Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... .....                     Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi .....                     İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? .....                     Ermənistan dörd kəndi də təhvil verəcək .....                     Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? .....                     Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… .....                     "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." .....                     Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” .....                     "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." .....                     "İcranın işçisi məndən on min manat rüşvət istədi" .....                     Sərhəddəki “casus”ların fevral hazırlığı .....                     İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR .....                     Fuad Hacıyevin YEYİNTİ macəraları .....                     Ağır şərtlərlə kredit götürməyə məcbur olan... .....                     Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi .....                     Naxçıvanda vergi xidməti özü problem yaradır .....                     Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? .....                     Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI .....                     Bu ərazilər nəzarətimizə keçə bilər .....                     Trampdan radikal addımlar .....                     “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” .....                     Aqiyə Naxçıvanlıya ağır itki .....                     İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış .....                     Ərzaq məhsulları bahalaşacaq .....                     İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: .....                     Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: .....                     Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... .....                     Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq .....                     Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? .....                     19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? .....                     Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha .....                     "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. .....                     İranda hərbi təyyarə qəzaya uğrayıb .....                     İki düşmən Bakıya görə bir araya gəldi .....                     Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq! .....                     "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar .....                     Rüşvət alan hakimə hökm oxundu .....                     "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" .....                 

Azərbaycan kimin yanında olmalıdır: Avropanın yoxsa, Avrasiya Birliyinin? - Kim bizə nəyi vəd edir?
Tarix: 3-07-2014, 11:09 | Çap et
Azərbaycan kimin yanında olmalıdır: Avropanın yoxsa, Avrasiya Birliyinin?
DİA.AZ: - Son günlər Qərbə aid müxtəlif institutlarla problemlər yaşayan rəsmi Bakının qarşısında Avropa və yaxud da Rusiya seçiminin edilməsi şərti ciddi tələb şəklində qoyulmaqdadır. DİA.AZ bildirir ki, dünənə qədər xarici siyasətində balanslaşdırılmış siyasətə üstünlük verən Azərbaycan dövlətinin ənənəvi pozisiyasından imtinası zərurətə çevrilib. Hətta rəsmi Bakı ilə gözəl münasibətlərdə olan Kreml belə bu gün Azərbaycan rəsmilərindən konkretləşdirilmiş mövqe tələb edirlər. Yəni kimin yanındayıq: Avropanın yanındayıq, yoxsa Rusiyanın yeni Avrasiya Birliyi, Gömrük İttifaqı projelərindəyik.

Təbii ki, rəsmi Bakı yenə də ənənəvi mövqelərinə üstünlük verdiyini nümayiş etdirməyə çalışır və balanslaşdırılmış siyasətindən imtina etmək fikrində olmadığını göstərir. Amma buna baxmayaraq, artıq bir çox sferalarda qəti şəkildə toqquşan Qərb və Rusiya kifayət qədər həlleidici faktora malik olan Azərbaycanın yekun cavabını tələb edirlər. Bu cavabın verilməsi isə təkcə Azərbaycan iqtidarı üçün deyil, Azərbaycan dövləti üçün də yetərincə əhəmiyyətə malikdir.

Nə etməli?

Təbii ki, Azərbaycanın hazırki situasiyada konkret mövqe nümayiş etdirməsi uğurlu hesab oluna bilməz. Doğrudur, bu gün Qərbmeyilli analitiklər, siyasi dairələr rəsmi Bakıdan Rusiyaya «yox» deyib, Avropaya inteqrasiyanı tərənnüm edirlər. Hətta bu günlərdə Gürcüstan, Ukrayna və Moldovanın Avropa Birliyi ilə saziş imzalamasını xatırladaraq, eyni şəkildə rəsmi Bakının da bu inteqrasiya prosesinə qoşulmasını vacib hesab edirlər.

Amma nə üçün? Bizə Avropa Birliyi bu gün yalnız bir qrup siyasi dairənin məhdud hüdudlu maraqlarının təminatından başqa nələrisə verə bilməz. Azərbaycan o ölkə deyil ki, Avropa Birliyi ilə geniş ticari əlaqələrə malik olsun ki, yekunda bu ittifaqa qoşulmadan iqtisadi baxımdan faydalansın. Bizə Avropa Birliyi ən yaxşı halda rahat halda birlik ölkələrində turist kimi gəzməyi asanlaşdıra bilər. Bunun arxasında azad turist səfərlərindən yaxşı nəsə yoxdur. Yox, əgər söhbət Avropanın demokratikləşmə prosesində Azərbaycana təsir edəcəyindən gedirsə, onsuz da illərdir bu proses davam edir. Bunun isə hansısa formada müsbət nəticəsini görməmişik.

Həm də ortada bir «gözüçıxmış qardaş» nümunəsi - Türkiyə nümunəsi var. İllər ərzində Avropa Birliyi Türkiyəni «Avropa sevdası» adı altında otardı. Sonradan isə rəsmi Ankaraya net şəkildə bildirildi ki, müsəlman Türkiyə Avropa Birliyində təmsil oluna bilməz. Avropa Birliyinin maya ideyasını təşkil edən Xristian Tacirlər İttifaqı nəzəriyyəsi də hansısa müsəlman ölkəsinin bu birlikdə təmsilçiliyini istisna edir. Diqqət yetirin, hətta Avropanın rusiyameyilli Serbiyadan dava ilə qopardığı müsəlman Kosovo belə bu gün Avropa Birliyinin sərhədlərindən kənarda tutulur. Bu isə Azərbaycanın istənilən halda bu birliyə buraxılmayacağını, sadəcə gələn dəvətlərlə Azərbaycandan regionda istifadə niyyətini tam çılpaqlığı ilə ortaya qoymaqdadır.

Yəni Azərbaycan istəsə belə, Rusiyadan imtina etsə belə, Azərbaycanı kimsə Avropa Birliyi hüdudlarına almayacaq. Bu bir faktdır. Kimsə iddia edə bilməz ki, «Avropa Birliyinə gedirik» ideyası ilə Türkiyə dövlətinin ənənəvi dövlətçilik sütunlarını darmadağın edən qardaş ölkədən daha çox bizlər Avropa Birliyinə qoşulmağa layiqik… Kimsə bunu iddia edə bilməz. Hətta bu gün Türkiyənin Azərbaycandan fərqli olaraq Avropa ilə birbaşa sərhədləri də mövcuddur. Amma buna rəğmən məlum xristian nəzəriyyəsi səbəbindən rəsmi Ankara rədd cavabını bir-birinin ardından almaqdadır.

Azərbaycanın isə Avropa Birliyinə yaxınlaşma siyasətinə cəlb olunması isə sırf olaraq bu birlik ölkələri üçün vacib olan enerji təhlükəsizliyi məsələsində və həm də regionda Rusiyanın maraqlarının baltalanması istiqamətində ölkəmizdən faydalanma niyyətinə qulluq edir. Yəni bu da o deməkdir ki, Avropa bizi yalnız alət kimi görürük. Onların başqa planlarında yer almamışıq.

Avropa Birliyindən fərqli olaraq Azərbaycana alternativ ideya kimi təqdim olunan Avrasiya Birliyi kifayət qədər cəlbeidicidir. Və Avropa Birliyindən fərqli olaraq Azərbaycan Avrasiya Birliyinə qoşularsa, dividentlər, əlahiddəliklər əldə edə bilər.

Nədir bunlar? İlk növbədə Qarabağ probleminin Azərbaycanın maraqlarına uyğun həllində real irəliləyiş. Bunu hər kəs yaxşı dərk edir. Və bu gün hətta Ermənistan da yaxşı bilir ki, rəsmi Bakının Kremlə bir səmimi müsbət reaksiyası yetərlidir ki, Qarabağın açarları dövlətimizin cibində olsun. Bunu kimsə inkar edə bilməz. Həm də bu məqam inkar edilə bilməz ki, Avropa Birliyi yolunda Azərbaycan işğal olunmuş torpaqlarına bir santimetr də olsun, yaxınlaşa bilməyəcək. Yenə də məlum xristian təəssübkeşliyi…

Təbii ki, Azərbaycanın Avrasiya Birliyinə qoşulacağı və yaxud da meyillənəcəyi təqdirdə əldə edəcəyi müsbətlər tək Qarabağla məhdudlaşmır. Bu, geniş böir mövzudur. Yəni əsas olanı odur ki, Kreml bizi alətə çevirməyi düşünmür, sadəcə olaraq özünün ənənəvi imperialist siyasətindən yaranmış nostalgiyasına söykənərək Azərbaycanı bugünkü dünya şərtlərinə uyğun olaraq şirnikləndirici təkliflərlə yanında saxlamağa çalışır. Əks halda, biz Kremlin qəzəbini belə hiss edə bilərik…

Nə etməli? Təbii ki, son qərar bu gün Azərbaycan dövlətini idarə edənlərindir.

DİA.AZ Analitik Qrupu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09
Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01
Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00
Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58
Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57
"“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48
Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43
"Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39
Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32
Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30
Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26
Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19
Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12
Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03
Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24
Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05
Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02
“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48
Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45
İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05
Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02
İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02
Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00
Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58
Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02
Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52
Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46
Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43
19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24
Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20
"Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19
İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13
İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10
Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01
"Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59
Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56
"Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54
Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47
Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41
"Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39
Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35
Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34
Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31
Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19
Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru