“Müğənnilər vətənpərvərlik mövzusunda mahnılar oxuyurlar deyə birbaşa tənqid etmək doğru deyil”
Tarix: 20-10-2020, 08:20 | Çap et
Sentyabrın 27-dən bu günə qədər cəbhədə baş verənlər, müzəffər ordumuzun uğurlu döyüş əməliyyatı nəticəsində gələn zəfər xəbərləri şou-biznes aləminə də təsirsiz ötüşməyib. Onlar bu müddət ərzində repertuarlarında yalnız vətənpərvərlik mövzusuna yer verir, zaman-zaman hərbi geyimdə çəkilişlər edirlər. Hətta əksər tanınmış cəbhə bölgəsinə yollanaraq həm əsgərlərimizə sovqat aparıb, həm də mənəvi dəstək verib.
Lakin şou əhlinin bu addımları sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Müğənniləri təqdir edənlərlə yanaşı, müharibə mövzuları ilə özlərini reklam etməkdə günahlandıranlar da olub. Hətta onların layihələrini bayağı adlandıranlar da az deyil. Maraqlısı odur ki, həmin müğənniləri tənqid edənlər içərisində elə öz həmkarları da var. Məsələn Moskvada yaşayan tanınmış müğənni Rəqsanə İsmayılova həmkarlarını İnstaqramda paylaşdığı videoda sərt tənqid edib. O hazırkı müharibə şəraitində, şəhidlərimizin, erməni terroru nəticəsində həyatını itirən mülki şəxslərin kədəri, hüznü varkən klip çəkdirməyi, mahnı çıxartmağı düzgün qəbul etmədiyini söyləyib. R.İsmayılovanın fikirlərinə digər müğənnilər Səidə Sultan, Xatun Əliyeva da dəstəklərini ifadə ediblər. Onlar hərbi formada, əllərində silah klip çəkdirən, fotosessiya etdirən həmkarlarına sərt reaksiya verib. Həmin müğənniləri süni vətənpərvər adlandıran Səidə Sultan hər bir məqamdan reklam tutduqlarını xüsusi vurğulayıb. Xatun isə onları özlərini ucuz və havayi piar etməkdə günahlandırıb.
Bəs Qarabağ üçün tək yumruq olduğumuz bir dönəmdə həmin müğənnilərin nöqsanlarını müzakirə edərək qabartmaq düzgündürmü? Yoxsa doğrudan da irad bildirilməlidir?
Suallarımıza cavab tapmaq məqsədilə tanınmış sosioloq-alim Əhməd Qəşəmoğlu ilə əlaqə saxladıq. Məsələni “Sherg.az”a dəyərləndirən mütəxəssis şou biznes əhlinin də Azərbaycan vətəndaşı olduğunu, onların da ordumuzun zəfərlərinə sevindiyini söyləyib:
“Çalışırlar ki, öz hisslərini ifadə etsinlər. Bunu da musiqi və mahnı ilə bacarırlar. Amma mahnıların şit olmamasına xüsusi diqqət etməlidirlər. Doğrudan da ciddi olan ifalar, layihələr insanlar tərəfindən rəğbətlə qarşılanır.
Dinləyicilərdə vətənpərvərlik hissi oyadır. Həmin mahnıları ifa edənləri alqışlayırıq. Sağ olsunlar ki, sanballı, ciddi işlər ortaya çıxardırlar. Çünki təkcə bizdə belə deyil. Başqa ölkələrdə də müharibə zamanı əsgərləri, əhalini ruhlandırmaq üçün incəsənət adamları müəyyən işlər görüblər.
Çox uzağa getməyək. Elə “İkinci Dünya” müharibəsində artistlər səfərbər olmuşdu. Cəbhəyə gedib əsgərlər üçün konsertlər verirdilər. Xalqda böyük ruh yüksəkliyi yaratmağa çalışırdılar. Ona görə də niyə müğənnilər vətənpərvərlik mövzusunda mahnılar oxuyurlar deyə birbaşa tənqid etmək doğru deyil. Sadəcə mahnıların quruluşuna baxmaq lazımdır.
Ciddi məsələni şit şəkildə təqdim edibsə, tənqid oluna bilər. Bəzən elə olur ki, ifaçının geyimi və sair detallar mahnıyla uyğunlaşmır. Onda irad bildirmək olar. Çünki belə ciddi zamanda vətənpərvərlik mövzusunu düzgün nümayiş etdirmək lazımdır.”
Sosioloq şou-biznesdə bu mövzu ətrafında bir-birini tənqid edən müğənnilərə də münasibət bildirib:
“Əgər şou-biznes əhli bir-birinə irad tutursa, deməli, onların içərisində xırda hisslərlə yaşayanlar var. Düşünürlər ki, niyə o vətənpərvərlik mövzusunda işlər gördü, amma mən yox.
O mənada özlərinə haqq qazandırmaq üçün iş görənləri tənqid edirlər.Ona görə bu məsələdə həssas olmaq lazımdır. Başdan-başa hamısını tənqid etmək olmaz.
Ciddi işlər, layihələr ortaya çıxardanları təqdir etmək lazımdır. Amma şit və layiqsiz şəkildə işlər görən müğənnilərə irad bildirilməlidir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Bu gün, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30 |
|
|
|
• DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19 |
|
|
|
• "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10 |
|
|
|
• Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07 |
|
|
|
• Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04 |
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06 |
|
|
|
• İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21 |
|
|
|
• Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05 |
|
|
|
• Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00 |
|
|
|
• Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32 |
|
|
|
• “Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29 |
|
|
|
• Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27 |
|
|
|
• “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Dünən, 11:26 |
|
|
|
• "Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Dünən, 11:20 |
|
|
|
• “Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Dünən, 11:15 |
|
|
|
• “Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Dünən, 11:00 |
|
|
|
• Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Dünən, 10:51 |
|
|
|
|