səhnəsində “Medeya” tamaşasının daxili baxışı - son məşqi keçirilib. Ona görə də Bədii Şuranın üzvləri və tamaşanın yaradıcı heyəti dəvət olunub. Premyera isə iyunun 21-də olub. Teatrın aktyorları premyeraya dəvət olunub. Xalq artisti Əli Nur isə premyerada iştirak etməyib".

Xalq artisti Afaq Bəşirqızı məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlyarım bundan əvvəl Afaq Bəşirqızı həmin bu həyəcan təbilini çalanda, meydanda tək qalanda, təkbaşına Azərpaşa Nemətov və onun mafiyası ilə mübarizə aparanda - hansı ki, bu mübarizənin sonu xərçəng xəstəliyi ilə bitdi - harada idilər?

Necə olur ki, təcrübəli, işi bilən adamı 65 yaşında işdən çıxardırlar, amma 76 yaşlı Azərpaşa Nemətovu işdən çıxarmırlar? Onun fəaliyyətinə baxın da... “Azdrama”ya direktor keçəndən teatr bu vəziyyətə düşüb. Mən zamanında Teatrlar İttifaqını sərt şəkildə tənqid etdim, yerlə-yeksan elədim. İndi Mustafa Mərdanovun sümükləri sızıldayır. Çünki o binada onun adı çəkilmir, halbuki o ittifaqın əsasını Mərdanov qoymuşdu. Beləliklə, niyə mən meydanda tək mübarizə aparanda bir adam ağzını açıb demədi ki “Afaq xanım düz deyir”. Susmuşdular. Niyə susmuşdular? Çünki Azərpaşa Nemətov teatrda çoxlarına fəxri adlar, mükafatlar, pensiya, təbriklər söz vermişdi. Onda susmuşdular, indi danışırlar? Ataların sözü var: “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Qoy indi də bildiklərini çəksinlər. O ki qaldı Əlibala Nuriyevə (Əli Nur-red.) mən onu 1976-cı ildən tanıyıram. Həmin vaxt Sumqayıt teatrına dəvət olunmuşdu. Onunla tərəf müqabili olmuşam. Yəni gözümüzün qabağında böyüdü, inkişaf etdi, heç kimin işinə qarışmırdı, yalnız öz işi ilə məşğul olurdu, həddən artıq təvazökar idi və sairə. İndi Əlibalanın hər nə istəməyə, deməyə haqqı var, çünki bu vətən üçün öz balasını verib. Onun balası igidliklə, qəhrəmanlıqda şəhid olub.

“Azdrama” gərək fikirləşərdi ki, bir çox sənətkarlarımızın vəziyyəti yaxşı deyil. Həmçinin gənc aktyor və aktrisalara gün ağlamaq lazımdır. Əksəriyyəti evsiz, çöldə qalır. Biri var mənə zəng edib deyir ki “ailəm Beyləqanda qalır, maaşı onlara göndərirəm, özüm isə gecəqonduda qalıram, hansı ki, əvvəllər gecəsi 2 manat idi, indi 5 manatdır”.

Mövzu ilə bağlı teatrşünas Xəyalə Rəis də “Yeni Müsavat”a danışıb: “Mədəniyyət bağdırsa, mədəniyyət işçiləri onun bağbanıdır. Bu sahədə bar əldə etmək üçün bağbanla məsləhətləşməkdə fayda var. Teatr da kollektiv sənətdir. Kollektiv sənətdə zəncirin biri qırılanda, ya da zədə alanda, o, bütün cərgənin sırasının pozulmasında rol oynayır.

Ümumiyyətlə, yaradıcı insanlara qadağalar qoymaq, çərçivələrə salmaq olmaz. Yaradıcı insan texniki işlərdə çalışan insanlardan daha həssas, kövrək və duyğusaldır. Hələ-hələ ömrünü, həyatını sənətinə həsr edən, gəncliyini, həyatının ən gözəl illərini sənət üçün xərcləyən insanlara. Bilirik ki, bu sahə o qədər də gəlirli sahə deyil, sənət adamları da səhnəyə çıxaraq tamaşaçı alqışı ilə təskinlik tapırlar. Onlar bununla nəfəs alırlar. Bu gün o nəfəsi əllərindən almaq, nəfəsliyi onlardan uzaq tutmaq onların ölüm hökmünü imzalamaq deməkdir. Səhnənin tozunu bir dəfə udan və həyatını səhnəyə həsr edən insan üçün bu haqsızlıqdır.

Xalq artistimizə gəldikdə isə o da teatrda can qoyub, həyatını sənətə həsr edib. Düzdür, mətbuatda daha çox emosional çıxışları ilə yadda qalsa da, onun “dilinə görə dilçəyi də var”. Digər tərəfdən, Əli Nur şəhid atasıdır. Onun oğlu vətən uğrunda gedən döyüşdə şəhid olub. Hörmətli Azərpaşa Nemətov, həyatını səhnəyə-sənətə həsr etmiş biri kimi hörmət etmirsiniz, bu, sizin vicdan məsələniz, öz işinizdir, ona heç kim qarışa, müdaxilə edə bilməz, haqqı da yoxdur. Amma bütün bunların önündə xalq artistimizin şəhid atası olması dayanır. Bu isə sizin vətəndaşlıq borcunuzdur, Azərpaşa Nemətov... Onun yaşadıqları özünə bəsdir, bir də siz yaşatmayın".
“Yeni Müsavat"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Bu gün, 16:18
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Bu gün, 16:13
Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Bu gün, 15:29
Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Bu gün, 15:24
Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Bu gün, 15:20
Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Bu gün, 15:11
"Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Bu gün, 15:06
Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Bu gün, 15:00
"Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Bu gün, 14:20
Yeni “kütləvi qırğın silahı” – MASK
Bu gün, 14:00
Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Bu gün, 13:58
Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12
“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42
Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28
Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22
"Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20
Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13
Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05
Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03
QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55
İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33
Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25
"Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14
Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07
Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04
Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00
SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55
“Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51
Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48
Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43
Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42
"Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35
Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32
Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28
QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25
Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21
ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19
Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16
Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02
Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56
AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54
"Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48
Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43
Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41
AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39
Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34
Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27
Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru