Vuçiçi kim qaza gətirmişdi? .....                     Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı .....                     Dünyanın ən güclü orduları: .....                     “Amin Mərdəkanski”nin qətlinə görə .....                     Qadın onu baltalayan ərini bağışladı... .....                     "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında .....                     Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI .....                     MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu .....                     Samir Şərifov daha bir vəzifəsini .....                     Bakı ABŞ üçün niyə önəmlidir? .....                     AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb .....                     Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı .....                     Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu .....                     Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib .....                     Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib .....                     Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi .....                     Bakıda xanım müğənni vəfat edib .....                     Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür .....                     “Nə qədər cəsarətli rollar oynasam da, .....                     Putin və Pezeşkian Rusiya ilə İran arasında .....                     Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq .....                     Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib .....                     Monqolustanda nə baş verir? .....                     Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub .....                     Azərbaycanda 20 min manatlıq şirkət .....                     “Ömrüm boyu sayğılı nazirimə borcluyam” .....                     Həkimlər Lalə Şövkətə qadağa qoydu .....                     Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir .....                     Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır .....                     4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi .....                     Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? .....                     "İran Suriya itkisinin "ağrı-acı"sını .....                     Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir .....                     Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! .....                     Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi .....                     "Bakıya giriş ödənişli olsun" .....                     Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? .....                     "Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" .....                     Nazirlik eyni adama milyonluq tender verdi .....                     Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib .....                 

Lerikin dərdi dağlarından da HÜNDÜRDÜR... - ARAŞDIRMA
Tarix: 6-12-2022, 09:01 | Çap et
Lerikin dərdi dağlarından da HÜNDÜRDÜR...
Əgər nə vaxtsa, haradasa “Saxtakarlıqlar muzeyi” yaradılsa, o “muzeyin” əsas eksponatları sırasında Lerikdəki “nümunələr” də az olmayacaq.

Saxtakırlıqların qısa xülasəsi

1,8 milyonluq boru kəməri “çürümüş” metal kimi sökülüb, “silinib”, satılıb;
Sənədlə 2, faktiki 1 məktəb tikilib;
Ölkə başçısı gələndə yol kənarına 100-dək elektrik dirəyi basdırılıb, o gedən kimi çıxarılıb;
İstinad divarları, darvazalar “kağız” üzərində təmir olunub;
121 kilometr əvəzinə, 88 kilometr yola asfalt döşənib, o da bərbad;
Bələdiyyə torpaqları müxtəlif vətəndaşların adına sənədləşdirilib, sonra sosial evlər tikmək üçün dövlətə baha qiymətə satılıb.
Necə deyərlər, daha nələr, nələr ağlagəlməz saxtakarlıqlar lerikli fəal, partiya funksioneri Mais Hüseynlə söhbətdə.


Qeyd edək ki, bu günlərdə əslən lerikdən olan, “Yeni yol” partiyasının sədr müavini Mais Hüseyn redaksiyamızda olmuş, “cənubxəbər tv” yə müsahibə vermişdir. Onunla söhbətimiz əsasında hazırladığımız yazını sizə təqdim edirik:



1,8 milyonluq su boruları necə söküldü, necə satıldı?

Lerikin son illərdə, (təxminən bir neçə ay öncə) ən böyük “yaralarından” biri 25 il öncə, 1995-1996 cı illərdə Lerik xeyriyyəçilərinin, ziyalılarının, eləcə də bütün əhalinin yaxından dəstəyi ilə bu rayonun Zuvand ərazisində susuzluq problemini aradan qaldırmaq üçün Lerikin mərkəzindən həmin əraziyə çəkilmiş 15-18 km-lik dəmir boruların oğurlanmasıdır.

Xatırladaq ki, 150 – 400 mm ölçülük olan bu boruların 1 metrnin qiyməti (ölçüsündən asılı olaraq) 70 manatdan - 150 manat arasında dəyişir. Həmin su kəməri yerli sakinlərin vəsaiti ilə, minbir əziyyətlə çəkilmişdi. Bu kəmərin bir neçə kilometri lerikli Sosialist Əməyi Qəhrəmanı Xanoğlan Bayramovun təşəbbüsü və dəstəyi ilə icra olunmuşdur.
Su xətti 1995- 1996 ci illərdə çəkilmişdi. Amma su kəməri söküləndə dedilər ki, “Azərsu” ASC sökür. Hansi ki, “Azərsu” ASC bu kəmər çəkiləndən 9 il sonra yaranıb.

Bu məsələ böyük narazılğa səbəb oldu.

Bizə çatan məlumata görə, guya millət vəkili İqbal Məmmədov da bu işin qarşısını almağa maraqlı olub. Bu barədə ortada telefon danışığının səs yazısı var. Belə ki, məsələnin necəliyini deputat İqbal Məmmədov ictimai nəzararət işçiləri ilə telefon danışıqları zamanı izah edir. Həmin telefon danışığı zamanı İqbal Məmmədov bildirib ki, mənə də vaxtilə Relax istirahət mərkəzi üçün boru lazım idi və gedib Yardımlıdan dövlətə aid olan həmin boruları “oğurlayıb” gətirdik. Daha doğrusu, saxta yollarla, ucuz qiymətə həmin boruları əldə etdik.

İqbal Məmmədov bildirir ki, Lerikdən Zuvanda çəkilən su borusu də o qayda ilə, guya istismar müddəti bitmiş, yararsız material kimi metaloma verilmişdir. Əslində həmin ərazidən çıxarılan 18 min metr borunun, hər metri təqribən 100 manatdan yenidən şirkətlərə satılmışdır. İ. Məmmədovun özünün da belə əməlləri çox olduğu üçün dillənməyib.

Həmin boruların “çürümüş” adı ilə 5 kilometr hissəsinin metalloma verilməsi barədə məlumatlar var.

Belə məlumat da var ki, bu 1, 8 milyon manatlıq yeyinti barədə Lerik rayon İcra hakimiyyətinə və Rayon Polis Şöbəsinə də əvvəlcədən məktub göndərilmişdir. Məktubun göndərilməsini İcra Hakimiyətinin sabiq 1-ci müavini və həmin müddətdə İcra başçısı səlahiyyətlərini icra edən C. Baxşıyev və deputat İ.Məmmədovun əlimizdə olan telefon danışıqları da təsdiqləyir.

Borular aparılarkən vətəndaşlar etiraz etməsin deyə, bildiriblər ki, bu borular işğaldan azad olunmuş torpaqlarımıza aparılacaq.

Bu isə 1,8 milyon manat vəsaitin mənimsənilməsi deməkdir.

Daha sonra İqbal Məmmədov qeyd edib ki, mənim bu məsələyə müdaxilə etməyə gücüm çatmır. “Siz əhalini yığın, etiraza qalxın, mən polis rəisi ilə danışacağam”.

Burdan belə nəticəyə gəlmək olar ki, İqbal Məmmədov prosesin necə baş verdiyini bilir, amma deputat kimi səlahiyyəti olsa da, müdaxilə etmir. Guya, “oğurluğun” dayanmasını istəyir, amma özü belə işlərdə gözükölgəli olduğu üçün dillənmir.

Hörmətli İcra başçısı Əkbər Abbasovdan xahiş edirik ki, bu olayı ədalətlə araşdırılmasını təmin etsin.

Unutmayaq ki, Lerik kimi kasıb rayon üçün 1,8 milyon çox böyük məbləğdir.

Yol tikintisində ağlasığmaz fırıldaqlar

Son 30 ildə Lerikdə cəmi 88 kilometrlik yol necə 121 kilometr oldu? Yəni, yolun 33 kilometrlik çəkilməyən hissəsinin vəsaiti necə mənimsənildi?

Bu hələ azmış kimi bu 88 km-lik məsafənin neçə metrində asfalt olduğu da çox şübhəli suallar doğurur. Məsələn, 36 km-lik Lerik-Şingədilan-Xanagəh yolunun yarıdan çox hissəsində asfalt örtüyü yox səviyyəsindədir.

Lerik rayonunda kəndlərarası yolları 2200 km təşkil edir. Ən yaxşı halda bu yolun cəmi 4 faizi, 100 kilometrə qədəri asfaltlanıb.

Lənkərandan Lerik-Lənkəran yolu ilə çəkilən 37 km-lik qaz xəttində xəbərdaredici 37000 metrlik lent niyə çəkilməyib?!

Bu rəqəm sizə adi görünə bilər. Amma bu lentin hər metrini ən azı 1 manatdan hesablasaq, 40 min manata yaxın pul edir.

Prezident gələndə yol kənarına basdırılan, ölkə başçısı gedən kimi də sökülən 100-ə qədər elektrik dirəyinin “möcüzəsi”

Ölkə başçısı Lerikə gələndə yolun Piran kəndindən keçən hissəsində quraşdırılan işiq dirəkləri onun səfərindən sonra sökülüb və hara aparılıb? (Bu dirəklərin sayın təxminən 100 ədəddən artıq idi)

Hətta elektrik lampalarına da göz dikilib -qiyməti 25 dəfə şişirdilib

Lerikdə küçələrin işıqlandırılması üçün istifadə olunan lampaların qiymətlərini isə təxminən 25-30 dəfə şişirdib, sonra hesablayıblar. Bu da təxminən 3-4 manatlıq lampaların 50-70 manatdan hesablanması deməkdir.

