Kaskadyorun başına bir iş gəlsə, onun hüquqlarını qoruyacaq qanun yoxdur - GİLEY
Tarix: 2-01-2022, 13:00 | Çap et
Sain Fərhad Beynəlxalq "Nomad Stunts" peşəkar kaskadyorlar komandasının üzvüdür. Döyüş səhnələri üzrə xoreoqraf Hollivudda və dünyanın bir çox ölkələrində peşəkar kursları fərqlənmə ilə bitirib. O, eyni zamanda xarici ölkələrdə çəkilmiş filmlərdə rol alıb. DİA.AZ xəbər verir ki, "Əli və Nino", "Don Marleone", "Tomris", "RRR" və sair filmlərdə çəkilmiş kaskadyor-aktyor yaradıcılığı və "Action" film janrının Azərbaycandakı vəziyyəti ilə bağlı Sputnik Azərbaycan-a danışıb. Müsahibimizin sözlərinə görə, illər əvvəl təsisçisi olduğu "Action Academy"-nin fəaliyyəti dayanıb: "Nizamnaməni yeniləmişik. Gələn ilin əvvəllərində daha böyük təşkilatın yaranmasını geniş ictimaiyyətə çatdıracağıq". Həmsöhbətimizin fikrincə, kaskadyorluq sahəsində Azərbaycanda həmişə boşluq olub: "Tutaq ki, film çəkilir, hər kəsdən - rejissordan, operatordan, aktyordan müsahibə alınır, amma kaskadyoru yada salan yoxdur. Halbuki xarici ölkələrdə kaskadyor-aktyorlara xüsusi diqqət ayrılır". Sain bunun günahını onlardan əvvəl çalışan kaskadyorlarda görür: "Bizdən əvvəl gələn kaskadyorlara robot kimi münasibət bəsləyiblər, onlar da bununla barışıblar. Ona görə də bu gün kaskadyorun Azərbaycanda heç bir nüfuzu yoxdur. Çalışıram ki, insanların bu sənətə olan münasibətini dəyişim".
"Azərbaycanda bu janr həm də ona görə zəif inkişaf edib ki, Azərbaycanda kaskadyorların çəkiliş meydançasında başına bir iş gəlsə, onların hüquqlarını qoruyacaq elə bir qanun da yoxdur: "Onlarla heç bir müqavilə bağlanmır. Müqavilədə onların vəzifəsi ya aktyor, ya da pirotexnik kimi göstərilir. Sırf kaskadyor işinə aid müqavilələr yoxdur. Ümid edirəm, ümumi təcrübəmdən istifadə edərək, Mədəniyyət Nazirliyinin dəstəyi ilə bizdə bu boşluqları dolduracağam".
"Action" janrını Azərbaycanda inkişaf etdirən kaskadyor bildirir ki, bu sahənin Azərbaycanda inkişafı üçün Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev və Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov ona bu işdə dəstək olurlar. O, həmçinin bir neçə il öncə Mədəniyyət və İncəsənət Universitetinə bu sahənin inkişafı ilə bağlı təklif verib: "İstədim ki, bu sahə üzrə aktyorları hazırlayım, istəmədilər. Hazırda universitetdə tədris olunun "Qılıncoynatma sənəti" çox bəsit tədris olunur. İnanmıram ki, orada avropalıların, yaponların, çinlilərin döyüş texnikasını öyrətsinlər. Çünki, bunları bilən mütəxəssis yoxdur. Bir çox teatrlara da bununla bağlı təkliflər verirdim, master-klass keçmək istədim. Hamısı "baxarıq", "rəhbərliklə məsləhətləşərik" kimi "vəd"lər verdilər".
Müsahibimiz bildirir ki, kaskadyor sənəti çoxlarının düşündüyü kimi təkcə atlanıb-düşmək, maşın vurdu, maşın çırpıldı və sair demək deyil. Kaskadyor odur ki, bu sənəti daim inkişaf etdirsin və yenilikləri öyrənsin. Kaskadyor çətin fəndlərin imitasiyasını yerinə yetirən peşə sahibidir: "Azərbaycanda filmlərin büdcəsi zəif olduğundan, bizə də az qonorar ayırdıqlarına görə biz də bacarığımızı istədiyimiz kimi çatdıra bilmirik. Bir neçə saat vaxt verirlər, biz də ürəyimiz istədiyi kimi bacarığımızı göstərə bilmirik. Bir müddət öncə komediya filmlərinə axın var idi. O da camaatın başını qatmaq üçün idi". Sain deyir ki, Azərbaycanda çox az büdcə ilə işləyir. Buna baxmayaraq, rejissorlarla iş birliyində ortaq məxrəcə gələ bilmirlər. Kaskadyor bunu yerli rejissorlarımızın bu işdən məlumatlı olmaması ilə əlaqələndirir: "Bu yaxınlarda müharibə mövzusu ilə bağlı filmə məni dəvət elədilər. Qonorar məsələsində razılaşa bilmədik. Gedib ən ucuz, özünə "kaskadyor" deyənləri filmə çəkdilər. Baxan tamaşaçı da deyir ki, "bu gedib erməniyə qalib gəlib?" Heç olmasa, Zəfər tariximizlə bağlı film çəkəndə peşəkarlara müraciət etsinlər. Çünki həmin filmə əcnəbilər də baxacaq, öz döyüşçülərimiz də. Amerikada, Ukraynada və İsraildə hərbçilərdən taktik gedişləri və odlu silahdan istifadə etməyin qaydalarını öyrənmişəm, amma burada tətbiq edə bilmirəm. Çünki, bizdə keyfiyyət istəmirlər. Əslində bizdə istedadlı insanlar çoxdur, sadəcə onların potensialını ortaya qoymaq üçün maddiyyat lazımdır".
Dünyanın bir çox ölkələrində çalışan Sain onların təcrübəsindən də bəhs edib: "Mən Hindistan, Küveyt, Qazaxıstan, Rusiya və digər ölkələrdə çəkilən filmlərdə rol almışam. Bizimkilər hind filmlərinə ağız büzürlər, amma mən onlarla çalışanda istəyirdim ki, iş bitməsin. Yağış yağanda sevinirdim ki, çəkiliş uzanır. Amma burada istəyirəm ki, çəkiliş bitsin, gedim".
Pandemiya tanınmış kaskadyordan da yan keçməyib. Müsahibimiz həmin dövrü çox gərgin keçirdiyini söyləyir: "Çox ölkələrdə böyük layihələrimiz dayandırıldı. Az hərəkət etməkdən stress yaşadıq". Kaskadyor hər şeydən öncə böyük iradəyə malik olmalıdır, deyir müsahibimiz. Onun fikrincə, fiziki cəhətdən güclü olan şəxs həm də iradə cəhətdən də güclü olmalıdır: "Mən həmişə ağrı çəkirəm. Amma insan güc tapmalıdır, özünü toplamalıdır. Bir yerin sındı, göyərdisə, sən qorxub çəkilməməlisən. Sənin canın ağrı çəksə də, sən bunu tamaşaçıya hiss etdirməməlisən".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
|