"O demək deyil ki, təzə əsərlər yazılırsa, köhnələri tamamilə kənara atmalıyıq"
Tarix: 1-12-2021, 08:14 | Çap et
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən konsert zallarının, kinoteatrların, teatrların fəaliyyəti bərpa olundu. Bundan sonra teatr zallarının ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə tamaşaçı qəbul etməyə icazə verilib.
Beləliklə, pandemiya səbəbindən iki il bağlı qalan teatrlar artıq bir müddətdir ki, yenidən qapılarını tamaşaçıların üzünə açıb.
Lakin teatrların repertuarlarına diqqət edəndə görürük ki, yenə də köhnə tamaşalar səhnəyə qoyulur. Köhnə tamaşa deyərkən, bunlar ya klassik, ya da sovet dramaturgiyasından olan əsərlərdir. Yəni repertuarlarda yenə də yenilik nəzərə çarpmır. Halbuki indiki tamaşaçı daha rəngarəng, daha yeni tamaşalar tələb edir.
Bəs görəsən, teatrlar niyə yeni, müasir əsərlərə müraciət etmək istəmir? Qonşu ölkələrdə, o cümlədən Rusiyada, Gürcüstanda teatr həyatı yeni tamaşalarla qaynayır. Bizdə isə hələ də “köhnə hamam, köhnə tasdır”.
Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: "Teatrların açılması çox sevindiricidir. Bu yaxınlarda Opera və Balet Teatrının baş rejissoru ilə söhbət edəndə bildirdi ki, teatrlar açılandan xeyli tamaşaçı axını var, insanlar tamaşalara gəlirlər.
Yeni əsərlərə qalanda isə dramaturgiya bir neçə sahənin sintezidir və bunu da hər adam bacarmır. Klassik əsərlərin təkrar tamaşası əlbəttə ki, lazımdır. Amma eyni zamanda yeni nəsillər də olmalıdır. Yeni nəsillər var, onların arasında Elçin Hüseynbəylinin, Ülviyyə Heydərovanın adını qeyd etmək olar. Bu yaxınlarda Ülviyyə Heydərovanın əsəri Latviyada səhnəyə qoyuldu və mükafat qazandı. Həmçinin yazıçı Pərvinin Gənc Tamaşaçılar Teatrında pyesləri oynanılır. Lakin qeyd etdiyim kimi, dramaturgiya bir qədər çətindir. Amma gələcəkdə dramaturgiya sahəsində yeni nəslin yetişəcəyi ilə bağlı bədgüman deyiləm".
Gənc Tamaşaçılar Teatrının aktyor-rejissoru, əməkdar artist Nicat Kazımov da mövzu ilə bağlı danışıb. Bugünlərdə “Leyli və Məcnun” tamaşasında həm rejissor, həm də aktyor kimi çıxış edən əməkdar artist qeyd edib ki, əsər seçimi hər bir teatrın öz işidir: “O demək deyil ki, təzə əsərlər yazılırsa, köhnələri tamamilə kənara atmalıyıq. Məsələn, əgər mən ”Leyli Məcnun"u hazırlamışamsa və bu əsər bu günlə ayaqlaşa bilirsə, aktualdırsa, bu günün nəzəri ilə ona baxmaq olursa, niyə də ona müraciət etməyək? Yaxın vaxtlarda Şmitin “14 məktub” əsərini təqdim edəcəyik. Bu əsər də ötən əsrin 60-cı illərində yazılıb, amma bu günlə səsləşir, ayaqlaşır. Əsas odur ki, rejissor həmin əsərə yeni baxışla baxa bilsin. Həmçinin səhnədə niyə də Cəfər Cabbarlı, Hüseyn Cavid, Cəlil Məmmədquluzadənin əsərləri olmasın. Müasir əsərlərə gəlincə, müasir dramaturgiyada da az da olsa çox maraqlı əsərlər var. Sadəcə, həmin əsərləri seçmək rejissorların istəyindən asılıdır. Məsələn, İlqar Fəhminin üç pyesi var, “Şahnamə”, “Bazarertəsi” və “Sonuncu müsahibə”. Bu əsərləri çox bəyənirəm. Ümid edirəm ki, nə vaxtsa o əsərlərə də müraciət edəcəm".
