"Elə qanun qəbul eləməliyik ki, onu 2-3 ildən sonra yenidən dəyişdirməyə məcbur qalmayaq" - Qulu Məhərrəmlidən ÇAĞIRIŞ
Tarix: 15-12-2021, 08:28 | Çap et
Media haqqında” Qanunun qəbul olunması kifayət qədər yaxşı hadisədir. Çünki bu qanun layihəsi media subyektlərinin bazar münasibətlərində iştirak payını artıracaq, media subyektlərinin daha çox yeni baxışa uyğun formalaşmasına kömək edəcək".
DİA.AZ "Yeni Müsavat"a istindən xəbər verir ki, bu sözləri APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı hazırda müzakirəsi gedən “Media haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu qanunun müəyyən müddəaları da buna imkan verir: “Medianın dövlətdən asılılığının artacağına gəlincə, buna iki tipdə yanaşmaq lazımdır. Bu qanun layihəsi də ona yönəlib ki, artıq medianın ideoloji silah və təbliğat silahı olması dövrü başa çatıb. Media subyekti bir sahibkarlıq subyektidir və mütləq bazarda maraqlı bir oyunçu olmalıdır, fərqlənməlidir. Sahibkarlıq subyekti ortaq maraqları ehtiva edir. Burada məsələnin mahiyyəti bundan ibarətdir ki, sahibkarın konkret maraqları var və sahibkar konkret maraqlar çərçivəsində fəaliyyət göstərir, pul qazanmaq marağı var. Bu baxımdan artıq sahibkarlıq subyekti olan bir müəssisənin necə işlətməsi təbii ki, dövlətin qanunvericilik bazasına və qanunauyğun olacaq. Bu qanuna əməl etmək şərtilə sahibkarlıq subyektini öz maraqları çərçivəsində işlətmək artıq sahibkarın şəxsi işidir. Ona görə belə bir yanaşma olanda asılılıq məsələsi ortadan qalxır, yəni konkret olaraq sponsor var və onun maraqları var. Media quruluşu da, sahibkarlıq subyekti də sponsorun, təsisçinin maraqlarına cavab verməlidir. Əlbəttə, söhbət qanuna əsaslanmaqla fəaliyyətdən gedir”.
Vüsalə Mahirqızı vurğulayıb ki, bu qanun hüquqi bazadır və bu bazaya əsaslanmaqla, bu qanunu pozmamaq şərtilə hər kəs öz maraqları çərçivəsində işini görür: “Bizdə hamı mediadan və bütün media orqanlarından fədakarlıq istəyir, hər şeyi öz istədiyi kimi oxumaq və görmək istəyir. Amma baxış dəyişəndə bu, sahibkarlıq subyekti olanda, artıq ixtisaslaşma gedir. Mənim nə yazacağıma və ya nə yazmayacağıma dövlətin qanununu pozmamaq şərtilə mən və mənim redaksiyam qərar verir. Bizim bütün şikayətçilərin məktubunu dərc eləmək kimi bir öhdəliyimiz də yoxdur və olmamalıdır. Bunun qanunda bu formada qoyulması son dərəcə normaldır. Bu bir biznes subyekti olanda asılılıq məsələsi aradan götürülür. Biz indi heç bir formada düşünmürük ki, hansısa özəl şirkət, hansı tikinti şirkəti, hansısa iaşə müəssisəsi dövlətdən asılıdır. Çünki özəldir, özü bilər. O tikinti şirkəti hansı layihə ilə binanı necə tikir, nəyin əsasında tikir, bunu özü bilər. Əsas odur ki, tikinti haqqında qanunu, tikinti təhlükəsizliyi qaydalarını, şəhərin vahid arxitekturasını pozmur. Sahibkar qanunlar əsasında şirkəti işlədir. İndi jurnalistikaya da həmin baxış gəlməlidir. Mediada hamıdan eyni şeyi tələb etmək olmaz. Dünyada nüfuzlu beynəlxalq media qurumlarına da verilmiş bir rol var və hamı öz rolunu oynayır. Onların da özlərinin maraqları var. Təsisçilərinin və sahibkarlarının maraqları var, onlar da maraqları çərçivəsindən kənara çıxmırlar. Məsələ ondadır ki, həmin qurumun fəlsəfəsi və yaranması hansı səbəblə bağlıdır. Bazar münasibətlərində maraqlar iştirak edir, maraqlar olanda asılılıq anlayışı sıradan çıxır. Hesab edirəm ki, ”media dövlətdən", “media məmurlardan” asılıdır və sair kimi ifadələr artıq medianın ideoloji və təbliğat ruporu olması ifadələri ilə təxminən eyni idi. Artıq bu ifadələr zaman-zaman sıradan çıxmalıdır".
Media eksperti Qulu Məhərrəmli isə vurğulayıb ki, bu gün təklif olunmuş “Media haqqında” qanun layihəsinin cəmiyyətdə rezonans doğurması, fikir müxtəlifliyi yaratması təbiidir: “Bu elə bir qanundur ki, təkcə mediaya deyil, cəmiyyətin bütün qatlarına aiddir. Bütövlükdə cəmiyyətə aiddir, informasiya istehlakçılarının hamısına aiddir. Şübhəsiz ki, qanunun müsbət tərəfləri də var ki, o, günün reallıqlarını ifadə eləməyə çalışır. Amma mübahisə doğuran məqamlar da var. Bunlar ilk növbədə hökumətin statusu, hökumət-media münasibətləridir. Bir də internetin media profilinin tənzimlənməsi ilə bağlı olan məsələlərdir. Sual yaranır ki, bu maddələrin qanunda olması jurnalistlərin fəaliyyətinə maneə yarada bilərmi? Birbaşa maneələrdən söhbət getmir, amma strateji baxımdan gələcəkdə jurnalistlərin sərbəstliyi, onların informasiyanı azad əldə etmək, yaymaq, müstəqil hərəkət eləmək, xüsusən də müstəqil media ilə bağlı müəyyən problemlər çıxa bilər. Digər məsələ internet televiziyalarının, Youtube kanallarının tənzimlənməsi ilə bağlıdır. Yəni bir qrup haqlı olaraq belə hesab edir ki, indiki halda yerüstü kanallardan fərqli olaraq internet televiziyaların tənzimlənməsinə ehtiyac yoxdur”.
Q.Məhərrəmli qeyd etdi ki, dünyanın heç yerində internet televiziyaları tənzimlənmir: “Ona görə ki, yerüstü kanallar, onların yayımlandığı tezliklər dövlət resurslarıdır, onların sayı məhduddur. Həm radioda, həm televiziya kanallarında elektromaqnit dalğalarının sferası məhdudiyyətlərə bağlıdır. Amma internet hüdudsuz, məhdudiyyəti olmayan bir resursdur. Ona görə burada nəyisə tənzimləmək məntiqə uyğun deyil. Digər tərəfdən, jurnalistlərin bu və başqa məsələləri işıqlandırması ilə bağlı məzmuna müdaxilə əlamətləri görünür. Xüsusi hallarda rəsmi qurumların verdiyi materialları olduğu həcmdə vermək tələb olunur. Ola bilər ki, mənim hansısa nazirliyin verdiyi bir səhifəlik məlumatı olduğu kimi yerləşdirmək imkanım yoxdur, həm də onu məqsədəuyğun hesab etmirəm. Amma onun verdiyi məlumatın məğzini təhrif eləmədən o yanaşmanı təqdim edim. Bu cür məzmuna müdaxilələr əlbəttə ki, müəyyən asılılıq yarada bilər. Hələlik qanun müzakirə və işlənmə mərhələsindədir”.
Media eksperti hesab edir ki, bir neçə gün öncə ictimaiyyətə təqdim olunmuş layihəni heç də ictimai müzakirədən keçmiş adlandırmaq olmaz: “O, sadəcə, layihənin təqdimatı idi ki, parlamentə daxil olub və müvafiq komissiyalarda müzakirəsi başlayacaq. Yəni indiki halda qanunda bir çox tələsiklik yaradan məqamlar var. Media hüququ mütəxəssislərinin bu qanuna baxması çox önəmlidir. Ən vacib məqam konstitusiyamızın 50-ci maddəsinin və beynəlxalq qanunlara, konvensiyalara istinad edən 71-ci maddənin tələblərinin gözlənilməsidir. Elə qanun qəbul eləməliyik ki, onu 2-3 ildən sonra yenidən dəyişdirməyə məcbur qalmayaq. Bunun üçün də qanun çox diqqətlə işlənməlidir. Həm media reallıqları, həm cəmiyyətin maraqları nəzərə almalıdır. Əlbəttə, həm də dövlətin maraqları və heç şübhəsiz ki, milli təhlükəsizlik məsələləri nəzərə alınmadır. Heç bir halda indi mövcud olan keçici bir ildəki naqislikləri aradan qaldırmaq üçün qanuna maddə salmağa ehtiyac yoxdur. Onları müəyyən prosedurlarla, mexanizmlərlə həll eləmək olar. Qanun ümumi normaları verməlidir, belə strateji məzmun və mahiyyət daşıyan bir qanunda hər şey diqqətlə ölçülüb-biçilməlidir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|