“Sosial yardım versəydilər, kommunal xərcləri ödəyərdik” - GİLEY
Tarix: 21-11-2019, 09:14 | Çap et
Bərdənin Əmirli kəndində Elyasovları buranın ən imkansız ailəsi kimi tanıyırlar. DİA.AZ bildirir ki, Elgün Elyasovun həm özü, həm də böyük qızı xəstəlikdən əziyyət çəkir… Elgün inkişafdan qalıb, yeniyetməliyinin bir dönəmindən sonra boyu artmayıb. Üstəlik, ayağının biri digərindən uzundur. Deyir ki, ailə həyatı qurandan sonra dərdi bir az da artıb. 7 yaşlı qızı Həcər autizmdən əziyyət çəkir:
“Danışmır, eşitmir. Hələ indi hardansa tuta-tuta bir az addım atmağa çalışır. Aclıq hissini də itirib. Biz yemək verməsək, acından ölər. Ac olub-olmadığını biz müəyyənləşdiririk”, – Elgün danışır.
Ata uşağı dəfələrlə Bakıya müalicəyə apardıqlarını deyir. Əmisi Əbdülsalam Məmmədov söhbətə qoşulur. Dərmanların çox baha olmasından danışır:
“Birinci dəfə Bakıya gedəndə heç xərcimiz çıxmadı. Heydər Əliyev Fonduna məktub yazmışdıq, köməyimizə gəldi. Uşaq Nevroloji Xəstəxanasında 10 gün müalicə aldı. Amma yazılan reseptlərə uyğun dərmanları özümüz alırıq. İstər-istəməz hər səfərdə xərçimiz çıxır”.
Elgün deyir ki, axırıncı dəfə əmisi dərmanlara 98 manat verməli olub. O, kömək etməsə, Həcəri heç müalicə elətdirə bilmirlər: “Mən özüm də müalicə olunmalıyam. İmkansızlıqdan heç bu haqda danışmıram”.
Elgünün anası Həcər Elyasova çox pis dolandıqlarını bildirir. Çünki uşağa ikinci qrup əlil olduğuna görə verilən 130 manatdan başqa evə pul gəlmir:
“Bu pulla dörd adam dolana bilməz. İnanın, onu elə uşaqların pampersinə, yeməyinə xərcləyirik. Nə vaxt ət yediyimiz yadıma gəlmir. Qaz pulunu verə bilmirik, kəsirlər. Çarəmiz kəsilir, odun tapıb yandırırıq. Sosial yardım versəydilər, heç olmasa, kommunal xərcləri ödəyərdik”.
Əbdülsalam Məmmədov deyir ki, heç düz-əməlli işıq, su da olmur. Suyu camaat motorlarla yerin təkindən əldə edir. Bir az külək əsən kimi işıqlar sönür. Həm işıqsız qalırlar, həm də susuz: “Keçən il su olmayanda camaat Bərdədən su daşıyıb gətirirdi. Bayaqdan işıq da yox idi, sizdən bir az əvvəl yanıb”.
Həcər Elyasova pensiyaya çıxacağı günü səbirsizliklə gözləyir. Qadın bunun ailəyə az da olsa, köməyi dəyəcəyini düşünür. Deyir ki, həyat yoldaşını itirməsi vəziyyətlərini lap ağırlaşdırıb: “Sirkdə işləyirdi. Lap bu gündə yaşamırdıq. Mən neçə dəfə əməliyyat olunmuşam. Kənd camaatı üç-beş manat yardım eləməsəydi, öləcəkdim. Evimiz başımıza uçur. Zəlzələ vaxtı zədələnmişdi. Erməni mərmiləri də çox zərər vurdu”.
Elgün deyir ki, çox iş axtarıb, tapa bilməyib. Əmisi isə vurğulayır ki, buralarda iş axtarmağın mənası yoxdur: “Gedib onun-bunun mal-qarasına baxır. Başqa heç bir iş yoxdu. Kənddə nə iş olacaq ki?! Lap kənddə nə əksən də, pula getmir. Yonca əkirik, heç sata da bilmirik”.
Səhhəti Elgünə işləməyə imkan vermir. Amma deyir ki, iş axtarmağa davam etmək fikrindədir. Həcər xanım yenə kənd camaatından razılıq eləyir: “Bəzən Elgünü görəndə cibinə 5-10 manat pul qoyurlar…”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|