"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" .....                     Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? .....                     Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur .....                     Kamilənin adından dələduzluq .....                     Abdolbari Gozal vəfat etdi .....                     Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib .....                     Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib .....                     İmişlinin deputatı yerli sakinlərə səsləndi .....                     “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” .....                     Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi .....                     “Yüz illik saziş” və əbədi tərəfdaşlıq .....                     Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq .....                     Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb .....                     Putin görsə ki İran dardadır... .....                     Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar .....                     İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? .....                     Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı .....                     Bu gedişlə... BAĞLANACAQ! .....                     Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu .....                     Paşinyan qorxu içindədir: .....                     "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" .....                     Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib .....                     "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" .....                     Yeni “kütləvi qırğın silahı” .....                     Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib .....                     Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU .....                     “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” .....                     Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? .....                     Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… .....                     "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" .....                     Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ .....                     Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir .....                     Sabirabadda seçki BAZARLIĞI... .....                     QHT sədri qəza törətdi, ölən var .....                     İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... .....                     Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: .....                     "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." .....                     Rubiodan nə gözləyək? .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                 

"Bacımı 21, qardaşımı 40 yaşında itirmişəm"
Tarix: 7-05-2022, 09:11 | Çap et
"Bacımı 21, qardaşımı 40 yaşında itirmişəm"
“Məşhur uşaqlar” rubrikası tanınmış sənətçilərin uşaqlıq xatirələrinə işıq tutur. diaaz.space-ın məlumatına görə, bu dəfə haqqında söhbət açacağımız sənətçilər Teleqraf.com-la uşaqlıq fotolarını və xatirələrini bölüşürlər.

Hamı onu hüquqşünas görürdü, o isə...

Xalq artisti Rasim Balayev məktəb tədbirlərində şeir dediyini xatırlayır: “Ailədə beş oğlan, üç qız olmuşuq. Ən böyüyü mən idim. Yaxşı xatırlayıram, məktəb tədbirlərində şeir deyirdim. Yeddinci sinifə qədər dərslərimi yaxşı oxuyurdum, hətta əlaçı idim. Aktyorluğa həvəsim yaranandan sonra bəzi fənlərə marağım azaldı. Daha çox humanitar fənləri yaxşı öyrənməyə çalışırdım.

Ailədə mənim ya hüquqşünas, ya da tarixçi olmağımı istəyirdilər. Amma mən aktyor oldum. Ailədən bircə mən aktyor oldum. Atam partiya sovet işçisi, anamsa evdar qadın idi. Aktyor olmağıma əvvəl etiraz etdilər. Fikirləşirdilər ki, imtahandan kəsilib rayona qayıdacam. Çünki o vaxtlar Teatr İnstitutuna qəbul o biri institutlardan öncə idi. Amma mən qəbul olundum. Buna sevinməsələr də, qarşımı da kəsmədilər”.

“Həyatımın dönüm nöqtəsi...”

Əməkdar artist Suğra Bağırzadə evin ortancıl qızıdır: “Ailədə yeddi bacı, bir qardaş olmuşuq. Mən qızlar arasında ortancılam. Məndən əvvəlki iki bacım mühəndis oldu, məndən sonrakılar isə xarici dillərə yiyələndilər.

Böyükdən-kiçiyə hər kəs ailənin qayda-qanunlarına riayət edirdi. Belə ki, böyük bacılar mütləq özündən kiçiklərə qulluq etməli idi. Məsələn, mən özümdən kiçik bacım Nazlının köynəyini yuyurdum, ütüləyirdim, saçını hörürdüm. Böyüyün dediyi də qanun idi. Bu, indi də belədir.

Bacımın təkidi ilə ikinci sinifdən Pionerlər Sarayının xor dərnəyinə yazılmışam. Çox gözəl illər idi. 1959-cu ildə Moskvada Böyük Teatrın səhnəsində Azərbaycan ongünlüyü çərçivəsində ilk dəfə olaraq “Cücələrim” mahnısını ifa etməyim həyatımda böyük dönüş yaratdı. O vaxt elə bir hökumət tədbiri yox idi ki, “Cücələrim”i oxumayaq”.

“150 manat maaş alırdım”

Əməkdar artisti Xalidə Quliyevanın uşaqlığı çətin keçib: “Bakıda doğulmuşam. Altı uşaq olmuşuq - dörd bacı, iki qardaş. Mən ailənin ikinci uşağı idim. Atam “Neftayırma” zavodunda fəhlə işləyirdi, anam isə evdar qadın idi. On yaşında anamı itirdim. Uşaqlığımın yarı hissəsi NZS deyilən yerdə keçib. Məktəbə də elə orada getmişəm. Dərslərimi yaxşı oxuyurdum, çox çalışqan, fəal uşaq idim.

Elə məktəbli ikən Məmmədkamal Kazımovun dərnəyinə yazılmışdım. Üstəlik məktəbdaxili teatr dərnəyinin tamaşalarında da çıxış edirdim.

Lütfi Məmmədbəyovun dərnəyinə getdiyim vaxtlarda yolka şənliklərində çıxışlarım olurdu. Yadımdadır, 150 manat maaş alırdım. Dərslərimə gedib, teatrda işlərimi bitirəndən sonra evə qaçırdım. Sənətə çox baş qoşmamağımın səbəbi də bu idi. Tez evə gəlirdim, bacı-qardaşlarımın yanında məsuliyyət hiss edirdim, ona görə sənət adamları ilə çox təmasda olmamışam.

17 yaşımda instituta daxil olan ili atam dünyasını dəyişdi. O mənim instituta daxil olmağımı istəmirdi. Deyirdi, fiziki baxımdan zəifsən, oxuya bilməzsən. Mən isə təhsilimi davam etdirdim. İncəsənət İnstitutuna daxil oldum”

“Məktəbi pis oxumuşam”

Əməkdar artist Mehriban Xanlarova məktəbdə yaxşı oxumadığını etiraf edib: “Ailədə altı uşaq olmuşuq. Bacımı 21, qardaşımı 40 yaşında itirmişəm. Bir qardaşım lap uşaqkən ölüb, onu görməmişəm. Anam sakit, atam da dilsiz, fağır olub. Atam düzgünlüyü xoşlayırdı, yalanı sevmirdi. Görünür, mən də ona çəkmişəm.

Atam elə bilirdi ki, mən televiziyaya, efirə çıxaramsa böyük adamam. Böyük qardaşım bir az etiraz edirdi, ona görə tez ailə qurdum ki, mənə heç kim qarışmasın. Sonra özü də uğurlarımı görürdü, mənimlə fəxr edirdi. Allah ona rəhmət eləsin.

Mən heç vaxt öyünməmişəm ki, savadlıyam. Amma bəziləri yalandan kitab oxuyub, bir-iki cümlə öyrənib özlərini savadlı göstərməyə çalışırlar. Etiraf edirəm, məktəbi pis oxumuşam. Tez-tez müəllim danlağı eşitmişəm. Heç vaxt bilmədiyim məsələlər barədə böyük-böyük danışmaram. Qulaq asmağı çox sevirəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Bu gün, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Bu gün, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Bu gün, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Bu gün, 22:06
Abdolbari Gozal vəfat etdi
Bu gün, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Bu gün, 22:00
Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Bu gün, 20:30
İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Bu gün, 20:28
“İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Bu gün, 20:26
Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Bu gün, 20:22
“Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Bu gün, 18:10
Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Bu gün, 18:09
Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Bu gün, 17:56
Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Bu gün, 17:55
Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Bu gün, 16:22
İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Bu gün, 16:18
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Bu gün, 16:13
Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Bu gün, 15:29
Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Bu gün, 15:24
Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Bu gün, 15:20
Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Bu gün, 15:11
"Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Bu gün, 15:06
Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Bu gün, 15:00
"Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Bu gün, 14:20
Yeni “kütləvi qırğın silahı” – MASK
Bu gün, 14:00
Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Bu gün, 13:58
Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12
“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42
Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28
Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22
"Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20
Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13
Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05
Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03
QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55
İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33
Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25
"Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14
Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07
Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04
Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00
SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55
“Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51
Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48
Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43
Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42
"Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35
Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32
Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru