"MuğanBank"la bağlı ilginc maxinasiya iddiaları... - Namiq, Şaiq və Elmir Ələkbərov qardaşları nəyin hesabına milyonçuya çevriliblər?
Tarix: 4-07-2015, 10:55 | Çap et
Qəzetimizin ötən saylarından birində "Muğanbank" ASC-nin Müşahidə Şurasının sədri Elmir Mehtiyevin fəaliyyəti və həyata keçirdiyi bir sıra qanundan kənar əməllərlə bağlı məlumat vermişdik. Məsələdən xəbəri olmayan oxucularımız üçün qısaca vurğulamaq istəyirik ki, Elmir Mehtiyev 2000-ci ildən ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışır və bankın nizamnamə kapitalının 63,5 faizinə sahibdir.
"Son zamanlar "Muğanbank"la bağlı bir sıra xoşagəlməz məlumatlar dolaşmaqdadır. Məsələn, "Jalə-Biznes" MMC-nin işçiləri direktoru Elmir Mehtiyevin qanunsuz əməllərinin üstünü açıb. Deyilənlərə görə, şirkətin inşa etdiyi kompleksin dövlət komissiyası tərəfindən təhvili zamanı böyük qanun pozuntularına yol verilib. Belə ki, Elmir Mehtiyev tikinti kompleksinin dövlət qəbulu zamanı komissiya üzvləri ilə "ənənəvi yol"la "razılığa" gəlib. Çünki bu binalardakı bütün mənzillərin sahəsi təsdiq olunan layihədə göstəriləndən 15-20 faiz çoxdur. Lakin problem bununla bitmir. Əvvəlki adı "Jalə-Biznes" MMC, indiki adı isə "Jalə" MTK olan bu şirkətin tikdiyi binadakı mənzillər müştərilərə bank vasitəsi ilə deyil, nağd yolla satılır. Burada əsas məqsəd dövlət büdcəsinə ödənməli olan böyük məbləğdə vergidən yayınmaqdır. Əgər hüquq-mühafizə orqanları, eləcə də digər müvafiq qurumlar bu məsələni araşdırsalar, bir çox mətləblərə aydınlıq gətirilə bilər. Elmir Mehtiyev Mərkəzi Bankın sədri Elman Rüstəmovla yaxınlığı ilə seçilən Qiymətli Kağızlar uzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımov, Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi xidmətinin direktoru Adışirin Qasımov və Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadovla əlbir olub hündürmərtəbəli binanın 3 mərtəbəsini alıblar. Bu zaman sərf olunan vəsaitlərin dövlət büdcəsinə daxil olub-olmadığını deyə bilməsəm də, 1 məsələ var ki, bu işdə 20 milyon manatdan çox pul xərclənib və nəticədə çox böyük problemlər əmələ gəlib", deyə həmin yazıda qeyd olunurdu. Dünən redaksiyamıza "Muğanbank"ın Müşahidə Şurasının sədri Elmir Mehtiyev, Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi xidmətinin direktoru Adışirin Qasımov, Ələkbərov və Mərdanov qardaşları haqda yeni məlumatlar daxil olub. Məlumatlı mənbənin sözlərinə görə, Adışirin Qasımov tutduğu vəzifədən istifadə edərək bəzi qanunsuz əməliyyatlar həyata keçirir: "Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən maliyyə monitorinqi xidmətinin direktoru guya çirkli pullara qarşı mübarizə aparır. Əslində isə o vəzifə səlahiyyətlərini aşır və tamamilə başqa işlərlə məşğul olur. Xidmətin çirkli pullara qarşı mübarizəsi istənilən effekti vermir. Bu sahədəki problemlər belə deməyə əsas verir. Direktor işinə lazımi səviyyədə diqqət ayırsa, məsuliyyət göstərsə, bəlkə hansısa müsbət nəticələr əldə oluna bilər. İndiki şəraitdə bu qeyri-mümkündür. Çünki xidmət rəhbəri əsas diqqətini biznesinin inkişaf etdirilməsinə yönəldib. Onun hazırda yaşadığı ev əvvəllər "Texnikabank"ın rəhbəri Etibar Əliyevə məxsus olub. Bu ev "Jalə" MTK-nın Bülbül prospekti 40 ünvanında tikdirdiyi hündürmərtəbəli binada yerləşir. Xidmət direktoru həmin mənzili bank müdirini sıxışdırmaqla əldə edib. "Jalə" MTK hazırda da fəaliyyətini davam etdirir. Elmir Mehtiyev isə bir ildən çoxdur ki, MTK-nın ləğvi üçün çalışır, amma bunu edə bilmir. Bank müdiri vəziyyətin onun xeyrinə olmadığını anlamağa başlayıb. Buna görə də sözügedən tikinti şirkətinin ona heç bir aidiyyəti olmadığını deyir. Bank rəhbəri bununla üzərinə yönələn diqqətləri dağıtmağa çalışır. "Muğanbank"ın müşahidə şurasının sədri qeyd olunan ünvanda yerləşən binada Adışirin Qasımova qaraj bağışlayıb. Maliyyə monitorinqi xidmətinin direktorunun yaşadığı mənzilin sahəsi 220 kvadratmetrdir. Hər cür şəraitlə təmin edilmiş mənzilin hazırkı bazar qiyməti təxminən 1,5 milyon dollardan çoxdur. Xidmət direktoru bu vəzifəyə təyin olunana qədər elə də böyük sərvətə sahib olmayıb. Elə ki, xidmət direktoru vəzifəsinə keçdi maliyyə imkanlarını sürətlə artırmağa başladı. O əslən Zəngilan rayonundandır. D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Mühasibat uçotu - nəzarət və təsərrüfat fəaliyyətinin təhlili" ixtisası üzrə bitirib. 1989-cu ildə Mənzil-kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankının Azərbaycan kontorunda iqtisadçı kimi fəaliyyətə başlayıb. 1992-ci ildən Azərbaycan Respublikasının Milli Bankının Əməliyyat idarəsinin baş mühasibi vəzifəsinə təyin edilib. 1995-ci ilin may ayında Milli Bankın respublikadaxili hesablaşmaların təşkili departamentinin direktorunun müavini vəzifəsinə təyin olunub. 2003-cü ilin iyul ayından 2009-cu ilin oktyabr ayınadək Milli Bankın Hesablaşmalar, Bazar əməliyyatları, Daxili audit, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət və Nağd pul departamentlərinin direktoru vəzifəsində işləyib. 2009-cu ilin oktyabr ayında Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru vəzifəsinə təyin edilib. Elə həmin vaxtdan etibarən özbaşına əməllərinin sayını artırmaqla məşğuldur". Mənbəmiz Elmir Mehtiyevlə yaxın əlaqələrə malik olan Ələkbərov qardaşlarının barəsində də maraqlı faktlar açıqladı. Qaynağımızın verdiyi məlumata görə, Namiq Ələkbərov Vergilər Nazirliyində işləyir: "O "Jalə" MTK-dan 2 ədəd hər birinin sahəsi 165 kvadratmetr olan alt-üst mənzil alıb. Mənzillərin 2 milyon manata yaxın qiyməti var. Elmir Mehtiyevin vergi sahəsində yaranan bütün problemlərini məhz bu şəxs yoluna qoyur. Onun digər qardaşı Şaiq Ələkbərov əvvəllər "Muğanbank"ın İdarə Heyətinin sədri olub, indi isə müşahidə şurasının üzvüdür. Şaiq Ələkbərov 1973-cü il təvəllüdlüdür. O Bakı Dövlət Universitetini bitirib. 2008-ci ildən bankın müşahidə şurasının üzvüdür. Başqa bir qardaşı Elmir Ələkbərov "Muğanbank"ın Nərimanov rayonundakı "Dostluq" filialının müdiridir. O vaxtilə "Muğanbank"ın Kiprdəki filialının müdir müavini işləyib. "Jalə" MTK-nın sahibi Elmir Mehtiyevlə tələbə yoldaşıdır. Ələkbərov qardaşlarının çoxsaylı biznes obyektləri, xarici banklardakı hesablarında külli miqdarda vəsaitləri və daha nələri var. Görəsən, bu qədər pul Namiq Ələkbərov və qardaşlarında hardandır? Fikir verin, 3 qardaşın biri vergidə, o biri bankın Bakıdakı filialında müdir, digəri isə offşor zonadakı bankın filial müdirinin müavini işləyib. Elmir Mehtiyev öz tələbə yoldaşı Elmir Ələkbərovu bir müddət bankın Kiprdəki filialında müdir müavini kimi işlətdi. Daha sonra bank pakistanlılara verildi, amma yenə də təsisçilikdə özləri qalır. Deyilənə görə Elmir Ələkbərov hazırda "Kredo Bank"ın Mərkəzi filialının müdiri vəzifəsində çalışır. Bir sözlə, "Muğanbank"ın rəhbəri ətrafında maliyyə vəziyyəti güclü olan insanları saxlayır. Bankda kifayət qədər qanun pozuntusu var. Amma Adışirin Qasımovun himayəsi sayəsində həmin neqativ hallar ört-basdır edilir". Maraqlı məqam ondan ibarətdir ki, "Muğanbank"ın müşahidə şurasının sədri Elmir müəllim atasının soyadındakı "d" hərfini "t" ilə əvəz edib. Bəlkə öz-özündən bu məşhur soyadı daşıyan yüksək vəzifəli şəxslə qohumluq əlaqəsi yaradıb? Atası Mehdiyev Maqbet olsa da, özü Mehtiyev Elmir Maqbet oğludur. Bank rəhbəri bilməlidir ki, kiminsə adından sui-istifadə etdiyinə görə, nə vaxtsa ağır cəzaya məruz qala bilər". Növbəti sayımızda Mərdanov qardaşlarından söhbət açacağıq. Bizi izləyin.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
• Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35 |
|
|
|
• “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27 |
|
|
|
• Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25 |
|
|
|
• “Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23 |
|
|
|
• ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17 |
|
|
|
• Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10 |
|
|
|
• Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03 |
|
|
|
• "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59 |
|
|
|
• Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55 |
|
|
|
• Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51 |
|
|
|
• Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45 |
|
|
|
• Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41 |
|
|
|
• "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33 |
|
|
|
• Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
• Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28 |
|
|
|
• İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25 |
|
|
|
• Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05 |
|
|
|
• Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59 |
|
|
|
• MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
|