Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik .....                     "Məni hörmətdən salmaq istəyirlər" .....                     Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: .....                     Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib .....                     “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” .....                     Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                     "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                     PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                 

ABUTALIBOVUN DA “QAPISI DÖYÜLÜR”? – Danışması və xidmətlərini xatırlatması təsadüfidirmi?
Tarix: 1-04-2021, 09:42 | Çap et
ABUTALIBOVUN DA “QAPISI DÖYÜLÜR”?
Xüsusi təqdimata ehtiyacı olmayan Hacıbala Abutalıbovun mətbuata son müsahibəsi bəzi maraqlı məqamlarıyla seçilməklə yanaşı, müəyyən suallar da yaratdı. Bu sualların ən əsasları Abutalıbovun niyə məhz indi “üzə çıxması”, növbəti dəfə Heydər Əliyevə sədaqəti, xidmətləri, ailəsindəki vəziyyət və nəhayət, övladlarının işilə bağlı danışmasıdır.

Abutalıbov müsahibəsində övladlarının biznesinə toxunur və “ataları mənəm deyə, özlərinə iş qurmamalıdırlar, öz ailələrini dolandırmamalıdırlar? Hamı hansısa işilə, əməyilə ailəsinə çörək qazanır, mənim övladlarım da o insanlardan biridir” deyir.

Əvvala, Azərbaycanda nədənsə məhz iri məmur övladlarının uğurlu iş adamı olması adi hal alıb və bu şəxslərin ilkin kapitalı haradan alması, qısa müddətdə necə milyonçuya çevrilməsi barədə onlara sual verən olmur.

Ancaq indi əsas məsələ bu yox, Abutalıbovun öz övladlarının imkanlarını mümkün qədər kiçik göstərməsi, onların fəaliyyətini, biznesini sadəcə, “çörək qazanmaq” kimi təqdim etməsi, özününsə dəbdəbədən, var-dövlətdən, az qala dünya malından uzaq, ruhani şəxslərə aid həyat yaşaması görüntüsü yaratmasıdır. Lakin hər kəs gözəl başa düşür ki, bu “çörəyin” “mayası” Abutalıbov tərəfindən 5 il Suraxanı rayonunun icra başçısı, 18 ilə yaxın isə Bakının meri olduğu vaxtlarda məlum vasitələrlə yoğrulub.

Hamı bilir ki, məhz onun rəhbərliyi dövründə Suraxanı rayonu, sonradan isə bütün Bakı ərazisində torpaqlar qarış-qarış satılmağa başladı, tikintiyə razılıq sənədləri başda olmaqla, istənilən sənəd və arayışların verilməsi, tenderlər, dövlət satınalmaları və s. əsl pulkəsən maşına çevrildi. Nəticədə, BŞİH, böyük bir torpaq alqı-satqısı kontoru, “makler köşkü”, “korrupsiya yuvası”na döndü.

Və bütün bunlardan sonra hələ Hacıbala Abutalıbov müsahibəsində jurnalistin “niyə gözə görünmürdünüz” mənasını verən sualına cavabında deyir: “İstədim ki, bir az tək qalım. Özüm özümü başa düşüm ki, mən kiməm.”

Doğrusu, Abutalıbov bu sualı özünə yox, hansısa sənədi almaq üçün aylarla, illərlə BŞİH-in və ona tabe olan digər qurumların qapılarında qalan, bu qurumun qanunsuzluqları, özbaşınalıqlarıyla üzləşən, rüşvət verməsə heç bir işi ötüşməyən və digər haqsızlıqlarla qarşılaşan, rüşvət qarşılığında Bakının qarış-qarış satılmasına, şəhərin nizamsız, səliqəsiz, qanunsuz tikililərlə doldurulmasına baxıb içi yanan vətəndaşa, sahibkara versə, daha yaxşı olar. Onlar Abutalıbova onun kim olduğunu başa salar, daha yaxşı izah edərlər...

Müsahibədəki əsas məqsədə gəlincə, adətən, belə müsahibələr təsadüfən verilmir və mütləq nəyəsə hesablanır. Buna qədər Abutalıbov xeyli müddət idi ki, mətbuatdan uzaq dururdu. Onu da qeyd edək ki, son qurultayda YAP-ın İdarə Heyətindən çıxarılanlar arasında Hacıbala Abutalıbov da var. Özü də onun adı İdarə Heyətindən çıxarılmaqla yanaşı, heç yeni yaradılan Veteranlar Şurasına da salınmadı. Bu, hakimiyyətdə ona olan münasibətin təzahürü sayıla bilər.

Digər yandan Səlim Müslümovun həbsi, Ramiz Mehdiyev, Ziya Məmmədov və digərləri daxil olmaqla, sabiq iri məmurların “silkələnməsinə” dair yayılan məlumatlar Abutalıbovu da narahat etməmiş deyil. Onun da qapısının döyüləcəyini və ya artıq döyüldüyünü istisna etmək olmaz. Bu baxımdan sabiq merin olduqca ehtiyatlı, sentimental, hakimiyyətə və Heydər Əliyevə sədaqətinin, eləcə də onun Abutalıbov barədə vaxtilə dediklərinin xüsusi qabardıldığı müsahibəni təsadüfi saymaq olmur. Çünki necə deyərlər, arif adam sabiq merin müsahibədə hakimiyyətə hansı mesajlar verdiyini dərhal görür...

Ümumiyyətlə, əgər diqqətlə baxsaq, Ramiz Mehdiyev başda olmaqla, “sabiqlər” hər imkanda hakimiyyətə sədaqətlərindən və xidmətlərindən bəhs edirlər. Ancaq nədənsə xalqdan, dövlətdən oğurladıqlarından və özlərinə, övladlarına qurduqları biznesdən, səltənətdən danışmağı sevmirlər. Çünki bu var-dövlətin qismən də olsa onların əlindən alınması ehtimalı var.

Elə Abutalıbov da bu təhlükəni yaşayanlar sırasındadır. Odur ki, tez-tez kövrələrək verdiyi həmin müsahibəni sadəcə qocalıq, sentimentallıq, həyatın faniliyini dərk etmə və sairdən çox “özünüqoruma instinktinin” təzahürü saymaq daha doğru olar.
“AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22
"Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18
Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15
Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12
“Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru