“İdeal-İ-İnşaat” MMC-nin sahibinin yeni fırıldağı üzə çıxdı - İsa Məmmədov ölkəni tərk etmək üçün hansı yollara əl atır?
Tarix: 28-07-2015, 10:35 | Çap et
“Təzadlar”ın ötən saylarında xəbər verildiyi kimi, Bakı şəhəri, Xocalı prospekti k.29 ünvanında (köhnə Şüşə zavodunun yerləşdiyi ərazi) “İdeal-İ İnşaat” MMC-nin tikdiyi yaşayış binasından mənzil almış vətəndaşları aldadaraq pullarını mənimsəyən həmin MMC-nin təsisçisi və əvvəlki direktoru Məmmədov İsa Əli oğlu və “İdeal-İ İnşaat” MMC-nin indiki direktoru və İsa Məmmədovun yaxın qohumu Məmmədov Çingiz Əkbər oğlunun mənzil fırıldaqlarının sorağı artıq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, DİN-ə və MTN-ə qədər gedib çıxmaqdadır... Vətəndaşlar artıq piket keçirmək və İsa Məmmədovun mənzil fırıldaqlarını açıb göstərmək istəyirlər. Təsəvvür edin ki, yüzlərlə vətəndaş on ilə yaxındır pulunu ödədiyi mənzilinə yaxın düşə bilmir... Fırıldağın anatomiyası...
İlk əvvəl qeyd etmək istəyiriki ki, qəzetimizdə və saytımızda belə mənzil fırıldaqçılarını ifşa etdiyimizə görə bizə müraciət edən və öz minnətdarlıq hisslərini ifadə edən bütün vətəndaşlara bir daha təşəkkür edirik. Artıq gündən-günə aldadılaraq pulları bu mənzil dələduzları tərəfindən oğurlanmış vətəndaşların bizə olan müraciətləri artır. Sankı uzun müddət (son 10-12 il ərzində) bu dələduz dəstəyə mənzil tikintisi üçün etibar etdikləri halalca pullarının müqabilində özlərində “Yəqin ki, nə vaxtsa tikib təhvil verərələr” ümidləri ilə özlərində yanlış bir təəssürat yaratmış böyük bir insan kütləsi oyanmaqdadır. Sən demə, bu mənzil fırıldaqçılarının qurbanları olmuş vətəndaşların sayı minlərlədir. Biz isə öz növbəmizdə, cəmiyyətimizin belə viruslardan təmizlənməsində yardımçı olmağımız üçün ümidlərini bizə dikmiş bütün vərəndaşlara, öz jurnalist borcumuzu vicdanla yerinə yetirərək, tələb olunan jurnalist araşdırmalarımızı aparacağımıza, ictimaiyyəti daim əsaslı, dəqiq və qərəzsiz məlumatlarla təmin edəcəyimizə zəmanət veririk. Görəsən, bu dələduz dəstənin havadarları olan və onların “qoltuqlarına qarpız verən” adları artıq bəlli olan, lakin hələ ictimaiyyətə açıqlanmayan yüksək vəzifəli məmurlar nəyə arxayındırlar? Bilmirlərmi ki, bu mənzil fırıldaqçılarının dələduzluğundan təngə gəlmiş, aldadılmış və təhqir olunmuş, hər seydən ümidi üzülən kasıb və köməksiz insan kütləsi ayağa qalxaraq, kimi əsəblərini cilovlaya bilməyib özünü intihar edəndə, kimi isə çıxış yolunun məhz dövlət başçısının birbaşa məsələyə müdaxilə etməsində görəndə, artıq onların özlərinə “havadar” axtarmaları lazım gələcək? Bu barədə sonrakı yazılarımızda faktlarla ətraflı məlumat verəcəyik. Mənzil fırıldağında yeni “metod”
Hazırda isə bizə verilən son məlumatlara əsasən, “İdeal-İ İnşaat” MMC-nin arxasında gizlənən həmin MMC-nin təsisçisi və əvvəlki direktoru Məmmədov İsa Əli oğlu və indiki direktoru və İsa məmmədovun yaxın qohumu Məmmədov Çingiz Əkbər oğlu öz mənzil fırıldaqlarını daha da təkmilləşdirmış və vətəndaşlardan yeni “pulyığma” maxinasiyalarına başlamışlar. Mexanizm çox sadədir. Görünür bu maxinasiyanın layihəsinin işlənib hazırlanmasında bu mənzil fırıldaqlarının vəkillərinin də böyük zəhməti və töhfəsi olub. Son bir neçə gün ərzində, mənzillərinin dəyərinin bir hissəsini ödəyərək, qalan hissəsini mənzilin tikintisi başa catdırıldıqdan sonra bu podratçı “İdeal-İ İnşaat” MMC-yə ödənilməsinə ümid edən vətəndaşların demək olar ki, hamısı bir-birinin ardınca bu MMC-nin adından onun direktoru Məmmədov Çingiz Əkbər oğlu tərəfindən imzalanmış “xəbərdarlıq” məktubları alırlar. Həmin xəbərdarlıq məktublarından bir neçəsi “Təzadlar”dadır... İsa və Çingiz Məmmədovlar öz müştəriləri olan vətəndaşları heç bir məhkəmə qərarı-filan olmadan, “müqaviləni birtərəfli qaydada” ləğv etmələri ilə hədələyərək tez bir zamanda yerdə qalan borclarını ödəmələrini tələb edirlər. Halbuki 10 ilə yaxındır ödənilmiş on milyonlarla pulun əvəzində indiyədək bir qara qəpiklik iş görülməyib... Hansı ki vətəndaş həmin pulu banka qoysaydı, indiyədək (1200 ay) həmin mənzilin dəyəri qədər faiz almış olardı... Və İsa və Çingiz Məmmədovlar isə yığdıqları pulları əsla tikintinin başa çatdırılmasına deyil, öz şəxsi problemlərinin həllinə yönəldirlər. Çünki İsa və Çingiz Məmmədovun onlarla bağladıqları “müqavilələrə birtərəfli qaydada” xitam verdiklərindən sonra, artıq indiyədək bu fırıldaqçılara ödədikləri pullarını da tamamılə itirməklərindən qorxan vətəndaşlar, son bir-neçə gün ərzində bu MMC-yə nəqd olaraq külli miqdarda pul ödəməli olmuşlar. Lakin təəssüflər olsun ki, bu vəsitin heç bir qəpiyi də həmin İsa və Çingiz məmmədovun MMC-si tərəfindən tikintiyə xərclənməmişdir və o böyüklükdə tikinti kompleksində son bir neçə il ərzində bu cənablar tərəfindən faktiki olaraq heç bir iş görülməmişdir... Qeyd olunanları nəzərə alaraq vətəndaşları bir daha ayıq və ehtiyatlı olmağa çağırırıq.. (Davamı var) “Təzadlar”ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
• Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35 |
|
|
|
• “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27 |
|
|
|
• Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25 |
|
|
|
• “Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23 |
|
|
|
• ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17 |
|
|
|
• Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10 |
|
|
|
• Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03 |
|
|
|
• "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59 |
|
|
|
• Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55 |
|
|
|
• Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51 |
|
|
|
• Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45 |
|
|
|
• Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41 |
|
|
|
• "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33 |
|
|
|
• Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
• Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28 |
|
|
|
• İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25 |
|
|
|
• Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05 |
|
|
|
• Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59 |
|
|
|
• MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
|