AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir .....                     İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? .....                     Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir .....                     Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: .....                     Bakıda 37 milyonluq parkı kim tikir? .....                     "Dövlət içində dövlət qurublar..." .....                     Oğlum dərin depressiyaya düşüb .....                     Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur .....                     Polisi təhqir edən rəis həbs edildi .....                     Parisin Tramp qorxusu: .....                     Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub .....                     “Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri .....                     Ukrayna şirkətləri Rusiyaya kömək ediblər .....                     “Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb .....                     Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... .....                     Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? .....                     Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... .....                     92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi .....                     "Səsini çıxaranları təhdid edirlər..." .....                     “Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur .....                     Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? .....                     Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? .....                     Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar .....                     Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? .....                     Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də .....                     "Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" .....                     "Çimnaz bir çoxları kimi maskalanmamışdı" .....                     "Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." .....                     "Binə məktəblərinə SÜRGÜN YERİ kimi baxılmasına son qoyulsun..." .....                     "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin 90 minlik tenderi .....                     ŞİRİNBƏYLİNİN EVİNDƏN 244 MİNLİK QIZIL OĞURLANIB .....                     Ermənistandan mesaj: “Bu ərazilər Azərbaycana qaytarılacaq” .....                     Rubio bizimlə DİL TAPACAQMI? .....                     AZAL-ın təyyarəsinin qəzaya düşdüyü yerdən görün nə tapıldı .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb .....                     İmişlidə qəza şəraiti yaradan 17 yaşlı sürücü HƏBS OLUNDU .....                     Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı .....                     Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı .....                 

“Debatda Siyavuş Novruzovu məğlub etdim, məni AXC-dən çıxardılar” - Kamran Həsənli
Tarix: 22-04-2021, 08:47 | Çap et
“Debatda Siyavuş Novruzovu məğlub etdim, məni AXC-dən çıxardılar”
Tanınmış teleaparıcı, şoumen Kamran Həsənli “Yeni Müsavat”a müsahibə verib. Şoumen zamanında AXC hərəkatında iştirak etməsindən, televiziyaya maraqlı təsadüf nəticəsində gəlməsindən, hansı səbəbdən ekranlardan uzaqlaşdırılmasından və digər ilginc faktlardan söz açıb.

Müsahibəni təqdim edirik:

- Hazırda nə işlə məşğulsunuz?

- Hazırda internet televiziyası olan Pressklub TV, Vətən TV, Yeni Avaz-da işləyirəm.

- Artıq bir müddətdir ki, ənənəvi televiziyalardan uzaq düşmüsünüz. Bunun səbəbi nədir?

- Televiziyaların mənzərəsi belədir. Təkcə mən deyiləm ki, peşəkar insanların hamısı televiziyalardan qaçır, uzaq düşür, onları yaxın buraxmırlar.

- Televiziyaların özləri sizi yaxın buraxmır, ya özünüz istəmirsiniz?

- Qarşılıqlıdır, biz özümüz də istəmirik. Televiziyalar bu vəziyyətdə olduğu halda təbii ki, biz də orada işləmək istəmirik. Amma ümumilikdə televiziyalar bizi yaxın buraxmır.

Televiziyaların bu gün konsepti yalnız qeyri-peşəkar insanlar, səviyyəsiz, savadsız insanları ekranlara çıxartmaqdır. Əsas odur ki, aylıq pul, gəlir gətirsin. Yəni kim aylıq nə qədər çox pul gətirirsə, onun peşəkar olub-olmaması nəzərə alınmır, o, veriliş açır.

- Əsl peşəniz musiqiçilikdir. Avtobioqrafiyanıza da nəzərə yetirəndə görürük ki, zamanında Bülbül adına musiqi kolleci, hansı ki, hər musiqiçi ora daxil ola bilmir, eləcə də konservatoriyanı bitirmisiniz. Hətta bir müddət musiqi kollecində pedaqoq kimi də çalışmışınız. Bəs niyə bu sənətdən uzaq düşdünüz? Nə vaxtsa buna görə təəssüf, peşmanlıq hissi keçirmisiniz?

- Əlbəttə ki, heç vaxt peşman olmamışam. Hər halda, gəlin etiraf edək ki, televiziyaya gəlməyim özü bir uğurdur. Əgər bir yerdə uğur varsa, verilişin ölkədə məşhurlaşırsa, sevilirsə, niyə peşman olum ki?

Bəli, mən Sumqayıt Musiqi Kollecində, eləcə də Naxçıvan Musiqi Texnikumunda musiqi nəzəriyyəçisi işləmişəm. Sonra zərgər də olmuşam... Ümumiyyətlə, insanın həyatında mərhələlər olur, bəzən görürsən ki, bir peşədən digərinə keçid edir. Lakin həmin vaxtlar da mənim televiziya proyektlərim var idi. Bu, təxminən ötən əsrin 90-cı illərinə təsadüf edir. Proyektlərimi AzTV-yə təqdim edirdim, lakin televiziya qəbul etmirdi. Sonra “Space TV”yə müraciət etdim, orada layihəmi qəbul etdilər və beləcə başladım televiziyada çalışmağa.
Yəqin ki, bilirsiniz, “Space TV”yə gəlməyimin də bir tarixçəsi var: 1999-cu ildə “Nəzər nöqtəsi” verilişi var idi. Həmin verilişi şənbə günləri məşhur aparıcı Sevil Nuriyeva təqdim edirdi. Verilişlərin birində Siyavuş Novruzovla debata çıxdım. Debat çox uğurlu alındı və Siyavuş Novruzovu məğlub etmişdim. Lakin mənə dedilər ki, “hazırlaş, sabah səni hərəkatdan çıxaracaqlar”. Dedim ki, sən nə danışırsan, bu cür uğurlu çıxışdan sonra əksinə, məni yüksəldəcəklər. Cavabında dedilər ki, “sən insanları yaxşı tanımırsan”. Doğrudan da bir gün sonra AXC hərəkatının Ali Məclisi çağırıldı. Həmin vaxtlar Ali Məclisin üzvü idim. Beləliklə, Ali Məclisdə AXC hərəkatının üzvləri, hansı ki, indi əksəriyyəti artıq deputatdır, başladılar mənim əleyhimə danışmağa. Təsəvvür edin, televiziya verilişindən söhbət açılmırdı, bəhanələr tamamilə başqa idi. Bir-bir danışdıqdan sonra səsə qoyub, məni üzvlükdən çıxartdılar.

- İndiki deputatlar deyərkən, kimləri nəzərdə tutursunuz?

- Məsələn, Fazil Mustafa, Asim Mollazadə və digərləri. Əksəriyyəti indi deputatdır... İndi danışanda bəlkə də mənə gülməli gəlir, amma onda qorxulu yuxu kimi gəlirdi. Çünki təsəvvür edin, 1987-ci ildən onlarla birlikdə idim, meydanda tankların qabağına getmişdik... Beləliklə, AXC hərəkatının üzvlüyündən çıxarıldıqdan sonra mərhum sabiq prezident Əbülfəz Elçibəy məni özünə milli məsələlər üzrə müşavir təyin etdi. Bundan sonra məni televiziyaya dəvət edən şəxs dedi ki, sənin yaxşı proyektlərin var, “Space TV”yə gələ bilərsən". Həmin vaxt televiziyanın rəhbəri Eldar Namazov idi.

Televiziyaya gedib, proyektlərimi təqdim etdim və ölkədə ilk canlı verilişi mənə verdilər. Mənə qədər heç kəs ölkədə canlı yayın tok-şou proqramı aparmamışdı. Verilişdə Turandan, türkçülükdən danışırdıq, fikirlərimizi açıq söyləməkdə azad idik və veriliş böyük uğur qazanmışdı. İndi bütün bunları düşünüb, sizcə, televiziyaya gəldiyimə görə peşman ola bilərəm? (gülür)

- Mən, ümumiyyətlə, musiqi sahəsindən uzaq düşmənizi nəzərdə tutmuşdum.

- Deyim ki, heç vaxt musiqidən kənarda qalmamışam. Ümumiyyətlə, 20 il televiziyada olduğum müddətdə nə ad almışam, nə də kimdənsə nəsə xahiş etmişəm.

- Sizcə, niyə?

- Yəqin ki, onların kriteriyalarına uyğun gəlməmişik. Beləliklə, qeyd etdiyim kimi, musiqidən heç vaxt kənarda qalmamışam. Şənliklərdə musiqiçilərin arasında olmuşam, birlikdə ifa da etmişik, tamaşa da çəkmişik.

- Özünüzü hazırda hansısa televiziya kanalında görürsünüzmü?

- Əlbəttə ki, görürəm. Lakin bir az öncə qeyd etdiyim kimi, televiziya kanallarımızın konsepti dəyişilməlidir.

Bildiyiniz kimi, bir müddət bundan əvvəl hansısa məmurlar öz konseptlərini televiziyalara yürütmüşdülər, hansı ki, artıq onları uzaqlaşdırıblar. Televiziyalarda şit zarafatlar, qeybətlər aparılırdı. Bu bir müddət keçərli oldu. Lakin sonra bu konsept köhnəlməyə, insanlar artıq düşünməyə başladı. Müharibədən sonra isə ölkəmiz tamamilə dəyişdi. Lakin şahidi oluruq ki, televiziyalarımız yenə də dəyişə bilmir, həmin kadrlar da yerində qalıb.

İndi televiziya kanallarımızın hamısı bir-birinə oxşayır, bir-birini təqlid edir və maraqlıdır ki, mənim 20 il bundan əvvəl apardığım “Bizim saat” verilişimdən aralana bilmirlər. Yəni eyni mənzərədir - divan, kreslo, müğənni və bir az söhbət. Biz heç olmasa kəskin söhbət aparırdıq, bunlar isə dedi-qodu, səviyyəsiz söhbətlər.

Dünya televiziyası ilə bizimkiləri müqayisə etsək görərik ki, televiziyalarımız hansı səviyyədə qalıb. Baxın görün, bizdə normal tok-şou verilişi varmı? Bu gün bütün sosial şəbəkələr insanların müzakirələri ilə qaynayır. Bu niyə bizim televiziyalarımıza gəlməsin?

- Əslində Rusiya, Türkiyə televiziya kanallarında da məişət məsələləri, problemləri öz əksini tapır. Lakin fərq ondadır ki, əcnəbi televiziyalar bunu səviyyəli şəkildə təqdim edir.

- Sizinlə tamamilə razıyam. Lakin Türkiyə və Rusiyada sizin dediyiniz verilişlər müəyyən kanallarda yer alıb, digər televiziyalar öz rəflərini tutublar. Ümumiyyətlə, bütün dünyada belədir. Cəmiyyətin elit, savadlı və savadsız təbəqəsi var və onların hər biri üçün ayrıca televiziyalar, proqramlar var. Məsələn, əgər bir əcnəbi televiziyada məişət proqramı yayımlanırsa, axşamlar güclü tok-şoular təqdim olunur. Çünki orada peşəkarlar çalışır. Bizim televiziyalar isə peşəkarları uzaqlaşdırırlar.

Deyirlər ki, bizi söysələr də, əsas odur baxırlar. Halbuki, istənilən azərbaycanlıdan soruşanda fəxrlə cavab verir ki yerli kanalların heç birinə baxmıram, çünki intellektual səviyyəmi aşağı salmaq istəmirəm. Sizcə, Rusiyada bir rusiyalı bu sözü deyərmi? Əlbəttə ki, yox.

Ümumiyyətlə, Türkiyə və Rusiya telekanalları öz məhsulunu, insan məhsulu yaradıb. Bizim televiziyalar isə oyundan kənarda qalıb və öz xalqının içərisində ancaq hiddət qazanıb.

- Biz sizi həm də aktyor kimi tanıyırıq. Lakin bu sahədə də sizdə bir boşluq yaranıb.

- Gərək təklif olunsun da. Aktyorluq yaradıcılığım da yalnız öz təşəbbüsüm olub. Oynadığım obrazlar da bir-birindən fərqli olub. Düşünürdüm ki, Azərbaycanda ciddi seriallar, yaxşı filmlər çəkilər və bizi də dəvət edərlər, lakin olmadı. Məmnuniyyətlə iştirak edərdim. Amma çox qəribədir ki, dəvət etmirlər.

Baxın seriallarımıza, görün, hansı səviyyədədir.

Azərbaycan sovet dönəmində kiçik respublika hesab olunsa da kino, teatr, rəssamlıq, musiqi və digər sahələrdə çox önə gedib çıxmışdı. Təsəvvür edin, Müslüm Maqomayev kimi ifaçımız var idi. Yəni brend idik. Həmin vaxt aktyorlarımız heç də Moskva aktyorlarından geridə qalmırdı. Səməndər Rzayev, Həsən Məmmədov, Həsənağa Turabov, Əliağa Ağayev kimi korifeylərimiz var idi. Amma indi onlardan biri də yoxdur. Təsəvvür edin, ötən əsrin 60-70-ci illərində Azərbaycan kinosu hansı səviyyədə idi, Türkiyə kinosu hansı səviyyədə. Məsələn, Türkan Şoray balta ilə əlini kəsirdi, sonra da əlinin qanı axa-axa mahnı oxuyurdu. Mən o filmləri aşağılamıram, amma bizim filmlər, aktyorlar daha peşəkar və səviyyəli idi. Həmin illərdə “Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “Yeddi oğul istərəm” və digər bu kimi çoxlu sayda güclü filmlər çəkilib. İndi Türkiyə kinosunun səviyyəsi harada, bizimki haradadır.

- Elə bu sualı verəcəkdim, Azərbaycan kino mədəniyyətinin bazası var, aktyor və aktrisalarımız da çox istedadlıdır, ümumiyyətlə, Azərbaycan insanı istedadlıdır, bəs niyə kino sahəsi bu qədər durğunlaşıb? Səbəb maddi çatışmazlıqdır, yoxsa?..

- Səbəb çox ağır məsələdir. Təxminən 20-25 ildir ki, istedadsızlar bir yerə yığışıb, istedadlıları aradan çıxarır, işlərindən uzaqlaşdırırlar. İstedadsızların da arxasında dayananlar savadsız, amma pullu insanlardır. Onlar yaxşı ilə pisin fərqini bilmirlər. Bu da bir bəladır.

Qədim ərəb nağıllarının birində ata oğluna nəsihət edib deyir ki, oğlum, hansı ölkəyə gedib görsən ki, şorla yağın qiyməti eynidir, oradan qaç. Bizdə isə şorla yağın qiyməti nəinki eynidir, şor yağdan bahadır. Bəlkə də dünyada yeganə ölkəyik ki, pis oxuyan dəbdədir, yaxşı oxuyan isə ölkədən qaçır. Məsələn, bildiyiniz kimi Qismət Almaniyadadır. O, çox gözəl oxuyur. Eləcə də ölkədən gedən Cahangir Zeynalovu, Cavanşir Quliyevi göstərə bilərəm. Cahangir Zeynalov heç də Nəsibə Zeynalovadan geri qalan aktyor deyildi, hətta deyərdim ki, bir qədər üstündür, çünki müxtəlif janrlarda obrazlar yaradırdı. İndi Türkiyədə məşhur olan aktyorları Cahangir kimi kadrlarımız yetişdirir. Beləliklə, biz pislə yaxşının fərqini bilmir, yaxşı kadrları qiymətləndirmirik.

Sovet dövründə də bəzən insanlar peşəkar musiqiçiləri dinləmirdi. Axı hər kəsin zövqü eyni deyil. Amma televiziya cəmiyyəti başa salırdı ki, kim yaxşıdır, peşəkardır. İndi isə televiziyalar “camaat buna baxır” deyib, bayağı müğənniləri efirə çıxardır.

- Bəs siz də ölkədən getməyi, fəaliyyətinizə başqa ölkədə davam etməyi düşünürsünüzmü?

- Yaşım o deyil, yoxsa... Amma yox, istəmirəm. Mən milliyyətçi, Turan eşqi ilə yaşayan adamam. Sadəcə, istəyirəm ki, öz ölkəmizdə hər şey yaxşı olsun, burada nəyəsə nail olaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Bu gün, 12:28
İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? - TƏFƏRRÜAT
Bu gün, 12:24
Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir – KÖLGƏDƏ QALAN GERÇƏK QƏHRƏMAN
Bu gün, 12:23
Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: - “Möcüzə gözləyirik”
Bu gün, 12:15
Bakıda 37 milyonluq parkı kim tikir? – Abit Əliyevlə Şahin Verdəliyev anlaşması
Bu gün, 12:11
"Dövlət içində dövlət qurublar..." - GİLEY
Bu gün, 12:07
Oğlum dərin depressiyaya düşüb - İranın azad etdiyi tələbənin anası DANIŞDI
Bu gün, 11:55
Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur - Mamuka Mdinaradze
Bu gün, 11:53
Polisi təhqir edən rəis həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:50
Parisin Tramp qorxusu: - Makron Avropanı "oyatmaq" istəyir
Bu gün, 11:48
Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub
Bu gün, 11:42
“Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:31
Ukrayna şirkətləri Rusiyaya kömək ediblər
Bu gün, 11:30
“Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb - TƏFƏRRÜAT
Bu gün, 11:27
Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Qəzənfər Ağayev BACARMADI...
Bu gün, 11:21
Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222...
Bu gün, 11:18
Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:14
Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... - "Velosiped havası deyil..."
Bu gün, 11:11
92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi Ali Məhkəmədə
Bu gün, 11:09
"Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
Bu gün, 11:06
“Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur - BU NƏDİ BELƏ?..
Bu gün, 11:01
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? - İLGİNC İDDİALAR
Bu gün, 10:59
Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 10:54
Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar - “Respublika Meydanı”
Bu gün, 10:53
Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? - FOTO
Bu gün, 10:44
Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də - NƏ BAŞ VERİR?
Bu gün, 10:42
"Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Bu gün, 10:37
"Çimnaz bir çoxları kimi maskalanmamışdı"
Bu gün, 10:35
"Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." - NARAZILIQ VAR...
Bu gün, 10:29
"Binə məktəblərinə SÜRGÜN YERİ kimi baxılmasına son qoyulsun..." - ETİRAZ VAR...
Bu gün, 10:21
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin 90 minlik tenderi LƏĞV OLUNDU
Bu gün, 10:12
ŞİRİNBƏYLİNİN EVİNDƏN 244 MİNLİK QIZIL OĞURLANIB - Sədr müavini vəzifəsində çalışır
Bu gün, 10:08
Ermənistandan mesaj: “Bu ərazilər Azərbaycana qaytarılacaq” - “Hraparak”
Bu gün, 10:05
Rubio bizimlə DİL TAPACAQMI? - YOXSA?..
Bu gün, 10:02
AZAL-ın təyyarəsinin qəzaya düşdüyü yerdən görün nə tapıldı - SAHİBİ AXTARILIR
Bu gün, 09:56
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 09:42
Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb - AP
Bu gün, 09:41
İmişlidə qəza şəraiti yaradan 17 yaşlı sürücü HƏBS OLUNDU - İbtidai istintaq davam etdirilir...
Bu gün, 09:33
Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı - TƏFƏRRÜAT
Bu gün, 09:30
Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
Bu gün, 09:28
Trampın Azərbaycan və dünya siyasəti necə olacaq? - Yeni planlarla qayıtdı
Bu gün, 09:11
Yezidi kürdlərin ağsaqqalı Həsənovun səhhəti kəskin pisləşdi... - Əməliyyat olundu...
Bu gün, 09:09
Tramp bunu dəstəkləyir: Azərbaycanda maraq artacaq - İLGİNC...
Bu gün, 09:07
Bu boyda vurhavuru görmürlər... YOXSA GÖZ YUMURLAR? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:03
Diqqət! Kartından pulu oğurlananlar oxusun... – Banklar bu addıma hazırlaşır
Bu gün, 08:59
Günay Yelmarqızına ağır itki
Bu gün, 08:55
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
Bu gün, 08:51
Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... - Ənənəyə sadiqdirlər...
Bu gün, 08:46
Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? - Ekspert danışır...
Bu gün, 08:30
Ayınin min oyunu bir armudun başında... - Təki pul qoparsınlar...
Bu gün, 08:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru