Maliyyə Nazirliyində gizli oliqarx... - Xaqani Rzayevin şok tenderləri, oğlanlarının Avropa biznesi və...
Tarix: 24-04-2021, 09:55 | Çap et
 Azərbaycan məmurları içərisində sirli boğçalar, gizli sandıqlar kimi elə qapalı oliqarxlar kök salıb ki, onlar uzun illər sərvətlərini, ailələrinin biznesini, dövlətdən çırpışdırdığı milyonları diqqətdən yayındıra biliblər.
Özlərini gözə soxmadan, fəaliyyətləri xüsusi nəzərə çarpmadan, mətbuatın gündəminə gəlmədən xımır-xımır büdcəni talayanlar, uşaqlarına xaricdə malikanələr, şirkətlər açanlar indi bir-bir ifşa olunmağa başlayıblar. Rublika.Az-ın verdiyi xəbərə görə, onlardan biri gizli oliqarx, işlədiyi yerlərdə rəhbər şəxslərlə heç vaxt yola getməyən sirli Xaqani Rzayev personajıdır. Bu haqda ayrıca... 2019-cu ildə Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi təyin olunmuş Xaqani Rzayev bu iki il ərzində elə varlanıb ki, bəlkə nazir Samir Şərifov bu cür sürətlə oliqarxlaşmayıb. X.Rzayev Xidmət rəisi olduğu vaxtdan sonra üzə çıxan faktlardan biri onun oğlu İslam Rzayevin Londonda şirkət açmasıdır. Düzdür, məmur balası şirkəti 2012-ci ilin oktyabrından təsis edib - Unison LTD... Amma simvolik kapitalla yaradılan firma cəmi iki işçisi ilə qısa müddətdə böyük gəlirlərə sahiblənib. Müəmmalıdır, axı necə olub? Bildirilir ki, X.Rzayevin oğlu əvvəlcə öz şirkətinə 4 illik 92 min funt sterlinq borc verib. Çox çəkməyib ki, onun vəsaiti 652 min funt, yəni 1, 5 milyon manat olub. Londonda tez-tez yer dəyişən, ayrı-ayrı ofislərə köçən məmur oğlu nəhayət, şirkət üçün 760 min manata dörd otaqlı mənzil alıb. Görəsən İ.Rzayevin gənc yaşında Böyük Britaniyada biznesdə uğur qazanmasının səbəbi nədir? Onun hansı fitri istedadı və fərasəti olub ki, həmyaşıdları gecə-gündüz, qan-tər içində oxuyarkən, iş axtararkən məmur balası Avropanın göbəyində şirkət qurur, milyonlar qazanırmış? Bu da ayrı məsələdir ki, nədənsə məmur uşaqları biznesdə uğur qazanırla. O mənada Xaqani Rzayevin oğlu da seçilib. Onun digər oğlu Cəbrayıl Rzayev isə dövlət proqramı ilə xaricdə təhsil alıb, İsveçənin Cenevrə şəhərində yaşayır. Nə kəramətdirsə, dövlətin xaricdə təhsil proqramından da ən çox elə varlıların, vəzifəlilərin uşaqları yararlanırlar. Xaqani Rzayev isə bu məsələdə də bacarıqlı olub, oğlunu bu siyahıya saldırıb, dövlətin hesabında Avropada oxudub. Başqa bir maraqlı fakt ondan ibarətdir ki, Rzayevlər ailəsi Bakının Yasamal rayonu, Mikayıl Müşviq küçəsi 15/17 ünvanında qeydiyyatda göstərilir. Həmin ünvanda isə “Məcid - M” MMC fəaliyyət göstərir. Buradan iki nəticə çıxarmaq mümkündür: ya şirkət X.Rzayevə yaxın birinə məxsusdur, ya da Xidmət rəisi həmin ünvandakı əmlakı MMC-yə kirayə verib, bundan da pul çıxarır. Rublika.Az-ın əldə etdiyi məlumata görə, Xidmət rəisi bütün bu işlərini, əmlaklarını, oğlunun adına olan firmanı uzun illər gizlədib, hətta maliyyə naziri Samir Şərifov belə xəbər tutmayıb. Məlumatlara görə, ümumiyyətlə, S.Şərifovla X.Rzayevin əlaqələri yaxşı deyil. Amma o, Xidmət rəisi postunda qalmağa hansısa yolla müvəffəq olub. Onun varlanmasında xüsusən tender əməliyyatları ciddi rol oynayır. Elə oğlanlarının Avropa “uğurları” da əldə edilən pullar hesabınadır. Hətta mediada X.Rzayevin adı “tender əjdahası” kimi keçir və büdcədən maliyyələşən bütün təşkilatlarda təftiş aparmaq səlahiyyətlərinin olması da ona ayrıca üstünlük qazandırır. İddialara görə, X.Rzayevin Xidmətində çalışan əməkdaşlar büdcə təşkilatlarında maliyyə yoxlamaları zamanı hər hansı yeyinti, nöqsan aşkarlayanda bunu yoluna qoymağın “üsul”larını bilirlər. Məlumatda deyilir ki, X.Rzayevlə dil tapmağa çalışan idarə rəhbərləri onu “razı” salır və büdcə pullarının israf olunmasını, mənimsənilməsini ört-basdır edirlər. O da bildirilir ki, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı keçirilən tenderlərdə məhz X.Rzayevin “yetirmələri” olan bir neçə daimi qaliblər var. Həmin onlar müxtəlif adlarla çoxlu sayda şirkətlər yaradaraq müxtəlif qurumların tenderlərində iştirak edib “qalib” olurlar. Çox maraqlıdır ki, X.Rzayevin barəsində vikipedik məlumatlar belə yoxdur və onun bioqrafiyası, əvvəllər hansı vəzifələrdə işlədiyi haqda informasiya verilmir. Gələn xəbərlərə görə, o, hazırda Sumqayıtın icra başçısı olan Zakir Fərəcovla çalışıb, lakin korrupsiya əməllərinə yol verib, bu səbəbdən işindən kənarlaşdırılıb. Yəni belə bir dosyesi olan məmur indi nazirlikdə Xidmət rəisi vəzifəsini tutmaqla oğlanlarına gün ağlayıb, Avropada güzəran qurub, özü də tenderlərdən “qaz vurub, qazan doldurur”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31 |
|
|
|
• “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21 |
|
|
|
• Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19 |
|
|
|
• Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08 |
|
|
|
• TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57 |
|
|
|
• Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55 |
|
|
|
• Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47 |
|
|
|
• “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42 |
|
|
|
• "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41 |
|
|
|
• "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39 |
|
|
|
• “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33 |
|
|
|
• “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26 |
|
|
|
• Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23 |
|
|
|
• “Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24 |
|
|
|
• Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22 |
|
|
|
• DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21 |
|
|
|
• "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19 |
|
|
|
• Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17 |
|
|
|
• Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15 |
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
|