"Demək olar ki, hər birimiz rahat, sakit həyatdan məhrum edilmişdik"
Tarix: 8-11-2021, 09:27 | Çap et
“Uzun illərdir Qarabağ problemi Azərbaycan xalqı üçün qanı sızıldayan yara idi. Vətənini sevən hər bir azərbaycanlı torpaqlarımız işğal olunanda sakit yaşayışını itirmişdi. Demək olar ki, hər birimiz rahat, sakit həyatdan məhrum edilmişdik. Bununla heç cür razılaşa bilmirdik, narahat idik. Üstəlik də bu dərdi qəbul etmək belə mümkün deyildi, bizə yaşadılan haqsızlıqdan boğulurduq. Bu haqsızlığı biz sənət adamları çox gözəl hiss edirdik. Çünki xarici ölkələrdə olurduq və çalışırdıq ki, torpaqlarımızın işğalı haqqında dünya ictimaiyyətini məlumatlandıraq. Lakin bu yetərli deyildi. Qarabağ torpaqlarını mən dünyanın ən gözəl güşələrindən də ən gözəli hesab edirəm. Çünki biz o torpaqları görmüşdük, həmin torpaqlarda doğulan, yaşayan, heç olmasa bir dəfə də olsun o torpaqları görən insanların heç biri oraları unutmaz. Təsəvvür edin orada yaşayan insanlar üçün 30 il öz doğma yurdundan didərgin, ayrı düşmək necə böyük bir dərd idi! Hamımız gözləyirdik ki, bir gün gələcək və həqiqət öz yerini tutacaq. Nəhayət, bizim belə bir atalar sözümüz var, “Gec olsun, amma güc olsun”. Belə də oldu, gec oldu amma güc oldu. 30 illik səbr sonda öz sözünü dedi. Biz həqiqətən də qəribə millətik, Azərbaycan xalqı kimi dünyada ikinci belə səbrli millət yoxdur. Biz bunu da bilirdik ki, bu səbr ömürlük olmayacaq. Bir gün səbrimiz də tükəndi. Separatçı erməni rəhbərliyinin Şuşada, Cıdır düzündə əcaib rəqsini-yallısını görəndə bütün xalq ayağa qalxdı. Bu artıq səbr kasasının daşması idi. Bu hadisələrdən sonra Ali Baş Komandan İlham Əliyev sərəncam verdi və xalqımız öz əzəli torpaqlarını düşmən tapdağından azad etmək üçün ayağa qalxdı. Çünki İlham Əliyev ümumi səfərbərlik elan etmişdi. Uşaqdan böyüyə hər bir kəs vətənin azadlığı üçün Qarabağa yola düşdülər. Onların bir çoxu heç hərbçi belə deyildi. 44 gün ərzində biz görürdük ki, övladlarımız canlarını vətən uğrunda qurban verməyə hazırdırlar və bunu edirdilər də. Səfərbərlik elanı bütün xalqı cənab prezidentin yumruğu altında birləşdirdi. Vətən sevgisini, vətən torpağının qoxusunu biz o dönəmlərdə xalqımızda həqiqətən də hiss etdik. Nəticədə bir-bir işğal olunan torpaqlarımızı müzəffər ordumuz işğaldan azad etməyə başladı” Bunu Moderator.az-a açıqlamasında Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri laureatı, Xalq artisti Xuraman Qasımova bildirib. O daha sonra bütün xalqı zəfər bayramı münasibəti ilə ürəkdən təbrik edib.
“Mən əlbəttə ki, istərdim bu zəfər gününü bizə yaşadan Ali Baş Komandana, müzəffər ordumuzun şücaətli əsgərindən tutmuş yüksək rütbəli zabitlərinə qədər hamıya təşəkkür edim. Eyni zamanda şəhidlərimizə rəhmət diləyib, qazilərimizə can sağlığı arzulayıram. Onların şücayəti nəticəsində bizim torpaqlarımız azad olundu. Azad Şuşa bizim mədəniyyət paytaxtımız elan edildi. Cənab prezident gündəlik işğaldan azad olunmuş ərazilərimizin adını çəkəndə televiziya arxasında onu dinləyən insanlar, eyni zamanda Fidan xanımla mən göz yaşlarımızı saxlaya bilmirdik, sevinc duyğuları yaşayaraq ağlayırdıq. Bunu artıq bütün dünya bilir ki, Qarabağ Azərbaycan torpaqlarıdır. O gün olsun ki, Qarabağ bötüvlüklə Azərbaycanın olsun. Mən inanıram ki, bu günü də tezliklə biz görəcəyik. Cəmi 44 gün müharibədə biz qəhrəmanlığımızı, dözümlü xalq olduğumuzu, möhkəmliyimizi artıq bütün dünyaya sübut etdik. 4 minə yaxın şəhidimiz oldu, mən bu gün onların valideynləri qarşısında baş əyirəm. Onlar həqiqətən də xalqa qəhrəman övladlar yetişdiriblər. Bu günki zəfər şəhid analarının, atalarının, bacı və qardaşlarının, övladlarının zəfəridir. Bu gün artıq rahatlıqla biz Qarabağ torpaqlarına gedirik. Bu torpaq bizə Vaqifi, Natəvanı, Bülbülü, Üzeyir bəyi, Xan Şuşinskini, Vasif Adıgözəlovu, Süleyman Ələsgərovu və bir çox ziyalılarımızı bəxş edib. Biz sənət adamları da çox sevinirik. Müşahidələrim əsasında sizə deyə bilərəm ki, son bir ildə həm xalqımızda, həm ziyalılarımızda, həm də incəsənət adamları arasında vətənpərvərlik hissi çox yüksək olub.
Bu il Üzeyir Hacıbəylinin adını daşıyan Bakı Musiqi Akademiyasının da 100 illik yubileyidir. 100 il bundan öncə dahi Üzeyir Hacıbəyov Şərqdə ilk konservatoriyanı yaradıb bizə böyük mədəniyyət müəssisəsini yadigar qoydu. Zəfər bayramı ilə bağlı olaraq Bakı Musiqi Akademiyası da bir çox beynəlxalq festival və konfranslar təşkil edərək, konsertlər keçirir. Bu da bizim zəfərimiz üçün bütün mədəniyyət xadimlərinin, əlxəsus da akademiyamızın güclərini səfərbər etməsinə bir nümunədir. Azərbaycanın zəngin mədəniyyətini bu gün bütün dünya tanıyır, musiqimiz dünyanı fəth edir. Bundan sonra əlbəttə ki, Qarabağın hər bir bölgəsində Azərbaycanın bəstəkar, şairlərinin, sənətkarlarının çıxışlarını biz eşidəcəyik. Mən buna inanıram. Müharibə və pandemiya şəraitində olsaq da cənab prezident məni doğum günümlə əlaqədar olaraq “İstiqlal” ordeni ilə təltif etdi. O çətin günlərdə də mədəniyyətimizi, mədəniyyət xadimlərimizi unutmadı. Hələ ki, biz Şuşada olmamışıq. Çox istərdik ki, Fidan xanımla Şuşaya, o torpaqlara səfər edək. Mən hələ 2003-cü ildə teatrda Vasif Adıgözəlovun “Natəvan” operasında Natəvan obrazını ifa etmişəm. Tamaşanın sonuncu pərdəsində Natəvan səhnəyə çıxıb, belə deyir- “Şuşadan nigaranam, Şuşanı azad edin”. Amma indi tamaşa olsaydı mən bu yerini dəyişərək belə oxuyardım ki, “Qarabağ ürəyimdir, Şuşam göz bəbəyimdir. Ay ellər Şuşadan neçə vaxt idi nigaran idim, igid oğullarımız Şuşanı azad etdi. Onlara ilham verən yumruğa qurban olum. Mənim Şuşam azad, Şuşam azad, ruhum rahat, vətənim şad”. Çox istərdim ki, Fidan xanımla birlikdə Şuşada Natəvan bulağının qarşısında oturub, o bulaqdan su içək. Bu bizim ən böyük arzumuzdur. Mən zəfər günümüzdə qardaş ölkə Türkiyəni də unuda bilmərəm. Biz orada yaşayıb çalışmışıq. Bu 44 günlük müharibədə Türkiyə öz qardaşlığını bizə bir daha göstərdi. Biz bir millət, iki dövlətik. Türkiyə prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan Fizuli hava limanının açılışına gəlməklə bizim milləti öz millətindən ayırmadığını bir daha sübut etdi. Halal olsun Türkiyə və Azərbaycan qardaşlığına. Bu iki ölkə hər zaman bir yumruq halında birləşib, öz qardaşlığını bütün dünyaya göstərirlər. Yaşaşın Türkiyə, yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!” deyə xalq artisti bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Bu gün, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Bu gün, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Bu gün, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Bu gün, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
|