Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                 

Fuad Muradov kimi zəif diaspora rəhbəri olanda.... - Xaricdəki soydaşlarımız da bir-birilərinə qənim kəsiləcək...
Tarix: 18-09-2019, 09:34 | Çap et
Fuad Muradov kimi zəif diaspora rəhbəri olanda....
Rusiyadakı Facebook dostlarımızın ünvanımıza göndərdikləri "Ocaq" adlı bu media vasitəsi, guya, Federasiyanın Samara vilayətində məskunlaşan soydaşlarımızın eyniadlı qəzetlərinin internet versiyasıdır. Qonşu dövlətin bu böyük regionundakı həmvətənlərimizin qəzetlərinin olması, öncə, bizim sevincimizin səbəbi oldu. Lakin yazılara göz gəzdirməklə, bu xoş əhval-ruhiyyənin üstündən eninə-uzununa qara xətlər çəkdik! Ona görə ki, həmin yazılarda milli maraqlarımızdan, həqiqətdən, reallıqdan, düzlükdən, təmizlikdən və obyektivlikdən uzaq, yalana, şərə, böhtana, təhqirə, söyüşə... qədər hər şeylə rastlaşdıq! Sanki həmin yazıların üstündə "qələm qıranlar" insanlığa lənət yağdırmağı, tənə etməyi, çirkin və təhqiramiz ifadələr işlətməyi həyatlarının başlıca mənasına çevirən şeytan xislətli digər millətin nümayəndələridir. Dəhşət ondadır ki, həmin qəzetin yazılarında Rusiyadakı soydaşlarımızın hədəf götürülməsi belə adi hala çevrilib.

"Ocaq"da, çoxdan ən ağrılı problemimizə çevrilən Qarabağ həqiqətlərinə aid sanballı bir yazıya rast gəlməməyimiz də, dərin təəssüfümüzə səbəb oldu. Bütün bunlar azmış kimi, fəal diasporçu kimi yaxşı tanıdığımız və Rusiya Azərbaycanlıları İttifaqının rəhbərliyində olan yazıçı-publisist Mirkazım Seyidovun Federasiyadakı ermənilərə qarşı aqressiv mövqeyi də, qəzetin bir yazısında "daha ciddi tənqid atəşinə tutulub". Adını azərbaycanlı qoyan yazı müəllifinin, Rusiyadakı Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə "Yedinstvo" ("Birlik") Regionlararası Konqreslər Assosiasiyasının prezidenti postunu da tutan tanınmış diasporçunu, Novosibirsk azərbaycanlıları ilə, ermənilərin arasındakı "isti və şirin münasibətə zəhər qatmasına" görə vurmasını heç cür başa düşmək olmur və bizi hədsiz dərəcədə məyus edir.
Yuxarıda sadaladığımız səbəblərə görə, "Ocaq" qəzetinin soydaşlarımıza məxsusluğu şübhə doğurur. Erməni sevgisi hədsiz olan və "yaradıcılığını" Mirkazım Seyidovdan qisas almağa kökləyən qəzet əməkdaşının öz yazısında, etdiklərindən doymayaraq, bir naxçıvanlı kimi, onun simasında bütün Naxçıvanın, eləcə də doğulduğu Sədərək bölgəsinin şəninə istehzalı və aşağılayıcı ifadələr işlətməsi də, başa düşülən deyil. Bu yerdə, şərəf və qeyrətdən uzaq belələri üçün bir xatırlatma kifayətdir: Sədərək, tarixən, mənfur düşmənə göz dağı kimi məşhurlaşan qeyrət qalamız olub! Bütün dahilərin də belə qəbul etdikləri bu qeyrət simvolumuzun haqdan doğan qüdrətinə, əzəmətinə və vüqarına istehza, ironiya, məkr, şər, böhtan, xəyanət qoxulu qara ləkələr yapışmaz!
Bir də, erməni xislətli həmin "yazarın" diqqətinə çatdırmaq istəyirik ki, Novosibirskdəki ən fəal diasporçu kimi çoxdan tanıdığımız Mirkazım Seyidovu, heç vaxt, bir erməninin görməyə gözü olmayıb. O, Qarabağ mövzusunda böyük layihəli tədbirlər həyata keçirərkən, çox vaxt, mənfur düşmən təcavüzünə məruz qalıb, sonda, ciddi xəsarətlər alıb. Nəticədə, səhhətində yaranan ciddi problemlər ucbatından, Novosibirsk şəhərində ürəyindən ağır cərrahiyyə əməliyyatı keçirib, uzun zaman sağlamlığının bərpası ilə məşğul olmaq məcburiyyətində qalıb. Müalicəsini başa vurduqdan sonra, mənəvi-psixoloji gərginlikdən çıxmağın yeganə yolunu, yenə də, doğma Vətənin taleyi ilə bağlı möhtəşəm işlər həyata keçirməkdə görüb. İndinin özündə də, ölkədaxili aktiv ictimai-siyasi fəaliyyəti ilə bərabər, respublika hüdudlarından kənardakı əvvəlki işlərini də yorulmadan davam etdirməsi, diaspor quruculuğunda Heydər Əliyev ideyalarının təntənəsinə xidmət edən möhtəşəm layihəli tədbirləri layiqincə həyata keçirməsi danılmazdır. Məhz bunlara görədir ki, onun uğurlarını gözləri götürməyənlər, belə səviyyəsiz media vasitələrində bu Vətən oğlunun, ona yaxın diaspor fəallarının haqqında, ağıllarına gələn hər şeyi ermənidən betər səviyyədə ortaya qoyurlar.
Yeri gəlmişkən, qeyd etmək istərdik ki, "Ocaq" öz yazılarında təkcə bizim yaxşı tanıdığımız bir eloğlumuza qarşı ironiyalı, təhqiramiz və aşağılayıcı ifadələr işlətməir. Neçə-neçə layiqli Vətən övladı da, onun "hədəfindədir", üstəlik, xalqı təhqir etməklə, iç üzünün murdar olduğunu belə açıb, ortaya qoyur. Bütün bunlar, bizim kimi, gör, neçə-neçə ağlı-kamalı olan, milli dövlətçiliyimizin möhkəmlənməsi naminə canından keçməyə hazır alovlu vətənpərvər həmvətənlərimizin əhval-ruhiyyəsini zəhərləyir. Axı, harada yaşamasından asılı olmayaraq, ana yurdun hər bir oğul övladı Vətən torpağına xəyanət edən mənfur düşmənlə barışmaz mövqedə durmalı, onu dişiylə didməyə hazır olmalıdır! Amma, bu gün, "Ocaq"da azərbaycanlı imzası ilə, bütün dövrlərdə, qüdrətli, vüqarlı və əzəmətli görünən Azərbaycanımızın və onun layiqli övladlarının simasına kimlərinsə yaxmaq istədiyi yalan, şantja, böhtan, iftira qoxulu aşağılayıcı ifadələr söylənməsi, hamını olduqca məyus edir.
Araşdırmalarımızdan məlum olur ki, "Ocaq"da belə yazıları daha çox dərc edən, həmin qəzetin Facebook səhifəsində də biabırçı materiallar paylaşmağı özünə şərəf bilən "Mirzə Əlil" ləqəbli Xeyrulla Xəyaldır. Əslən Salyanın Ərəbqardaşbəyli kəndindən olan və 1985-ci ildən Samarada yaşayan, Vətəndən olduğu kimi, milli təəssüb hisslərindən də çoxdan uzaq düşən Xeyrulla Xəyalın -- Xeyrulla Cahangir oğlu Süleymanovun Facebook-da yerləşdirdiyi foto-şəkillərindəki sifət cizgilərindən də aydın görünür ki, o, psixi cəhətdən normal olmayan bir insandır. Yalnız, bu, bizdə belə bir əminlik yaradır ki, onun yazılarının xarakterinin, insani xüsusiyyətləri ilə eyniyyət təşkil etməsinin başlıca səbəbi də, elə, qeyri-normal düşüncəli olmasıdır. Onun barəsində, samaralı mənbəmizdən araz.az-a ötürülən məlumatlar da, öncə söylədiklərimizin birbaşa təsdiqidir. "Xeyrulla Xəyal yazar yox, lənət və böhtan yağdırmağı, xəyanət və tənə etməyi, çirkin və təhqiramiz ifadələr işlətməyi özünün həyat amalına çevirən, milli məfkurədən uzaq düşən, hamının unutduğu, eləcə də arvad-uşaqsız, qardaş-bacısız qalan, daxili məni kimi, itirəcəyi heç nəyi qalmayan, əxlaqi və mənəvi hisslərdən uzaq nihilist bir insandır: Belə bir insana, --özü də, Rusiya kimi çətin və gərgin bir ölkədə, -- qəzet etibar etmək də düzgün deyil. Başa düşə bilmirik ki, bizim Samaradakı həmişə sinələrinə döyüb, öyünən diaspor "başbilənlərimizi" indiyədək bu ciddi məsələ niyə maraqlandırmayıb?! Axı, düzlükdən, təmizlikdən və obyektivlikdən uzaq işin faydasının olmadığı, çoxdan, onlara da məlumdur! Biz, belə başa düşürük ki, daşıdıqları insani keyfiyyətlər və xüsusiyyətlər norması sarıdan kasıb, ağıldan kəm, təfəkkürdən dayaz, imanları zəif belə insanlarla işləmək onlara daha sərfəlidir -- istədikləri vaxt Xeyrulla Xəyal kimilərdən geninə-boluna istifadə edə bilirlər. Yəqin ki, kimlərinsə "qapısına qol vurmaq üçün", öz tapşırıqları ilə, belələrindən "pas" gözləmək, diaspor işinə bələd həmin "başbilənlərə" daha faydalıdır.
Sübutsuz, dəlilsiz tanınmış adamları, nüfuzlu ictimai təşkilat rəhbərlərini böhtanla vurmaq istəyən sifarişçilər yaxşı bilirlər ki, mətbuatda bu iyrənc işi istedadlı fırıldaqçı, böhtan və şantaj ustası kimi məşhurlaşanların əliylə, bir də, Xeyrulla Xəyal kimi ağıl və düşüncədən kasad dəlilərin adıyla daha yaxşı yerinə yetirmək olur. Onun iyrənc sifarişlər icraçısı olduğu barədə, burada olduqca çox söz-söhbətlər gəzir. Milli adamlara qarşı kin-küdurət, qəzəb, şantaj, böhtan dolu sifarişləri küçə sözləri yazmaq qədər əcaibləşdirib, dramatikləşdirmək, həmişə hədəfdəki milli adamların "kürəyindən bıçaq saplamaq" məhz onun xarakterinə uyğundur.
Biz, tam əminliklə demək istəyirik ki, özlərini Azərbaycan xalqından həmişə üstün sayan və ermənilərə xidmət edən dairələr belə yazıların sifarişçiləridir. Bu dəliyəbənzər isə, onlara xoş gəlmək üçün, tanınmış soydaşlarımızın ünvanına aşağılayıcı sözləri yazmağa itrat dərəcədə şirnikən bir icraçıdır. Bu dəfə də, sifarişin ona ünvanlanması təsadüfi olmayıb və elə yerdən gəlib ki!.. Görəsən, belə məlumatları ona ötürən şəxslərdən başqa, bizim digər düşmənə ehtiyacımız qalırmı?! Paxıl və intriqant belə insanların iyrənc əməlləri əsl erməni hoqqasına bənzəmirmi?!
Belə insanların hərəkətlərinə reaksiya verməmək, onların getdikcə daha paxıl hərəkətlər etməsinə səbəb olur. Sussaq, növbəti hədəfdə kimlərin və nələrin olacağı da aydın olur. Onu da deyək ki, burada söhbət yalnız yazanın və haqqında yazılanın kimliyindən getmir, söhbət milli dəyərlərimizdən, milli əxlaqdan gedir. Və bu çərçivədə də, ozünə, ailəsinə, xalqına sayğı duyan hər kəs, Xeyrulla Xəyal kimilərin sosial mediasını başına alan belə mənəviyyatsız, tərbiyəsiz yazılara qarşı vaxtında reaksiya göstərməlidir.
Bütün sadaladıqlarımız, bizim üçün, sözün həqiqi mənasında, çox kədərli bir mənzərə yaradır. Öz soydaşlarımıza qarşı belə həyasız, ağılsız hücumlar insanı çox təəccübləndirir. Onlar əməllərində əqidə və ideyalılıq dəyəri saxlamır, mənəvi örnək olmağa layiq tanınmış soydaşlarımızı, öz həyat tərzlərinə baxmadan və Vətənə sədaqət, əxlaq normalarından çıxaraq, təhqir edirlər. Bizcə, bütün bunlar "düşmən dəyirmanına su tökməkdən" başqa bir şey deyil.
Həyatda necə olmasından və nə cür yaşamasından asılı olmayaraq, Xeyrulla Xəyalda vacib insani keyfiyyətlərin, arzulardan doğan hisslərinin çoxdan öldüyünü yaxşı bilirik. Yazısında ayrı-ayrı həmvətənlərimiz kimi, hamının, hətta xalqının ünvanına təhqiredici sözlər və aşağılayıcı ifadələr işlətməsi bunu bir daha təsdiq edir. Beləsinə baş qoşmaq da istəmirsən. Çünki, o, zatən həyatından küskün, bədbəxt bir insandır. Füzuli Məmmədovun, hətta digər qrupların yanında olanlara, eləcə də onlarla bərabər olan Qarabağ qazilərinə onun nədən çaqqal deməsini biz yaxşı başa düşürük. Bilirik ki, ağlı yerində deyil. Axı, ağlı yerində olan heç kim hamıya elə deməyə ürək etməz, çünki belələri bilir ki, ölkədə nə qədər Qarabağ qazisi var. Onu ortaya salanların günahkar olduqları isə, heç kəsə sirr deyil. Belə yaramazlara layiq olduqları şillə vaxtında vurulmur deyə, riyakarlıqlarını müxtəlif pərdələr altında gizlədərək, bir növ, vicdanlarını mənəvi yükdən azad edirlər. Bir sözlə, bu halda vicdan məsələsi onların insani xüsusiyyətlərdən arxaya keçir!" -- bu sözlər, samaralı soydaşlarımızın araz.az-ötürülən açıqlamalarından götürülüb.
Bu yerdə onu da qeyd etməyi vacib bilirik ki, həmin yazının sifarişi təkcə Mirkazım Seyidovu deyil, həm də xaricdə nüfuz sahibi olan, həm də ölkəmizdə azərbaycanlı iş adamı kimi yaxşı tanınan Rusiyadakı "İntersever” şirkətlər qrupunun rəhbəri, xeyriyyəçi, ictimai xadim, siyasətçi, Dünya Azərbaycanlıları İttifaqının və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti, eləcə də bu yaxınlarda Federasiyanın bütün regionunu təmsil edən diaspor qurumları təmsilçilərinin Moskva şəhərində təsis etdikləri Rusiya Azərbaycanlıları İttifaqına rəhbər seçilən Füzuli Məmmədovu "vurmaq" üçün verilib. Araşdırmalarımıza görə, Rusiya kimi çətin bir ölkədə məskunlaşan soydaşlarımızı vahid bir təşkilatda birləşdirməyə çalışan tanınmış diaspor fəalımızı hədəfə gətirənlər isə, xəyanətkar xarakterli azərbaycanlılardır. Bədniyyət sifarişçilər bu xoş niyyətli işin qarşısını almaq üçün, belə bir iyrənc metoda əl ataraq, süjet xətti adlara ironik yanaşmayla və iyrənc sər, böhtan ritorikasıyla zəngin yazılar mövzusunu, indi də, Xeyrulla Xəyal kimi anlaşılmaz bir yazara ötürüblər.
Hamıya məlumdur ki, Azərbaycanın dövlət proqramında daha çox Rusiyada məskunlaşan soydaşlarımızı bir araya gətirməyin vacibliyi önə çəkilib, bu, əsas vəzifə kimi qarşıya qoyulub. Hamı yaxşı bilir ki, bu böyük ölkənin dörd bir yanına səpələnən həmyerlilərimizin özlərinin ayrı-ayrılıqda təsis etdikləri təşkilatların bir mərkəzdə birləşməsi tezliklə baş tutmasa, onlar gözlənilən çox ağır günlərini yaşayacaq. Təəssüflər olsun ki, ölkənin xaricdə uçan qanadları olan bu gözəl sözləri əlimizdə şüar tutaraq, indiyədək bu adı doğrulda, Federasiyadakı milli diasporumuzun birliyinə nail ola bilməmişik. Bunun günahkarları da, çox vaxt "sapı özümüzdən baltalar" olublar. Nəticəsi isə, göz qabağındadır: Getdikcə daha da zəifləyən diasporumuzun köhnə və nüfuzlu təşkilatlarını itirmişik.
Qəti şəkildə qeyd edirik ki, xaricdə nüfuz sahibi olan soydaşlarımıza qarşı özümüzünkülərin iyrənc planları əsasında başladılan qəbuledilməz qarayaxma kampaniyaları, belələri tərəfindən düşünülmüş şəkildə ortaya "səpilən qarşıdurma toxumları", eləcə də ortadakı saysız-hesabsız intriqa və ədavətlər diasporumuzun işinin normal inkişafına əngəl yaradan başlıca səbəblərdir. Bu, həm də, milli diasporumuzun tarixinə qara ləkələr vurur. Bu məyusedici mənzərə həmvətənlərimizin daha çox yaşadıqları çoxmillətli Rusiya Federasiyasında daha acınacaqlı şəkildə nəzərə çarpır. Nüfuz sahibi olan həmin soydaşlarımıza qarşı qərəz, kin-küdurət çərçivəsində başladılan şər-böhtan kampaniyalarının, öz yerlilərimiz barəsində səsləndirilən məsuliyyətsiz fikirlərin, diaspor qurumlarımız arasında qəsdən törədilən intriqa və ədavətlərin illərdir davam etməsi, bunların qarşısını alacaq kimsənin tapılmaması ürək göynədir. Həmişə diaspor təşkilatlarımızın fəaliyyət istiqamətlərini hansısa vahid qurum yox, onları yaradan şəxsi liderlik ambisiyaları güclü şəxslər müəyyənləşdirib. Diaspor təşkilatlarında yüksək vəzifə tutan bu şəxslərin xoşlarına gəlməyən həmyerliləri barədə yuxarılara alçaq donoslar ötürmələri, daxili münaqişə və intriqaların artmasına şəxsi mənafe naminə qəsdən münbit şərait yaratmaları, liderlik uğrunda vicdan çərçivəsinə sığmayan xoşagəlməz mübarizələri, getdikcə qızışan digər iddiaları isə, dövlətimizin və xalqımızın ümumi mənafeyi naminə olacaq diaspor birliyinə imkan verməyib. Beləcə, təkhakimiyyətlik uğrunda mübarizəyə son verməyənlərin bağışlanmaz günahları ucbatından, diaspor təşkilatlarında komanda ruhu yaranmayıb. Halbuki hər bir azərbaycanlı, harada yaşamasından asılı olmayaraq, dövlət, dövlətçilik anlamlarının müqəddəsliyini dərk etməli, bunu, şərəf məsələsi olaraq, bütün dəyərlərdən üstün tutmalıdır. Lakin təxribatçı qüvvələr hələ də meydandadırlar və öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Əgər hər hansı təşkilat rəhbərinin reputasiyası təmizdirsə, ona qarşı hücumlar başladır, onları siyasi intriqalara cəlb edib, qaralamaq niyyətlərini reallaşdırmaq üçün hər an fürsət güdürlər.
Belə görünür ki, elə, "Ocaq" da bu təxribatçı qruplardan birinin " uzaqvuran silahı" rolunu oynayır. İntriqaçı belə insanların müsbət xarakterli, təəssübkeş, Vətən sevgili öz həmvətənlilərinə qarşı qəbuledilməz soyuq münasibətləri göz qabağındadır. Bütün bunlara görə, onların vicdanlarının zərrə qədər ağrımaması isə, əsl müsibətdir.
Deyilənlər barəd məlumatlarımız çoxdur. Araşdırmalarımızı davam etdiririk. Bizi izləyin.
araz.az

DİA.AZ-dan: Dəyərli oxucular, hər halda bu qalmaqallı faktlarla tanış olduqda diqqət çəkən məqamlardan biri, bəlkə də ən başlıcası Azərbaycan Diasporalarla İş üzrə Dövlət Komitəsinin yoxluğunun hiss olunmasıdır. Yenə əvvəlki rəhbərliyin dönəmində qurum şillə ilə də olsa, üz qızardır, işləyirmişlər kimi görüntü yaradırdı. Furad Muradov kimi naşı bir rəhbərin təyinatından sonra xaricdəki soydaşlarımızın parçalanma problemi nəinki həll olunmadı, görünəni odur ki, bir-birilərinin qanlarına belə susayıblar...

Fuad Muradov kimi zəif diaspora rəhbəri olanda....
Fuad Muradov kimi zəif diaspora rəhbəri olanda....










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru