Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                 

“Korrupsiyadan şikayət etdim, rəis dedi ki, bəs direktor nə ilə dolansın?” - Ağcabədidə tam XAOSDUR!
Tarix: 7-10-2022, 08:55 | Çap et
“Korrupsiyadan şikayət etdim, rəis dedi ki, bəs direktor nə ilə dolansın?”
Ağcabədi rayonu Hindarx qəsəbə Uşaq Musiqi Məktəbinin direktor müavini, tar müəllimi Zöhrab Hüseynov haqsızlıqla üzləşdiyini deyir.

Bu barədə müəllim Meydan TV-yə danışıb.

Onun sözlərinə görə, on ildir ki, məktəbdə iyirmi dörd saat olmaqla dərs deyib.

Bir neçə ay öncə isə məktəbin direktoru İlkin Ağalarov onun dərs saatlarını yarıbayarı azaldıb:

“Direktor mənə bildirdi ki, bundan sonra dərs saatlarım 24 deyil, 7-8 olacaq. Səbəbini soruşanda dedi ki, bu, Regional Mədəniyyət İdarəsinin rəisi Qalıb Həsənovun tapşırığıdır. Üzərindən bir müddət keçəndən sonra, avqustun 30-da keçirilən iclas zamanı öyrəndim ki, sən demə, direktor bəzi müəllimlərə 32, hətta 36 dərs saatı yazaraq, pulları özü götürürmüş”.

Direktor müavini deyir ki, məsələ ilə əlaqədar Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovla görüşüb:

“Ona bildirdim ki, ortada belə bir korrupsiya faktı var. Qalib Həsənov da direktoru müdafiə etdi ki, bəs nə ilə dolanmalıdır? Rəisin bu açıqlamasından sonra məəttəl qaldım. Düşündüm ki, Qalib Həsənov direktorla əlbir olduğu üçün onu müdafiə edir”.

Şikayətçi Prezident Adminstrasiyasına, Korrupsiya qarşı Mübarizə İdarəsinə, Mədəniyyət Nazirliyinə, Maliyyə Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Ağcabədi Rayon Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon şöbəsinə məktub yazsa da, müraciətinə baxılmadığını deyir:

“Korrupsiya qarşı Mübarizə İdarəsindən cavab gəlib ki, şikayətim Mədəniyyət Nazirliyinə göndərilir. Məsələni niyə özünüz araşdırmırsınız? Mədəniyyət Nazirliyi də şikayəti Regional İdarəyə göndərəcək. Bununla olayın üstünü ört-basdır etmək istəyirlər”.

Zöhrab Hüseynov iddia edir ki, məktəb direktoru ona hədə-qorxu gəlir:

“Zəng edib, ailəmi təhdid etdi ki, sən öl, gör, sizin başınıza nə oyun açacağam. Əfsuslar olsun ki, mən bu qədər yerə müraciət edəndən sonra ortada heç bir nəticə yoxdur. Ciddi araşdırma aparılmır, həmin şəxslər cəzalandırılmır”.

Musiqi məktəbinin direktoru İlkin Ağalarov məsələyə ancaq rəsmi müraciətdən sonra cavab verəcəyini desə də, Meydan TV-nin sorğusunu cavablandırmayıb.

Ağcabədi Regional Mədəniyyət İdarəsi də Meydan TV-nin sorğusuna cavab verməyib.

Mədəniyyət Nazirliyinin Daxili nəzarət və audit şöbəsindən Meydan TV-yə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Araşdırmanın nəticəsi bəlli olduqdan sonra ictimaiyyətə məlumat verilə bilər”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov Meydan TV-yə açıqlamasında bu kimi hallarla rastlaşmadığını və buna çox təəccübləndiyini deyib:

“Elm və Təhsil Nazirliyinə, həmçinin İctimai Şuraya belə halların baş verməsi ilə bağlı heç vaxt şikayət daxil olmayıb. Hər zaman vətəndaşlara – müəllimlərə, şagirdlərə- təhsilin bütün subyektlərinə müraciət edirik ki, qanunsuz tələblər, pul yığma halları, yaxud da direktorların özbaşınalığı ilə bağlı hər hansı bir faktlar olduğu təqdirdə, bizə dərhal müraciət etsinlər. Bu kimi hallar olduğu təqdirdə, yalnız rəsmi müraciət olduqda, bunu araşdırmaq mümkündür”.

Şura üzvü həmçinin deyib ki, müəllimlərə əlavə dərs saatlarının verilməsi, istisna hallarda, vakansiya vasitəsilə edilə bilər:

“Ümumiyyətlə, müəllimin maksimum neçə saat dərs deməsi, minimum saatın nə qədər olması ilə bağlı normalar var. Bütövlükdə bunlar konkret normalar çərçivəsində tənzimlənir”.

2021-ci ilin dekabrında mədəniyyət naziri Anar Kərimov demişdi ki, musiqi məktəblərində qeyri-şəffaf prosedurlar mövcuddur. Nazir musiqi müəllimlərinin işə qəbulu prosesinin Dövlət İmtahan Mərkəzinin (DİM) səlahiyyətinə verilməsi təklifini irəli sürmüşdü:

“Bu istiqmatədə yeni bir yol xəritəsi cızmaq istəyirik. Müəllimlərin işə qəbulu ilə bağlı müəyyən meyarlar, metodologiya tətbiq edilsin. İstəyirik ki, bu prosesə ixtisaslaşmış qurumları, həmçinin Dövlət İmtahan Mərkəzini cəlb edək. Mədəniyyət Nazirliyi isə prosesdən kənarda dayansın”.

Məsələni şərh edən təhsil eksperti Nabatəli Qulamoğlu Meydan TV-yə deyir ki, müəllimlərə dərs bölgüsü onların işə qəbul imtahanında topladığı ballara nisbətən verilməlidir:

“Məntiqi izahı budur ki, savadlı müəllim daha çox dərs deməlidir. Bu, əmr şəklində deyil, nazirin tövsiyəsidir. Dəfələrlə vurğulamışam ki, direktorlar nazirə formal tabedirlət. Məktəb direktorları icra başçıları ilə hesablaşırlar. Məktəblərdən yığılan pulların əsas hissəsi direktorlar tərəfindən icra başçılarına verilir. Çünki təhsil şöbələrinin müdirlərinin namizədliyini rayonun icra başçısı verir. Məhz buna görə də direktorlar özbaşınalıq edirlər”.

Ekspert hazırda Azərbaycanda dövlət sektorunun 80-ci illərdəki kimi fəaliyyət göstərdiyini deyir:

“Yəni o vaxt dövlət kolxoz və sovxozlara pullar tökürdü ki, vəziyyəti dirçəldib, qaydaya salsınlar. Pulları isə anbardar, kolxoz sədri, briqadir yeyirdi. Bu dəqiqə dövlət sektoru, yəni bizim məktəblər həmin vəziyyətdədir. Özbaşınalıqdır, əsas səbəbi də yeyintidir. Aşkarlıq yoxdur, şikayət edirsən, baxan yoxdur. Bütün sahələrdə vəziyyət acınacaqlıdır. Məktəbin direktoru özündən yuxarı orqana – birinci növbədə icra başçısına pul çatdırır. O, arxayındır, çünki arxası var. Məktəb direktoru vəzifəsinə elə adamları seçirlər ki, onlar hər oyundan keçsinlər, hər şeyi bacarsınlar. Yaxşı rüşvət toplaya bilsinlər, onu çatdıra bilsinlər. Müəllimlərin üzərində yumruğu olsun”.
//Meydan TV//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru