“Vətən müharibəsindən qaçıb xaricdə gizlənən məmur övladları hələ də burdan qidalanırlar...” - İTTİHAM
Tarix: 14-01-2022, 12:07 | Çap et
“Yeganə ümidimiz Prezidentə, onun çıxışınadır. Prezidentimizin də özünü nə qədər işi-gücü var. Hər dəfə məmurlara xəbərdarlıq edir, adama bir sözü neçə dəfə demək olar, düzəlmirlər axı. Bu məmurların özünün vicdanı, insafı yoxdur. Mirzə Ələkbər Sabir demişkən, “Millət necə tarac olur,olsun, nə işim var, Düşmənlərə möhtac olur, olsun, nə işim var...” Bizim məmurların da ideyası ancaq budur. Sabirin yüz il bundan əvvəl dediyi sözlər bu gün də aktualdır, gündəmdədir və bunu da cücərdən elə bizim o məmurlardır. Konkret olaraq mənim problemimin, faciəmin başında Hacıbala Abutalıbov durub. Ümidimiz Mirzağa Əliyev küçəsindəki binanın tikilməsi və bizim yenidən öz evlərimizə köçməyimiz idi. Tamella xanıma imkan vermədilər ki, o binanı tiksin. Şəhərsalma və Dövlət Arxitekturası buna imkan vermir. Hər işdə onların çirkin məqsədləri var. Öz şəxsi maraqları üçün çalışırlar. Prezident onlara etimad göstərib, vəzifəyə təyin edən kimi başlayırlar nəfslərinə xidmət etməyə”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasınd Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül problemiylə bağlı bu dəfə yenə ölkə rəhbərinə müraciət edib: “Konkret olaraq gəlib deyə bilmirlər ki, burdan bizim xoşumuz gəlir. Əgər xoşunuza gəlirsə, bizim pulumuzu verin gedək özümüzə ev alaq. Ən dəhşətlisi odur ki, bunlar qanun adıyla millətə divan tuturlar və qanuna da öz istədikləri kimi min cürə don geyindirirlər. Bu qədər adamıq 11 ildir qalmışıq küçələrdə. Əsəblərimizlə oynayırlar, dava-dərmana nə qədər pul vermək olar. Apteklərdə qiymətlər od tutub, yanır. Hacıbala Abutalıbovun yazıq o günahsız müavinini həbs edib, içəri qoyublar. Bu zalımlar öz vəzifələrindən sui-istifadə edib, Prezidentlə-xalqın arasında Çin səddi yaradıblar. Mənim kimi ağsaqqal kişi, Xalq artisti Prezidentə sözümü çatdıra bilmirəm, imkan vermirlər. İndi siz görün adi adamlar nə əziyyət çəkirlər. Buna görə mən hazırlaşıram ki, Prezident Aparatının rəhbəri Samir Piriyevə müraciət edim. Samir müəllimdən xahiş edəcəm ki, mənimlə beş dəqiqə görüşsün və ona konkret faktlarla dərdimi deyim. Milyardları çapıb, talayan Hacıbala Abutalıbovun oğlu mənə Türkiyədən ismarıc göndərir, barmaq silkələyir ki, obyektimdə çəkiliş edib, atamı tənqid etdiyiniz üçün sizi iti qovan kimi ordan qovacam. Vətən müharibəsindən qaçıb xaricdə gizlənib, hansı məqsədlərə xidmət edir, bilmirik. Bəlli olur ki, hələ bunların barmaqları Azərbaycandadır, burdan qidalanırlar. Qidalandıqları yerləri milləti evsiz-eşiksiz qoyaraq işğal ediblər. Həmin yerlərdə mağazalar, restoranlar tikiblər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
|