“Bu gün hər kəs zəhmət çəkir, amma çox az adamın zəhməti qiymətləndirilir”
Tarix: 31-01-2022, 08:08 | Çap et
Son illər canlandırdığı obrazları və qurduğu tamaşaları ilə teatrsevərlərin rəğbətini qazanan gənc aktyor, rejissor Zaur Əliyev AYNA-ya müsahibəsində yaradıcılığındakı və həyatındakı maraqlı məqamlardan danışıb. DİA.AZ həmin müsahibəni təqdim edir:
- Aktyorluq sənətinə ilk gəlişiniz necə oldu?
- Mədəniyyət və İncəsənət Universitetində tələbə olmazdan əvvəl ilk dəfə aktyor kimi səhnəyə Bakı Slavyan Universitetində çıxmışam. Ora məni TOTEM teatr dərnəyinin rəhbəri Gülnarə Əhmədli cəlb etmişdi. Bütün yollar buradan başladı.
- Hansı istedadınızı görüb sizi TOTEM-ə dəvət etdilər?
- TOTEM teatrında dahi bəstəkar Üzeyir Hacıbəyovun "Ər və arvad" əsəri səhnəyə qoyulurdu. Gülnarə xanım bu əsərə quruluş verirdi. O, məni Şəfi obrazını oynamaq üçün dəvət etdi. Qeyd edim ki, həmin vaxtlar Gülnarə xanım məni Mədəniyyət və İncəsənət Universitetinin qəbul imtahanına hazırlaşdırırdı.
- Həmin ərəfədə TOTEM teatrı ilə birlikdə siz də vətənpərvərlik mövzusunda gənclər arasında keçirilən teatr festivalına qatıldınız. Uğurlu çıxışınızla yadda qalan gənclərdən olmuşdunuz. Bu, sizin sənətdə uğur qazanmağınıza təkan verdimi?
- Bəli, qəhrəmanlıq mövzusunda keçirilən teatr festivalına qatılmışdım. Artıq o zaman mən Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi idim. Festival və sonralar oynadığım tamaşalar mənim tanınmağıma və rejissorlar tərəfindən kəşf edilməyimə yardımçı oldu.
- Akyor və rejissor Zaur Əliyevin sənətdə bəxt üzünə harada gülüb?
- Bu sənətdə şans da lazımdır, amma hələlik mənə elə gəlir ki, arzularım bəxtimin hesabına yox, çəkdiyim zəhmət hesabına həyata keçib. Hələ o bəxt şans hesabına üzümə gülməyib. Amma o da olar (gülür – T.X.).
- Peşəkar karyeranıza harada və necə başladınız?
- Ən başlıca təkan mənim Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işləməyim oldu. Mən o teatrda tələbəlik illərindən texniki heyətdə işıq rəssamı və işıq elektriki vəzifəsində çalışırdım. Universitetin Rejissorluq fakültəsini bitirəndə mənim diplom tamaşama Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayevi də dəvət etdim. Müəllim təklifimi qəbul etdi və tamaşaya gəlib baxdı. Əliqismət Lalayev tamaşa bitəndən sonra mənə bilirdi ki, tamaşanı çox bəyənib və mənim teatrda rejissor və aktyor kimi işimi davam etdirməyimi istəyir. Bu, mənim üçün sevindirici hal idi. Əliqismət Lalayevin etimadını doğrultmalı, özümü bu fürsətdə sübut eləməli idim. Həm rejissor kimi, həm də aktyor kimi peşəkar fəaliyyətim başladı. Bu gün də teatrda həm rejissor kimi fəaliyyət göstərirəm, həm də aktyor olaraq repertuarda olanda tamaşalarda rol alıram .
- Eyni anda da serial və filmlərə çəkilirsiniz?
- Hə, şükürlər olsun. Bu gün hər kəs zəhmət çəkir, amma çox əfsuslar olsun ki, çox az adamın zəhməti qiymətləndirilir. Nə yaxşı ki, mənim kiçik zəhmətim də olsa, qiymətləndirilib. İstər işlədiyim rəhbərlər, istər rejissorlar, istərsə də aktyor həmkarlarım tərəfindən dəyər görmüşəm. Özümü şanslı saya bilərəm.
- “Ata ocağı” serialında canlandırdığınız Elçin obrazı da tanınmağınızda az rol oynamadı…
- Əlbəttə! Cəmiyyətdə birmənalı qarşılanmadım. Hətta demək olar ki, ölkənin yarısı bu seriala baxır. Bəzi ölkələrdən də izləyənlər var. Deməzdim, oynadığım rol sırf mənfi obrazdır. Sadəcə daha çılğın və tez qərar verən bir gəncdir. Onun da üstün xarakterləri var. Dürüst, mərd və mental düşüncəlidir. Ən əsası isə sadiq olması üstün cəhətidir. Amma onu deyim ki, bizim tamaşaçı tənqid etməyi çox vaxt bacarmır. Tənqid əvəzinə bəzən çaşıb məni söyürdülər. Sosial şəbəkələrdə daha çox söyülürdüm.
- Bu obraz sizə yeni iş təklifləri qazandırdımı?
- Bəli. Efirdən aktyorun görünməsi onun sənətinə müsbət yöndə təsir edir.
- Sizi aktyor Bəhruz Vaqifoluna bənzədirlər. Bu bənzərlik sənətdə sizə mane olmur?
- Saqqal saxlayanda çox oxşadan olurdu. Obraza görə elə imicdə bir müddət gəzməli idim. İndi imicimi dəyişmişəm, artıq oxşadan yoxdur (gülür – T.X.).
- 2021-ci il sizin üçün necə yekunlaşdı?
- 30 yaşımda, heç kimin gözləmədiyi vaxtda şəxsi həyatımda dəyişiklik oldu - nişanlandım. Ən yaxşı vətənpərvər ruhda videoçarxa görə teatrda mükafatlandırıldım. 44 günlük müharibə mövzusunda 22 tamaşanın arasında 2-ci yerə layiq görüldüm. İnanıram ki, 2022-ci il daha uğurlu olacaq. Bir sözlə, 2022-ci ildən gözləntilərim çoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
|