Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... .....                     Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü .....                     Ermənistanın addımı Çini qəzəbləndirdi .....                     “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” .....                     Ötən gün həlak olan əsgər barədə DETALLAR .....                     Muxtar Babayev direktoru vəzifəsindən azad etdi .....                     “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” .....                     Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... .....                     Həbs olunan tiktokerlər azadlığa buraxıldılar .....                     QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib .....                     İcra hakimiyyətlərinin dövrü çoxdan bitib .....                     Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı .....                     Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... .....                     Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... .....                     Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir .....                     Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? .....                     Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... .....                     Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… .....                     Referendum keçiriləcəyi xəbəri təsdiqlənir .....                     Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb .....                     “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... .....                     Rusiya Ermənistanı buna məcbur etdi .....                     Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? .....                     Elektron imtahana keçid: Test üsulu ləğv edilir? .....                     3 minə yaxın şikayət məktubu yazıb... .....                     Tramp praqmatik və rasional siyasətçidir .....                     Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? .....                     "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... .....                     “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” .....                     BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir .....                     “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” .....                     Ermənistanda keçmiş komitə sədri saxlanılıb .....                     Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... .....                     Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? .....                     “Ölənin arxasınca danışmayın, .....                     Azərbaycan-Ermənistan sərhədində nə baş verir? .....                     Şəhidin haqqında sərəncam niyə icra olunmur? .....                     Tramp Putinlə dərhal görüşmək istəyini bildirib .....                     “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” .....                 

"Qədir əmi, Ağdam sənin ad günündə alındı!"
Tarix: 20-11-2020, 16:23 | Çap et
"Qədir əmi, Ağdam sənin ad günündə alındı!"
Şükürlər olsun, tənimizin ən böyük yararlarından birinə bu gün məlhəm qoyuldu: 20 noyabr, 2020-ci il – Ağdam işğaldan azad olundu...

Bu səhər “20 noyabr” deyəndə ağlımda bir isim şimşək kimi çaxdı: Qədir Rüstəmov...

Bu gün həm də Qədir əminin doğum günüdür.

Həm də yubiley ad günü.

Onun düz 85 yaşı tamam olur.

Qədir Rüstəmov dünyadan Ağdam işğal olunan gün köçmüşdü, bəli, ondan sonrakı ömrü bu dünyadan sayılmaz.

O 18 ili Qədir burda deyildi. Əldən çıxmış çərpələng tək məramını itirmişdi.

Ağdam çərpələng kimi pərdə-pərdə ilahiyə qalxan Qədir Rüstəmovu tutan qol idi. Qədir Ağdama köklənib pərvazlanırdı. O gün ki Ağdam getmişdi, Qədir də elədən belə əsən küləklərdə kimsəsizliyi ilə baş-başa qalmışdı. Onsuz da havalı idi, Ağdamdan sonra yerlə irtibatı tamam kəsildi.

Qədir Rüstəmova ev, maşın, “Şöhrət” ordeni verilmişdi, ancaq onun xurcununun Ağdam gözü boşaldığına görə o biri gözə nə qoysalar, yüngül gəlirdi.

Qədir Rüstəmov ipə-sapa yata bilmirdi.

Ağdamdan sonra yer üzündə onun çərpələnginin sapını saxlayacaq bir qüvvə tapılmadı. Heç bir harmoniyaya qoşulub taraz hərəkət eləyə bilmirdi. Duranda əllərini qoymağa yer tapmırdı, danışanda fikri ağzından çıxan sözləri sevmirdi... Çarəsizlikdən bağrı yarılmasın deyə bütün cümlələrinin sonunda əlini xəzəl kimi yelləyib, əşşi deyirdi...

Qədir Rüstəmov haqqında bir filmin kadrarxasına baxırdım, çox çalışdı oxusun, alınmadı. Nəsə, səsi sözünə baxmırdı. Bir neçə saniyə susub dedi, mənimki oxumaq deyil, canımla əlləşirəm.

Bunu eşidib yarım saat ağlamışdım.

Doğrudan da Qədirinki oxumaq deyildi. Buna başqa ad tapılmalıdır. “Sona bülbüllər”də Seyid Əzimin misralarını nərdivan edib qalxdığı mərtəbələrdən “oxumaq müstəvisi”ndə söz açmaq insafsızlıq olar...

Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb,
Bu nə rəftardır ol sərvi-xuramanımda?

Qədir Rüstəmov bu beyti oxuyarkən “ya rəb”i gözlərini dəqiq bir ünvana zilləmiş adam kimi deyir. İnsan bəndəsi onun üçün bəlli olmayan bir varlığa bu qədər dəhşətli səslə müraciət edərmi? O “ya rəb”dən sonrakı zənguləsi oxumaq deyil, nəuzi-billah, meracdır.

Qədir Rüstəmovun gəzişi, danışığı, bütün həyatı elə o zənguləyə oxşayır. O zənguləni gözümüzdə şəkilləndirsək, burdan ərşəcən uzanan bir Qədir Rüstəmov görərik.

Qədirin ayağını yerdən üzən Ağdamın onu doğum günündə bizə qayıtmasında isə mütləq bir ilahi bağ var.

Qədir Rüstəmov xəstəxanada komada olarkən yazıçı Aqil Abbas ona baş çəkməyə gedir. Heç bir səsə, görüntüyə reaksiya vermədiyini biləndə deyir:

“Qədir, Ağdam alındı!”

Bu vaxt Qədir Rüstəmovun barmağı tərpənir.

Həyat yoldaşı da təsdiq edir ki, Qədir o səsi eşitdi!

Yəqin ki, bu dünyadan min əzab, naləylə ayrılan Qədiri yerdən necə səsləsək də, eşitməz.

Bircə Ağdamdan başqa!

Qədir əmi, Ağdam alındı!

Sərdar Amin
//lent.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29
“Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20
Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18
Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16
“5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15
Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02
Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55
QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53
İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30
Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25
Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08
Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56
Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54
Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45
Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37
“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35
Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31
Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29
Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27
3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25
Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29
Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27
"Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05
“İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50
“Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46
Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40
Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36
Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32
“Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29
Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25
Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21
Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14
“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23
Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56
Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39
Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17
Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59
“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55
Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru