Fəxri ad almayan sənətçilərdən nazirliyə etiraz: - “Bundan sonra neynirəm, goruma aparacağam?”
Tarix: 23-11-2021, 09:56 | Çap et
"Fəxri adların verilməsi ilə bağlı meyarların hazırlanması işləri davam edir".
Bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib. O bildirib ki, hazırda məsləhətləşmələr aparılır.
"Təxminən, prosesin ortasındayıq. Meyarlar daha da təkmilləşdirilir. Müxtəlif ölkələrin təcrübəsinə baxırıq. Məqsədimiz mədəniyyət xadimlərinin işlədiyi sahədə məvacibinin artırılması, onların əmək fəaliyyətinə uyğun olaraq haqqının təmin edilməsidir. Bu, ümumi prosesin bir hissəsidir. Fəxri adlar da həmçinin", - E.Əliyev vurğulayıb.
Qeyd edək ki, hər dəfə sənətçilərə fəxri adlar təqdim olunarkən fəxri ad almayan digər sənətçilərin müəyyən narazılıqları mətbuatda yer alır. Onlar özlərini bu ada layiq görsələr də, fəxri adların onlara təqdim olunmamasını ədalətsizlik kimi qiymətləndirilər.
Maraqlıdır, fəxri adlar verilərkən əsasən, hansı meyarlar nəzərə alınmalıdır?
Müğənni Nadir Qafarzadə Cebhe.info-ya açıqlamasında deyib ki, fəxri ad önəmli deyil:
“Rusiyadan və bizdən başqa digər ölkədə fəxri adlar yoxdur. Əməkdar sözünün mənası farscadan keçib, yəni işini bacaran, iş görmüş, sənəti ilə məşğul olan, əməyi olan insana deyilir. Fəxri adlar o adama verilməlidir ki, onun stajı, yetərincə repertuarı olsun. Repertuarında da vətənpərvər, klassik əsərlər yer alsın. Dövlət konsertləri təşkil etsin, cəbhə bölgəsində və hərbi hissələrdə konsertlərlə çıxış etsin. Yəni sənətçi bütün bunları edibsə, fəxri ada layiq görülməlidir. Mənim kimdənsə xoşum gəlirsə, ona ad vermək düzgün deyil. Mən artıq bu işlərə qarışmıram, 50 yaşım var. Bundan sonra fəxri ad mənim nəyimə lazımdır, goruma aparacağam?! Mənə sənətim lazımdır. Tarixdə o qədər fəxri adı olmayan sənətkarlar olub ki, sənəti həmişə yadda qalıb. Məsələn, Akif İslamzadənin oxuduqları bu gün də , sabah da aktualdır. Nə qədər Azərbaycan musiqisi var ki, yaşayacaq.
İndi bizdə bəzi ad alanlar var, guya onlar bu işlərin hansını görüblər, hansı əməkləri var? Sadəcə, hər şeyə ədalətli şəkildə yanaşsalar, başqa söz-söhbətlər də olmaz. Yenə deyirəm, o adlar bizə nə su, nə çörək verir. Bu, sadəcə stimuldur. Yəni sənin gördüyün işinə uyğun səni qiymətləndirirlər. Mən fəxri adsız da keçinərəm, yaşıyaram. Şükür Allaha, məni sevənlər var və o, mənə yetərlidir”.
Hazırda fəxri adlar verilərkən hansı meyarların əsas götürüldüyünü bilməyən aktyor Azər Axşam əsas götürüləcək amilləri sadalayıb:
“Məncə, ad verərkən əsas sənətçinin xalq arasında tanınmaq dərəcəsi, aktyordursa, teatrda oynadığı rollar əsas götürülməlidir. Aktyor var ki, “Hamlet”i oynayıb, aktyor var ki, teatrda işləməsinə baxmayaraq elə bir rolu da yoxdur. Keçmişdə Əməkdar və Xalq artistləri xalq içində tanınırdı. Qəribədir ki, indi elə adamlara ad verilir ki, həmin adamı xalq tanımır. Məncə, insanın işi, peşəkarlığı və işindəki nəaliyyətləri nəzərə alınmalıdır”.
Aktrisa Mehriban Xanlarova dünən sənətə gələn adama fəxri adların verilməsiyinin düzgün olmadığını deyib:
“Yerindən durana ad vermək düzgün deyil. Sənət üçün illərdir canını qoyan, sənəti, peşəsi olan, xalq tərəfindən dəyər verilən sənətkara fəxri ad verilməlidir. Mən 18 yaşımda və baş rolla sənətə gəlmişəm. 1998-ci ildən də teatrda çalışıram”.
Müğənni Əli Mirəliyev də fəxri ada almayan sənətçilərdəndir. O hesab edir ki, peşəkar musiqi ilə məşğul olanlara fəxri adlar verilməlidir:
“Keçmişdə, sovet vaxtında o kəslərə ad verirdilər ki, həmin şəxs Filarmoniyada, Opera və Balet Teatrında ciddi, peşəkar musiqi ilə məşğul olsun. Radio və televiziyada Bədii Şuradan keçənlərə, kolxozçular, əsgərlər qarşısında illərlə konsertlər vermiş insanlara verilirdi. Daha iki dəfə gecə klublarında oxuyanlara verilmirdi. Həmin adamın fəaliyyəti araşdırılıb və təsdiqini tapandan sonra dövlət fəxri adlar verirdi. İndi belə bir şey yoxdur. Toyxanada oxuyan insan Əməkdar artist ola bilməz.
Demirəm ki, Əməkdar artist toya gedə bilməz. Yəni Bədii Şuradan keçməmiş, ancaq özgə xalqların musiqisini ifa etmiş, “Madam Popuqay” oxumuş insanlar heç vaxt fəxri ada layiq ola bilməz. Çünki o, Azərbaycan musiqisi deyil. O, Üzeyir bəyin yazdığı müusiqiyə aid deyil, bizə yaddır. Həmin musiqilər, meyxanalar onlara ancaq populyarlıq gətirir, gedib toylarda pul qazanmaq üçündür. Sonra da eşitdiyimə görə, pul verib fəxri ad alırlar. Bu, qətiyyən düzgün deyil. Şəxsən mən mədəniyyət naziri olsam, bu işi nizama salaram. Çünki mən Üzeyir bəyi və bütün Azərbaycan musiqilərini əzbər bilirəm. Ömrümü bu işlərə həsr etmişəm. Amma çox əfsus ki, “Məşədi İbad” demişkən, mən qalmışam hasarın bu tayında, o işi bilməyənlərin bəziləri fəxri adlar alıblar. Bu, çox pisdir, çox acınacaqlıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|