Yayılan məlumata görə, 2007-ci ildən Rövşən Bağırov Lerikdən gedənə qədər heç bir dövlət idarəsinə təyinatlar ənamsız olmamışdır, hətta xadimə təyinatı üçün ən azı 1000-1500 manat rüşvət alındığı bildirilir.

Yaponlar tikən məktəbdirsə, bəs Azərbaycan höküməti tikən məktəb hanı? Ya da əksinə...

4-5 il öncə Lerik rayonunun mərkəzində Yapon səfirliyinin dəstəyi ilə 3 saylı yeni məktəb binası tikildİ. Daha sonra bu məqsəd üçün, yəni, həmin 3 saylı məktəbin tikintisi üçün dövlət büdcəsindən külli miqdarda pul ayrılıb və silinir.

Əgər həmin 3 saylı məktəbi Yapon höküməti tikibsə, bəs dövlət hesabına tikilən məktəb hardadır? Qısası, sənəddə 2 məktəb binası var, faktiki bir. Molla Nəsrəddin demişkən, “Ətdirsə , pişik hanı, pişikdirsə ət hanı?”

Həm də maraqlıdır ki, qısa müddət ərzində bu 3 saylı məktəbin təzə binası 2 dəfə əsaslı təmir olunub.

İstinad divarlarının “əfsanəsi”

Rayon ərazisində tikilən, uzunluğu 20 km-dən çox olan istinad divarlarının təqribən bir metr kvadratının faktiki qiyməti 80-100 manata başa gəldiyi halda, 10 qat artığına, 850 - 950 manata sənədləşdirilib.

Rayon mərkəzində yol kənarı evlərin darvazaları 2 il müddətində 2 dəfə niyə dəyişdirilib? Bu darvazaların sayı 200-dən artıqdır.

Bizə bir neçə mənbədən verilən məlumata görə, bu tikinti materilallar sabiq 1-ci müavin Cəlil Baxşıyevin “9 qardaş" adlanan istirahət mərkəzinin tikintisinə yönəldilib, müəyyən hissəsi isə onların qohumlarına satılıb.

Saxtakarlıqlar bələdiyyə torpaqlarından da yan keçməyib

Bələdiyyə torpağı ucuz qiymətə vətəndaşa, sonra isə guya baha qiymətə vətəndaşdan alınıb və bir neçə dəfə bahasına dövlətə satılır. Orta da 100 min manatlarla pul mənimsənilir.

Zuvand yolunun təmiri üçün nəzərdə tutulan qum - çınqıl almaq məqsədi ilə bələdiyyənin hesabına 300 min manat ayrılır, sonra da dərhal silinir.

(əslində bələdiyyənin sərəncamında hər-hansı qum-çınqıl zavodu yoxdur ki, bu işləri icra etsin)

Yer alıb ev tikir, sonra 5 qatına dövlətə satır

Cəlil Baxşiyevin məqsədli şəkildə özü üçün tikdirdiyi evlər sonradan şəhid ailələrinə və imkansız ailələrə verilməsi adı ilə ucuz alıb dövlətə bir neçə dəfə bahasına satılıb.

Lerikdəki məşhur 3-lük-millət vəkili İqbal Məmmədov, sabiq icra başçısı Rövşən Bağırov, sabiq 1-ci müavin Cəlil Baxşıyev Zuvand ərazisində ayrı- ayrı adamların adına 10 hektarlarla torpaq sənədləşdirib, sonra dədə-baba malı kimi əkib-becərtdirib, subsidiyalar alıb, ya da satıblar.

Xatırladaq ki, Miri Qənbərovun Lerikin deputatı olduğu vaxtda rayona çox cuzi miqdarda vəsait ayrılsa da, o pulun çox hissəsi Lerikə xərclənirdi. Amma İqbal Məmmədovun millət vəkili olduğu son 15 ildə rayona daha böyük vəsaitlər ayrılsa da, görülən işlər hiss olunmur.

Son əvəzi

Son parlament seçkisinə qədər qeyd etdiyimiz 3-lüklə mübarizə aparan bir neçə lerikli sonda ya məhkəmlərdə uduzdurulmuş, ya da 3-lük tərəfindən müxtəlif formada şərlənmişdir. Buna görə də Lerikdə çoxları bu 3-lüyün qorxusundan “lal olmağa” üstünlük vermişdir.

Qeyd etmək istəyirik ki, son parlament seçkilərində 2 dəfə deputatlığa namizəd olmuş Ramil Hüseynov və Təyyar Yəhyayev bu 3-lüyün çirkin və saxta əməllərini ifşa etmiş, ictimailəşdirərək diqqət mərkəzinə gətirmişdir. Lerik təkcə uca dağları və füsünkar təbiəti ilə deyil, bu yurdun bəzi dərdləri o dağlardan da “hündürdür”.

Əgər nə vaxtsa, haradasa “Saxtakarlıqlar muzeyi” yaradılsa, o “muzeyin” əsas eksponatları Leriklərdəki nümunələr olacaq.

Söhbətin sonunda Mais müəllim xatırlatdı ki, əvvəllər leriklilər təkcə bu saxtakarlıqların dərdin çəkmidi, həm də saxtakarlıqlara heç yerdən əlac olmamasının dərdini çəkirdilər. 4 ay öncə Əkbər Abbasovun Lerik rayonuna icra hakimiyyətinin başçısı təyin olunandan sonra, onun böyük əzmkarlıqla belə saxtakarlıqlara, eləcə də belə saxtakarlıqların “memarlarına” qarşı mübarizəsindən sonra leriklilərin sabaha da, həyata da, dövlətə də inamı daha da artıb.

Yeri gəlmişkən onu da deyim ki, rayonda İmanovlar tayfasının yaxın vaxtlarda Lerikdə söz sahibi olacağı barədə yayılan məlumatlar həqiqəti tam əks etdirmir və onlar haqqında fikirlər birmənalı deyil.



Hazırladı: Zahir Əməniv. Cenub.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vuçiçi kim qaza gətirmişdi? – Səbəblər aydın olur
Bu gün, 18:11
Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı - Klinika isə susur...
Bu gün, 18:09
Dünyanın ən güclü orduları: - Neçənci yerdəyik?
Bu gün, 18:05
“Amin Mərdəkanski”nin qətlinə görə daha bir nəfər TUTULUB
Bu gün, 17:57
Qadın onu baltalayan ərini bağışladı...
Bu gün, 17:52
"AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 17:46
Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI - Qusarda DƏHŞƏT
Bu gün, 17:41
MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu - İTTİHAM VAR...
Bu gün, 17:33
Samir Şərifov daha bir vəzifəsini İTİRƏCƏK
Bu gün, 17:26
Bakı ABŞ üçün niyə önəmlidir? – “Həmin il hərbi əməliyyatlar zamanı Azərbaycan…”
Bu gün, 17:14
AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb - FOTO
Bu gün, 17:12
Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib
Bu gün, 17:07
Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu – 516 milyonluq depozit hara gedib?
Bu gün, 17:02
Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib - TASS
Bu gün, 16:59
Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib
Bu gün, 16:48
Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 16:48
Bakıda xanım müğənni vəfat edib - FOTO
Bu gün, 16:32
Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür - Sergey Markov
Bu gün, 16:23
“Nə qədər cəsarətli rollar oynasam da, həyat yoldaşım ilk gündən tapşırıb kı...”
Bu gün, 16:22
Putin və Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq
Bu gün, 16:14
Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq - SİYAHI
Bu gün, 16:12
Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib -Kamal Məmişovla KİMSƏ BACARMIR?
Bu gün, 16:09
Monqolustanda nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 16:01
Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub - SİYAHI
Bu gün, 15:57
Azərbaycanda 20 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 15:46
“Ömrüm boyu sayğılı nazirimə borcluyam” - Qazi Məğrur Bədəlsoy Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ
Bu gün, 15:43
Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Bu gün, 15:39
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Bu gün, 15:37
Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Bu gün, 15:30
4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Bu gün, 15:26
Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Bu gün, 15:24
"İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Bu gün, 15:22
Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Bu gün, 15:16
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Bu gün, 15:14
Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Bu gün, 15:06
"Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Bu gün, 15:05
Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Bu gün, 15:03
"Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Bu gün, 15:02
Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Bu gün, 15:00
Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Bu gün, 14:00
Ermənistan Minsk qrupundan imtina edir, ya yox? – Baş nazir aparatından ziddiyətli açıqlamalar
Bu gün, 13:42
“Elə zəhrimar sifət göstərirəm ki, camaat mənimlə tanış olmağa qorxur”
Bu gün, 13:37
Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... - "Aylarla çöllərdə qala bilmirəm..."
Bu gün, 13:31
Burun əməliyyatından sonra vəfat edən qızın atası: - "Həkim günahkardı, təkid edib..."
Bu gün, 13:22
Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib - Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Bu gün, 13:20
“Qarabağ” Juninyonun yerinə onu alır?
Bu gün, 13:15
3 evi olduğunu deyən AYSUN: - “Buna görə kirayədə qalırıq”
Bu gün, 13:12
Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
Bu gün, 13:06
Başqasının maşınına girib, özünü yandırdı - YENİ DETALLAR AÇIQLANDI
Bu gün, 13:04
“Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” - Rusiyalı politoloq
Bu gün, 12:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru