İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                     Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək .....                     Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                     Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? .....                     Ağlar günə qalan Naxçıvan səhiyyəsi... .....                     Niyam Salaminin yarım milyon borcu üzə çıxdı .....                     Gəncə Tibb Kollecində rüşvət tələb olunur? .....                     "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" .....                     Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? .....                     Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur .....                     Kamilənin adından dələduzluq .....                     Abdolbari Gozal vəfat etdi .....                     Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib .....                     Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib .....                     İmişlinin deputatı yerli sakinlərə səsləndi .....                 

Səfər Mehdiyevin də gömrüyünü görəcəyik... - Dəyişikliklər nəyə xidmət edir?
Tarix: 1-06-2018, 09:24 | Çap et
Səfər Mehdiyevin də gömrüyünü görəcəyik...
Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin Səfər Mehdiyevlə əvəzlənməsindən qurumda islahatlar sürətlənib. Bu günə qədər bir sıra yüksək rütbəli gömrük işçisi işdən azad olunub. Atılan addımların gömrük xidmətində şəffaflığın artırılmasına hesablandığı deyilir.

Qeyd edək ki, uzun zamandır gömrük xidmətinin fəaliyyəti ciddi tənqid olunur. Sərhəd-keçid məntəqələrində uzun növbələrin yaranması, süründürməçilik və digər bürokratik əngəllər insanları bu qurumun fəaliyyətindən narazı salır. Ehtimal olunur ki, Səfər Mehdiyevin Gömrük Komitəsinə rəhbər təyin olunmasından sonra atdığı addımlar bu qurumun fəaliyyətində müsbətə doğru dəyişikliyə gətirib çıxardacaq. Artıq S.Mehdiyev verdiyi qərarların necə icra olunması ilə yerində tanış olur.

Belə ki, mayın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Sınıq Körpü" gömrük postunda mövcud vəziyyətlə tanış olub. Səfər Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib.

Maraqlıdır, gömrükdə başlayan islahatlar gömrük sistemini şəffaflaşdıracaqmı?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açqılamasında deyib ki, atılan addımların effektivliyi gömrüyün hansı fəlsəfə ilə işləməsindən asılıdır: “Gömrük xidmətləri yaranan gündən əsas fəlsəfəsi daxili bazarı qorumaq olub. Dünyada gömrük xidməti məhz buna görə yaradılıb ki, daxili bazarda istehsalçıların maraqlarını qorusun, xaricdən gətirilən eyni adlı məhsulların daxili bazarda saha baha satılmasını tətbiq etsin və buna dəstək versin.

Əgər atılan addımlar buna yönələcəksə, bu istehsalçılar, sahibkarlar, üçün pozitiv bir amil olacaq. Çünki uzun zamandır gömrük orqanların pis bir imici formalaşıb. Azərbaycanda bizneslə məşğul olan insanların ən çox narazı olduğu orqanlardan biri görmükdür. Gömrüyün imcinin dəyişdirilməsi istiqamətində də addımlar atılmalıdır. Bu qurum iş adamlarının dostuna, köməkçisinə çevrilməlidir ki, onlarla işləmək istəyən insanların sayı artsın.

Sərhəd-keçid məntəqələrindəki problemlərin həlli üçün isə sistem yenilənməsinin baş verməsidir. Bu, təkcə gömrük xidmətinin problemi deyil. Tam elektron qaydada keçidlərin təmin olunması üçün infrastruktur qurulmalıdır. Kağız işlərindən tamamilə imtina olunmalıdır. Məsələn, Azərbaycan-Gürcüstan sərhədində “ştrix-kod” adlı çox qəribə bir sistem var. Maşınla keçərkən həmin kodu mütləq almalısan və həmin kodu aparat oxumalıdır. Bu zaman çox böyük növbələr yaranır. Bu kimi insan amilindən asılı olan işləri minimuma endirmək lazımdır. Necə ki, Gürcüstan tərəfdə görürük ki, avtomobildən düşmədən insanlar sərhədi keçirlər. Heç bir problem də yaşamırlar. Eyni sistem Azərbaycan sərhədində də yaradılmalı, sürətli keçid sisteminə keçilməlidir.

Yeri gəlmişkən, “Sınıq Körpü” Sərhəd-keçid məntəqəsində qurulmuş infrastruktur Gürcüstanın eyni ərazidə yerləşən məntəqəsi ilə müqayisədə daha yaxşı və müasirdir. Amma görünən odur ki, sistemin düzgün tətbiq edilməməsi Azərbaycan tərəfdə problemlərə səbəb olur və keçidləri çətinləşdirir. Eyni sayda insan Azərbaycan sərhədini də, Gürcüstan sərhədini də keçir. Ancaq Azərbaycan sərhədində saatlarla gözləməli olur, Gürcüstan tərəfini isə 5-10 dəqiqəyə keçir. Ona görə də ilk növbədə bu qaydalar, yanaşma dəyişdirilməli və gömrük xidmətinin yaranış fəlsəfəsinə uyğun qaydalar tətbiq olunmalıdır”.

N.Cəfərli hesab edir ki, Gömrük Komitəsi daxili bazarı qorumaq üçün təkliflərlə çıxış etməlidir: “Gömrük xidmətinin təklif vermək funksiyası da var. Məsələn, təklif verə bilərlər ki, ölkə ərazisində istehsalı olmayan, amma gündəlik istifadə olunan mallar-dərman, uşaq yeməkləri, bezlərinin sərhəddən sürətli keçidi təmin edilsin. Bu cür təkliflərlə çıxış etsələr belə, yanaşma ortaya qoysalar, gömrükdən büdcəyə daxilolmaların şəffaflığı və həcmi də artacaq, gömrük orqanlarının uzun illərdir formalaşan neqativ imicinə də yenilik gətiriləcək. İş adamlarının da, vətəndaşların da gömrükdən narazılığı getdikcə azalacaq. Bu verilmiş qərarların, yaradılacaq sistemin hansı qaydada işləməsindən asılı olacaq”.

Gömrükdə broker şirkətlərinə gəlincə, ekspert hesab edir ki, sözügedən qurumlar inhisarçılığın yaranmasına xidmət edir: “Əslində broker şirkətlərinin fəaliyyət göstərməsi o qədər də böyük problemə səbəb olmur. Əgər broker şirkəti də rəqabətli fəaliyyət göstərərsə və verdikləri təkliflər iş adamlarını qane edərsə, bir çox şəxslər onlarla işləməyə üstünlük verə bilərlər. Bu, sənədləşmə sərf olunan vaxt itkisinin qarşısını alan amildir. Amma Azərbaycanda problem ondadır ki, broker şirkətlər sahələr üzrə formalaşıb və inhisarçılığın yaranmasında rol oynayan əsas amilə çevrilib.

Yəni, bu gün broker şirkətinin dəstəyi olmadan ölkəyə müxtəlif adlı malların gətirilməsində ciddi problemlər yaranır. Ancaq paralel olaraq əgər sadə vətəndaşlar, iş adamları ölkəyə mal gətirə biləcəklərsə və bunun üçün süni əngəllər yaradılmayacaqsa, broker şirkətləri belə rəqabətli şəkildə fəaliyyət göstərə bilərlər. Yox, əgər bu inhisarçılığın rəsmiləşdirilmiş formasıdırsa, buna xidmət edəcəksə, təbii ki, broker şirkətlərinin ləğv olunması daha məqsədəuyğun olacaq”.

Sərhəd-keçid məntəqələrində yaradılacağı nəzərdə tutulan rəngli zolaqların gediş-gəlişi asanlaşdıracağını deyən Natiq Cəfərli hesab edir ki, maraqların toqquşması bu sistemin tətbiq olunmasına imkan vermir: “Gömrükdə “rəngli zolaq” sistemi reallaşarsa, daha yaxşı olar. İnsanların sərhəd məntəqələrindən daha tez keçməsinə şərait yarada bilər. Sadəcə olaraq belə görünür ki, bu məsələdə müxtəlif şəxslərin və ya qurumların maraqları toqquşur. Belə görünür ki, onların belə işləməsində, növbələrin yaranmasında, insanların incidilməsində şəxsi maraqlar da var.

Bunlar aradan qalxsa və müxtəlif yaşıl, sarı və qırmızı zolaqların yaradılması təbii ki, daha yaxşı olar. Yaşıl xətdən sürətli keçid, şübhələr olarsa, sarı xətdən, qanun pozuntusu ilə bağlı ciddi məlumat varsa, qırmızı xətdən keçməsi daha məqsədəuyğundur. Bu keçidlərin sürətli olmasını və işin keyfiyyətini artıra bilər. Əgər maraqların toqquşması varsa, təəssüflər olsun ki, Azərbaycanda belə məsələlərin həlli gecikdirilir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30
İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28
“İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26
Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22
“Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10
Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09
Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56
Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55
Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22
İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13
Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru