"Şou xarakterli seriallarln zəfər səlnaməmizi əks etdirən filmlərlə əvəz olunmasının vaxtıdır"
Tarix: 4-01-2021, 08:26 | Çap et
DİA.AZ: - "“Bəyin oğurlanması” filmində ustad aktyorumuz mərhum Səməndər Rzayevin ifasında : "Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib” replikası çoxlarımıza tanışdır". DİA.AZ bildirir ki, bunu təhsil eksperti Nadir İsrafilov məqaləsində qeyd edir.
Daha sonra müəllif yazır: "Dünya kinomotoqrafıyasında çoxsaylı filmlər fərqli dillərdə, müxtəlif janrlarda çəkilsə də, yenə də məqsəd eynidir: insanları əyləndirmək, maarifləndirmək və onları düşünməyə sövq etmək. Filmlərə baxış müasir mədəniyyətin əsas tərkib hissəsi olub, onların qəhrəmanları isə həyata baxışımıza təsirsiz ötüşmür.
Düzdür, proletariatın böyük rəhbərinin bir vaxtlar böyük bir ölkənin geniş ərazisində dillər əzbərinə çevrilən "Bütün incəsənətlərdən bizim üçün ən əhəmiyyətlisi kinodur” məşhur tezisini qəribçiliyə salsaq da, Leninə olan münasibətimizdən asılı olmayaraq, onun kino barədə bu fikri ilə razılaşmamaq, ən pis halda ədalətsizlik olardı. O da danılmaz faktdır ki, Azərbaycan kino prokatının yüksəlişi məhz həmin ideologiyanın qüvvədə olduğu dövrlərə təsadüf edib.
Düzdür, bir çox kinoteatrların özəlləşdirilməsi, onların bir çoxlarının mebel salonlarına, digər məişət obyektlərinə çevrilməsi mədəniyyətin bu mühüm sahəsinin nümaiş imkanlarını kifayət qədər məhdudlaşdırıb. Bununla belə, televiziyaların imkanlarının genişliyi heç kəsdə şübhə doğura bikməz.
Bayram deməyə adamın dili gəlməsə belə, bu iş günü hesab edilməyən günlərdə dövlət televiziyalarında “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Dəli kür” kimi klassik filmlərin nümaiş etdirilməsi əhval-ruhiyyəmizi nə yüksəltdisə, bəzi özəl kanalların adlarını belə dilə gətirməyi özümə sıxışdırmadığım şou xarakterli təqdimatları sözün bütün mənalarında kefimizə bir o qədər soğan doğramış oldu. Belə də Sergey Kapitsa ilə necə razılaşmayasan ki, “Televiziya bulka sexi deyil ki, özəl olsun.”
Etiraf etməliyəm ki, uşaqlıq illərindən kinoya yaranan marağım bu gün də sönməyib. Baxdığım filmlərin sayı-hesabı itib. Yüzlərlə sevilən filmlər arasında seçim aparmaq mənim üçün çətindir. Azərbaycan filmləri arasında ilk növbədə dəfələrlə baxdığım və bu gün də baxmaqdan yorulmadığım, rejissor Həbib İsmayılovun 1962-ci ildə ekranlaşdırmış olduğu, Ələsgər Ələkbərov, Həsən Məmmədov, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov kimi ustad aktyorların yer aldığı, kənd təsərrüfatı sahəsində gedən dəyişikliklərdən, işıqlı gələcəyə ümid bəsləyən sadə kənd adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılan "Böyük dayaq” tammetrajlı bədii filmidir. Baxmayaraq ki, bu filmə ideoloji rəng qatamlar da az olmayıb. Halbuki, “işıqlı gələcək uğrunda mübarizə” heç bir siyasi ideologiya tanımır. "Oskar" da daxil olmaqla, onlarla mükafata layiq görülən keçmiş sovet filmi:"Mosfilm” istehsalı olan, 1980-ci ildə efirə çıxar-çıxmaz fantastik uğur qazanan Aleksey Batalovun baş rol aldığı, 50-ci illər paytaxt mühitində yataqxana həyatından bəhs edən "Moskva göz yaşlarına inanmır” sevdiyim filmlərdəndir. Dillər əzbəri olan "Aleksandra” mahnısı isə bu filmə geniş izləyici kütləsi qazandırıb. Türkiyə istehsalı olan mənə ən güclü emosional təsir göstərən filmlər içərisində 2005-ci ildə çəkilmiş "Çağan Irmak” istehsalı olan, Türkiyədə kifayət qədər marağa səbəb olan "Babam və oğlum” və real hadisələr əsasında 9 il dəmir yolu vağzalına gələrək yiyəsinin yolunu gözləyən və Yaponiyada abidəsi ucaldılan Hatiko adlı bir itin sədaqətindən bəhs edən, 2009-cu ildə çəkilmiş Britaniya-Amerika melodramı olan "Hatiko” filmləridir. Məşhur bəstəkarın həyatından bəhs edən "Miloş Formanın 1984-cü ildə çəkdiyi, ABŞ, Fransa və Çexoslovakiyanın birgə istehsalı olan, dahi bəstəkar, musiqi dühası Volfqanq Amadey Motsartın qəribəliklərlə müşayiət olunan və müəmmalı ölümü ilə nəticələnən həyatından bəhs edən "Amadey” filminə baxarkən, film boyu insan ecazkar "ilahi musiqi”nin təsirindən ayrıla bilmir.
Çalışın, heç olmasa evdə qaldığınız pandemiya dövründə bu filmlərə baxın və müasir seriallarla onları müqayisə edin. Mən isə öz növbəmdə bu kimi kinofilimləri ucuz və bayağı teleserialların əvəz etməsinə təəssüflənirəm...
Bazar iqtisadiyyatının bütün ziddiyyət və məhdudiyyətlərinə baxmayaraq, kinoya münasibətimiz dəyişməlidir. Mədəniyyət və incəsənətin ən əhəmiyyətlsini “bazar” tələblərinə tabe etməməliyik. Heç olmasa mənəvi dəyərlərimizin aşınmaması, gələcək nəslin sağlam ruhda tərbiyə olunması üçün. Şou xarakterli seriallarln Vətən müharibəsindəki şanlı zəfər səlnaməmizi əks etdirən filmlərlə əvəz olunmasının vaxtıdır..."
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Bu gün, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Bu gün, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Bu gün, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Bu gün, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Bu gün, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Bu gün, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Bu gün, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Bu gün, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Bu gün, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
• Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36 |
|
|
|
• Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31 |
|
|
|
• “Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28 |
|
|
|
• Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26 |
|
|
|
• Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18 |
|
|
|
• "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15 |
|
|
|
• Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05 |
|
|
|
• Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01 |
|
|
|
• Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40 |
|
|
|
• İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38 |
|
|
|
• 36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35 |
|
|
|
|