Akademik Musiqili Teatrının gənc rejissoru Ərtoğrul Kamalov da mövzuya şərh bildirib: “Tam razıyam ki, indi teatrlarda nümayiş olunan əsərlərin böyük əksəriyyəti sovet dövründə yazılmış əsərlərdir. Uzun illərdir ki, teatrların repertuarlarında həmin dövrün dramaturqlarının əsərləri qalıb. Əlbəttə ki, repertuarlarda sovet və yaxud klassik dramaturgiyanın əsərləri də olmalıdır. Sadəcə, məsələ rejissorun onu necə səhnələşdirməsi ilə bağlıdır. Əgər bir əsər bir neçə teatrda eyni cür qoyulursa, bu, artıq problemdir. Müasir gəncliyin, gənc rejissorların düşüncələri bu problemi dağıtmalı, yaxşı mənada teatr inqilabı etməlidir. Müasir dramaturqların da kifayət qədər yaxşı əsərləri var. Akademik Milli Dram Teatrında işləyərkən ukraynalı yazıçı Anatoli Krımın ”Keçmişdən zəng" əsərini səhnəyə qoymuşdum. Deyə bilərəm ki, yetərincə müasir əsər idi və kifayət qədər də müasir səhnələşdirmə aparmışdıq, aktyorlarımız da əsəri çox gözəl oynamışdılar. Düşünürəm ki, teatrlara insanların gəlməməsinin, marağının olmamasının kökündə dayanan səbəblərdən biri də elə budur - səhnədə müasir effektlər, müasir üslubda yanaşma olmalıdır, hətta klassik əsər səhnələşdiriləndə belə... Hazırda Akademik Musiqili Teatrda çalışıram və Servantesin “Don Kixot” romanı əsasında “Psix” tamaşasını hazırlayırıq. Biz bu əsərə çox müasir bir yanaşma tətbiq etmişik. Deyə bilərəm ki, maksimum müasirliyə, maksimum teatrla inqilaba doğru gedirik. Azərbaycan teatr cameəsi, yəni istər rejissor, istərsə aktyor, istərsə də teatrşünaslar teatr inqilabı etməlidirlər, tamaşalar artıq yenilənməlidir".
Teatrşünas Xəyalə Rəis isə qeyd edib ki, səhnə ilə nəfəs alan teatrların yaradıcı heyəti iki il səhnəsiz qalmaqla müəyyən qədər formasını itirib: “İki il səhnədən uzaq düşməklə onlar bədən formalarını itirdilər, kökəldilər, səhnəyə, tamaşaçıların önünə çıxmağı yadırğadılar, hətta bir qismi özləri üçün başqa iş tapdı. Daha bir məsələ, indi aktyorların əksəriyyəti ölkədə baş verən Zəfər tarixindən sonra o məğlubiyyət dolu səhnələri oynamaq istəmir. Çünki bu dəfə onlar səhnəyə qalib xalqın nümayəndəsi kimi çıxırlar. Niyə məğlub xalqın tamaşalarını oynasınlar ki?”
Xalq artisti, Akademik Musiqili Teatrının aktrisası Afaq Bəşirqızı isə bildirdi ki, uzun illərdir ki, repertuarlara müasir əsərlərin salınması məsələsi müzakirə olunur: "Bu söhbət təzə deyil. Çox uzun illərdən bəri bir problem kimi müzakirə olunan söhbətdir. Deyim ki, bunun təqsirkarı kimdir, nədir, nəçidir, bunu da bilmək çox çətin deyil. Çünki hər şey göz qabağındadır. Müəyyən dramaturqlar olub ki, teatrı özü üçün özəlləşdirib, yazıb, amma nə olsun, ortalığa primitiv şeylər çıxıb. Adı ağıllı, ağır, amma baxırsan ki, tamaşa özü heç nədir. Və yaxud dramaturgiya yaxşıdır, amma seçilən aktyor bu əsər üçün çox cılızdır, o istedada malik deyil. Bütün bunların hamısı teatr aləmində qaynayan bir şeydir. Bu gün çox diqqətli olmaq, tamaşaçıları rəngarəngliyə öyrəşdirmək lazımdır. Tamaşaçılar uzun müddət idi ki, teatr üçün darıxıb. Bu qısa müddətdə onların zövqünü oxşamaq çox tezdir və çətindir. Deyə bilərəm ki, çalışdığım Musiqili Teatrın repertuarı çox rəngarəngdir. Hazırda teatrımızda paralel olaraq 8 tamaşa hazırlanır. Əminliklə deyə bilirəm ki, tamaşaçılar razı qalırlar. Çünki maraqlı musiqilər, gözəl səhnə tərtibatı, istedadlı səslər var. Son zamanlar teatrımıza universitetdən, konservatoriyadan çox istedadlı oğlan və qızlar cəlb olunub. Yəni kollektiv var və bütün bunların hamısı tamaşaçıların zövqünü, ruhunu oxşayır. O ki qaldı repertuar məsələsinə, rejissorlar öz peşələrinə məsuliyyətli olmalıdırlar. Sevdikləri sənəti hər an itirməkdən, hətta teatrın hər an bağlanmasından qorxmalıdırlar. Mən sözgəlişi, elə-belə demir, zarafat etmirəm. Bu, həyəcan təbilinin ilk sədalarıdır. Ona görə də repertuar seçimində düşünməlidirlər".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|