“Bu sözümə görə mənə deyirdilər ki, bəxtəvər, ərin səni boşamır, ona görə belə danışırsan..?”
Tarix: 25-11-2021, 09:54 | Çap et
“Şükür Allaha, bir az həvəsləndim və gedib 3 musiqi yazdırdım. Musiqi yazdırmaq asan iş deyil, səhərdən axşama qədər məşq edirsən, sonra zapis etdirirsən. İstəmədim ki, efirə köhnə ifalarla çıxım. Qoy tamaşaçılarım yeni musiqilərimi eşitsinlər. Mən bəstəkardan yeni mahnı almıram, eşitdiyimiz məşhur musiqiləri öz qarmonumda ifa edirəm. Ona görə də müğənnilərdən fərqli olaraq bu mənə elə də baha başa gəlmir. 3 musiqi də oranjemandadır, onları da yazdıracağam. İstəyirəm ki, pandemiya bir az yadımdan çıxsın, amma belə görürəm ki, xəstəlik sayı artır, yenə də yadımızdan çıxmır. Bu sənətdə gərək yatmayasan, yatdın batdın. İşləməyəndə həvəsdən düşürsən, sonra da həvəslənmək çətin olur. Həyat yoldaşım Zahidin ölümündən sonra musiqi zapis etdirmirdim. Allaha yalvarırdım ki, mənə güc ver, ayağa qalxım, sənətimlə məşğul ola bilim. Zahid həmişə mənə deyirdi ki, yeni mahnı yazdırmısansa dur get çəkilişlərə. Köhnə mahnılarla nə var dəqiqədə bir efirə çıxırsan?” Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülbahar Şükürlü bildirib. O daha sonra əlavə edib.
“Dünən bir verilişdə çıxış etdim, yeni musiqilərimi səsləndirdim. Elə bilirəm ki, Zahidin ruhu şaddır. Məni əvvəllər verilişlərə çağıranda həvəssiz olurdum, Zahid deyirdi ki, Gülü, bu sənin işindir. Niyə getmirsən?! O məni həvəsləndirirdi ki, mütləq getməlisən! Mənim uğurlarıma məndən çox sevinirdi. Ona görə də elə bilirəm ki, çəkilişlərə getsəm onun ruhu şad olar. Sənət dostlarım mənə deyir ki, Gülbahar xanım, biz elə bilirdik ki, Zahid səni çox istəyir. Biz bilmirdik ki, sən onu onun səni çox istəməyindən də çox istəyirsən! Mən gedib gərək onu tumarlayardım ki, Zahid, ölürəm səndən ötrü?! Yoxsa efirdə, camaatın qarşısında sevgimi ona etiraf etməli idim?! Belə etmək olmur axı! O hər zaman mənə qulluq edib, bir-birimizin qədrini bilmişik” deyə Gülbahar Şükürlü bildirib. O, daha sonra “Bilsəydim Zahiddən boşanardım” fikrinə də münasibət bildirib.
“Bu sözü, düzgün həzm edən insanlar düzgün başa düşür. Düşüncəsiz insanlar əlbəttə ki, düzgün başa düşməyəcəklər. Bizi ancaq ölüm ayıra bilərdi, ölüm də ayırdı. Biz məktəb vaxtımızdan bir-birimizi sevmişik, elçiliklə, toyla, ədəb-ərkanla ailə həyatı qurmuşuq. Onun ölümü mənə o qədər pis təsir etdi ki. Evdə uşaqlara deyirəm ki, axı o arada məni hirsləndirirdi. Neynirdi mən hirslənirdim? Elə sözlər deyirlər ki. O mənada dedim ki, kaş boşanardım ondan, indi mənə belə təsir etməzdi, yandırıb yaxmazdı. Düşüncəsiz insanlar mənim bu sözümü min yerə yozurlar. Yaxşı, mən onlara nə cavab verim?!” deyə sənətçi bildirib. “Tanınmış sənətçilər sizcə ailə həyatları ilə insanlara örnək olmağı bacarırlar?” sualına isə Gülbahar xanım belə cavab verib. “İndiyə qədər hansı sənət adamı yeni doğulan övladını küçəyə atıb qaçıb? Var belə biri? Yoxdur! Bayaq instaqramda oxuyuram ki, bir ana 3 övladını ataraq, qonşunun kişisi ilə qaçıb. Elə şey olar?! Qoy desinlər də filan xalq yaxud əməkdar artist bunu edib! Ömründə belə ola bilməz! Həyatda ən pis insan övladını atan anadır. Musiqiçilər, şou-biznes adamları ən yaxşı insanlardır. Toy istəyən adamlar pis ola bilməzlər. Bunu birdəfəlik qulaqlarında sırğa etsinlər. Biri ərinin atası ilə qaçır, biri arvadının rəfiqəsinə qoşulub gedir. Qulağımız daha nələr eşitmir ki?! Müğənni Ayan Babakişiyevanın bu mövzularda söhbətlərinə çox qulaq asıram. Elə düzgün, ağıllı danışır ki! Bu günlərdə danışırdı ki, bizi tanımaq elə də çətin deyil, bütün tanınmışların xasiyyəti, xüsusiyyəti göz qabağındadır. Hamısını tamaşaçı tanıyır! Amma evli sadə insanlar var ki, adam onları tanımır. O gün Elgizin verilişinə bir qadın gəlib ki, uşağıma baxa bilmədiyim üçün ondan imtina edirəm. Sonda Elgiz dedi ki, ver mən baxım! Bəs onda qazilərin yerinə olsaydınız neylərdiniz?! Hərdən dişim ağrıyır, sonra öz-özümə fikirləşirəm ki, qazilərdən artığam?! Biz az təsəlli tapıb, onlardan nümunə götürsünlər də. O gün də verilişinə bir cütlük gəlib. Soruşur ki, niyə ayrıldınız?! Deyirlər ki, danışığımız tutmadı. Elə bil ki, bunlar biznesmendirlər, iş qururular, amma danışıqları alınmayıb. Bir dəfə verilişdə dedim ki, əvvəl bizi ər evinə göndərəndə deyirdilər ki, ordan ancaq oradan meytin çıxar. Yəni ki, o evdə qocalıb, qarı ol! Mən də dedim ki, gənclər ayrılmasın, uşaqlar travma almasın. Məni top-tüfəng atəşində tutub dedilər ki, bəxtəvər səni ərin boşamır, ona görə belə deyirsən! Deyirlər ki, balaların var! Siz mənim balalarımın boşanmağını istəyirsiniz?! Mənim övladlarım toylarına bir jurnalist çağırmağımı qoymadılar. Onlar bu aləmdən tamamilə uzaqdırlar” deyə sənətçi bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|