Əvəzçilik üzrə işləyən işçilərin... .....                     “Kəsilmək” sırası plastik cərrahların özünə çatdı .....                     “Oğlum xəstə idisə, klinikada necə video çəkirdi?” .....                     “İslamda olan salavatın Peyğəmbərdən başqasına dəxli yoxdur” .....                     Texniki Universitetdə BAZAR QAYDALARI... .....                     Zaur `yeməyə` NİYƏ TƏLƏSDİ?.. .....                     Gürcüstanla quru sərhədi açılsa, ətin qiyməti ucuzlaşar .....                     Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində .....                     Paşinyan-kilsə savaşı yenidən qızışdı .....                     Rövşən Rzayevin rəhbərlik etdiyi şirkət hakim qarşısında: Keçmiş prezident nə istəyir? .....                     Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? .....                     Ermənistan kəşfiyyatının yalanları İFŞA EDİLDİ .....                     Ermənistana göndəriləcək ABŞ hərbçiləri “harda qaldı”? .....                     Şəhid Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib .....                     “Rusiyaya ayıb olsun ki, öz vətəndaşlarını da öldürdükləri hadisədə belə mövqe tutur” .....                     SOCAR-da VAKANSİYA ŞOUSU... davam edir... .....                     Bakının Xəzər və Nizami rayonlarında səsvermə başlayıb .....                     Azərbaycanda məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb .....                     XİN töhmət alan diplomatı niyə vəzifəyə təyin edib? .....                     Dörd qurum hərəkətə keçdi: iki gün sonra kim qalib gələcək? .....                     Metropolitenin "minnətli" qiymət artımı... .....                     Kreml İrəvan üçün "oksigen balonudur" .....                     Tramp hökuməti artıq hər gün 1 milyard dollara qənaət edir .....                     "Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?" .....                     Suvarma Sistemləri İdarəsində “ailə“podratı .....                     "Bu şəxslər başa düşərlər ki..." .....                     Həsənağa Turabovun xanımı VƏFAT ETDİ .....                     Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının .....                     Sudan istifadə edənlər birliyinin əməkdaşları “peçat” hədəsi ilə işdən çıxarıldı? .....                     Həbibullayevdən TİKİNTİ XAOSU .....                     Kremlin "qara günləri" indi başlayır .....                     Belarus, Lukaşenko və seçki imitasiyası... .....                     BAŞLANDI: “Təmiz Qaz”da kütləvi ixtisarlar .....                     Ölkənin baş gömrükçüsünün ABSURD İZAHATI... .....                     "Rusiya tərəfi vaxtında Azərbaycandan üzr istəməli idi" .....                     Ankara masanı böyüdür, Bakı susur... .....                     Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...” .....                     Ərdoğan Azərbaycana gəlir: .....                     Zaur Hüseynovun mədəni "dilənçiliyi", ifşa olunan yalanlar .....                     "Bir türk və Qafqaz kişisi yalnız rəqs edərkən ya da bayraq qarşısında diz çökər..." .....                 

"Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir" - Xalq artisti
Tarix: 3-10-2020, 08:24 | Çap et
"Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir"
Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun əks hücum əməliyyatları uğurla davam edir. Bu günə qədər ordumuz tərəfindən düşmənin yüzlərlə texnikası məhv edilib. Şəhidlərimiz olsa da, ölkədə böyük qələbə əhval-ruhiyyəsi, sevinci yaşanır. Hər kəs Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin olunacağına, müqəddəs torpaqlara yenidən qayıda biləcəyinə inanır.

Məsələ ilə bağlı “Yeni Müsavat” məşhur musiqiçilərin əhval-ruhiyyəsini, bu günlərlə bağlı rəylərini öyrənməyə çalışıb.

Xalq artisti, ifaçı İlqar Muradov Azərbaycan Ordusunun rəşadətindən qürur duyduğunu bildirdi: “Sentyabrın 27-də Azərbaycan Ordusunun əks hücumu, əzmkarlıq göstərməsi, illərlə işğal altında olan kəndləri, zirvəlikləri azad etməsi hər birimizdə böyük sevinc və ümidlər yaradıb. Biz inanırıq ki, o torpaqlara yenidən qayıdacağıq. Ermənilər də başa düşməlidirlər ki, artıq torpaqlarımızdan çıxıb, getməlidirlər. Biz hər şeyə hazırıq və qələbəni əldə edəcəyimizə inanıram”.

İlqar Muradov qeyd etdi ki, bu günlərdə xüsusən də gənclərdə böyük vətənpərvərlik ruhu hiss olunmaqdadır:

“Onların hər biri döyüşlərə gedib, vətəni qorumağa hazırdır. Baxmayaraq ki, şəhidlərimiz var. Amma bir tərəfdən də ölkəmizdə bayram əhval ruhiyyəsi yaşanır. İnşallah ki, qələbə də çalacağıq”.

Xalq artisti, bəstəkar, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi: “30 ildən sonra Azərbaycan, nəhayət ki, əks-hücuma keçdi və bu gün artıq bizim işğal olunmuş ərazilərimiz tədricən azad olunmağa başlayıb. Əlbəttə ki, bu işdə bizim ordumuzun böyük əməyi var. Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir”.

Siyavuş Kərimi ölkədə böyük sevinc əhval-ruhiyyəsi yaşandığını da dedi: “Azərbaycan çox böyük birlik nümayiş etdirir. Ölkədə belə bir birliyin olduğunu hələ xatırlamıram. İnsanlar, gənclər cəbhəyə can atır. Hərbi komissarlıqların qarşısında izdiham yaşanır. Analar öz oğullarını sevinclə yola salır, nəinki ağlayaraq. Çünki bilir ki, övladı vətənini azad etməyə gedir. Bu işdə mən əsgərlərimizə uğurlar arzulayıram. Allah hər bir əsgərimizi qorusun. Müharibədə itkilər olur. İtkisiz müharibə olmur. Təbii ki, bizim də şəhidlərimiz var. Amma biz şəhid olmağa deyil, öldürməyə getməli, torpaqlarımızı mənfur qonşularımızdan qorumalıyıq. Və buna da nail olacağıq. Çünki çox şanlı, rəşadətli, cəsur ordumuz var. Düşünürəm ki, qələbə qabaqdadır. İnşallah, böyük ümid edirəm ki, tezliklə yeni müsahibələrimi Xankəndində verəcəm”.

Əslən Şuşadan olan Xalq artisti Fərhad Bədəlbəyli isə bildirdi: “Əlbəttə ki, sevinc, qələbə hissini yaşayırıq. 30 ildir ki, bu günü gözləyirdik. Minsk qrupunun üzvləri ilə danışıqlarda mən də iştirak etmişəm. Gözümüz baxa-baxa bizə yalan deyirdilər. Bildirirdilər ki, bir az da dözün, hər şey yaxşı olacaq, siz tezliklə Şuşaya qayıdacaqsınız. Mən də deyirdim ki, biz hətta razıyıq ki, ermənilərlə birgə yaşayaq, amma torpaqlarımız geri qaytarılsın. Amma gördük ki, ermənilər müqəddəs Şuşamızda ”parlament" qurmaq istəyirlər. İndi də Livandan ailələri köçürüb, Şuşada yerləşdirirlər. Beləliklə, 30 ildir ki, bizi aldadıblar.

Ordumuzun qazandığı qələbələr bizə böyük sevinc bəxş edib. Bu məsələdə Türkiyənin də böyük dayağı, dəstəyini hiss edirik. Onlar bəyanatlar verib, Azərbaycanın yanında olduqlarını bildirirlər. Ermənilər torpaqlarımızdan nə qədər tez rədd olub getsələr, cavan uşaqları həlak olmaz. Axı nə istəyirlər? Nəyin üstündə vuruşurlar? Ay erməni ata-analar, siz niyə öz uşaqlarınızı döyüşə göndərirsiniz? Bu, axı Azərbaycan torpaqlarıdır. Ümid edirəm ki, yenidən müqəddəs Şuşaya gedəcəm və siz məhz orada məndən açıqlama alacaqsınız".

Xalq artisti Niyaməddin Musayev: “30 ildir ki, xalq bu günləri gözləyirdi, gözü yolda idi. Bu günlərdə böyük qürur hissi duyuruq. Küçəyə çıxırıq hər yerdə bayram əhval-ruhiyyəsi var. Prezidentimiz hər zaman deyirdi ki, Şuşada bayrağımızı qaldıracağıq. Bəzi gənclər buna inanmırdı, çünki inam itmişdi. Amma artıq zamanı çatdı, gənclərimiz gördü ki, hər şeyin öz vaxtı var və həmin vaxt gəlib, yetişib. Ordumuz böyük ruh yüksəkliyi ilə döyüşür. Qələbə bizimlədir və tam qələbəni qazanıb, işğal olunmuş torpaqlarımızı azad edəcək, o torpaqlara gedəcəyik. Bu gün görürük ki, bir çox beynəlxalq təşkilatlar danışıqlar aparılması haqda məsləhətlər verirlər. Əgər onlar zamanında öz işlərini görsə idilər, indi qan tökülməzdi. Amma torpağa qan töküləndə o torpaq vətən olur. Eşq olsun ordumuza, prezidentimizə, xalqımıza! Çox ümidliyik. Çünki haqq bizimdir. Bizim heç kəsin torpağında gözümüz yoxdur və eyni zamanda bir qarış torpağımızı kiməsə vermək fikrində deyilik”.

Xalq artisti, məşhur xanəndə, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov: “İllərlə dözdük ki, danışıqla, sülhlə torpaqlarımız geri qaytarılsın. Lakin mənfur qonşumuz hər dəfə danışıqları uzadıb, heç bir torpaq qaytarmadı. Son zamanlar da etdikləri təxribatlar isə özünə baha başa gəldi. Bu, cavabsız qala bilməzdi”.

Xalq artisti qeyd etdi ki, ən böyük arzusu işğaldan azad olunacaq torpaqlarımızda “Qarabağ şikəstəsi”ni oxumaqdır: “Mən Ağdamda doğulmuşam, hərbi xidmətimi də o müqəddəs torpaqda başa vurmuşam. Hər iki aydan bir Ağdama gedirəm. Hər dəfə ad günlərimi orada keçirmişəm. Çünki mən Ağdama çox bağlıyam.

Mənsum İbrahimov bildirdi ki, hazırda cəbhə bölgəsində yaşayan insanlar arasında böyük ruh yüksəkliyi yaşanır:

“Qardaşım və yaxınlarım Ağdamda yaşayır. Bu gün cəbhə bölgəsində yaşayan insanlar arasında böyük ruh yüksəkliyi yaşanır. Bir nəfər də olsun evini tərk edib getmir. Evinə bomba düşsə də, yaralansa da, təsərrüfatına ziyan dəysə də, ata-baba yurdundan kənara çıxmır. Çünki bilir ki, irəlidə Azərbaycan Ordusu əzmlə döyüşür. Onlar hər gün hərbçilərimizin yanındadır. Qocasından tutmuş uşağına qədər, hər kəs əsgərlərimizin yanına gedir ki, nəyə gücləri çatsa köməklik etsinlər.

Bu gün xalqımızda olan ruh yüksəkliyi, birlik heç bir zaman olmayıb. Allah bunları bizə çox görməsin, ordumuzu müzəffər etsin. Gün o gün olsun ki, müqəddəs torpaqlarımızda bir-birimizi qələbə münasibəti ilə təbrik edək və o gün heç də uzaqda deyil. Bizim xalqımız həqiqətən böyük xalqdır. Bəzən deyirdilər ki, insanlarımız zamanla Qarabağı unudublar. Amma tarix göstərdi ki, heç kəs Qarabağı unutmayıb. Bu gün hər birimiz bir olmalı, prezidentimiz, Ali Baş Komandanımızın ətrafında birləşməliyik. Çünki hər birimiz Ali Baş Komandanın əsgəriyik".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əvəzçilik üzrə işləyən işçilərin... - Ekspert danışır...
Bu gün, 10:02
“Kəsilmək” sırası plastik cərrahların özünə çatdı - son iki gün...
Bu gün, 09:58
“Oğlum xəstə idisə, klinikada necə video çəkirdi?” - VİDEO
Bu gün, 09:57
“İslamda olan salavatın Peyğəmbərdən başqasına dəxli yoxdur” - İlahiyyatçı
Bu gün, 09:46
Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
Bu gün, 09:43
Zaur `yeməyə` NİYƏ TƏLƏSDİ?.. - Az yatsa da... `ÇOX YUXU GÖRÜB`...
Bu gün, 09:37
Gürcüstanla quru sərhədi açılsa, ətin qiyməti ucuzlaşar - AKTUAL
Bu gün, 09:35
Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində SƏS VERDİ
Bu gün, 09:29
Paşinyan-kilsə savaşı yenidən qızışdı - bu dəfə TAM FƏRQLİ...
Bu gün, 09:27
Rövşən Rzayevin rəhbərlik etdiyi şirkət hakim qarşısında: Keçmiş prezident nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:25
Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
Bu gün, 09:20
Ermənistan kəşfiyyatının yalanları İFŞA EDİLDİ - DETALLAR
Bu gün, 09:12
Ermənistana göndəriləcək ABŞ hərbçiləri “harda qaldı”? - Görünəni odur ki...
Bu gün, 09:11
Şəhid Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib
Bu gün, 09:05
“Rusiyaya ayıb olsun ki, öz vətəndaşlarını da öldürdükləri hadisədə belə mövqe tutur” - ETİRAZ
Bu gün, 08:55
SOCAR-da VAKANSİYA ŞOUSU... davam edir... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:54
Bakının Xəzər və Nizami rayonlarında səsvermə başlayıb - FOTO
Bu gün, 08:45
Azərbaycanda məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb - DİQQƏT
Bu gün, 08:05
XİN töhmət alan diplomatı niyə vəzifəyə təyin edib? - Rəsmi
Bu gün, 08:03
Dörd qurum hərəkətə keçdi: iki gün sonra kim qalib gələcək? - AKTUAL
Bu gün, 07:38
Metropolitenin "minnətli" qiymət artımı... - Sərnişindaşıma daha ucuz başa gəlsə də...
Bu gün, 07:16
Kreml İrəvan üçün "oksigen balonudur" - FAKT BUDUR!
Bu gün, 07:13
Tramp hökuməti artıq hər gün 1 milyard dollara qənaət edir
Bu gün, 06:47
"Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?" - GİLEY
Bu gün, 06:43
Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
Bu gün, 06:39
"Bu şəxslər başa düşərlər ki..." - REAKSİYA
Bu gün, 06:26
Həsənağa Turabovun xanımı VƏFAT ETDİ - 85 yaşında...
Bu gün, 06:21
Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının maliyyələşdirilməsini qadağan edib
Bu gün, 06:19
Sudan istifadə edənlər birliyinin əməkdaşları “peçat” hədəsi ilə işdən çıxarıldı? - ARAŞDIRMA
Bu gün, 01:27
Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
Bu gün, 01:23
Kremlin "qara günləri" indi başlayır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:17
Belarus, Lukaşenko və seçki imitasiyası... - UNİAN
Bu gün, 01:15
BAŞLANDI: “Təmiz Qaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
Bu gün, 00:45
Ölkənin baş gömrükçüsünün ABSURD İZAHATI... - Necə olur ki, texniki nasazlıq üç ay davam edir?”
Bu gün, 00:36
"Rusiya tərəfi vaxtında Azərbaycandan üzr istəməli idi" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:32
Ankara masanı böyüdür, Bakı susur... - NƏ BAŞ VERİR?
Bu gün, 00:28
Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...” - NƏ ETMƏLİ?
Bu gün, 00:25
Ərdoğan Azərbaycana gəlir: - Xocalıda Türkiyə konsulluğu açıla bilərmi?
Bu gün, 00:16
Zaur Hüseynovun mədəni "dilənçiliyi", ifşa olunan yalanlar - İLGİNC
Bu gün, 00:14
"Bir türk və Qafqaz kişisi yalnız rəqs edərkən ya da bayraq qarşısında diz çökər..."
Bu gün, 00:12
Bu gün Azərbaycanda seçkilərdir - DİQQƏT
Bu gün, 00:06
Dövlət Ehtiyatları Agentliyində XƏYANƏT - AXI NECƏ?..
Bu gün, 00:03
Qida şirkəti “Delta Qrup C.O” ölkədən pul çıxarmaqda ittiham edilir - TƏFƏRRÜAT
Dünən, 19:00
“Siyasi repressiya” anonsu: - “Vəzifəli şəxs tutulanda əl çalırıq, amma…”
Dünən, 18:17
Quql Meksika körfəzinin adını dəyişdi
Dünən, 18:14
Makronu narahat edən əsas məsələ Avropada millətçi kəsimin önə çıxmasıdır -ŞƏRH
Dünən, 18:13
Nəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib
Dünən, 18:09
Əfqan Süleymanov bu rayona icra başçısı təyin edilir - İDDİA
Dünən, 18:06
Ali Attestasiya Komissiyasına sədr müavini təyin edilib - SƏRƏNCAM
Dünən, 17:55
Ramiz Rövşəndən ikinci ev iddialarına - Cavab
Dünən, 17:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru