Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                 

Özünüməşğulluq üçün verilən heyvanlar niyə xəstə çıxır? - HƏQİQƏTƏN DƏ...
Tarix: 13-09-2024, 09:39 | Çap et
Özünüməşğulluq üçün verilən heyvanlar niyə xəstə çıxır?
Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən aktivlərdən ən çox şikayətlər heyvandarlıqla bağlıdır. Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, Dövlət Məşğulluq Agentliyinin Bərdə rayon sakini Ağayev İmamqulu Eldar oğluna özünüməşğulluq proqramı çərçivəsində verdiyi 21 baş qoyun xəstə çıxıb.
Qeyd edək ki, dəfələrlə özünüməşğulluq proqramı çərçivəsində verilən heyvanların arıq, xəstə olması, ölməsi barədə görüntülər, məlumatlar yayılıb. Sputnik Azərbaycan özünüməşğulluq proqramına müraciət edən vətəndaşlara heyvandarlıqla bağlı verilən aktivlərin vətəndaşların məşğulluğuna hansı fayda verdiyini araşdırıb.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, narazılıqların bütövlükdə özünüməşğulluq proqramı üzrə bütün aktivləri və zərfləri əhatə etdiyini söyləmək düzgün deyil. Çünki, un məmulatları istehsalı, avtoelektrik xidmətləri, dərzi sexi və sair sahələrlə bağlı vətəndaşlara verilən aktivlər səmərə verir. Hətta elə sahələr var ki, vətəndaşlar özlərinin məşğulluğunu təmin etməklə yanaşı, gələcəkdə kiçik sahibkara çevrilərək işçi götürürlər.
Bununla belə Sahib Məmmədov özünüməşğulluq proqramı çərçivəsində verilmiş bəzi aktivlərlə bağlı təhlilinin aparılmalı olduğunu söyləyib. Bildirib ki, şikayətlər əsasən heyvandarlıq sahəsinə verilmiş aktivlərlə bağlıdır:
"Amma bütün şikayətlər haqlı deyil. Bəzən vətəndaşlar burada da sui-istifadə hallarına yol verirlər. Ona görə də artıq Dövlət Məşğulluq Agentliyi vətəndaşlara özünüməşğulluq üçün verdikləri heyvanların videosunu çəkərək sayta yerləşdirir. Odur ki, bu şikayətlər araşdırılmalıdır. Ölən, xəstə heyvanların bu proqram çərçivəsində verilib-verilmədiyi dəqiqləşdirilməlidir".

O ki qaldı heyvandarlıqla bağlı aktivlərin səmərə verməməsinə, işsiz vətəndaşın məşğulluğunu təmin etməməsinə, Sahib Məmmədov deyir ki, aktivlər hər bir vətəndaşın istəyi əsasında verilir. Əgər vətəndaşın tövləsi varsa, heyvan saxlayırsa, ona əlavə 20 baş heyvan da verilir ki, təsərrüfatını böyütsün, qazanc əldə etsin.
Deputat Fazil Mustafa da bildirib ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən aktivlərdən şikayətlərə çox rast gəlinir, bu, birinci hal deyil:
"Mən bu formada məşğulluğun effektli olacağı düşüncəsində deyiləm. İş yerlərinin açılması daha yaxşı olardı. Biz işsizliyin həlli yollarını tapmalıyıq. Özəl sektora güvənməliyik ki, yeni iş yerləri açsınlar. Özünüməşğulluq proqramına xələl gətirən, dövlət siyasətinə etinasızlıq yaradan məmurlarla bağlı isə ölçü götürülməlidir".

Qeyd edək ki, sosial şəbəkələrdə Bərdə rayon sakini Ağayev İmamqulu Eldar oğluna Agentlik tərəfindən verilən 21 baş qoyunun xəstə olması, artıq bir neçəsinin isə tələf olması ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.
Agentlikdən bildirilib ki, sözügedən şəxs bir ay öncə "Qoyunçuluq təsərrüfatı" zərfi üzrə aktivlər verilərkən heyvanların sayından və keyfiyyətindən narazı olmadığını yazılı şəkildə bildirib:
"Özünüməşğulluq proqramı üzrə mal və materiallar təqdim edilərkən vətəndaşların aktivlərdən məmnun olub-olmaması nəzərə alınır. Bərdə rayon sakini Ağayev İmamqulu avqustun 5-də Qarabağ DOST Mərkəzinə yaxınlaşaraq heyvanlardan birinin öldüyünü bildirib və fotolar təqdim edib. Vətəndaşla maarifləndirici söhbət aparılıb və tələfolma ilə bağlı zəruri sənədləri, ölüm aktı, yarma protokolu, laboratoriya analizinin cavabı və fotoşəkilləri toplamaq tövsiyə olunub".
Avqustun 23-də isə vətəndaş təkrar müraciət edərək Qida Təhlükəsizliyi Agentliyinin baytarının tərtib etdiyi aktı təqdim edib:
"Aktda qeyd olunub ki, heyvanlar 10 gündən çoxdur tələf olub. Buna görə də ölüm səbəbini araşdırmaq üçün yarma və hər hansı analiz götürmək mümkün olmayıb. Eyni zamanda, sənəddə tələf olmuş heyvanın qulağında "birka" olmadığı bildirilir ki, bu səbəbdən onun özünüməşğulluq proqramı üzrə verilmiş aktivlərə aid olmasının müəyyən edilməsi də mümkün deyil. Beləliklə, vətəndaşın təqdim etdiyi sənədlər natamam olduğu üçün ölən heyvanın əvəzinə yenisinin təqdim edilməsi mümkün olmayıb".
Xatırladaq ki, Bərdə rayon sakini Ağayev İmamquluya iyulun 25-də Dövlət Məşğulluq Agentliyi tərəfindən 21 baş qoyun verilib. Onun iddialarına görə, heyvanların bir neçəsi xəstələnərək tələf olub.
Qeyd edək ki, özünəməşğulluğun təşkili Dövlət Məşğulluq Agentliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) "Məşğulluq" altsistemində işsiz və işaxtaran kimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir. Məlumat üçün bildirək ki, proqramın icrasına başlanıldığı 2017-ci ildə 1172, 2018-ci ildə 6326, 2019-cu ildə 9554, 2020-ci ildə 11 917, 2021-ci ildə 16 232, 2022-ci ildə 16 097, 2023-cü ildə 17 362 nəfər özünüməşğulluğa cəlb olunub.
2024-cü ilin altı ayında Azərbaycada 203,1 min şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub. Bu barədə Dövlət Məşğulluq Agentliyindən bilidirilib. Hesabat dövründə 84,4 min nəfərin münasib işlərlə təminatı həyata keçirilib. 1,9 min şəxs isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə təmin olunub. Altı ayda Agentlik tərəfindən 8,5 min nəfər işsiz və işaxtaran şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 108,3 min şəxsə peşəyönümü xidmətlər göstərilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru