“Çörək qalxdı heç nə demədik, heç olmasa dərmanları qaldırmayın...” - ÇAĞIRIŞ
Tarix: 11-01-2022, 12:11 | Çap et
Xalq artisti, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Şeyx Əbdül Mahmudov ölkədə olan bahalaşmaya münasibət bildirib. DİA.AZ xəbər verir ki, o, Bakupost.az -a açıqlamasında deyib ki, acınacaqlı vəziyyət yaranıb: “Əvvəla insanların büdcəsi olsun ki, sonra biləsən bu bahalaşmanın büdcəyə ziyanı və xeyri nədir. Sənət adamının büdcəsi harda ola bilər ki? Hətta bu pandemiya ortalığa çıxandan sonra teatrlar, studiyalar, verilişlər hamısı bağlanıldı. Ona görə də sənət adamları üçün bu ikiqat çətindir. Cəmiyyətlə, dövlətlə, qanunla bağlı hər hansı bir yenilik olursa, birinci əzabı, ziyanı sənətçilərə dəyir. Çünki dilənçi kökündə yaşayan sənətçiyə nə etsən o özünə gələr? Bu boyda Azərbaycan xalq artistinə 180 manat pul verərlər? Bu, sadəcə ayıbdır. Azərbaycanda 50-60 xalq artisti var. Onların hərəsinə 1000-2000 manat vermək nə böyük şeydir”. Xalq artisti bildirib ki, sənət adamları bir yaşdan sonra ciddi müalicəyə ehtiyac duyur, amma qiymətlərin bahalığı onların vaxtında səhhətlərinin qayğısına qalmalarına imkan vermir: “Hazırda məni müflis edən apteklərdir. Mən xəstəliklə mübarizə aparıram. Cənab prezidentə deyirəm ki, vallah pandemiyanın bizimlə işi yoxdur, bizi qıran, məhv edən apteklərdir. Çörək qalxdı heç nə demədik. Heç olmasa bu apteklərə nəzarət edilsin. Bunlara nəzarət edilmədiyi üçün qiyməti qaldırırlar, haram xoşları olsun. İnşallah axirət dünyasında yanacaqlar. Heç olmasa aldığımız dərmanların xeyri olsun, o da yoxdur. Hamısı vaxtı keçmiş, içərisi dəyişdirilmiş... heç bir xəstəyə kömək etmir. Məni müalicə edən həkimlər resept yazan kimi deyirlər ki, bunları ya Türkiyədən, ya İrandan, ya da Rusiyadan gətizdir. Belə şey olarmı? Od qiymətinə bu millətə dərman satırsız, insan sağlamlığı üçün gedir dərman alır, amma dərmanların hamısı keyfiyyətsizdir. Qiyməti bir gecədə, bir dəqiqəyə qaldırırlar. Nəyə görə Tarif Şurası xalqı adam yerinə saymır? Tarif Şurası kimdir, kimin uşaqlarıdır? Maraqlanaq ki, onlar nə qədər maaş alırlar. O Tarif Şurasında olan adamların uzaq qohumlarından biri Vətən Müharibəsində iştirak edibmi? İcra başçılarının, nazirlərin övladları xaricdə kef edirlər. Bu Tarif Şurası xalqı adam yerinə qoyub bir məsləhət etsin, nə olar ki?”. Şeyx Əbdül əsl sənət adamlarının siyahısının tutulmasını, onlara yardım edilməsini vacib hesab edir: “Mən cənab Prezidentə müraciət etmək istəyirəm. Bizə qalibiyyət yaradan ilk Prezidentimizsən və 30 ilin rüsvayçılığını üzərimizdən götürmüsən. Ona görə də son nəfəsimizə kimi sənin arxandayıq. Çünki əsl Azərbaycan xalqı qədir bilən xalqdır. Amma mən cənab Prezidentə müraciət etmək istəyirəm ki, tapşırılsın normal, əsl xalq, əməkdar artistlərinin, aktyorların siyahısı tutulsun və onlara dəstək olunsun. Bizə verilən evləri xahiş edirəm təmir edib versinlər. Mənim üçün ikinci bir yük də budur. Bir tərəfdən ad olur ki, mənə ev verilib, ağzı bağlı qalıb orda. İstədim ki, təmir edim, sonra pandemiya gəldi və 30-40 min də ziyana düşdüm. Tikinti materialları, usta xərci də kəllə-çarxa qalxdı, 50 min borca düşdüm, ev də yarımçıq qaldı. Ad da oldu mənə ev veriblər. Belə evi verməyin nə mənası var? Verirsiz, heç olmasa normal ev verin. Azərbaycanda maksimum 100 nəfər xalq artisti var. Bu 100 xalq artistinə 1000 manat vermək yüz min manat edir. Hansı ki, oliqarx uşaqlarının bir gecədə restorana o pulu xərcləyirlər. Ayda bu məbləği vermək nə böyük şeydir axı? Cırıq şalvar, yamaqlı köynək nə vaxta kimi geymək olar? Burda da deyirlər ki, xalq artistisən. Mən həm xalq artistiyəm, həm əməkdar incəsənət xadimiyəm, həm dövlət mükafatı laureatıyam, həm Milli Yaradıcılıq Akademiyasının Elmlər doktoruyam, amma nə olsun. Ortalıqda heç nə yoxdur. Sağ olsun mənə təqaüd veriblər. Əgər o təqaüd olmasaydı, acından qırılardıq. O Təqaüdün hamısı uşaqların məktəb, yol, artırılan işıq, qaz, çörək, una ancaq çatır. Deyərdim ki, heç o da çatmır. İnsanların taleyi məişət, sosial qayğılardan başlayır. Bu gün Azərbaycanda hər bir ailəyə ayda 2000-3000 pul vermək çox asan və mümkündür. Sadəcə oğurluğun, rüşvətin qabağı alınsın. Milyardları çapanlar, talayanlar, villaları göz qabağında olanların uşaqları xaricdə kef edənlərin hamsı bəllidir. Alın pulları onlardan camaata qaytarın. Yaxud onlardan pullar alınıb bura investisiya qoysunlar, iş yerləri açsınlar ki, heç olmasa bu əhali normal dolansın. Oğurluyub aparırlar və xeyri də xaricə verirlər. Bu xalqın siması onun sənət adamları, elm-mədəniyyət xadimləridir. Mən normal, əsl sənət adamlarından danışıram. Bu sənət adamlarının siyahısı tutulsun və tapşırılsın bir neçə oliqarxa ki, bunlara hər ay müəyyən dolanışıq verilsin”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|