Daha bir inşaat şirkəti fırıldaqçı çıxdı: MTN-ə şikayət olundu - İsa Məmmədov həbsxanada nəyə görə yatıb?
Tarix: 3-07-2015, 09:27 | Çap et
MMC-nin sədri İsa Məmmədov on ildən çoxdur ki, vətəndaşları aldatmaqla məşğuldur… Bu barədə İsa Məmmədovdan şikayətçi olan və «Təzadlar»a müraciət edən bir qrup Bakı şəhər sakinləri bildirdilər. Redaksiyamızda olarkən onların təqdim etdikləri sənədlərdən məlum olurdu ki, vətəndaşlar adı çəkilən MMC-dən mənzil aldıqları halda, on ildən çoxdur ki mülklərinə sahib çıxa bilmirlər… «İdeal-İ-İnşaat» MMC-nin direktoru İsa Məmmədovun qanunsuz əməlləri ilə bağlı bir qrup sakin tərəfindən Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova ünvanlı şikayət ərizəsindən məlum olur ki, İsa Məmmədovun keçmişində də kriminal çalarlar olmuşdur. Oxşar əməli indi də təkrarlayan İsa Məmmədovdan MTN-ə edilmiş şikayət isə bu yaxınlarda araşdırılmışdır… Gülməli də olsa, MTN əməkdaşı-təhqiqatçı şikayətçilərə bildirmişdir ki, «Siz niyə polisə, məhkəməyə şikayət etmirsiniz?». Bu sualın cavabını min yerə yozmaq olar, lakin biz hələlik məsələnin faktiki hallarını araşdırmağa çalışacağıq… Əvvəlcə şikayətçilərin müraciətlərinə diqqət edək: Azərbaycan Prezidenti cənab İlham Əliyevə! Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova! Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə! Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə! Surəti: «Təzadlar» qəzeti redaksiyasına! Bakı şəhəri, Xocalı prospekti k. 29 ünvanında (keçmiş Şüşə zavodunun yerləşdiyi ərazidə) yerləşən yaşayış binasının bir qrup mənzil mükiyyətçiləri tərəfindən Şikayət məktubu Biz aşağıda imza edən bir qrup Azərbaycan Respublikasının vətəndaşları, Bakı şəhəri, Xocalı prospekti k.29 ünvanında (keçmiş Şüşə zavodunun yerləşdiyi ərazidə) “İdeal-İ İnşaat” MMC-nin tikdiyi yaşayış binasından mənzil almaq üçün bundan təqribən 10 il əvvəl bu MMC ilə müqavilə bağlamışıq və mənzil tikintisinə görə bu MMC-yə mənzilimizin dəyərinı tam ödəmişik. Lakin “İdeal-İ İnşaat” MMC-nin təsisçisi və əvvəlki direktoru Məmmədov İsa Əli oğlu artıq 8 ilə yaxındır ki, bizim binamızı tikib bizə təhvil vermir. Dəfələrlə mənzilimizin nə zaman bizə təhvil verilməsi ilə əlaqədar İsa Məmmədovla əlaqə saxlamaq istəmişik. Məlum olmuşdur ki, İsa Məmmədov məsuliyyətdən yayınmaq üçün formal olaraq «direktorluqdan çıxaraq» özünün “İdeal-İ İnşaat” MMC-sinə yaxın qohumu Məmmədov Çingiz Əkbər oğlunu «direktor» təyin etmişdir. Bu qohumlar isə birləşərək, bizim mənzil tikintisinə görə onlara verdiklərimiz pulları öz keflərinə xərcləyirlər, yaşayış binasını isə heç vaxt tikib qurtarmaq niyyətində deyillər. Bizə verilən məlumata görə keçmiş Şüşə zavodunun olduğu bu ərazidə tikilən binalarımızın yerləşdiyi torpaq sahəsi “Baku Qrup” adlı MMC-yə məxsusdur, lakin binaların tikintisi isə, «Baku Qrup»la bağlanmış podrat müqaviləsi əsasında İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si tərəfindən tikilir və bizim mənzil tikintisinə dair müqavilələrimiz də həmin bu “İdeal-İ İnşaat” MMC ilə bağlanmışdır. Mənzillərimizin pullarını da biz bu “İdeal-İ İnşaat” MMC-yə vermişik. “İdeal-İ İnşaat” MMC-nin müdriyyəti isə hər dəfə bizə yalançı vədlər verərək binaları tikib qurtarmır. Bizə verilən məlumatlara görə böyük ehtimal var ki, İsa Məmədov və onun qohumları bizim mənzillərimizi bir neçə dəfə digər vətəndaşlara da sataraq onlardan aldıqları pulları da öz şəxsi keflərinə və uşaqlarının adlarına obyektlər almağa xərcləmişlər. Hazırkı şikayət məktubumuzla biz, halal zəhmətlə qazandığımız pullar İsa Məmədov və onun qohumları tərəfindən dələduzluq yolu ilə aldadılaraq əlindən alınmış vətəndaşlar, «Təzadlar» qəzeti vasitəsilə xahiş edirik ki, bu məsələni araşdırmaqda bizə köməklik göstərilsin. İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si barəsində bu binalardan mənzillər almış və bununla da bizim kimi aldadılmış digər vətəndaşları da qəzetdə bu haqda yazılar dərc etməklə ayıltmaq lazımdır. Çünki sonra gec olacaq. Məktubumuzun surətlərinin ünvanlandığı digər hüqüq mühafizə orqanlarından isə xahiş edirik ki, bizi aldadaraq pullarımızı mənimsəyən İsa Məmmədov, onun qohumları və “İdeal-İ İnşaat” MMC-nin digər məsul işçiləri barədəsində lazımi tədbirlər görərək onların cəzalandırılması üçün zəruri addımlar atılsın. Hörmətlə, Şikayətçılər: Hüseynova Ülviyyə, Abdullayeva Gülarə, Şirəliyeva Firəngiz, Uğurluyev Salman, Rəhimova Aygün, Mirzəzadə Dilşad, Həsənov Rüstəm, Novruzova Sədəf və başqaları.
İsa Məmmədovun alıb aldatma oyunbazlığı…
«Təzadlar» hələ iki ay əvvəl bu məsələ ilə bağlı araşdırma aparmışdı və bu barədə yazı da dərc olunmuşdu… Lakin qarşı tərəf, yəni İsa Məmmədov nümayəndəsi vasitəsilə əməkdaşımıza bildirdi ki, şikayətlərin haqlı tələbi ödəniləcək, problem aradan qaldırılacaq… Lakin görünür, İsa Məmmədov həqiqətən də bilmir ki, hazırda Azərbaycan məhkəmələrində ən çox baxılan işlərdən biri mənzil dələduzluğu ilə bağlıdır. Və bu dələduzlar əmlakları müsadirə olunmaqla ən ağır cəzalara məhkum edilirlər… Bunlar dərs olmurmu? Niyə vətəndaşa bir-iki ilə mənzilini tikib təhvil verməyə öhdəlik götürür, pullarını alırsınız, amma on ildir ki, olan-qalanını vermiş vətəndaş hələ də kirayələrdə ömür çürüdür? İnsafınız yoxdurmu? Niyə bu xalqın sadə vətəndaşlarının qəsdinə durmusunuz??? Və nəhayətdə, nə demək istəyirsiniz? İstəyirsiniz ki, bu vətəndaşlar Prezident adminstrasiyasına yürüş etsin, özünü yandırsın, intihar etsin? Bəlkə bu xalqı arxasız və yiyəsiz görürsünüz, cənab İsa Məmmədov??? Bu xalqın arxasında Prezidenti və onların hüquqlarına təminat verən Konstitutsiyası var!
“İdeal-İ İnşaat” MMC-nin mənzil fırıldağı haralara gedib çıxır?
Bizə təqdim edilən sənədləri araşdırarkən məlum oldu ki, Azərbaycan Respublikasının hüquqi şəxsi olan “The Baku Group LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti “Sifarişçi” qismində çıxış edərək müqavilə üzrə “Podratçı” kimi “İdeal-İ İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış və “The Baku Group LTD” MMC-nin qanuni mülkiyyətində olan Bakı şəhəri, Telnov (hazırki Xocalı prospekti) k.29 və Qaraşəhər k. 27 ünvanlarında yerləşən, ümumi sahəsi təqribən 4.2 hektar olan torpaq sahəsinin (“Ərazi”) inkişafına və bu sahədə çoxmənzilli yaşayış evlərinin tikintisinə dair (“Tikinti”) 14 oktyabr 2004-cü il tarixli Podrat Müqaviləsi (“Müqavilə”) bağlanmışdır. Bu Müqavilənin 1.7-ci bəndinə əsasən, Ərazidə aparılacaq Tikinti işlərinin müddəti, Bakı şəhər İcra Hakimiyyətindən Tikintiyə dair müvafiq No 261 saylı 09 noyabr 2004-cü il tarixli Sərəncamın alındığı gündən başlayaraq 32 (otuz iki) ay müddətində – yəni, 25 may 2007-ci il tarixindən gec olmamaq şərti ilə davam etməli və Tikinti bu müddət ərzində tam başa çatdırılaraq Sifarişçiyə təhvil verilməliydi. Lakin Podratçı - “İdeal-İ İnşaat” MMC Müqavilədə qeyd olunan Tikintinin başa çatma vaxtından artıq 8 ilədək müddətin keçməsinə və həmçinin Tikinti işlərinin gecikdirilməsi ilə bağlı “The Baku Group LTD” MMC-nin ona dəfələrlə verdiyi yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, Tikintini başa çatdırmamış və buna heç lazımi səy də göstərməmişdir. Əksinə, “İdeal-İ İnşaat” MMC-nin yeganə təsisçisi və direktoru kimi onun adından o zaman Müqaviləni imzalamış Məmmədov İsa Əli oğlu başda olmaqla “İdeal-İ İnşaat” MMC-nin hazırkı direktoru Məmmədov Çingiz Əkbər oğlu hələ tikilməmiş mənzilləri vətəndaşlara müxtəlif qiymətlərə satmaqla, əldə olunan gəliri isə Ərazidə Tikintinin aparılmasına yox, öz şəxsi maraqlarına, əyləncələrə, öz adlarına villaların və sair əmlakların alınmasına sərf etmişlər. Bu isə öz növbəsində, Podratçıya inanaraq hələ tikilməmiş mənzillərin dəyərini Müqavilə əsasında qabaqcadan Podratçıya nəğd yolla ödəmiş vətəndaşların haqlı narazılıqlarına səbəb olmuşdur. Görünür, bir Sifarişçi kimi “The Baku Group LTD” MMC-nin və həmçinin, pullarını mənimsəyərək son 11 ildə mütəmadi olaraq aldatdıqları mənzil sahibləri qarşısında götürdükləri müqavilə öhdəliklərinin yerinə yetirilməsi anlayışı Podratçı “İdeal-İ İnşaat” MMC-nin müdriyyətinə, Məmmədov İsa Əli oğlu başda olmaqla, “İdeal-İ İnşaat” MMC-nin hazırkı direktoru Məmmədov Çingiz Əkbər oğluna yaddır və bu müddət ərzində mənzil sahiblərinin çəkdiyi iztirablar onların heç vecinə də deyil.
İsa Məmmədov həbsxanada nəyə görə yatıb?
Bizdə olan məlumata görə Məmmədov İsa Əli oğlu adı çəkilən tikinti ərazisindən satdığı mənzillərə görə əldə etdiyi pulların böyük əksəriyyətini keçmiş tərəfdaşı və şəriyi və hazırda isə törətdiyi cinayət əməllərinə görə həbsxanada yatan Rauf adlı birisi ilə birgə Bakı şəhəri, Dilarə Əliyeva küçəsində (köhnə “Bakı” mehmanxanasının arxasında) yerləşən digər yaşyış binasının tikintisinə xərcləmiş və Məmmədov İsa Əli oğlu həmin binada da eyni qanunpozuntuları törətmiş, bir mənzili dələduzluq yolu ilə bir neçə vətəndaşlara sataraq pullarını mənimsəmişdir. Ona görə də o, bu binanın artıq tikilib qurtarmasına baxmayaraq mənzil sahiblərini hələ də öz mənzillərinə buraxmır ki, törətdiyi cinayət əməllərini bir müddət gizli saxlaya bilsin. Podratçı “İdeal-İ İnşaat” MMC-nin yeganə təsisçisi və direktoru kimi onun adından o zaman Müqaviləni imzalamış Məmmədov İsa Əli oğlu başda olmaqla “İdeal-İ İnşaat” MMC-nin hazırkı direktoru Məmmədov Çingiz Əkbər oğlunun törətdiyi digər cinayət əməlləri aşağıdakılardır: 1.Xocalı prospekti 29 ünvanında yerləşən Tikinti sahəsindəki yaşayış binasının 12 və 13 blokları arasındakı avtomobillərin həyətə girişi üçün nəzərdə tutulmuş yolu – binanın altındakı keçidi (arkanı) buna heç bir qanuni əsas, müvafiq dövlət orqanlarının icazəsi və ya razılığı olmadan bağlamış (tikmiş) və “kommersiya obyekti” kimi sataraq, həmçinin Tikintinin altındakı hələ tikilməmiş qarajları sataraq pullarını isə mənimsəmişlər. Artıq bu barədə əlimizdə mötəbər sübutlar da vardır… 2.Adı çəkilənlər tikintinin təsdiq olunmuş İnşaat Pasportunda nəzərdə tutulmadığına baxmayaraq və bu haqda Ərazinin mükiyyətçisinin belə heç bir yazılı və ya sifahi razılığı belə olmadan Xocalı prospekti 29 ünvanında və S.Vəzirov küçəsi ünvanlarındakı yaşayış komplekslərinin həyətində özləri üçün “kommersiya xarakterli obyektlər” inşa etmişlər. S.Vəzirov küçəsi-17, 17a, 17b və 17c ünvanlarda yerləşən yaşayış binalarında buna heç bir rəsmi razılıq və ya binanın İnşaat Pasportunda bu fakt qeyd olunmamasına baxmayaraq, bu Podratçı cənablar mənzil sahiblərini aldatmış, onlardan əlavə pul alaraq onların mənzil sahələrini qeyri-qanuni olaraq dəhlizin hesabına xeyli miqdarda artırmışlar. 3.Tikinti sahəsindəki yaşayış binalarında, buna onların heç bir hüquqları, səlahiyyətləri və qanuni icazəsi olmadan, özləri üçün əlavə qazanc mənbəyi - “mənzil təsərrüfat idarələri” yaratmışlar və hələ Tikintisi başa çatmamış mənzillərin sahiblərindən - guya kommunal xidmətlər göstərmək bəhanəsi ilə onların mənzillərinin hər bir kv. metrinə görə heç bir hesab-kitab aparılmadan və ya vergi ödəmədən hər ayda 0.4 AZN olmaqla “xidmət haqqı” yığırlar və əldə etdikləri pulları da Tikintinin başa çatdırılmasına və ya vətəndaşlara kommunal xidmətlər göstərilməsinə yox, məhz öz şəxsi mənafeləri üçün xərcləyirlər. 4.Tikinti sahəsindəki yaşayış binasının vətəndaşlara satılmış mənzillərindəki qaz sayğaclarının Podratçı tərəfindən quraşdırılaraq vətəndaşlara pulsuz təhvil verilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Podratçı cənablar mənzil sahibi olan vətəndaşları hədələyərək onlardan hər bir qaz sayğacı üçün əlavə olaraq təqribən 1000 manat pul qoparırlar. 5.Ən nəhayət, yuxarıda qeyd olunduğu və bu Podratçı cənabların özlərinin belə etiraf etdikləri kimi, bu cənablar özlərinin hədsiz tamahkarlığından Tikintidən əldə etdikləri vəsaitləri öz şəxsi varlanmalarına xərclədiyindən, və Tikintinin tam başa çatdırılaraq təhvil verilmə vaxtından artıq 8 ilədək müddətin keçməsinə baxmayaraq, Tikintini əsla başa çatdırmaq niyyətində və ya arzusunda belə deyillər. Bu isə öz növbəsində aldadılaraq pulları mənimsənilmiş vətəndaşların getdidkcə artan narazılıqlarına və son nəticədə isə, bu Podratçı cənabların cinayətkar əməlləri ucbatından həmin vətəndaşlar tərəfindən kütləvi surətdə ictimai asayişin pozulmasına gətirib çixara bilər. Bu problemin həlli isə yalnız bu Podratçı cənabların Tikintidən oğurladıqları pulları gec də olsa Tikintiyə xərcləyərək onu başa catdırmaqla son 11 ildə külli miqdarda qazanc əldə etdikləri yaşayış kompleksini yaşayışa tam hazır və yararlı vəziyyətdə vətəndaşlara təhvil vermələrindədir. Qeyd etmək istəyirik ki, İsa Məmmədov hələ1999-cu və 2002-ci ilərldə törətdiyi qanunpozuntuları və cinayət əməllərinə görə qanunvericiliyə uyğun Cinayət Məcəlləsinin “Saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma” maddəsi ilə məsuliyyətə cəlb olunmuş və bir neçə ay həbsxanada yatmışdır. Bu barədə ətraflı bəhs ediləcək. -Məmmədov İsa Əli oğlu başda olmaqla “İdeal-İ İnşaat” MMC-nin hazırkı direktoru Məmmədov Çingiz Əkbər oğlunun törətdiyi cinayət əməlləri barəsində respublikanın bütün hüquq-mühafizə orqanlarına rəsmi məlumatlar verilmiş və şikayət məktubları göndərilmişdir. -Bəs görəsən İsa Məmmədovu arxayınlaşdıran, indiyədək məsuliyyətdən yayınmasında apxa olan havadar, yüksək çinli məmur kimdir?...
(Davamı var) «Təzadlar»ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
• Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35 |
|
|
|
• “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27 |
|
|
|
• Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25 |
|
|
|
• “Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23 |
|
|
|
• ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17 |
|
|
|
• Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10 |
|
|
|
• Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03 |
|
|
|
• "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59 |
|
|
|
• Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55 |
|
|
|
• Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51 |
|
|
|
• Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45 |
|
|
|
• Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41 |
|
|
|
• "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33 |
|
|
|
• Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
• Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28 |
|
|
|
• İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25 |
|
|
|
• Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05 |
|
|
|
• Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59 |
|
|
|
• MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22 |
|
|
|
• 15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16 |
|
|
|
• Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12 |
|
|
|
|