Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                     Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək .....                     Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                     Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? .....                     Ağlar günə qalan Naxçıvan səhiyyəsi... .....                     Niyam Salaminin yarım milyon borcu üzə çıxdı .....                     Gəncə Tibb Kollecində rüşvət tələb olunur? .....                     "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" .....                 

Deputatın adından işlənən maxinasiyalar - İTTİHAM
Tarix: 9-05-2018, 08:50 | Çap et
Deputatın adından işlənən maxinasiyalar
"AF holdinq” və "Uğur 97” şirkətlərinin sahibi olan Azay Möhnətov millət vəkilinin adından spekulyasiyalar etməklə təkcə vergidən yayınmayıb, daha böyük dələduzluq əməlləri törədibmiş; onun biznesini böyütmək, torpaq sahələri əldə etmək üçün QHT Şurasının sədrini adından spekulyasiyalar etməsi faktlarının sayı-hesabı yoxdur
Ötən həftə Azay Möhnətov adlı iş adamının ağlasığmaz variantlarla vergidən yayınması haqda yazı dərc etmişdik. Bildirmişdik ki, Azay Möhnətov vergidən yayınmaq üçün nüfuzlu şəxslərin adından istifadə edib və bu fakt ifşa olunub. Onun adından istifadə etdiyi şəxsin adını isə açıqlamamışdıq. Bu yazıdan sonra ortaya daha biabırçı faktlar çıxıb. Qəzetçilik təcrübəmizdə belə hallarla çox qarşılaşmışıq. Yüzlərlə belə dələduzluq hadisələri olub. Həmişə onun tərəfdarı olmuşam ki, belə halların, onun detallarının açıqlanması vacibdir. Ona görə ki, bu cür adamlar belə qanunsuzluqlarını, spekulyasiyalarını davam etdirə bilməsin.
Ötən yazıdan sonra redaksiyamıza bu mövzuyla bağlı xeyli zənglər daxil oldu, daha ciddi qanunsuzluqlar barədə məlumatlar ortaya çıxdı. Sən demə, Azay Möhnətov dövlət qurumlarında imtiyazlar əldə etmək, torpaq sahələrinə sahiblənmək, müəssisə açmaq və biznesini böyütmək, qorumaq üçün özünü deputat kimi təqdim edirmiş. O, çoxsaylı obyektlərinə vergi yoxlaması gələndə, yaxud haradasa müəssisə açmaq üçün səlahiyyətli şəxslərə müraciət edəndə özünü "deputat Azay müəllim" kimi təqdim edib! "Ustalıqla" hamıda belə rəy yaradıb ki, guya o, hamının tanıdığı deputat, QHT Şurasının sədri Azay Quliyevdir. O, daim soyadını gizli tutmağa çalışıb. Nəhayətdə, Azay Möhnətov belə rəy yaradıb ki, guya bu obyektlər və şirkətlər deputat Azay Quliyevə məxsusdur. Hətta təəssüflər olsun ki, çoxları, xüsusilə bir sıra vəzifəli şəxslər onun bu yalanına inanıb. Ancaq hamı bilir ki, belə işlərin ömrü 40 gündür...
Azay Möhnətovun bu yalanı növbəti saxtakarlıq edən zaman müvafiq qurumların ayıqlığı sayəsində aşkarlanıb. Belə ki, onun illərdir ödəmədiyi vergi borclarının ödənilməsi tələb olunub. Müvafiq qurumlar bir neçə gün öncə verginin ödənməsi üçün müraciət edəndə, Azay Möhnətovun adamları yenə də Azay Quliyevin adından spekulyasiyalar edib, bu obyektlərin deputat Azay Quliyevə məxsus olduğunu bildirərək, müəyyən dividentlər və güzəştlər əldə etməyə çalışıblar. Ancaq bu dəfə məsələ sona kimi araşdırılıb və bu obyektlərin deputat Azay Quliyevə deyil, böyük maliyyə və biznes imkanlarına malik olan iş adamı Azay Möhnətova məxsus olduğu müəyyən edilib. Beləliklə, uzun müddət davam edən saxtakarlıq və spekulyasiya faktı ifşa edilib.
Bu haqda "Yeni Müsavat" da aşağıdakı linkdəki "Məşhur iş adamının ağlasığmaz vergidən yayınma variantı” sərlövhəli yazı (http://musavat.com/news/vergiden-yayinmagin-azay-mohnetov-varianti-ilginc-faktlar_524170.html) dərc olunandan sonra müxtəlif şəxslərdən də məlumatlar daxil olub ki, Azay Möhnətov (və adamları) özünü "deputat Azay müəllim" kimi təqdim etməklə və ya Azay Quliyevin adını məqsədyönlü şəkildə hallandırmaqla aşkar sui-istifadələrə yol verib və "deputat" adı altında bir sıra qanunsuz hərəkətlərini ört-basdır etməyə çalışıblar. Qurduğu mexanizm isə çox maraqlı olub - səlahiyyətli şəxslə heç zaman görüşə özü getməyib ki, xarici görünüşə görə həyata keçirdiyi fırıldaqlar ifşa oluna bilər. Xahişi dolayısı yolla, telefonla və adamları vasitəsi ilə edib. Araşdırmalarımız zamanı məlum oldu ki, o, sənədləşmə işlərini də öz adına deyil, ona yaxın olan şəxslərin adına edib ki, birdən soyadına baxanda ifşa olunar. Açıqca dələduzluq işidir! Azərbaycanın Cinayət Məcəlləsi bu kimi hallara görə ciddi hüquqi məsuliyyət nəzərdə tutur. Bu hələ bizim bildiklərimizdir. Daha nə qədər vəzifəli şəxslərin adından dələduzluq məqsədi ilə istifadə etdiyini isə heç kim dəqiqi bilmir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30
İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28
“İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26
Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22
“Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru