"Bu gün başımız ucadır"
Tarix: 3-11-2020, 08:37 | Çap et
Uzun müddətdir ki, media sahəsində çalışır. Hazırda ARB televiziyasında həftə sonları tamaşaçıları səhər proqramından salamlayır. Deyir ki, tamaşaçılarla qələbə xəbərlərini paylaşmağın xüsusi bir özəlliyi var. Mətbuata gəldiyi gündən isə ən böyük istəyi məhz işğal altında olan torpaqlarımızın azad olunma sevincini tamaşaçılarla bölüşməkdən ibarət olduğunu qeyd edir. "Moderator.az" saytının qonağı aparıcı Vüsalə Kərimovadır.
- 30 ildir ki, torpaqlarımızın azad olunacağı günü gözləyirik. Qalib ölkənin vətəndaşı olaraq hansı hissləri keçirirsiniz?
- Qürür hissi keçirirəm. Rəşadətli ordumuzla, ölkəmizlə, ali baş komadanımız İlham Əliyevlə fəxr edirəm. Bu gün başımız ucadır. 27 il gözləməyimizə baxmayarq, qısa müddətdə torpaqlarımızın çox hissəsi işğaldan azad olunub.
- Torpaqlarımızın işğaldan azad olunmasını necə təsəvvür edirdiniz?
- Hər zaman Qarabağı işğaldan azad etmək üçün bir ümidimiz olsa da, ancaq belə qısa bir müddətdə o ərazilərə qovuşacağımızı təsəvvür etmirdim. Hər yeni gün işğal altında olan bir kəndimizin azadlıq xəbərini gözləyirik. Torpaqlarımızın tam işğaldan azad olunma xəbərini birlikdə yaşayacağımızı ümid edirəm.
-Belə bir dönəmdə media nümayəndəsi olaraq tamaşaçıları necə istiqamətləndirirsiniz və doğru məlumatı necə əldə edirsiniz?
- İstər ARB televiziyasında aparıcısı olduğum səhər verilişində, istərsə də sosial şəbəkələrdəki səhifələrimdə hər zaman olduğu kimi vətənpərvərlik hissimi ortaya qoyuram və ölkəmin həqiqətlərini dünya ictimaiyyətinə çatırılması üçün əlimdən gələn nə varsa onu etməyə çalışıram. Bu istiqamətdə gənclərimizin rolu böyükdür. Bir neçə dil bilən gənclərimiz səslərini daha böyük auditoriyadan çatdıra bilirlər. Gənclərimizin çağırışına bacardığım qədər qoşulmağa çalışıram. Hazırda cəbhədə ordumuz döyüşür, analar oğullarının yolunu gözləyir. O analara ürək dirək vermək əlimizdən gələni etmək, həm vətəndaşlıq, həm də peşə borcumuzdur. Çalışıram ki, bunun öhdəsindən gəlim.
23 ildir ki, media sahəsində çalışıram. Bu illər ərzində aldığım informasiyanın doğruluğunu dəqiqləşdirmək üçün dövlət qurumlarına istinad etmişəm. Xəbərin doğruluğuna əmin deyiləmsə bu barədə heç nə paylaşmamışam və məlumat verməmişəm. Ən doğru xəbərin ünvanı onun bir başa mənsub olduğu yerdir. Ona görə də hər hansı bir məlumat əldə edərkən mütləq şəkildə onu dəqiqləşdirmək lazımdır. Əgər dəqiqləşdirmədən ictimaiyyətə xəbər çatdırırqsa onun məsuliyyətini də dərk etməliyik. Bizi izləyən ailələr, əsgər anları var ki, onların övladları ön cəbhədə döyüşürülər, o insanlara yanlış informasiya verib gümansız etmək olmaz. Belə dönəmdə daha çox Müdafiə Nazirliyinin məlumatlarına üstünlük verirəm. Müdafiə Nazirliyi çox operativ şəkildə çalışır, istər cəbhədən dron vasitəsi ilə çəkilən video görüntülərin yayılması, döyüş meydanında baş verən xəbərlərin yayılmasında operativ çalışmaları örnəkdir. Nəinki xəbər paylaşır, bununla yanaşı çəkilişlər edir, işğaldan azad olmuş ərazilərdən görüntülər paylaşırlar. Biz də onların vasitəsi ilə bu görüntüləri cəmiyyətə çatdırmağa çalışırıq.
- Döyüş nəinki cəbhədə eyni zamanda dinc sakinlərimiz də düşmən hücumuna məruz qalır. Belə ki, Gəncədə, Tərtərdə, Bərdədə dinc sakinləri hədəfə alınır. Cəbhə bölgəsində yerləşən ərazilərimizdə terror hadisələri yaşandığı halda dünya buna laqeyid yanaşır. Bu terroru dünyaya böyük auditoriyaya çatdırmaq üçün sizcə daha nələr etməliyik?
- Nəinki işğalda olan torpaqlarımız, eyni zamanda Gəncədə, Bərdədə, Tərtərdə ermənilər tərəfindən törədilən terror hadisələrini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün çox işlər görürük. İstər Azərbaycanın daxilində, istərsə də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız da bu istiqmətdə çalışırlar. Demək olmaz ki, biz heç nə etmirik. Sadəcə bizim gördüyümüz bu işləri dünya ölkələri biganə qalır. Hansı ki, onlar ermənilərin havadarıdırlar və hadisələri görməzdən gəlirlər. Haqsızlığı görməmək üçün kor olmaq lazımdır. Bunu dünya ictimaiyyəti görür, sadəcə susur. Ali baş komadanımızın da qeyd etdiyi kimi dünya susursa belə biz susmayacağıq. Onlar nə qədər sussalar belə biz öz səsimizi dünyaya çatdıracağıq. Gəncə hadisələri zamanı sosial şəbəkələrdə "Pray of Ganja" həştəqi yaradıldı və iki saat ərzində bu həştəq trendə düşdü. Bunun özü sübütdur ki, biz ayağa qalxanda sözümüzü deyə bilirik.
- Tanınmış simaların sözünə tamaşaçı daha çox inanır. Bu xüsusda məhz sizlərin verdiyi informasiya daha böyük kütləyə çatır. Bir aparıcı olaraq bunun məsuliyyətini dərk edirsinizmi?
- Uzun müddətdir ki, bu sahədə çalışıram və hər zaman da dediyim sözün məsuliyyətini hiss etmişəm. Mahiyyətini bilmədiyim, dərk etmədiyim ifadəni işlətmirəm. Əlbəttə ki, efirdə olmağın məsuliyyətini dərk edirəm. İşlətdiyi sözün məsuliyyətini dərk etməyən həmkarlarımı qınayıram. Hesab edirəm ki, insan xüsusən də bu dönəmdə hər hansı məlumatı çatdırırsa, informasiya verirsə o haqda məlumatlı olmalıdır. Əgər məlumatlı deyilsinizsə o haqda danışmasanız yaxşıdır. Bir məsələ haqqında danışmaq istəyirsinizsə ilk olaraq onu araşdırın. Sizi dinləyən milyonlarla insan var.
- Vüsalə xanım, ikinci düşmən hesab edilən koronavirusun yayılması hansı işlərinizə əngəl törətdi və hansı layihələrinizi yarımçıq qoydu?
- 2020-ci il başlayanda "Covid 19" virusu nəinki bizim, dünya ölkələrinin bütün iş prinsipini dəyişdi. Amma bir məsəl var, deyir elnən gələn bəla toy bayramdır. Bilirsiniz ki, efirdəki verilişlərimizlə yanaşı bizim əlavə qazancımız olan tədbilər, el şənlikləri, məclislərin idarə edilməsində iştirak edirdik. Bu işlər dayanıb. İşlərin dayanması bizim əlavə gəlirlərimizin dayanması deməkdir. Əsas olan can sağlığıdır. Əgər canımız sağlam olarsa hər işin öhdəsindən gələrik. İndi həssas məqamdır. Biz bir-birimizi qorumalıyıq. Hazırda Azərbaycan tək erməni ilə deyil, həm də pandemiya ilə savaşır. Özümüzü xəstəlikdən qorumasaq həkimlərimiz iki hissəyə ayrılmalı olacaq. Tibb işçilərimizin bir hissəsi koronavirusa yoluxmuş insanların müalicəsi, digər hissəsi cəbhədəki əsgərlərimizi müayinə etmək üçün səfərbər olacaq. Bu gün vətən savaşı aparırıqsa ordumuzun arxasında sağlam lazımıq. Arxa cəbhədə dayanan xalq sağlam olmalıdır. Virusdan özümüzü qoruyarıqsa eyni zamanda vətənimizi qorumuş olarıq. Sağlam bədəndə sağlam ruh olar. Təsəvür edin ki, özmüzü qorumasaq ön cəbhədə olan əsgərin fikri ailəsinin yanında olacaq. Əsgərlərimizin sağlam ruhla döyüşməsi üçün özümüzü qorumalıyıq ki, onların da gözləri arxada qalmasın.
- 2020-ci ilin ilk rübündə bu ilin heç də uğur gətirmədiyini və pis hadisələrlə yadda qaldığını söyləyirdik. Artıq ilin sonuna yaxınlaşırıq. Bu ili necə dəyərləndirirsiniz?
- 2020-ci ilə başlayandan ancaq neqativ hadisələr bizi təqib edirdi. 2020-ci ilin niyə həyatımıza girdiyi üçün giley edirdik. Hətta yarızarafata salıb gəldiyi kimi çıxıb getməsini arzu edirdiksə indi vəziyyət bir qədər fərqlidir. İlin əvvəli düşərsiz olsa da sonu yaddaqalan oldu. 2020-ci ili heç vaxt unutmayacağıq. 30 ildir biz bu günün həsrətini çəkirdik. 2020-ci ilə pis deməyə haqqımız çatmır, buna ixtiyarımız yoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• “İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Dünən, 23:33 |
|
|
|
• Cavan olmam bir də mən... - VİDEO
Dünən, 23:29 |
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Dünən, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Dünən, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Dünən, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Dünən, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Dünən, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Dünən, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Dünən, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Dünən, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Dünən, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Dünən, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Dünən, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Dünən, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Dünən, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Dünən, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Dünən, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Dünən, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Dünən, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Dünən, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Dünən, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Dünən, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Dünən, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Dünən, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Dünən, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Dünən, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Dünən, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Dünən, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Dünən, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Dünən, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Dünən, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Dünən, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Dünən, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Dünən, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Dünən, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Dünən, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Dünən, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Dünən, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Dünən, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Dünən, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Dünən, 12:39 |
|
|
|
• Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Dünən, 12:34 |
|
|
|
|